Siyasət
Bakıda beynəlxalq forum
Noyabrın 4-də “COVİD-19-dan sonrakı dünya” mövzulu Qlobal Bakı Forumu başlayıb. AZƏRTAC Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən forumun açılış mərasiminə prezident İlham Əliyevin qatıldığını xəbər verir. Noyabrın 6-dək çəkəcək forumda 40-dan çox ölkədən ali nümayəndələr, sa...
Həbs qərarı qüvvədə qalıb
Bakı Apellyasiya Məhkəməsi noyabrın 3-də AXCP fəalı Mütəllim Orucovun həbsindən şikayətə baxıb. “Turan”ın məlumatına görə, şikayət təmin olunmayıb. Mütəllim Orucov bir neçə il Almaniyada yaşayıb, Azərbaycandakı siyasi məhbusların müdafiəsinə həsr olunmuş etiraz aksiyalarında fəal iştirak edib. 2021-...
Putinin dron tapşırığı
Rusiya prezidenti Vladimir Putin ölkənin müdafiə sahəsinə cavabdeh şəxslərə pilotsuz uçuş aparatları (PUA) arsenalını inkişaf etdirməyi tapşırıb. Noyabrın 2-də Müdafiə Nazirliyinin və müdafiə sənayesi komplekslərinin rəhbərləri ilə görüşündə Vladimir Putin hazırda Rusiya hərbçilərinin sərəncamında 2...
Amnistiyaya iki cəbhəçi düşür
Milli Məclis noyabrın 5-də amnistiya qərarı qəbul etməlidir. Noyabrın 8-də qeyd olunacaq Zəfər Günü münasibətilə verilən amnistiya müəyyən müddətə azadlıqdan məhrum olunmuş, azadlığın məhdudlaşdırılması, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma, islah işləri, ictima...
Qırılmış iki bağ
Natiq Cəfərli Respublikaçı Alternativ Partiyası Dövlət-vətəndaş münasibətləri əsasən iki bağ üzərində inşa edilir: vergi və seçki. Tarixən vətəndaşdan vergi toplamağa başlayanda ona seçki hüququ verilib və ya seçki hüququ alan vergi ödəməyə başlayıb. Azərbaycanda hər iki bağ kəsilib, çalışmır – seçk...
Deputat pulunun sorğusu
Böyük Britaniyada Azərbaycan parlamentinin deputatı, əczaçılıq məhsullarının idxalı ilə məşğul olan “Avromed” şirkətinin qurucusu Cavanşir Feyziyevin ailə üzvlərinə məxsus pul vəsaiti ilə bağlı araşdırma aparılır. 1963-cü il təvəllüdlü Cavanşir Feyziyev 2010, 2015 və 2020-ci illərin parlament seçkil...
Eldar Həsənov qızına nə tapşırıb?
Məhbus dövlət xadimi Eldar Həsənovun qızı Səbinə Hüseynova “Facebook” şəbəkəsində növbəti dəfə prezident İlham Əliyevə və birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edib. Novator.az-ın məlumatına görə, o yazır: “Atamın səhhəti çox ağırdır. Ürəyində təcili əməliyyat aparılmalıdır. Yüksək təz...
Prezident parlamentə amnistiya layihəsi göndərib
Prezident İlham Əliyev Milli Məclisə amnistiya aktı layihəsi göndərib. Parlament qərar layihəsinə noyabrın 5-də baxacaq. 8 Noyabr – Zəfər Günü münasibətilə veriləcək amnistiya müəyyən müddətə azadlıqdan məhrum edilmiş bu şəxslərin cəzanın çəkilməmiş hissəsindən azad olunmasını nəzərdə tutur: –...
Bloqçu və ictimai fəal həbsdən buraxılıblar
Bloqçu Elçin Həsənzadə və ictimai fəal İbrahim Salamov (Türksoy) noyabrın 2-də həbsdən buraxılıblar. Onların cəza müddəti baş çatıb. Şəki Apellyasiya Məhkəməsi Elçin Həsənzadəni və İbrahim Salamovu bu il martın 2-də 8 ay müddətinə azadlıqdan məhrum etmiş, onlar məhkəmə zalında həbs olunmuşdular. Hər...
Qubad İbadoğludan Naxçıvan sualı
2022-ci ilin dövlət büdcəsi layihəsində yerli gəlir və xərcləri tənzimləmək üçün mərkəzləşdirilmiş xərclərdən 37 milyon 456 min manat ayırmaq proqnozlaşdırılır. 51 şəhər və rayon (Bakı, Gəncə, Lənkəran, Mingəçevir, Naftalan, Sumqayıt, Şəki, Şirvan, Yevlax, Abşeron, Ağcabədi, Ağdaş, Ağstafa, Ağsu, As...
