Ordu
Rusiyaya xəbərdarlıq
Avqustun 11-də Müdafiə Nazirliyinin açıqlaması yayılıb. Açıqlamada qeyd olunur ki, 10 noyabr 2020-ci ildə Azərbaycan prezidenti, Rusiya prezidenti və Ermənistan baş nazirinin imzaladığı üçtərəfli bəyanatın tələbinə baxmayaraq Ermənistan silahlı qüvvələrinin qalıqlarının Rusiya sülhməramlı qüvvələrin...
3000 metr yüksəklikdə
Mod.gov.az-ın 6 avqust məlumatına görə, müdafiə naziri general-polkovnik Zakir Həsənov Kəlbəcər rayonunda inşası davam etdirilən təlim poliqonuna baxış keçirib. Nazirə bildirilib ki, çətin və yüksək dağlıq şəraitində yerləşən hərbi hissələrin şəxsi heyətinin peşəkar hazırlığının yüksəldilməsi məqsəd...
Zakir Həsənovun əmri
Müdafiə naziri Zakir Həsənov avqustun 2-si Mərkəzi Komanda Məntəqəsində xidməti müşavirə keçirib. Rəsmi məlumata görə, nazir müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəislərinin iştirak etdiyi müşavirəyə azad edilmiş ərazilərdəki hərbi birlik və birləşmələrin kom...
Uca olsun həmişə dövlətimin bayrağı (Poema)
Gəray Göyyurd Vətən Müharibəsi Qəhrəmanı, polkovnik Babək Ələkbərova ithaf olunur Proloq Vətən üçün doğuldu, Vətən üçün böyüdü. Qulağından getmədi, Ataların öyüdü. Quyuya su tökməklə Bulaq olmaz, çay olmaz. Vətəndən, yurddan, torpaqdan Heç bir kəsə pay olmaz. Bu sadə həqiqəti Hamı, hər kəs bilməli. ...
Xocalı rayonunda yeni hərbi hissə
Müdafiə Nazirliyinin 29 iyul məlumatına görə, Xocalı rayonunun ərazisində əsaslı təmir edilmiş, müasir avadanlıqla təchiz olunmuş artilleriya hərbi hissəsi açılıb. Hərbi hissənin xidməti otaqlarının kondisionerlər, mebellər, müasir tipli sanitar qovşaqları, yataq ləvazimatları, mətbəx avadanlıqları ...
Kəlbəcərdə atəş, iki yaralı
Müdafiə Nazirliyi Ermənistanın dövlət sərhədində, Kəlbəcər sahəsində atəşkəsi pozduğunu xəbər verir. Məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri iyulun 28-i saat 00:50-dən müxtəlif döyüş mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisindəki mövqelərini atıcı silahlar və qumbar...
Ordu şəhid verdi
Müdafiə Nazirliyinin məlumatına görə, iyulun 23-ü saat 16 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun Kəlbəcər rayonu sahəsindəki mövqelərini atəşə tutub. Snayper atəşi nəticəsində Azərbaycan Ordusunun giziri şəhid olub. Azərbaycan Ordusunun bölmələri cavab tədbirləri ...
Azərbaycan Ordusuna Baş Qərargah rəisi təyin olundu
General-leytenant Kərim Vəliyev müdafiə nazirinin müavini, Şəxsi Heyət Baş İdarəsinin rəisi vəzifəsindən azad edilərək müdafiə nazirinin birinci müavini, Azərbaycan Ordusunun Baş Qərargah rəisi təyin edilib. Prezident İlham Əliyev sərəncamı iyulun 23-də imzalayıb. Kərim Vəliyev 1961-ci ildə Bakı şəh...
Ermənistan: müdafiə naziri səlahiyyətlərinin icraçısı istefa verdi
Ermənistan müdafiə nazirinin səlahiyyətlərini icra edən Vaqarşak Arutyunyan iyulun 20-də istefa verib. Novator.az bildirir ki, Vaqarşak Arutyunyan 1956-cı ildə Gürcüstanda anadan olub. Bakıdakı Xəzər Ali Hərbi Dəniz Məktəbini, Hərbi Dəniz Akademiyasını (Sankt-Peterburq) və SSRİ Silahlı Qüvvələri Baş...
Müdafiə nazirindən göstərişlər
İyulun 19-u Mərkəzi Komanda Məntəqəsində müdafiə naziri Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib. Nazir müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəislərinin qatıldığı müşavirəyə azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi birlik və birləşmə ...
