Nəsr
“Yerə-göyə meydan oxuyan insanı itaətkar bəndəyə döndəriblər”
Dünyada və ölkəmizdə koronavirus pandemiyası, həm də bu pandemiyaya görə tətbiq edilən xüsusi karantin rejimi davam edir. Koronavirus, pandemiya, karantin – yazıçı Saday Budaqlı ilə söhbətimizin mövzusu da elə budur. – Pandemiyanın evdən çıxmağa qoymadığı yazıçıdan ötrü karantin yaz...
“Qanun”un çap etdiyi yeni kitablardan
“Qanun” Nəşrlər Evi Azərbaycan və dünya ədəbiyyatından seçmə əsərlərin çapını davam etdirir. Nəşriyyatın çap etdiyi yeni kitablar haqda məlumatları təqdim edirik. Aqata Kristi, “Milad Pudinqinin macərası” Əsərdə müəllif 6 maraqlı povestə yer verib. Müxtəlif məkanlarda, müxtəlif obrazların yer aldığı...
Yeni kitablar
“Qanun” Nəşrlər Evinin çap etdiyi yeni kitablar haqda məlumatları oxucuların diqqətinə çatdırırıq. Toni Robbins, “İçindəki divi oyat” Dünya şöhrətli Amerika yazıçısı və filosofu Antoni Robbinsin təqdim olunmuş bu kitabı, çox güman ki, sizdə dərin maraq oyadacaq, yaşam fəlsəfəsinə dair sizə geniş məl...
Cəhənnəmdən keçmiş mələk (158)
Avtobioqrafik roman Dördüncü bölüm Müəllif: BİRCƏ Həmid günaşırı arvadını, qızını da götürüb axşam bizə gəlirdi, ər-arvad evimizdə olandan süfrə açırdılar, gecənin girt yarısınacan danışıb gülürdülər. Arvadı Cavidin, Taylanın kampaniyasında daha şən, daha mehriban dolanırdı, onlarla loto oynam...
Virusun hədəsi altında
Yalçın İmanov Təhlükə vaxtı insanların davranışında qəribə yeniliklər və təzadlar üzə çıxır. Koronavirusun hədələyici fonunda birgəyaşayış qaydalarında yeni, əvvəllər rast gəlmədiyimiz maraqlı dəyişikliklər baş verir. Məsələn, adamlar çoxdan unutduqları tanışlarını yada salıb uzun-uzadı hal-əhval tu...
Reportyorlar (68)
Firuzə Davudqızı Günlər sonra Telman Həsənovun ölüm hadisəsi ilə bağlı cinayət işi yenidən qaldırılıb baxılması üçün şəhər prokurorluğuna göndərilmişdi. İstintaqın nəticəsi, məhkəmənin çıxardığı qərar mərhumun ailəsini qane etmədiyi üçün işə bir daha baxılmasını tələb edirdilər. …Cinayət-axtar...
44 uçqunu
Hikmət Sabiroğlu …Dilşad mamanın talesizliyindən çox danışılırdı bizim evdə. Mənim yadıma gəlmir Dilşad mama – 1969-cu ildə, 44 yaşında vəfat edib. 3 yaşında olmuşam o vaxt. Anam deyirdi səni çimizdirəndə Dilşad mama sevə-sevə su tökərdi. Sevgi və yanğı ilə danışırdı baldızından. Atam isə̷...
Cəhənnəmdən keçmiş mələk (157)
Avtobioqrafik roman Dördüncü bölüm Müəllif: BİRCƏ Evimin hər ehtiyacını ödəyirdim, di gəl, evdə nəsə sınanda elə bilirdim qolum sınır, elə bilirdim hər işim böyrü üstədi. Problem də ki əskik olmurdu – gah kanalizasiya tutulurdu, gah işıq xətti qırılırdı, gah tozsoran xarab olurdu… Bu çat...
Köç
Vahid Qazi Duyğuların ən məhrəmi qəlbin ən dərin qatında qalanıdır. O dərya dərinliyinə baş vuranda kəşf edirsən ki, sən demə, duyğuların təhtəlşüurda yaşayanı da varmış. Qanda, gendə, ruhda gizlənən kod kimi, fosil yaddaşı kimi… Azərbaycan Kinostudiyasının 1983-cü ildə çəkdiyi “Köç” filminə baxmağı...
Reportyorlar (67)
Firuzə Davudqızı *** Bu günün şərəfinə qurulan məclisdə Kazımov öz tərəfdaşları ilə bir masa arxasında əyləşib, ona deyilən sağlıqları dinləyir, əhvalı kök halda Krılovu, prokuroru, vəkil Ağalarovu, Zeynalov deyilən şəxsi, onun əlaltısı Əzizi və başqalarını süzürdü. Vəziyyətdən razılıq əlaməti oxuna...