Deputatı hərbçisindən baha
Əli Kərimli AXCP sədri Azərbaycanda deputatların həyatı sığorta olunur. Başa düşüləndir. Ancaq başa düşülməyən odur ki, Milli Məclis torpağı canı bahasına azad etmiş, Vətən müharibəsində şəhid, qazi olmuş hərbçilərin həyatını deputatın həyatından 10 dəfə ucuz qiymətləndirir. Milli Məclis deputatının...
Rusiyada metan qazı sızması – “Bloomberg”
Rusiyanın “Qazprom” neft-qaz şirkətinə məxsus boru kəmərində aparılan təmir işləri zamanı bir saat ərzində atmosferə 164 metrik ton metan qazı (CH4) sızıb. Novator.az-ın məlumatına görə, bunu ABŞ-ın “Bloomberg” agentliyi yazıb. Agentlik “Kayrros SAS” ekoloji monitorinq şirkətinin peyk göstəricilərin...
Artımlar neçəyə başa gəlir?
Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri, iqtisadçı alim Qubad İbadoğlu gözlənən qiymət artımlarını şərh edib. Milli Məclis “Dövlət rüsumu haqqında” qanuna dəyişikliklər etməyə hazırlaşır. Layihə bir çox rüsum dərəcəsini yeniləyir. Novator.az-ın məlumatına görə, Qubad İbadoğlu yazır ki, 22...
1 noyabr səfərindən
AZƏRTAC prezident İlham Əliyevin bölgə səfərindən fotolar yayıb. Noyabrın 1-də birinci vitse-prezident Mehriban Əliyeva ilə birgə İsmayıllı rayonuna baş çəkən dövlət başçısı Lahıc qəsəbəsindəki Bədöyün məscidində olub, Basqal-Sulut avtomobil yolunun, İsmayıllı şəhərində Uşaq və Ailələrə Dəstək Mərkə...
Şirvan elində
Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva noyabrın 1-də İsmayıllı rayonuna səfər ediblər. AZƏRTAC xəbər verir ki, onlar Lahıc qəsəbəsindəki Bədöyün məscidində aparılan bərpa-təmir işləri ilə tanış olublar. Səfər zamanı Basqal-Sulut avtomobil yolu, İsmayıllı şəhərində Uşaq və...
ABŞ təyyarələri Rusiya gəmilərini batırmağı sınaqdan keçirir
ABŞ-ın “Forbes” jurnalında “ABŞ Hərbi Hava Qüvvələrinin bombardmançı təyyarələri özünün yeni missiyasını – Rusiya gəmilərini batırmağı sınaqdan keçirir” başlıqlı məqalə çap olunub. Məqalənin müəllifi “Forbes”in əməkdaşı Devid Əksdir. Novator.az saytı məqaləni ingiliscədən çevirərək təqdim edir...
Dəniz Yücəl Almaniya PEN mərkəzinin prezidenti seçilib
Türk əsilli yazıçı-jurnalist Dəniz Yücəl PEN-klubun Almaniya mərkəzinin prezidenti seçilib. PEN-klub qələm adamlarının beynəlxalq assosiasiyasıdır, 1921-ci ildə Böyük Britaniyada yaradılıb. Hazırda bu qurumun dünyada 150-yə yaxın muxtar mərkəzi var. Almaniyada PEN mərkəzi 1924-cü ildə təsis olunub. ...
Dəyişmə vaxtı
Natiq Cəfərli Respublikaçı Alternativ Partiyası Azərbaycan-Ermənistan sərhədinin Rusiyanın sərəncamında olan, 1920-ci illərə aid hərbi xəritələr əsasında dəqiqləşdiriləcəyi bildirilir. Bu məsələ Ermənistanda ciddi dartışma mövzusuna çevrilib, Azərbaycanda isə müzakirələr ən uc nöqtələrdə gedir – hak...
Amnistiya çağırışları
Şuşa şəhərinin işğaldan azad edildiyi 8 noyabr – Zəfər Günü münasibətilə amnistiya aktı qəbul olunacağı ehtimalı var. Novator.az-ın məlumatına görə, AXCP sədri Əli Kərimli hakimiyyəti amnistiya zamanı siyasi məhbuslara qarşı ayrı-seçkilik etməməyə çağırır: “Cəbhəçi siyasi məhbuslar, vətəndaş cəmiyyə...
Evdə baha, çöldə ucuz
Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri, iqtisadçı alim Qubad İbadoğlu təbii qazın əhaliyə və xarici ölkələrə satış qiymətlərini müqayisə edib. Novator.az-ın məlumatına görə, o yazır ki, 2021-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanın ixrac etdiyi təbii qazın min kubmetri Yunanıstana ...