Şəhər müharibəsinin dərsləri – Amerikalı ekspertlərin təhlili
ABŞ-ın Hərbi Akademiyasının Müasir Müharibə İnstitutunun internet səhifəsində “Şuşa şəhəri uğrunda döyüş və 2020-ci ilin Yuxarı Qarabağ müharibəsində itirilmiş imkanlar” adlı məqalə dərc edilib. Məqalənin müəllifləri Con Spenser və Harşana Qurhudur. Con Spenser Müasir Müharibə İnstitutunda şəhər müh...
Ağdamda yeni hərbi hissə
Müdafiə Nazirliyinin 16 iyul məlumatına görə, Ağdam rayonunda modul tipli növbəti hərbi hissə istifadəyə verilib. Kompleksdəki xidməti otaqların kondisionerlər, mebellər, müasir tipli sanitar qovşaqları, yataq ləvazimatları, mətbəx avadanlıqları və generatorlarla təchiz olunduğu bildirilir. Açılış m...
Polşa Rusiyaya cavab olaraq ABŞ-dan 250 ədəd tank alır
Polşa ABŞ-dan 250 ədəd “Abrams” tankı almağa hazırlaşır. Bunu mediaya Polşanın müdafiə naziri Mariuş Blaşak açıqlayıb. Novator.az-ın məlumatına görə, nazir həmin tanklardan Rusiyanın Polşaya mümkün hücumlarının qarşısını almaq üçün istifadə olunacağını vurğulayıb: “Bu, beynəlxalq təhlükəsizlik baxım...
Rusiyaya nota verilsin
İyulun 13-ü və 15-də Azərbaycan Ordusunun Şuşa şəhəri ətrafındakı mövqeləri atəşə tutulub. Müdafiə Nazirliyi atəşi Rusiya sülhməramlılarının nəzarətində olan ərazidəki qanunsuz erməni silahlı dəstələrinin açdığını bəyan edib. Novator.az-ın məlumatına görə, Respublikaçı Alternativ Partiyasının Siyasi...
Müsavatdan tələblər
Müsavat Partiyası Ermənistan silahlı qüvvələrinin Qarabağda, Azərbaycan sərhədində, eləcə də Naxçıvan Muxtar Respublikası istiqamətində atəşkəsi vaxtaşırı pozmasına münasibət bildirib. Novator.az-ın məlumatına görə, partiyanın 14 iyul bəyanatında qeyd olunur ki, 10 noyabr 2020-ci ildə imzalanan üçtə...
Şuşa ətrafında
İyulun 13-ü axşamı Azərbaycan Ordusunun Şuşa şəhəri ətrafındakı mövqeləri pulemyot və avtomatlardan atəşə tutulub. Eyni hal iyulun 15-də yaşanıb. Müdafiə Nazirliyinin məlumatına görə, gecə saatlarında Şuşa şəhəri ətrafındakı mövqelərə atıcı silahlardan atəşi Rusiya sülhməramlılarının nəzarətində ola...
2907 şəhid, 7 itkin
İyulun 14-də Müdafiə Nazirliyi 2020-ci ilin Vətən müharibəsində şəhid olmuş 2907 və itkin düşmüş 7 hərbi qulluqçunun siyahısını yayıb. Məlumata görə, itkin hesab olunan leytenant Vəlizadə İbrahim Səməd oğlunun, gizir İxtiyar İlqarın, əsgərlər Feyzullayev Aydın Zakir oğlu, Mehdiyev Asim Yaqub oğlu, Q...
Ermənistan sərhədində
Dövlət Sərhəd Xidmətinin rəsmi məlumatına görə, iyulun 8-i Qubadlı və Laçın rayonlarında, Ermənistanla sərhəddə iki yeni hərbi hissəsi istifadəyə verilib. Mərasimə qatılan Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev zəruri avadanlıqlar, mebel, məişət əşyaları, istilik sistemi ilə ...
Daxili Qoşunlarda maaş artımı
Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında bir qrup hərbi qulluqçunun maaşı artır. Dövlət başçısı İlham Əliyevin iyulun 2-də imzaladığı sərəncam işğaldan azad olunmuş ərazilərdə həqiqi hərbi xidmət edən hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) aylıq və...
Deyilmir fondun nəyi var…
2021-ci ilin fevral ayından bəri Azərbaycan Ordusuna Yardım Fondunun vəsaiti barədə məlumat yayılmır. 2002-ci il avqustun 17-dən Silahlı Qüvvələrə Yardım Fondu fəaliyyət göstərib. Prezident fərmanı ilə yaradılmış qurumun əsas maliyyə mənbəyi hüquqi və fiziki şəxslərin könüllü verdiyi vəsait olub, Mü...