Siyasət
Media qanunu: reaksiyalara reaksiya verildi
Prezident İlham Əliyevin 12 yanvar 2021-ci il fərmanı əsasında hazırlanan “Media haqqında” qanun layihəsi dekabrın 10-da açıqlanıb, dekabrın 14-də Milli Məclisin ilk oxunuşundan keçib. 2022-ci il yanvarın 1-dən qüvvəyə minməsi nəzərdə tutulan qanunun bir çox məqamı media ictimaiyyətinin, vətəndaş cə...
Yerevan meri yola salınır
Ermənistanın paytaxtında mer dəyişir. Novator.az-ın məlumatına görə, dekabrın 16-da axşam Yerevan Şəhər Şurasındakı hakim “Mənim addımım” fraksiyası Ayk Marutyanın Qraçya Sərkisyanla əvəzlənməsi təşəbbüsü qaldırıb. Qraçya Sərkisyan hazırda merin birinci müavinidir. Proporsional üsulla seçilən Yereva...
Avropa Məhkəməsindən Azərbaycan qərarları
Dekabrın 16-da Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycandan şikayətlər üzrə qərarlar elan edib. İcazəsiz sayılan kütləvi aksiyada iştiraka görə inzibati həbs cəzaları almış Tariyel Şirinli və Heybət Əmrah Avropa İnsan Hüquqları Konvensiyası ilə tanınan azadlıq və toxunulmazlıq, ədalətli məhkəmə ar...
Navalnının qızı Avropa Parlamentində nələr dedi?
“Mənim atam həbsdədir. Həm də təkcə mənim atam yox. Saxarov adına mükafatın başqa laureatları haradadır? Əksəri həbsxanada. 2010-cu ildə Nobel sülh mükafatı alan Lyu Syaobo haradadır? Həbsxanada ölüb”. Novator.az-ın məlumatına görə, Rusiyanın müxalif lideri Aleksey Navalnının qızı Darya Navalnaya Av...
Saleh Rüstəmov aksiyanı dayandırdı
Məhbus Saleh Rüstəmov dekabrın 16-da aclıq aksiyasını dayandırıb. Məlumata görə, qərar ailə üzvləri, qohumlar və ictimaiyyət nümayəndələrinin təkidli xahişləri əsasında qəbul edilib. Saleh Rüstəmovun ona dəstək üçün dekabrın 13-dən aclıq edən yaxınlarını və ictimai-siyasi fəalları da aksiyanı dayand...
Bayden uyğurları müdafiə qanununu alqışlayır
ABŞ prezidenti Cozef Bayden Çində uyğurların məcburi əməyə cəlb olunmasının qarşısını almağa yönəlmiş qanunun qəbul edilməsini alqışlayır. Novator.az-ın məlumatına görə, bunu Ağ evin mətbuat katibi Cen Psaki bəyan edib. Qanun ABŞ Konqresinin Nümayəndələr Palatasında dekabrın 14-də yekdilliklə qəbul ...
Cəbhəçinin işi Bakı Apellyasiya Məhkəməsinə qaytarıldı
Dekabrın 16-da Ali Məhkəmə AXCP üzvü Paşa Umudovun şikayəti üzrə qərar çıxarıb. Cəbhəçi məhkəməyə bəraət istəyi ilə üz tutmuşdu. 2019-cu il oktyabrın 15-i Bakıda tutulan Paşa Umudov Nərimanov Rayon Məhkəməsinin 7 avqust 2020-ci il hökmü ilə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Cəbhəçi satış...
Rusiya Ukraynaya qoşun yeritsə, Çin hansı mövqeni tutacaq?
Rusiya ilə Ukrayna arasında gərginlik yeni müharibənin alovlanmasına gətirib çıxarsa, dünya güclərindən olan Çin hansı mövqeni tutacaq? Hazırda Çin-Rusiya, Çin-Ukrayna münasibətləri nə səviyyədədir? Bir əsrdən çoxdur Honkonqda nəşr edilən məşhur “Cənubi Çin səhər qəzeti”nin (“South China Morninq Pos...
Aksiya cərimələri
Bir qrup ictimai-siyasi fəalın dekabrın 15-i Bakının Fəvvarələr meydanında məhbus Saleh Rüstəmova azadlıq tələbi ilə keçirdiyi aksiya cərimələrə gətirib. AXCP sədri Əli Kərimli cərimələnən şəxslərin siyahısını yayıb: Tofiq Yaqublu – 400 manat Kənan Zeynalov (Kənan Basqal) – 400 manat Bab...
Saleh Rüstəmov müraciəti: müddət tamamdır
Aclıq aksiyası keçirən məhbus Saleh Rüstəmovun vəkilləri Bəhruz Bayramov və Aqil Layıc dekabrın 6-da Bakının Nizami Rayon Məhkəməsinə müraciət təqdim ediblər. Müraciətdə Saleh Rüstəmovun müxtəlif xəstəliklərdən əziyyət çəkdiyi, aclıq aksiyası nəticəsində orqanizminin çox zəiflədiyi vurğulanır, səhhə...
