Ordu
Təlimlərdə nələr olub?
Naxçıvan Muxtar Respublikasında yerləşən Əlahiddə Ümumqoşun Ordusunun Hava Hücumundan Müdafiə Qüvvələri iyulun 2-də döyüş atışlı taktiki xüsusi təlimlərə başlayıb. Müdafiə Nazirliyinin məlumatına görə, təlimlərə həyəcan siqnalı, şərti hava düşməninin ilk zərbələrinin dəf edilməsi, idarəetmə və koman...
20 min nəfərlik təlimlər başladı
İyulun 2-də Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başlayıb. Müdafiə Nazirliyinin rəsmi məlumatına görə, təlimlərə 20 min nəfərədək şəxsi heyət, 120-dək tank və digər zirehli texnika, 200-dən artıq müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri və minaatan, 30-də...
Silahlı Qüvvələrə Yardım Fondunun hesabatı
İyulun 1-nə Silahlı Qüvvələrə Yardım Fonduna 92,1 milyon manat, 213,6 min ABŞ dolları, 11,6 min avro və 5 min rubl vəsait daxil olub. Xəbəri Müdafiə Nazirliyi yayıb. Silahlı Qüvvələrə Yardım Fondu 2002-ci ildə yaradılıb. Qurumun maliyyə mənbəyi hüquqi və fiziki şəxslərdən könüllülük əsasında daxil o...
Nazirin tapşırıqları, xəbərdarlıqlar
“Münaqişənin həllinin uzadılması onun alovlanmasına aparır”. Müdafiə naziri Zakir Həsənov iyunun 30-da keçirdiyi xidməti müşavirədə belə deyib. Mod.gov.az-ın məlumatına görə, müdafiə nazirinin müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə, xidmət rəisləri, eləcə də birlik koman...
Ordu təlimə başlayır
İyulun 2-dən 6-dək Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri keçiriləcək. Müdafiə Nazirliyi bildirir ki, təlimlərə 20000 nəfərədək şəxsi heyət, 120-dək tank və digər zirehli texnika, 200-dən artıq müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri və minaatan, 30-dək mü...
Paraddan şəkillər
Novator.az iyunun 26-sı Bakının Azadlıq meydanında keçirilmiş hərbi paraddan fotoları təqdim edir. Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyinə həsr olunmuş parada 4000 nəfərədək şəxsi heyət qatılıb. Paradda 240-dan çox hərbi texnika, 70-dən artıq uçuş vasitəsi nümayiş olunub.
Prezident: “Ermənistan bizimlə rəqabət apara bilmir”
Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyi münasibətilə iyunun 26-da Bakının Azadlıq meydanında hərbi parad keçirilib. Hərbi paradda Müdafiə, Daxili İşlər, Fövqəladə Hallar nazirliklərinin, Dövlət Təhlükəsizliyi, Dövlət Sərhəd və Xüsusi Dövlət Mühafizə xidmətlərinin, eləcə də Türkiyə Silahlı...
Paradda nələr olacaq?
İyunun 26-sı Bakının Azadlıq meydanında Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyi ilə əlaqədar hərbi parad keçiriləcək. Mod.gov.az bildirir ki, hərbi paradda Müdafiə, Daxili İşlər, Fövqəladə Hallar nazirliklərinin, Dövlət Təhlükəsizliyi, Dövlət Sərhəd və Xüsusi Dövlət Mühafizə xidmətlərinin...
Ali rütbələr, orden və medallar verildi
Prezident İlham Əliyev Müdafiə Nazirliyinin 8 hərbi qulluqçusuna ali hərbi rütbələr verib. İyunun 25-də imzalanan sərəncamla general-mayor Ayaz Həsənov general-leytenant hərbi rütbəsi, polkovniklər Fazil Ağalarov, Məmməd Eminov, Elçin Xəlilov, Rauf İsmayılov, Namiq Poladov, Mübariz Rzayev və Niyaməd...
Müdafiə xərcləri 2,9 milyard manata qaldırılır
2018-ci ilin dövlət büdcəsinə dəyişikliklər layihəsi açıqlanıb. Novator.az bildirir ki, layihəyə görə, dövlət büdcəsinin gəlirləri 20 milyard 127 milyon manatdan 22 milyard 110 milyon manata; xərcləri 20 milyard 47 milyon manatdan 23 milyard 61 milyon manata qaldırılır. Büdcənin mədaxil mənbələrində...
