Siyasət
Senatorlar sosial şəbəkələri rus dezinformasiyasını boğmağa çağırır
Amerikalı senatorlar dünyanın nüfuzlu sosial şəbəkə platformalarını Rusiyanın Ukrayna müharibəsi barədə ispandilli məkanda yaydığı dezinformasiyalara qarşı daha effektli mübarizə aparmağa çağırırlar. Novator.az saytı “Reuters” agentliyinə istinadla xəbər verir ki, bu məqsədlə senatorlar birgə müraci...
Məryəm ana
Müsavat Partiyasının başqanı Arif Hacılı mərhum deputat Məryəm Həsənovadan yazıb. 1938-ci ildə doğulan Məryəm Həsənova indiki Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib, uzun illər Siyəzən rayonunda Azərbaycan dili və ədəbiyyat dərsləri deyib, bir müddət məktəb direktoru olub. 1990-1...
Zorakı söküntü: vəkil cinayət işi istəyir
Bakıda Zəfər muzeyinin tikintisi ilə əlaqədar sökülməsi qərara alınan yaşayış binasında mənzilini icra hakimiyyətinin qoyduğu şərtlərlə satmaq istəməyən sakinlərin evləri dağıdılır. 11 mərtəbəli bina Xətai rayonunda, Yusif Səfərov küçəsində yerləşir. Zəfər muzeyinin tikintisi ölkə prezidentinin 2020...
Baha dollar bizi də vurur
London İqtisadiyyat Məktəbinin professoru, Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu dolların bahalaşmasını şərh edib. ABŞ-da mərkəzi bank funksiyalı Federal Ehtiyat Sistemi (FES) iyulun 27-də uçot dərəcəsinin (banklara verilən borc üzrə faiz dərəcəsi) yuxarı həddini 2,5 faiz...
Barışmamaq çağırışı
AXCP sədri Əli Kərimli ictimaiyyəti repressiyalara reaksiya verməyə çağırıb. Novator.az-ın məlumatına görə, siyasətçi iyulun 28-də özünün “Facebook” səhifəsində yazır ki, Müsavat Partiyasının funksioneri Əlikram Xurşidov iyulun 26-da 30 sutkalıq inzibati həbs cəzası alıb: “Müsavatçı Əziz Məmiyevə iy...
Müsavatçıya bəraət istəyi
Bakının Binəqədi rayonunda, Daxili İşlər Nazirliyinin inzibati həbs məntəqəsində saxlanan müsavatçı Əziz Məmiyevə kəsilmiş cəzadan apellyasiya şikayəti verilib. Bir qrup fəal iyulun 20-si paytaxtda, Nazirlər Kabinetinin binası qarşısında piket keçirməyə cəhd göstərib. Bakı Şəhər İcra Hakimiyyəti qur...
Seçki dairələri yenidən qurula bilər?
Mərkəzi Seçki Komissiyası seçki dairələrinin sərhədləri üzrə komissiyanı yeniləyib. İyulun 26-da verilən qərara görə, komissiyaya Rövzət Qasımov (Mərkəzi Seçki Komissiyası sədrinin müavini) sədrlik edir. Üzvlər belə müəyyənləşib: Ramiz İbrahimov, Qabil Orucov, Nailə Əsgərova, Almas Qəhrəmanlı, İlkin...
Cəbhəçiyə hökm oxundu
İyulun 27-də Bakı Ağır Cinayətlər Məhkəməsi AXCP üzvü Pünhan Kərimova hökm oxuyub. Novator.az-ın məlumatına görə, ona 6 il azadlıqdan məhrumetmə cəzası kəsilib. 2022-ci il yanvarın 25-i Bakıda həbs edilən Pünhan Kərimov satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə saxlamada təqsi...
Əfqan Muxtarlının oğurlandığı etiraf olunur
Jurnalist Əfqan Muxtarlının Gürcüstanın paytaxtı Tbilisidə tutulması ilə bağlı yeni məlumat var. Novator.az bildirir ki, Əfqan Muxtarlı 2017-ci il mayın 29-da ailəsi ilə birgə yaşadığı Gürcüstanın paytaxtı Tbilisidə tutularaq Bakıya gətirilib. Azərbaycanın rəsmi qurumları bəyan edib ki, Əfqan Muxtar...
Oğurluğa işarə
İqtisadçı alim, Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu yazır ki, Dövlət Neft Şirkətinin (SOCAR) 2021-ci il hesabatı, eyni zamanda xarici qiymətləndiricinin apardığı maliyyə diaqnostikası bir çox qaranlıq məqama işıq salıb: “Şirkətə yeni rəhbərliyin gətirilməsi 2021-ci ildə...
