Siyasət
TASS-ı Avropadan qova bilmədilər
Rusiyanın TASS informasiya agentliyini Avropa Xəbər Agentlikləri Alyansından (EANA) çıxarmaq cəhdi baş tutmayıb. Əsası 1904-cü ildə qoyulan TASS Rusiyanın mərkəzi dövlət informasiya agentliyi, dünyanın ən iri media qurumlarından biridir. 1956-cı ildə təsis olunmuş EANA öz sıralarında “Frans Press” (...
Avropadan azadlıq tələbləri
Avropa İttifaqının təmsilçi orqanı – Avropa Parlamenti sentyabrın 13-də iqtisadçı alim, siyasətçi Qubad İbadoğlunun həbsini müzakirəyə çıxarıb. Dinləmələrdə Qubad İbadoğlunun, başqa siyasi məhbusların dərhal azadlığa buraxılması, Azərbaycanda demokratik qüvvələrə basqıların dayandırılması çağı...
Asiya sammitində
Sentyabrın 14-ü Tacikistanın paytaxtı Düşənbədə Mərkəzi Asiya dövlət başçılarının 5-ci məşvərət görüşü keçirilir. AZƏRTAC xəbər verir ki, prezident İlham Əliyev görüşə fəxri qonaq qismində qatılıb. Sammitdə çıxış edən İlham Əliyev deyib ki, Azərbaycanı və Mərkəzi Asiya ölkələrini xalqların çoxəsrlik...
ABŞ: prezident postuna kimlər iddia edir?
ABŞ-da 2024-cü ilin prezident seçkisində iştirak etmək istəyənlərin sayı 17 nəfərə çatıb. Novator.az saytı “Nyu-York Tayms” qəzetinə istinadla bildirir ki, onların 3-ü Demokratlar Partiyasını, 13-ü Respublikaçılar Partiyasını təmsil edir. Bir nəfər – professor Kornel Uest Yaşıllar Partiyasının...
Düşənbə səfəri
Prezident İlham Əliyev sentyabrın 14-də Tacikistana səfər edib. AZƏRTAC xəbər verir ki, paytaxt Düşənbənin beynəlxalq aeroportunda dövlət başçısını Tacikistanın baş naziri və digər rəsmi şəxslər qarşılayıb. Prezidentin tacik həmkarı İmaməli Rəhmanla təkbətək görüş keçirdiyi bildirilir. İlham Əliyevi...
Sinqapur azlıq hakimiyyətinə yön alır
Sentyabrın 14-ü Sinqapurda yeni prezident Tarman Şanmuqaratnamın dövrü başlayır. Cənub-Şərqi Asiya ölkəsi olan Sinqapurda parlament idarə üsulu hökm sürür. 1957-ci il təvəllüdlü tamil Tarman Şanmuqaratnam sentyabrın 1-də parlament üzvlərinin 70,4 faizinin səsini toplayaraq prezident seçilib. Onun rə...
Putinin dediyi Qarabağ planının detalları
Sentyabrın 12-si Vladivostokda keçirilən Şərq İqtisadi Forumunda danışan Rusiya prezidenti Vladimir Putin Ermənistan-Azərbaycan münaqişəsinə də toxunub. O, Rusiyanın vaxtilə təklif etdiyi sülh planında Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin, həmçinin Laçın və Kəlbəcər rayonlarının Ermənistanın nəzar...
İşğalçı savaş vəsf olunur – “Nyu-York Tayms”
Rusiya hakimiyyəti adamları orduya cəlb etmək üçün hansı metodlara əl atır? ABŞ-ın “Nyu-York Tayms” qəzeti bu suala rəsmi təbliğatı izləməklə cavab axtarıb. Novator.az-ın məlumatına görə, qəzet yazır ki, 2022-ci ilin fevralından Ukraynada total müharibə aparan Rusiya ölən və yaralanan on minlərlə hə...
Çinin yalan şəbəkəsi ifşa olunub – CNBC
ABŞ-ın “Meta” şirkətinin “Facebook” və “İnstagram” platformalarında Çinin iri dezinformasiya şəbəkəsi dağıdılıb. Novator.az saytı ABŞ-ın CNBC kanalına istinadla xəbər verir ki, minlərlə hesabdan, yüzlərlə səhifədən ibarət şəbəkənin əsas məqsədi Çin kommunist rejiminin müsbət imicini formalaşdırmaq, ...
Mən Qubadın qardaşıyam!
Qalib Toğrul 38 il keçib, ancaq indi də o günləri xatırlayanda sinəm göynəyir, gözlərim dolur. Atamızın qəfil ölümündən sonra böyük məyusluq içindəyik, sanki bizi dərin bir quyuya atıb kəndirimizi kəsmişdilər, oradan çıxacağımıza ümidimiz qalmamışdı… Belə günlərin birində kitablarımı da götürü...