Cəhənnəmdən keçmiş mələk (156)
Avtobioqrafik roman Dördüncü bölüm Müəllif: BİRCƏ Həmidlə qaçdı-tutdu oynadığımız vaxtlarda sürücüm Əjdər heç gözləmədiyim bir təklifdə bulundu. Qarşıdan gələn bayrama görə üç gün evdə olacaqdıq. Bir səhər məni işə aparanda Əjdər maşının güzgüsündən baxa-baxa dedi: – Bircə xanım, istəyir...
Reportyorlar (66)
Firuzə Davudqızı *** …Saleh uzun müddətdən sonra bir neçə gün əvvəl Bakıya qayıtmışdı. O, Azərin həbs olunduğunu agentlə söhbət zamanı öyrənmişdi. Gözləmədiyi bu xəbərə qaşları çatılmış halda: – Niyə? Neyçün? – deyə sual etmişdi. – Qarışıq məsələdir. Eyni zamanda da qəliz. Be...
Cəhənnəmdən keçmiş mələk (155)
Avtobioqrafik roman Dördüncü bölüm Müəllif: BİRCƏ Üç-dörd ay vardı hər şənbə-bazar bər-bəzəkli, göyçək bir qadın iki uşağı bizim balkonun altındakı skamyaya oturdub özü bir neçə saatlığa harasa qeyb olurdu. Qadın gələnə kimi bacı-qardaş yerə bitişik oturacaqdan aralanmırdılar, əllərindəki torb...
Reportyorlar (65)
Firuzə Davudqızı Azərin qollarını arxaya burub göz qırpımında götürdülər. Onu kameranın divarına adam boyundan bir qədər hündürlükdə qaynaq edilmiş qalın dəmir parçasına qandalladıqdan sonra başladılar vurmağa. Biri yorulanda estafeti digərinə verdi. Növbəti işgəncələr daha ağlasığmaz və amansız idi...
“Get gözətçi təyin et” və “İzabel üçün. Mandala”
“Qanun” Nəşrlər Evinin çap etdiyi yeni kitablardan ikisi haqda qısa məlumatları oxucuların diqqətinə çatdırırıq. Harper Li, “Get gözətçi təyin et” Maykomb, Alabama. 26 yaşlı Jan Luiza Finç – “Skaut” yaşlanmış atasına, Attikusa baş çəkmək üçün Nyu-Yorkdan vətənə qayıdır. Həmin vaxtlarda ölkədəki insa...
Planer mühəndisliyindən səhra tülkülüyünədək: Rommelin hekayəti
Mətləb Ağa Şimali Afrikadakı səhra əməliyyatları zamanı cəsarətli və aqressiv taktika ustalığını qeyri-insani vəziyyətlərdə insani davranışlarıyla tarazlaşdırması onun reputasiyasının tarix üçün özünəməxsus cizgilərini müəyyənləşdirir… Söhbət Liviyada və Misirdə “Çöl siçanları” adıyla ...
Cəhənnəmdən keçmiş mələk (154)
Avtobioqrafik roman Dördüncü bölüm Müəllif: BİRCƏ Beləcə, sevib öyrəşdiklərim, dar vaxtımda üstünə qaçdıqlarım məni bu şəhərin, şair demiş, insan səhrasında yalqız qoyub aradan çıxırdılar. Nuşu xaladan sonra Aygün də məndən dönüb təzə əriylə rayonlara bal ayına yollandı. Onun mənim yanımda olm...
Reportyorlar (64)
Firuzə Davudqızı *** Üç gün əvvəl xaricdən növbəti dəfə külli miqdarda narkotik vasitə gətirilməli idi. Bu əməliyyatı həyata keçirmək bu dəfə dəstənin daha bir üzvü Fərman Nəbiyevə həvalə olunmuşdu. Uğurlu əməliyyatdan sonra Əzizlə həmişəki yerdə, şəhərdən xeyli kənarda, ona məxsus mənzildə görüşdü....
Cəhənnəmdən keçmiş mələk (153)
Avtobioqrafik roman Dördüncü bölüm Müəllif: BİRCƏ Cavidin ev kirəsindən artıq qalan pulla Xədicənin əynini başdan-ayağa təzələdim, qulaqlarını deşdim, yarası sağalan kimi ona balaca bir qızıl sırğa aldım. Məndən beş yaş böyük olsa da qız uşaq yaşında, uşaq ağlında qalmışdı. Sırğalar qulağında ...
Reportyorlar (63)
Firuzə Davudqızı …Kazımovun böyük iftixarla söz açdığı o sabah dünəndən də qara və çarəsiz gəldi. Bir gecədə bilmədiyimiz çox şey dəyişmişdi. Bu gün dünənki hava çalınmırdı. Verilən fərman dostluğu, qardaşlığı, ən əsası müsəlmanlığı tapdayıb keçəcək qədər qüvvəli idi. Bu gün qayınatam sübh tez...