Siyasət
Serj Sərkisyan istefa verdi
Aprelin 23-də Serj Sərkisyan Ermənistanın baş naziri postundan istefa verib. Novator.az-ın məlumatına görə, rəsmi bəyanat yayan Serj Sərkisyan onun baş nazirliyinə etiraz edənlərə səslənərək qeyd edib ki, xalqa son dəfə ölkə rəhbəri kimi üz tutur. O, Ermənistanda yaranmış gərgin vəziyyətdən başqa çı...
Paşinyan və daha iki deputat azadlığa buraxıldı
Ermənistanda Serj Sərkisyanın hakimiyyətdən getməsi tələbi ilə başlayan hərəkatın lideri Nikol Paşinyan azadlığa buraxılıb. 42 yaşlı Nikol Paşinyan uzun illər jurnalist fəaliyyəti ilə məşğul olub. 2009-2011-ci illərdə həbsdə yatıb. 2012-ci ildə sabiq prezident Levon Ter-Petrosyanın rəhbərlik etdiyi ...
Baş nazir maşın karvanından imtina etdi
Qırğızıstanın yeni baş naziri Məhəmmədqalıy Əbilqazıyev maşın karvanından imtina edib. Novator.az-ın məlumatına görə, hökumət başçısı bu addımı ilə paytaxt Bişkekdə tıxacları azaltmaq işinə töhfə vermək istədiyini bildirib. Əvvəlki baş nazirlər Omurbek Babanov və Sapar İsakov da maşın karvanından im...
Bir qrup hərbçi Sərkisyandan üz döndərdi
Aprelin 23-ü Yerevanda Ermənistanın baş naziri Serj Sərkisyanın istefası tələbi ilə keçirilən aksiyaya bir qrup hərbi qulluqçu da qoşulub. Novator.az-ın məlumatına görə, aksiyaya dəstək verən hərbi qulluqçuların paytaxtdakı sülhməramlı briqadada xidmət etdiyi bildirilir. Yerevan Dövlət Universitetin...
Usubov və başqaları
Dövlət başçısı İlham Əliyevin 21 aprel sərəncamı ilə Nazirlər Kabinetinin üzvlüyündə saxlanan şəxslərin 6-sı hökumətə Heydər Əliyevin prezidentliyi dövründə gətirilib. Heydər Əliyev 1993-cü ildən prezident olub, 2003-cü ildən dövlət başçısı postunda İlham Əliyev əyləşir. Novator.az bildirir ki, baş ...
Tələbələr Sərkisyanı istefaya çağırır
Yerevan Dövlət Universitetinin və başqa ali təhsil ocaqlarının tələbələri aprelin 23-də Ermənistan paytaxtının küçələrinə axışıb. Novator.az-ın məlumatına görə, şəhərin mərkəzində yürüş keçirən tələbələr tutulan aksiyaçıların dərhal azadlığa buraxılmasını, Serj Sərkisyanın baş nazir postundan istefa...
Diktator katibinin oğlu prezident oldu
Paraqvayda aprelin 22-də keçirilmiş prezident seçkisinin ilkin nəticələri açıqlanıb. Novator.az-ın məlumatına görə, dövlət başçısı postuna hakim Kolorado Partiyasının namizədi Mario Abdo Benites gəlir. O, 2015-2016-cı illərdə Paraqvay Senatının sədri postunu tutub. İlkin nəticələri açıqlayan Ali Seç...
Ən gənc titulu kimə keçdi?
Prezident İlham Əliyevin yeni təyinatları Nazirlər Kabinetində gənclərin sayını artırıb. Novator.az-ın məlumatına görə, Ramin Quluzadə ən gənc kabinet üzvü titulunu itirib. Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri postunu tutan Ramin Quluzadə 1977-ci ildə anadan olub. Dövlət başçısının 21 a...
Dialoq alınmır, aksiyalar dayanmır
Təzyiqlərə və həbslərə baxmayaraq Ermənistan müxalifəti geri çəkilmir. Novator.az-ın məlumatına görə, paytaxt Yerevanda aprelin 23-də də yürüşlərin keçiriləcəyi, axşam isə Respublika meydanında mitinq olacağı bəyan edilib. Aprelin 13-dən keçirilən, başqa şəhərlərə də sirayət edən davamlı etiraz aksi...
Təzə kabinet: kim getdi, kim gəldi, kim qaldı, kimlər gözləyir?
Aprelin 21-də Milli Məclisin razılığını alandan sonra Novruz Məmmədovu baş nazir təyin edən (bu təyinata qədər Novruz Məmmədov prezidentin xarici siyasət məsələləri üzrə köməkçisi olub) prezident İlham Əliyev ardınca Nazirlər Kabinetinin yeni tərkibi haqqında sərəncam imzalayıb. Novator.az bildirir ...