Dünya mediasından
Sentyabrın 1-dən Rusiyanın orta məktəblərində tarix fənninin yeni dərsliklərlə tədrisinə başlanıb. Almaniyanın “Doyçe Velle” (“Deutsche Welle”) kanalı həmin dərsliklərin məzmununa nəzər salıb. Kanalın internet səhifəsində yerləşdirilmiş şərhdə deyilir ki, Rusiyada 10-11-ci siniflər üçün tarix dərsli...
Qubad İbadoğlunun doğum günü
Məhbus iqtisadçı alim, siyasətçi Qubad İbadoğlunun 52 yaşı tamam olur. 1971-ci il sentyabrın 12-si Füzuli rayonunun Aşağı Güzlək kəndində doğulan Qubad İbadoğlu iqtisad elmləri namizədidir. Azərbaycan Dövlət İqtisad Universitetində, Budapeştdəki Mərkəzi Avropa Universitetində, ABŞ-ın Kanzas, Şimali ...
Qeydiyyatı yenilənən partiyalar
Ədliyyə Nazirliyi siyasi partiyaların dövlət qeydiyyatının yenilənməsini davam etdirir. “Turan”ın 11 sentyabr məlumatına görə, 25 partiya prosesi geridə qoyub: Ağ Partiya, Ana Vətən Partiyası, Azad Vətən Partiyası, Azərbaycan Demokrat Partiyası, Azərbaycan Xalq Partiyası, Azərbaycan Xalq Cəbhəsi Par...
İsa Qəmbərin şikayəti təmin olunmayıb
Ali Məhkəmə pensiya çəkişməsi aparan siyasətçi İsa Qəmbərin şikayətini təmin etməyib. Vəkil Nemət Kərimli Novator.az-a deyib ki, işə yazılı icraat qaydasında, məhkəmə iclası keçirilmədən və tərəflərin iştirakı olmadan baxılıb. 1957-ci il təvəllüdlü İsa Qəmbər milli azadlıq hərəkatının liderlərindənd...
Qarabağ rejimində yeni lider
Azərbaycanın Yuxarı Qarabağ bölgəsindəki işğalçı rejimin “parlamenti” sentyabrın 9-da yeni “prezident” seçib: Samvel Şahramanyan. Novator.az bildirir ki, 1978-ci ildə Stepanakert (Xankəndi) şəhərində doğulan Samvel Şahramanyan iqtisadiyyat üzrə ali təhsil alıb. Rejimin “Milli Təhlükəsizlik Xidmətini...
İş istəyənin milləti nə rol oynayır?
İşə qəbulda namizədin hansı millətdən olması rol oynayırmı, etnik azlıqlara münasibətdə ayrı-seçkiliyə yol verilirmi? London Kral Kollecinin (Böyük Britaniya) mədəniyyətlərarası menecment kafedrasının baş müəllimi Mladlen Adamoviç və Monaş Universitetinin (Avstraliya) iqtisadiyyat üzrə professoru An...
Jurnalistə 6 min avro
Sentyabrın 7-də Avropa İnsan Hüquqları Məhkəməsinin Azərbaycanla bağlı qərarları açıqlanıb. Aihmaz.org-ın məlumatına görə, Azərbaycan dövləti ölkədən çıxışının yasaqlanmasından şikayət etmiş jurnalist Şahvələd Çobanoğlunun Avropa İnsan Hüquqları Konvensiyası ilə qorunan hərəkət azadlığına və səmərəl...
Qarabağ rejiminə kim başçılıq edəcək?
Azərbaycanın Qarabağ bölgəsinin bir hissəsinə nəzarət edən işğalçı rejimin “parlamenti” yeni “prezident” seçməyə hazırlaşır. 2020-ci ildən rejimə başçılıq etmiş Araik Arutunyan sentyabrın 1-də istefa verib, idarəçilik “parlament sədri” David İşxanyana keçib. Rejimdə “prezident” “ümumxalq seçkisində”...
Rusiya sosial şəbəkələrdə meydan sulayır – “Forbes”
Populyar sosial şəbəkələrə nəzarət edən texnologiya şirkətləri Rusiya dezinformasiyası ilə mübarizədən üzüqara çıxıb. Novator.az-ın məlumatına görə, “Forbes” jurnalının bu mövzuda yazısında Avropa Komissiyasının (Avropa İttifaqının icra qurumu) yaydığı hesabata istinad olunur. Vətəndaş cəmiyyəti qru...
8 partiyanın qeydiyyatı yenilənib
2023-cü il yanvarın 11-də qüvvəyə minən siyasi partiyalar qanunu dövlət qeydiyyatı üçün minimum üzv sayını 1000 nəfərdən 5000 nəfərə qaldırıb. Dövlət qeydiyyatında olan partiyalara üzvlərinin sayını 5000 nəfərə çatdırmaq, onların reyestrini (siyasi partiya üzvünün adı, soyadı, atasının adı, doğulduğ...