Naxçıvanda təlim
Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordusu kompüter dəstəkli komanda-qərargah təlimi keçirir. AZƏRTAC-ın Naxçıvan bürosu bildirir ki, təlimdə qərargahların əməliyyatları planlaşdırması, praktiki fəaliyyətə cəlb edilmiş bölmələrin döyüş atışlarını icra etməsi və qəbul edilmiş qərarların Simulyasiya Mərkə...
Zakir Həsənov: “Sahibsiz torpaq yoxdur”
İyunun 20-də jurnalistlərə açıqlama verən müdafiə naziri Zakir Həsənov Naxçıvanda çox uğurlu hərbi əməliyyat keçirildiyini vurğulayıb. Mayın son günlərində Şərur rayonunun Günnüt kəndi və ətrafındakı mühüm strateji əhəmiyyəti olan yüksəkliklər Əlahiddə Ümumqoşun Ordusunun keçirdiyi əməliyyat nəticəs...
Nazir: “Ordu döyüş əmrinə hazırdır”
İyunun 20-də müdafiə naziri Zakir Həsənov hərbi poliqonda müxtəlif bölmələrin keçirdiyi səhra məşğələlərini izləyib. AZƏRTAC xəbər verir ki, nazir Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin 3-cü kurs kursantlarının taktiki məşğələlərinin keçirildiyi qüllədəki tədris sinfinə gəlib. “Mexanikl...
Cəbhə bölgəsində yeni hərbi hissə
Azərbaycan Ordusunun Raket və Artilleriya Qoşunlarının yeni hərbi hissəsi açılıb. İyunun 19-da müdafiə naziri general-polkovnik Zakir Həsənov cəbhə bölgəsində inşa edilmiş hərbi hissənin açılışına qatılaraq ərazidəki qərargah, döyüş texnikaları üçün saxlanclar, əsgər yataqxanası, yeməkxana, sıra mey...
DANA qurğularının tətbiqi ilə atışlar
Azərbaycan Ordusunun artilleriya bölmələri DANA özüyeriyən artilleriya qurğularının tətbiqi ilə praktiki atışlar keçirib. Atışlar döyüş şəraitinə maksimal yaxın vəziyyətdə icra olunub. Müdafiə Nazirliyinin 14 iyun məlumatına görə, avtomatik idarəetmə sistemi ilə təchiz edilmiş 152 millimetrlik artil...
Yeni təlimlər
Azərbaycan Ordusunun raket və artilleriya birləşmələri 122 millimetrlik yaylım atəşli reaktiv sistemləri və 152 millimetrlik toplardan döyüş atışlı məşqlər keçirib. Müdafiə Nazirliyinin 13 iyun məlumatına görə, təlim məşqlərində praktiki döyüş atışlarının yüksək dəqiqliyini və intensivliyini təmin e...
Raket bölmələri atışlar keçirib
Müdafiə Nazirliyinin 12 iyun məlumatına görə, raket bölmələri müasir tank əleyhinə idarə olunan raketlərin tətbiqi ilə praktiki atışlar keçirib. Atışlar döyüş şəraitinə maksimal yaxın vəziyyətdə gündüz və gecə vaxtlarında icra olunub. Müasir və perspektivdə istehsal olunan tanklar, piyadaların döyüş...
Azərbaycan silahları Paris sərgisində
İyunun 11-i Fransanın paytaxtı Parisdə Beynəlxalq Müdafiə və Təhlükəsizlik Sərgisi (Eurosatory-2018) açılıb. Report.az xəbər verir ki, tədbirdəki nümayəndə heyətinə baş nazirin müavini Yaqub Eyyubov və müdafiə sənayesi naziri Yavər Camalov başçılıq edirlər. Sərgidə Müdafiə Sənayesi Nazirliyinin müəs...
Raket Qoşunlarının hərbi hissəsi açıldı
Prezident, Silahlı Qüvvələrin ali baş komandanı İlham Əliyev iyunun 11-i Bakıda Müdafiə Nazirliyinin Raket Qoşunlarının “N” saylı hərbi hissəsinin açılışında iştirak edib. Xəbəri AZƏRTAC yayıb. Ərazisi 36 hektar olan hərbi hissədə qərargah binası, əsgər yeməkxanası və yataqxanası, idman və sıra düzü...
Günnüt minalardan təmizlənir
Azərbaycan Ordusunun nəzarətinə keçən Şərur rayonunun Günnüt kəndi minalardan təmizlənir. Bu iş yekunlaşandan sonra kənin məskunlaşdırılması planlaşdırılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Tariyel Talıbov yerli mediaya açıqlamasında belə deyib. Onun sözlərinə görə, 1992-ci ildə ...