Siyasət
“Biz heç kəsə qarşı oyun aparmırıq”
“Azərbaycanda bütün fundamental azadlıqlar təmin olunur”. Prezident İlham Əliyev yanvarın 23-ü Davosda, Dünya İqtisadi Forumunun “Strateji baxış: Avrasiya” adlı interaktiv iclasında belə deyib. AZƏRTAC-ın məlumatına görə, dövlət başçısı tədbirin aparıcısının “Bu il üçün Avrasiya ilə bağlı baxışınız ...
Federal Ehtiyat Sisteminə yeni rəhbər gəlir
ABŞ Senatı prezident yanvarın 23-də Donald Trampın təqdimatına baxaraq Cerom Pauelli Federal Ehtiyat Sisteminin (FES) rəhbəri vəzifəsinə təsdiqləyib. Cerom Pauell rəhbər vəzifəsində Canet Yelleni əvəzləyəcək. Canet Yellenin səlahiyyət müddəti fevral ayında başa çatır. Novator.az-ın məlumatına görə, ...
Serj Sərkisyan yeni postuna aprelin 17-də əyləşə bilər
Ermənistanda yeni baş nazirin nə vaxt seçiləcəyi bəlli olub. Novator.az bildirir ki, aprelin 9-da hakim Respublika Partiyasının sədri Serj Sərkisyanın Ermənistan prezidenti postunda səlahiyyət müddəti başa çatır. Həmin gün ölkə tam parlament idarə üsuluna keçəcək, icra hakimiyyətinə baş nazir rəhbər...
Hökuməti qaçqın separatçıya vermək istəyirlər
İspaniyanın Kataloniya vilayətinin sabiq rəhbəri Karles Puçdemont yenidən hökumət başçısı postuna namizəd göstərilib. Novator.az-ın məlumatına görə, namizədlik məsələsinə bölgənin 135 yerlik parlamentində yanvarın 31-dək baxılacaq. Hökumət başçısı postuna təsdiq üçün ilk turda 68 səs gərəkdir. İkinc...
Davosda siftələr
Prezident İlham Əliyev Dünya İqtisadi Forumunun toplantısında iştirak etmək üçün İsveçrəyə səfər edib. AZƏRTAC xəbər verir ki, dövlət başçısı yanvarın 22-si Davosda forumun prezidenti Börge Brendlə görüşüb. Görüşdə Dünya İqtisadi Forumu ilə Azərbaycan arasında səmərəli əməkdaşlığın olduğu, Azərbayca...
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin səlahiyyətləri təsdiqlənib
Yanvarın 22-si Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) vitse-prezidenti vəzifəsinə seçki keçirilib. Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov yenidən AŞPA-nın vitse-prezidenti seçili...
AŞPA-da yeni prezident
İtaliyalı deputat Mikele Nikoletti Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti vəzifəsinə təsdiq edilib. Mikele Nikoletti yeganə namizəd olub, AŞPA-nın yanvarın 22-si Strasburqda keçirilən qış sessiyasının ilk günündə prezident vəzifəsinə təsdiqlənib. Novator.az bildirir ki, Mikele Nik...
Kommunistlərin namizədinin nə qədər əmlakı var?
Rusiya Kommunist Partiyasının prezidentliyə bitərəf namizədi Pavel Qrudinin Mərkəzi Seçki Komissiyasına gəlirləri və əmlakı barədə arayış təqdim edib. Novator.az-ın məlumatına görə, Pavel Qrudinin qeyd edib ki, son 6 ildə 157,4 milyon rubl gəlir əldə edib, 5 bank hesabında 5,9 milyon rubl pulu var. ...
Sərkisyan Londonda götür-qoy edəcək
Hakim Respublika Partiyasının Ermənistan prezidentliyinə namizəd göstərdiyi Armen Sərkisyan Londona qayıdıb. 64 yaşlı Armen Sərkisyan 1992-1995-ci, 1998-2000-ci illərdə Ermənistanın Böyük Britaniyada səfiri olub. 2013-cü ildən yenidən bu ölkədə səfirdir. 1996-cı ilin noyabrından 1997-ci ilin fevralı...
İsa Qəmbərin müalicəsi davam edir
Ötən həftə Mərkəzi Klinik Xəstəxanadan evə buraxılan İsa Qəmbərin səhhətindən şikayəti yoxdur. Xanımı Aida Qəmbər yanvarın 22-də Novator.az-a belə deyib. Aida Qəmbər bildirib ki, həyat yoldaşının müalicəsi qaydasında davam edir, heç bir problem yaşanmayıb. İsa Qəmbər yanvarın 13-dən Mərkəzi Klinik X...
