Siyasət
ABŞ və NATO-dan Rusiyaya cavablar – “Vaşinqton Post”
“Vaşinqton Post” qəzeti Rusiyanın Ukrayna böhranı ilə bağlı tələblərinə ABŞ və NATO-nun verdiyi yazılı cavablar haqda yazı dərc edib. Novator.az saytı qəzetin müxbirlər qrupunun hazırladığı yazını ingiliscədən çevirərək oxucuların diqqətinə çatdırır. Yanvarın 26-da ABŞ və NATO Kremlin təhlükəsizlik ...
Gənclər forumunda
Fevralın 2-si Bakının “Gülüstan” sarayında Azərbaycan Gəncləri Gününə həsr olunmuş gənclər forumu keçirilib. AZƏRTAC xəbər verir ki, forumda çıxış edən prezident İlham Əliyev Gənclər Gününün 1997-ci il fevralın 2-də təsis edildiyini xatırladıb: “O vaxt vəziyyət çox ağır idi. Müstəqilliyimizin cəmi 6...
Niyaməddin Əhmədov məhkəməsində
Fevralın 2-də Bakı Apellyasiya Məhkəməsində məhbus AXCP fəalı Niyaməddin Əhmədovun şikayəti üzrə proses keçirilib. Məhkəmə iclasında ifadə verən Niyaməddin Əhmədov bəraət istəyib. Fəal həbsdə ağır işgəncələrə məruz qaldığını, ondan mühafizəçisi olduğu partiya sədri Əli Kərimliyə qarşı saxta ifadəni ...
İşğalçı rejim yeni oyuna gedir
Azərbaycanın Qarabağ bölgəsinin bir hissəsinə nəzarət edən işğalçı rejim “konstitusiya islahatına” hazırlaşır. Novator.az-ın məlumatına görə, fevralın 2-də “konstitusiya yeniliyi layihəsi” rejimin “parlamentində” ilk oxunuşdan keçib. Detallar açıqlanmasa da, layihənin rejimdə idarə üsulunun dəyişikl...
Bayden müttəfiqlərinə əmindir – “Nyu-York Tayms”
ABŞ-ın “Nyu-York Tayms” qəzetində “Putinlə qarşıdurma Baydeni əmin edir ki, avropalı müttəfiqləri onun yanındadır” başlıqlı məqalə dərc olunub. Məqalənin müəllifləri qəzetin London bürosunun rəhbəri Mark Lendler, Avropada diplomatik məsələlər üzrə müxbiri Stiven Erlanger, Ağ ev və milli təhlükəsizli...
Mustafa Hacıbəylinin şikayətləri araşdırılır
Avropa İnsan Hüquqları Məhkəməsi “Basta” saytının baş redaktoru, Müsavat Partiyasının üzvü Mustafa Hacıbəylinin iki şikayəti üzrə kommunikasiyaya start verib. Azərbaycan hökumətinə Avropa İnsan Hüquqları Konvensiyası ilə tanınan ədalətli məhkəmə araşdırması, ifadə azadlığı, effektiv hüquqi müdafiə v...
Londonda çıxarılan qərarın iki təqdimatı
Böyük Britaniyada Azərbaycan parlamentinin deputatı, əczaçılıq məhsullarının idxalı ilə məşğul olan “Avromed” şirkətinin qurucusu Cavanşir Feyziyevin ailə üzvlərinə məxsus pul vəsaiti ilə bağlı araşdırma davam edir. 1963-cü il təvəllüdlü Cavanşir Feyziyev 2010, 2015 və 2020-ci illərin parlament seçk...
Ermənistan seçki yolunda
Fevralın 1-də Ermənistan parlamentinin sədri Alen Simonyan Armen Sərkisyanın prezident səlahiyyətlərinə xitam verilməsi barədə protokol imzalayıb. Yeni prezident seçilənə qədər dövlət başçısı səlahiyyətlərini Alen Simonyan icra edəcək. Armen Sərkisyan yanvarın 23-də istefa verib. Konstitusiyaya görə...
Prezident dəftərxanasında rus kəşfiyyatına aid məxfi sənəd yoxa çıxıb
Rusiya kəşfiyyatının törətdiyi partlayışlara aid məxfi sənəd Çexiya prezidentinin dəftərxanasından yoxa çıxıb. Novator.az xəbər verir ki, söhbət 2014-cü ildə Çexiyanın Vrbetis kəndində yerləşən silah-sursat anbarında baş vermiş iki partlayışa aid sənəddən gedir. Çexiyanın xüsusi xidmət oqranları par...
Uyğurlara qarşı cinayətləri əks etdirən muzey açılıb
Türkiyənin İstanbul şəhərində Çində uyğurlara qarşı törədilən cinayətlərlə bağlı muzey açılıb. Novator.az-ın məlumatına görə, ABŞ-ın “Associated Press” agentliyi muzeydən videosüjet yayıb. Süjetdə bildirilir ki, muzeyi Türkiyədə təhsil alan uyğur tələbələr yaradıblar. Türkiyədə 50 mindən çox uyğur y...