Media qanunu: layihəni geri çəkmək təklif olunur
Bir qrup hüquqşünas, jurnalist, vətəndaş cəmiyyəti təmsilçisi Milli Məclisdə ilk oxunuşdan keçmiş “Media haqqında” qanun layihəsi ilə bağlı açıqlama yayıb. Açıqlamada layihənin media və ifadə azadlığını məhdudlaşdırmağa geniş imkanlar açdığı bildirilir, təklifin ictimai müzakirədən keçmədiyi vurğula...
Saxarov mükafatı Navalnının qızına təqdim olundu
Andrey Saxarov adına “Azad düşüncə mükafatı”nın builki laureata təqdim olunması üçün Avropa Parlamentində mərasim keçirilib. “Azad düşüncə mükafatı”nın builki laureatı Rusiyanın müxalif lideri Aleksey Navalnıdır. Avropa Parlamenti Navalnını bu mükafata azadlıq, demokratiya və insan hüquqları uğrunda...
Fəalın cəzası yarıda bitdi
İctimai-siyasi fəalların dekabrın 1-i Bakının Fəvvarələr meydanında məhbus Saleh Rüstəmova azadlıq tələbi ilə keçirdiyi aksiyaya görə tutulmuş tələbə Rüstəm İsmayılbəyli azadlığa çıxıb. Dekabrın 2-də Səbail Rayon Məhkəməsi fəala 30 sutkalıq inzibati həbs cəzası kəsmişdi. Bakı Apellyasiya Məhkəməsini...
Yeni görüş, yeni ümidlər
AZƏRTAC-ın məlumatına görə, dekabrın 15-i axşam Avropa İttifaqının baş şəhəri Brüsseldə prezident İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında qeyri-formal görüş keçirilib. Təşəbbüsün Fransa prezidenti Emmanuel Makrondan gəldiyi bildirilir. Həmin gün Avropa İttifaqının Şərq tərəfda...
Qərbdə Şərq sammiti
Dekabrın 15-i Belçikanın paytaxtı Brüsseldə Avropa İttifaqının Şərq tərəfdaşlığının sammiti keçirilib. AZƏRTAC xəbər verir ki, prezident İlham Əliyev sammitdə çıxış edib. Dövlət başçısı sammitdə iştirak edən dövlət və hökumət başçılarının işçi naharına da qatılıb. Avropa İttifaqı 27 ölkəni (Almaniya...
“Azərbaycan Ermənistanla sülh danışıqlarına hazırdır”
AZƏRTAC prezident İlham Əliyevin dekabrın 14-ü Brüsseldə İspaniyanın “El Pais” qəzetinə verdiyi müsahibəsinin mətnini yayıb. Dövlət başçısı Ermənistanla münaqişə barədə suala cavabında deyib ki, müharibə bitəndən ötən 1 ildən çox müddətdə vəziyyət nisbətən sabitdir: “Rusiya sülhməramlı qüvvələrinin ...
Təkamülün əksinə doğru
Rövşən Əliyev “Media haqqında” qanun layihəsini oxuyandan və “rəsmi müzakirəsini” izləyəndən sonra gədiyim nəticələr: – layihədə təməl insan haqlarına zidd bəndlər var; – hökumətə nəzarət etməli olan xəbər mediasını hökumətin daha qəddar nəzarəti altına almaq cəhdi aydın görünür; – layihə hazırlanan...
Dünyanı gözləyən iqtisadi risklər – “Bloomberg”
ABŞ-ın “Bloomberg” agentliyi 2022-ci ildə gözlənən əsas iqtisadi riskləri açıqlayıb. Novator.az saytı xəbər verir ki, ilk növbədə koronavirusun omikron variantına diqqət çəkilir. Bildirilir ki, omikron daha yoluxucu və ölümcül olsa, bu, iqtisadi artıma çox mənfi təsir göstərəcək. Ölkələr məcbur olub...
Bakıda aksiya. Yenə Saleh Rüstəmov aksiyası
Bir qrup ictimai-siyasi fəal dekabrın 15-i gündüz saat 12 radələrində Bakının mərkəzindəki Fəvvarələr meydanına toplaşaraq məhbus Saleh Rüstəmova azadlıq tələb edib. Polis əməkdaşları aksiyanı dağıdıb, tutulanlar var (müsavatçılar Tofiq Yaqublu, Nigar Həzi, cəbhəçilər Babək Həsənov, Mehriban Hüseynl...
Koma təhlükəsi
Həkim, tibb elmləri doktoru Adil Qeybulla dekabrın 14-də Penitensiar Xidmətin Müalicə Müəssisəsində məhbus Saleh Rüstəmova baş çəkib. O, “Amerikanın səsi”nə deyib ki, Saleh Rüstəmovun həyatı üçün təhlükəli dönəm başlayıb: “Saleh Rüstəmov uzun müddətdir aclıq edir və orqanizmi üzülür. Xeyli çəki itir...