Ordu
Ermənistan Silahlı Qüvvələrinə məxsus daha bir atəş nöqtəsi məhv edilib
Müdafiə Nazirliyinin mətbuat xidməti xəbər verir ki, Silahlı Qüvvələrimizin bölmələrinin fəaliyyəti nəticəsində qoşunların təmas xəttində düşmənin təxribat cəhdlərinin qarşısı daha qətiyyətlə alınır. Müxtəlif istiqamətlərdə əvvəlcədən müəyyən edilmiş koordinatlar üzrə düşmənin cəmləşdiyi nöqtələrə v...
Hərbi qulluqçuların attestasiyası ilə bağlı yeni qaydalar tətbiq olunacaq
Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi dekabrın 11-i Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində kadrlarla aparılmış işlərin yekunu və növbəti ildə qarşıda duran vəzifələrə dair toplantı keçirib. Mod.gov.az-ın məlumatına görə, tədbirdə çıxış edən müdafiə nazirinin şəxsi heyət üzrə müavini ge...
Ermənistan silahlı qüvvələri yaşayış məntəqələrini atəşə tutub
Müdafiə Nazirliyinin yeni məlumatına görə, dekabrın 9-da qoşunların təmas xəttində Ermənistan silahlı qüvvələrinin bölmələri yaşayış məntəqələrini minaatanlardan və iriçaplı silahlardan atəşə tutub. Məlumatda xəbərdarlıq edir ki, ordu düşmənin döyüş mövqelərini və hərbi obyektlərini məhv etmək məqsə...
Ermənilərin pilotsuz aparatı vurulub
Ermənistan Silahlı Qüvvələrinin pilotsuz uçan aparatı vurulub. Xəbəri Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb. Qeyd olunur ki, dekabrın 9-u saat 9 radələrində Tərtər rayonu istiqamətində Azərbaycan Silahlı Qüvvələrin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən DJI Inspire 1 (Quadcop...
Müdafiə naziri: “Ermənistan rəhbərliyi cəbhədə təxribatlara cəhd göstərir”
“Ermənistanın hərbi-siyasi rəhbərliyi regiondakı mürəkkəb vəziyyətdən öz xeyrinə istifadə etmək niyyətilə son bir neçə gündə cəbhəboyu zonada gərginlik yaratmağa, təxribatlar həyata keçirməyə cəhd göstərir”. Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov dekabrın 8-də Fransanın ölkəmizd...
Düşmənin hərbi texnikası məhv edilib
Azərbaycan Silahlı Qüvvələrinin bölmələri qoşunların təmas xəttində Ermənistan silahlı qüvvələrinə məxsus sığınacaqda olan hərbi texnikanı sərrast atəşlə məhv edib. Xəbəri və videonu Azərbaycanın Müdafiə Nazirliyi dekabrın 8-də yayıb.
Ermənistan silahlı qüvvələrinə məxsus pilotsuz uçan aparat məhv edilib
Dekabrın 6-da Ermənistan silahlı qüvvələrinə məxsus kiçik ölçülü pilotsuz uçan aparat aşkarlanaraq məhv edilib. Azərbaycanın Müdafiə Nazirliyi mətbuat xidmətinin yaydığı məlumata görə, pilotsuz uçan aparat Hərbi Hava Qüvvələrimizin hava hücumundan müdafiə qoşunlarının bölmələri tərəfindən sərrast at...
Düşmənin təxribat cəhdlərinin qarşısı alınıb – VİDEO
Müdafiə Nazirliyi mətbuat xidmətinin dekabrın 7-də yaydığı məlumata görə, son günlər Silahlı Qüvvələr həm Azərbaycan-Ermənistan dövlət sərhədi, həm də işğal olunmuş ərazilərdəki qoşunların təmas xəttində düşmənin təxribat cəhdlərinin qarşısını qətiyyətlə alıb: “Ermənistanın işğalçı rəhbərliyinin məq...
Azərbaycan ordusu əsgərini itirib
Azərbaycan ordusunun giziri Əhmədov Ceyhun Fəxrəddin oğlunun açdığı atəşdən əsgər Quliyev Adil Ağababa oğlu vəfat edib. Müdafiə Nazirliyi mətbuat xidmətinin dekabrın 7-də yaydığı məlumata görə, hadisə təhlükəsizlik qaydalarının pozulması və silahla ehtiyatsız davranma nəticəsində baş verib. Gizir Ce...
Azərbaycan ordusunun zabiti şəhid olub
Müdafiə Nazirliyi mətbuat xidmətinin dekabrın 7-də yaydığı məlumata görə, düşmən tərəfdən açılan atəş nəticəsində Silahlı Qüvvələrin baş leytenantı Mollayev Abdulla Molla oğlu ağır yaralanıb. Yaralı zabit hospitala çatdırılaraq əməliyyat olunub. Ancaq buna baxmayaraq hərbi qulluqçu vəfat edib. Müdaf...