Biz nə bilirik?
Bu məsələ mənim diqqətimi ilk dəfə 2005-ci ildə cəlb elədi. O vaxt iqtisadi inkişaf naziri Fərhad Əliyevin əleyhinə mətbuatda tez-tez yazılar gedirdi. Yazılarda onun işdən çıxarılacağı da deyilir, iqtisadi inkişaf naziri postuna təyin olunacaq adamların adları çəkilirdi. Fərhad Əliyevin işdən çıxarı...
Sərkisyan dialoqa, Paşinyan istefaya çağırır
Ermənistanda gərginlik artır. Aprelin 13-dən paytaxt Yerevanda keçirilən davamlı etiraz aksiyaları başqa şəhərlərə də sirayət edir. Parlamentdə 9 deputatla təmsil olunan müxalif “Çıxış” blokunun lideri, Vətəndaş Sazişi Partiyasının sədri Nikol Paşinyanın başçılıq etdiyi aksiyalarda Serj Sərkisyanın ...
Kabinetin statusu
71 yaşlı siyasətçi Novruz Məmmədov aprelin 21-də baş nazir vəzifəsinə gətirilib. Novator.az bildirir ki, Novruz Məmmədov Azərbaycanın dövlət müstəqilliyini bərpa etdiyi 1991-ci ildən bəri baş nazir postunda əyləşən 10-cu şəxsdir. Ona qədər baş nazir vəzifəsini Həsən Həsənov, Feyruz Mustafayev (baş n...
Hökumətin yeni rəhbəri – Novruz Məmmədov
Aprelin 21-də Milli Məclisin iclası keçirilib. İclasda prezident İlham Əliyevin Novruz Məmmədovun baş nazir təyin olunması barədə təqdimatına baxılıb. Novruz Məmmədov iclasda çıxış edib. Yekunda parlament onun baş nazir vəzifəsinə təyin edilməsinə razılıq verib. Bunun ardınca prezident İlham Əliyev ...
Azərbaycana yeni baş nazir təyin olunur
Azərbaycana yeni baş nazir təyin edilir. Məlum olduğu kimi, aprelin 18-də İlham Əliyevin yeni prezidentlik dönəmi başlayıb. Azərbaycan Konstitusiyasının tələbinə görə, həmin gün Nazirlər Kabineti istefa verib. Kabinetə baş nazir, onun müavinləri, nazirlər və başqa mərkəzi icra hakimiyyəti orqanların...
Yeni nazirlik və agentliklər yaradılıb
Aprelin 20-də prezident İlham Əliyev bir sıra sərəncamlar imzalayıb. Bu sərəncamlara əsasən, Mədəniyyət və Turizm Nazirliyinin əsasında iki yeni qurum – Mədəniyyət Nazirliyi və Dövlət Turizm Agentliyi yaradılıb. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi isə ləğv edilib. İqti...
Daha 4 nazir kürsüdə qaldı
Ermənistanda yeni hökumətin daha 4 üzvü təyin edilib. Novator.az-ın məlumatına görə, baş nazir Serj Sərkisyanın təqdimatını əsas götürən prezident Armen Sərkisyan David Arutyunyanı ədliyyə naziri, David Tonoyanı fövqəladə hallar naziri, İqnati Arakelyanı kənd təsərrüfatı naziri, Armen Əmiryanı mədən...
Qırğızıstan hökumətinə başçı seçildi
Aprelin 20-də Qırğızıstan parlamenti yeni baş naziri və hökumətin tərkibini, proqramını təsdiqləyib. Novator.az-ın məlumatına görə, baş nazir postunu Məhəmmədqalıy Əbilqazıyev tutub. Məhəmmədqalıy Əbilqazıyev 1968-ci ildə anadan olub. Baş nazir kürsüsünə Prezident Aparatının rəhbəri postundan gətiri...
100-dən çox aksiyaçı tutulub
Aprelin 20-də polis Ermənistanın paytaxtı Yerevanın müxtəlif nöqtələrində aksiyalar keçirən 100-dən çox şəxsi tutub. Novator.az-ın məlumatına görə, yürüşlər üzündən şəhərin bəzi mərkəzi küçələri bağlanıb, bir neçə yol yük maşınları ilə qapanıb. Nümayişçilər Yerevan-Abovyan şosesini kəsməyə də cəhd g...
Türkiyə parlamenti: kimin neçə mandatı var?
İyunun 24-ü Türkiyədə prezident və parlament seçkiləri keçirmək nəzərdə tutulur. Bu seçkilərdən sonra ölkənin idarə üsulu dəyişir: baş nazir postu ləğv edilir, prezident hökumət başçısı olub kabineti formalaşdırır, parlamentin səlahiyyətləri qanunvericilik işi ilə məhdudlaşır. İndi Türkiyə parlament...