Siyasət
Qaz bazarında çevriliş?
İqtisadçı Rövşən Ağayev Beynəlxalq Enerji Agentliyinin yeni hesabatına nəzər salıb. O yazır ki, rəsmi açıqlamaya görə, son bir ildə ABŞ-dan Avropaya qaz ixracı 15 dəfədən çox artıb, köhnə qitənin Rusiyadan qaz idxalı isə 3 dəfə azalıb: “Statistikaya əsasən, 2021-ci ilin iyununda Rusiyanın qaz ixracı...
Dörd zabitə general-mayor rütbəsi verildi
Daxili İşlər Nazirliyinin dörd polkovnikinə polis general-mayoru ali xüsusi rütbəsi verilib: Canpolad Alı oğlu Daanov, Namiq Zirəddin oğlu Həsənov, Vüqar Hidayət oğlu Ələkbərov, Sərdar Süleyman oğlu Səfərov. Prezident İlham Əliyev sərəncamı iyulun 1-də imzalayıb. İyulun 2-si Azərbaycanda Polis Günü ...
Müxalif lider postunu itirdi
Ermənistan müxalifətinin liderlərindən olan İşxan Saqatelyan iyulun 1-də parlament sədrinin müavini postundan çıxarılıb. Novator.az-ın məlumatına görə, qərar İşxan Saqatelyanın yaz sessiyasının iclaslarının yarıdan çoxuna qatılmaması ilə əsaslandırılıb. 2021-ci il iyunun 20-də seçilmiş 107 nəfərlik ...
Rusiya neçə yerindən parçalana bilər? – “EUObserver” nəşri
Redaksiyası Belçikanın paytaxtı Brüsseldə yerləşən “EUObserver” internet nəşrində “Rusiya dağılsa, hansı regionlar müstəqil dövlətə çevrilə bilər?” başlıqlı məqalə dərc olunub. Məqalənin müəllifləri Vaşinqtonda yerləşən Enerji Siyasəti Araşdırmaları Fondunun (EPRINC) tədqiqatlar üzrə direktoru Maks ...
Müharibə veteranlarına 210 manat
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisin 28 iyun iclasında müharibə veteranlarına verilən 80 manatlıq prezident təqaüdünün artırılması üzərində iş getdiyini deyib. Novator.az-ın məlumatına görə, nazirin açıqlamasına münasibət bildirən iqtisadçı alim, müxalif ADR Partiyas...
Zülmün nümayişi
Müsavat Partiyasının başqanı Arif Hacılı Azərbaycanın quru sərhədlərinin bağlı qalmasından yazıb. Novator.az-ın məlumatına görə, siyasətçi qeyd edir ki, quru sərhədlərin açılmaması xalqın iradəsini heçə saymağın, xalqa qarşı əndazəni aşan zülmün, azğınlığın nümayişidir: “Quru sərhədlərin bağlı qalma...
Bayden: “Müharibə Ukraynanın məğlub olması ilə bitməyəcək”
ABŞ prezidenti Cozef Bayden bəyan edib ki, Birləşmiş Ştatlar, bütövlükdə NATO Rusiyanın təcavüzündən qorunması üçün Ukraynaya nə qədər lazımdırsa o qədər də dəstək verəcək və Ukraynanı uduzmağa qoymayacaq. Novator.az saytı “Nyu-York Tayms” qəzetinə istinadla xəbər verir ki, Bayden bu bəyanatını NATO...
İsa Qəmbərin şikayətinə baxılacaq
Bakı İnzibati Məhkəməsi siyasətçi İsa Qəmbərin şikayətinə hakim Orxan Həsənovun sədrliyi ilə baxacaq. Novator.az-a açıqlama verən vəkil Nemət Kərimli deyib ki, ilkin proses iyulun 18-i saat 15:30 təyin olunub. Şikayət ərizəsində siyasətçinin əmək pensiyası hüququnun pozulduğu qeyd edilir. Nemət Kəri...
“Güc və müdriklik sayəsində torpaqlarımızı azad etdik”
AZƏRTAC prezident İlham Əliyevin iyunun 30-u Bakıda, Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin konfransındakı çıxışının mətnini yayıb. Dövlət başçısı deyib ki, Azərbaycan dünyada ən böyük ədalətsizliklə üzləşmiş ölkələrdən biri olub: “Ərazimizin 20 faizinin Ermənistan tərəfindən işğal edilməsi etnik ...
Laçını tam qaytaran yol
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Qarabağ bölgəsindən Ermənistana gedən, Laçın şəhərindən yan keçən yeni yolun 2022-ci ildə istifadəyə veriləcəyini bəyan edib. Novator.az-a danışan məlumatlı şəxs yeni yolun Laçın şəhəri ilə yanaşı rayonun kəndlərindən də yan keçdiyini deyib: “32 kilometr...