Rəsulzadə günü
AXCP sədri Əli Kərimli Məhəmməd Əmin Rəsulzadənin doğum günündən yazıb: “Bu gün onun günüdür. Əvvəlcə Azərbaycan muxtariyyətini, sonra da Azərbaycanın müstəqilliyini siyasi gündəmə gətirən, istiqlalın milli ideyaya çevrilməsində və elanında ən çox zəhməti olan böyük Məhəmməd Əmin Rəsulzadənin doğum ...
Gəncə səfərində
AZƏRTAC prezident İlham Əliyevin Gəncə şəhərinə 30 yanvar səfərindən bilgilər yayıb. Xəbərə görə, dövlət başçısı Gəncə Dövlət Dram Teatrının yeni binasının açılışında iştirak edib. Binada 478 yerlik böyük tamaşaçı zalı, 22 tamaşaçı yerlik lojalar və 120 yerlik kiçik tamaşaçı zalı var, həmçinin iki z...
Baş nazirin partiyası seçkini uddu
Portuqaliyada yanvarın 30-da keçirilmiş növbədənkənar parlament seçkisinin ilkin nəticələri açıqlanıb. Novator.az-ın məlumatına görə, baş nazir Antonio Koştanın liderlik etdiyi Sosialist Partiyası önə çıxaraq 230 yerlik parlamentdə 117 mandata sahib çıxır. Bu, sosialistlərə təkbaşına hökumət qurmaq ...
Tamerlan Qarayev – 70
Dövlət xadimi Tamerlan Qarayevin 70 yaşı tamam olub. Novator.az bildirir ki, Tamerlan Qarayev 1952-ci il yanvarın 30-da Ağdam rayonunun Qasımlı kəndində doğulub. Azərbaycan Dövlət Universitetinin (indiki BDU) hüquq fakültəsini bitirib. 1973-1978-ci illərdə Bakı Şəhər Prokurorluğunda xidmət edib. 197...
İtaliya prezidenti kürsüdə qaldı
Yanvarın 29-u axşam İtaliyada prezident seçkisi yekunlaşıb. Novator.az-ın məlumatına görə, 2015-ci ildən prezidentlik edən, bu seçkidə namizəd olmaq istəməmiş Serco Mattarella yenidən dövlət başçısı postuna mandat alıb. Onun 7 illik ilk səlahiyyət müddəti fevralın 3-də başa çatır. Dövlət başçısını p...
“Hörmətli Prezidentimizdən müdaxilə, cavab gözləyirik”
10 il müddətinə azadlıqdan məhrum edilmiş dövlət xadimi Eldar Həsənovun qızı, hüquq elmləri doktoru Səbinə Hüseynova Novator.az-ın suallarını cavablandırıb. 2020-ci il avqustun 13-dən həbsdə olan Eldar Həsənov Rumıniya, Serbiya, Bosniya və Herseqovina, Monteneqroda səfir kimi fəaliyyət göstərdiyi 20...
Ukrayna yəhudilərinə xəbərdarlıq edilib: köçürülməyə hazır olun
Ukraynada yaşayan yəhudilərə ölkədən köçürülməyə hazır olmaları barədə xəbərdarlıq edilib. Novator.az saytının məlumatına görə, bunu İsrailin “Yerusəlim Post” qəzeti yazıb. Qəzet xəbərdarlığın yanvarın 26-da elan olunduğunu qeyd edib. Məlumata görə, xəbərdarlıqda bildirilib ki, Ukrayna yəhudiləri İs...
Rusiyadan nə istəməli?
Azər Qasımlı Rusiya ABŞ başda olmaqla NATO-dan öz təhlükəsizliyinə yazılı təminat tələb edir. Lakin özü qonşu ölkələrin təhlükəsizliyinə təminat vermək istəmir. Təhlükəsizlik, müstəqillik, ərazi bütövlüyü məsələlərini postsovet ölkələri ilə deyil, üçüncü ölkələrlə danışması dünyanı maraqlar sferasın...
Rusiya Finlandiyanın NATO-ya qoşulmasına necə reaksiya verər?
Rusiya NATO qarşısında şərqə doğru irəliləməmək tələbi qoyub. Həmin tələblər Ukraynanın və digər keçmiş sovet respublikalarının NATO-ya qoşulmaq hüququndan məhrum edilməsini, habelə NATO qüvvələrinin Avropada 1997-ci ildəki mövqelərə çəkilməsini nəzərdə tutur. Ötən ilin sonunda Rusiya Xarici İşlər N...
Vəziyyətin sualı
AXCP sədri Əli Kərimli sosial məsələlərə diqqət çəkib. Novator.az-ın məlumatına görə, siyasətçi yazır ki, son il yarımda Azərbaycan neftinin qiyməti 6 dəfə artıb, ancaq həmin müddətdə ölkədə 211 min nəfərin pensiyası ləğv olunub: “Neft 6 dəfə bahalaşıb, ancaq rəsmi statistikaya əsasən, 2021-ci ildə ...