Tarixin dərsi
İlham İSMAYIL Tarix o elmdir ki, insanı vətəndaş edir. (“Bazar ertəsinədək gözləyək” filmindən) Mən Azərbaycan tarixinin bir parçasını – 1990-1991-ci illərdə Gəncəbasar ətrafındakı bölgələrdə baş verən qanlı-qadalı hadisələri, Çaykənd, Qarabulaq, Quşçu, Buzluq, Manaşid, Erkeç kəndlərinin erməni sila...
Rəsmi Bakı Türkiyənin hərbi əməliyyatlarını dəstəklədi
Azərbaycanın Xarici İşlər Nazirliyi Türkiyə Silahlı Qüvvələrinin Suriya sərhədində apardığı hərbi əməliyyatlara münasibət bildirib. Yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın şimal-qərbində yerləşən Afrin bölgəsində PKK terror təşkilatı, onun müxtəlif qolları və İŞİD-ə qarşı əməliyyata başla...
Trampın bir ilinə iki baxış
Donald Trampın prezidentliyinin ilk ilinə nə qiymət vermək olar? Novator.az-ın sualını cavablandıran Böyük Quruluş Partiyasının başqanı, deputat Fazil Mustafa deyib ki, Trampın fəaliyyətinə Amerika xalqı qiymət verməlidir: “ABŞ əhli üçün faydalı prezidentdirsə, nə deyə bilərik? Azərbaycandan baxası ...
Kreativ nə deməkdir?
Xarici işlər naziri Elmar Məmmədyarov yanvarın 18-i Polşanın Krakov şəhərində ATƏT-in Minsk qrupunun həmsədrləri, ATƏT sədrinin şəxsi nümayəndəsi və ermənistanlı həmkarı ilə görüşlər keçirib. Görüşlərdən sonra Elmar Məmmədyarov bəyan edib ki, həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqəda...
Hakim partiya maliyyə hesabatı açıqladı
Yanvarın 19-da hakim Yeni Azərbaycan Partiyası İdarə Heyətinin iclası keçirilib. Rəsmi məlumata görə, iclasda bildirilib ki, ötən il YAP-a 24 min nəfərdən çox yeni üzv qəbul edilib və partiya üzvlərinin sayı 710 min 186 nəfərə çatıb. İdarə Heyətinin iclasında YAP-ın ötən ilə dair gəlirləri və xərclə...
Sərkisyan prezidentdən vaxt istədi
Ermənistan Respublika Partiyasının prezidentliyə namizəd göstərdiyi Armen Sərkisyan fikirləşmək üçün vaxt istəyib. Novator.az xəbər verir ki, yanvarın 19-da prezident Serj Sərkisyanla görüşən Armen Sərkisyan etimada görə dövlət başçısına və hakim partiyaya təşəkkür edib. Armen Sərkisyan əlavə edib k...
Ermənistan hakimiyyətinin prezidentliyə yeni namizədi elan olundu
Ermənistanın hakim Respublika Partiyasının prezidentliyə namizədinin adı açıqlanıb: Armen Sərkisyan. Novator.az bildirir ki, Armen Sərkisyan 1953-cü ildə Yerevanda anadan olub. Yerevan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsini və aspiranturasını bitirib. Fizika-riyaziyyat elmləri namizədi...
Sərkisyanın namizədi müəyyənləşdi
Ermənistan Respublika Partiyasının İcra Orqanı yanvarın 18-də prezidentliyə namizədini müəyyənləşdirib. Novator.az-ın məlumatına görə, partiyanın sözçüsü, parlament sədrinin müavini Eduard Şarmazanov jurnalistlərə deyib ki, bir namizədin məsələsi müzakirə olunub: “Namizədi partiyanın sədri, preziden...
Krakovda görüşlər: yeni Qarabağ təklifləri var
ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa), Endrü Skofer (ABŞ) birgə bəyanat yayıblar. Bəyanatda həmsədrlərin və ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşikin Polşanın Krakov şəhərində yanvarın 17-də Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla, 18-də...
Ermənistanın növbəti prezidenti də qarabağlı olacaq?
Ermənistanın hakim Respublika Partiyası ölkə prezidenti postuna Arkadi Qukasyanı namizəd göstərə bilər. Bunu Yerevanda çıxan “Qraparak” qəzeti yazıb. Novator.az xatırladır ki, Arkadi Qukasyan işğalçı Dağlıq Qarabağ rejiminin sabiq rəhbəridir. Ermənistanın hazırkı prezidenti, Respublika Partiyasının ...