Müsavat başqanının müşavirinə cəza
Müsavat Məclisinin üzvü, partiya başqanının müşaviri Əlikram Xurşidov tutulub. İyulun 26-da saxlanan müsavatçıya həmin gün Səbail Rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibati həbs cəzası verilib. O, polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamaqda təqsirli bilinib. Əlikram Xurşidovun iy...
Ermənistan hökumətində postlar
Novator.az bildirir ki, hökumətdə 3 qurum birbaşa baş nazirə tabedir: Dövlət Nəzarəti Xidməti, Milli Təhlükəsizlik Xidməti, Ermənistan Polisi. Nazirlər Kabineti yanında 5 komitə (Dövlət Gəlirləri Komitəsi, Şəhərsalma Komitəsi, Statistika Komitəsi, Kadastr Komitəsi, Nüvə Təhlükəsizliyi Komitəsi), 6 m...
Belarus təhlükə olaraq qalır – “Kiyev Post”
Ukraynanın ingilis dilində çıxan “Kiyev Post” (“Kyiv Post”) həftəlik nəşrində “Belarus təhlükə olaraq qalır” başlıqlı yazı dərc edilib. Novator.az saytı yazını ingiliscədən çevirərək oxucuların diqqətinə çatdırır. Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi Belarusla bağlı durumun gərgin, lak...
Başçı və baş məsələ
İyulun 25-də Masallı, Lerik və Göygöl rayonlarına yeni icra hakimiyyəti başçıları təyin edən prezident İlham Əliyev onlarla görüşündə tapşırıqlar qoyub. Novator.az-ın məlumatına görə, müxalif Respublikaçı Alternativ Partiyasının funksioneri Natiq Cəfərli yazır ki, dövlət başçısının məmurlarla görüşd...
Rusiya: jurnalın ilk sayı çıxan kimi saytı bloklanıb
Rusiyada fəaliyyətini dayandırmış məşhur müxalif nəşrin – “Novaya qazeta”nın yeni layihəsi də problemlə üzləşib. Novator.az saytı xəbər verir ki, “Novaya qazeta” fəaliyyətini martın 28-dən dayandırıb. Redaksiya bu qərarı Ukraynada müharibə başlanandan bəri Rusiyanın dövlət orqanlarının qəzetə ...
ABŞ-dan dəstək zəngi
İyulun 25-i axşam ABŞ-ın dövlət katibi Entoni Blinken prezident İlham Əliyevə zəng edib. Rəsmi məlumata görə, dövlət katibi ABŞ-ın Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasını dəstəklədiyini vurğulayıb, Tbilisidə iki ölkənin xarici işlər nazirlərinin görüşünü və birbaşa dialoqunu müsb...
“Vaşinqton Post”: Baydenin COVİD-ə yoluxması ibrətamiz hadisədir
ABŞ-ın “Vaşinqton Post” qəzetində “Baydenin COVİD-ə yoluxması ölkə üçün ibrətamiz hadisədir” başlıqlı məqalə dərc olunub. Məqalənin müəllifi qəzetin şərhçisi Lina Vendir. Novator.az saytı məqaləni ingiliscədən çevirib oxuculara təqdim edir. ABŞ prezidenti Cozef Baydenin COVİD-19 virusuna yoluxması, ...
Yeni icra başçılarına tapşırıqlar
İyulun 25-də prezident İlham Əliyev Araz Əhmədovu Masallı Rayon İcra Hakimiyyətinin, Əkbər Abbasovu Lerik Rayon İcra Hakimiyyətinin, Elvin Paşayevi Göygöl Rayon İcra Hakimiyyətinin başçısı təyin edib. AZƏRTAC xəbər verir ki, dövlət başçısı hər üç məmurla görüşündə tapşırıqlar qoyub: “İlk növbədə ray...
Yarım ilin hesabatı, tövsiyələr
Media Hüququ Qrupu 2022-ci ilin ilk yarısı üzrə hesabat yayıb. Hüquqşünaslar Ələsgər Məmmədli və Xalid Ağalıyevin yaratdığı qrupun hesabatı media, jurnalistlərlə əlaqəli insidentlərin monitorinqinə, analizinə əsaslanır. Açıqlamaya görə, yanvar-iyun aylarında Azərbaycanda 80-dən çox insident qeydə al...
Masallının icra başçısı dəyişdi
Prezident İlham Əliyev Şahin Kərim oğlu Məmmədovu Masallı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edib. Sərəncam iyulun 25-də imzalanıb. Başqa bir sərəncamla Araz Süleyman oğlu Əhmədov Masallı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Novator.az bildirir ki, 1959-cu ildə Bərdə şəhə...