Avropadan təzminat qərarları
Avropa İnsan Hüquqları Məhkəməsi iyunun 30-u Azərbaycandan şikayətlər üzrə yeni qərarlar elan edib. Aihmaz.org xəbər verir ki, “Azadlıq” qəzeti və Qənimət Zahidin şikayəti Azərbaycan prezidentinin köməkçisi olmuş Tariyel Ağayev barədə məqaləyə görə cərimələrlə bağlı olub. Milli məhkəmələr Tariyel Ağ...
İsrail növbədənkənar seçkiyə gedir
İyunun 30-da İsrail parlamenti özünü buraxmaq və noyabrın 1-də növbədənkənar seçki keçirilməsi barədə qərar qəbul edib. Novator.az-ın məlumatına görə, hökumət koalisiyası dağıldığı üçün Naftali Bennet baş nazir postundan ayrılır, onu Yair Lapid əvəzləyir. 2019-2021-ci illərdə İsrail davamlı hökumət ...
Putinin bu avantürası puça çıxıb – “Vaşinqton Post”
Qərb ölkələri Rusiyanın təcavüzü qarşısında Ukraynaya dəstək versələr də, bəzi məqamlarda, xüsusilə Rusiya ilə iqtisadi əlaqələrin nə dərəcədə kəsilməsi, Ukraynanın nə həddə silahlandırılması, müharibənin hansı şərtlərlə bitməsi kimi məsələlərdə bu ölkələr arasında fikir ayrılıqları da mövcuddur. No...
Bakı konfransı
İyunun 30-u Bakıda, Heydər Əliyev Mərkəzində Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransı işə başlayıb. AZƏRTAC xəbər verir ki, prezident İlham Əliyev konfransda çıxış edib. “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusuna həsr olun...
Hərənin öz siyahısı
Ələsgər Məmmədli Mərkəzi Seçki Komissiyasının 27 may 2022-ci il hesabatına görə, Azərbaycanda 6,4 milyon seçici var. Ölkədəki son seçkidə – 9 fevral 2020-ci ilin parlament seçkisində 5,3 milyon seçici qeydə alınmışdı. İki il ərzində 1 milyondan çox seçici artıb. Halbuki Dövlət Statistika Komit...
Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiya
Novator.az Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın üzvlərini təqdim edir. 3 mart 2004-ci ildə yaradılmış 15 nəfərlik qurumun 5 üzvünün təyinatı prezidentin, 5 üzvünün təyinatı Milli Məclisin, 5 üzvünün təyinatı Konstitusiya Məhkəməsinin səlahiyyətindədir. Prezidentin təyin etdiyi üzvlər: Samir...
Səfər anonsları
Prezident İlham Əliyevin Türkmənistanın paytaxtı Aşqabada səfəri başa çatıb. AZƏRTAC xəbər verir ki, səfərin sonunda, iyunun 29-u axşam İlham Əliyev Rusiya prezidenti Vladimir Putinlə görüşüb. Vladimir Putin iki ölkənin əlaqələrinin genişləndiyini və hazırkı səviyyəsinin çox yaxşı olduğunu deyib, ra...
Xəzər sammiti
İyunun 29-da prezident İlham Əliyev Xəzəryanı dövlətlərin zirvə toplantısına ev sahibliyi edən Türkmənistanın paytaxtı Aşqabada gedib. Aşqabadın beynəlxalq aeroportunda prezidenti Türkmənistan Nazirlər Kabineti sədrinin və xarici işlər nazirinin müavini başda olmaqla rəsmi şəxslər qarşılayıb. İlham ...
Dörd cəbhəçinin şikayəti, iki qərar
İyunun 29-da Ali Məhkəmə azadlıqdan şərti məhkum olunmuş AXCP üzvləri Telman Seyfullayev, İsmayıl Həsənov, Ceyhun Novruzov və Gündüz Mirzəyevin şikayətləri üzrə qərar çıxarıb. Novator.az-ın məlumatına görə, Telman Seyfullayevin işi yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılıb, qalan...
İlqar Məmmədov prezidentə üz tutub
Respublikaçı Alternativ (REAL) Partiyasının sədri İlqar Məmmədov prezident İlham Əliyevə müraciət edib. Novator.az-ın məlumatına görə, müraciətdə parlamentdə təmsilçisi olmayan seçki dairələrinin məsələsi qaldırılır. 125 nəfərlik Azərbaycan parlamentində 7 yer boşdur. Milli Məclisə son seçki 2020-ci...