Müdafiənin ön xəttində Azərbaycan mövqelərinə basqın cəhdi olub
Dekabrın 4-də Müdafiə Nazirliyi rəsmi məlumat yayıb. Qeyd olunur ki, son günlər Ermənistan Silahlı Qüvvələri bütün cəbhə boyu ərazilərdə təxribat xarakterli fəaliyyəti genişləndirməyə çalışır: “Regiondakı hərbi-siyasi vəziyyətdən istifadə etməyə çalışan erməni silahlı bölmələri dekabrın 4-nə keçən g...
Azərbaycan ordusunun giziri şəhid olub
Müdafiə Nazirliyinin 3 dekabr məlumatına görə, noyabrın 30-u axşam qoşunların təmas xəttində Silahlı Qüvvələrin hərbi qulluqçusu gizir Novruzov Fariz Əlabbas oğlu həlak olub. Hərbi Prokurorluğun apardığı araşdırmanın nəticəsi göstərib ki, gizir düşmən tərəfdən atılan güllənin sapması nəticəsində şəh...
Əsgərimiz şəhid olub
Noyabrın 30-da qoşunların təmas xəttində düşmənlə döyüş toqquşmasında Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər İsmayılov Elşən Aydın oğlu şəhid olub. Ermənilərin növbəti təxribatı nəticəsində şəhid olan hərbi qulluqçu müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmrinə əsasən ölümündən sonr...
Dövlət Sərhəd Xidmətində təlimlər
Noyabrın 30-da Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi rəsmi məlumat yayıb. Qeyd olunur ki, noyabrın 24-26-da Dövlət Sərhəd Xidmətinin çevik hərəkət bölmələrinin və aviasiya qüvvələrinin döyüş hazırlığı səviyyəsi yoxlanıb. İlkin olaraq dövlət sərhədini pozmuş şərti terrorçu dəstənin olduğu yerin də...
Düşmənin təxribatı: bir əsgərimiz yaralanıb
Cəbhə xəttində düşmənin təxribatı nəticəsində bir hərbi qulluqçumuz yaralanıb. Məlumatı Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb. Məlumatda deyilir ki, Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət keçən hərbi qulluqçusu, əsgər Nəsibov Bəhruz Sahib oğlu sol qolundan yüngül ya...
Hava Hücumundan Müdafiə Qoşunlarının təlimləri
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığı ilə Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının qüvvə və vasitələri təlim çərçivəsində hazırlıq vəziyyətinə gətirilib. Döyüş şəraitinə maksimal yaxın vəziyyətdə qəfil həyəcan siqnalı ilə qaldırılan şəxsi heyətin döyüş qabili...
Müdafiə Nazirliyinin kollegiya iclası keçirilib
Noyabrın 23-dən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bütün rəhbər heyətinin iştirakı ilə üçgünlük toplantı keçirilib. Müdafiə nazirinin müavinlərinin, Silahlı Qüvvələrin növləri və qoşun qisimləri komandanlarının, nazirliyin baş idarə, idarə və xidmət rəislərinin, birlik və birləşmə komandir...
Müdafiə naziri: “Haqq işimizi davam etdirəcəyik”
Noyabrın 19-da Hərbi Hava Qüvvələrinin növbəti aviabazasında yeni inşa edilən iki yaşayış binasının açılış mərasimi keçirilib. Müdafiə Nazirliyinin mətbuat xidməti xəbər verir ki, ümumilikdə üçotaqlı 100 mənzildən ibarət beşmərtəbəli binalar kommunikasiya xətləri ilə təchiz olunaraq mərkəzləşdirilmi...
Rusiya müdafiə nazirinin birinci müavini işdən çıxarıldı
Noyabrın 17-də Rusiya prezidenti Vladimir Putin müdafiə nazirinin birinci müavini ordu generalı Arkadi Baxini vəzifəsindən azad edib. Novator.az xəbər verir ki, Rusiya prezidenti Baxini həm də hərbi xidmətdən uzaqlaşdırıb. Baxin müdafiə nazirinin birinci müavini postunu 2012-ci ilin noyabrından, Ser...
Ermənilərin diversiya qrupu basqına cəhd edib, itki verərək geri çəkilib
Noyabrın 12-si axşam saatlarında Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-təxribat qrupu qoşunların təmas xəttində mövqelərimizə basqın etməyə cəhd göstərib. Müdafiə Nazirliyinin noyabrın 13-də yaydığı məlumata görə, Silahlı Qüvvələrimizin bölmələrinin əvvəlcədən düşməni aşkar etməsi, görülən qabaq...