Mədəniyyət
“Avroviziya 2023”ə 20 razılıq var
İyulun 5-nə olan hesabata görə, 20 ölkə “Avroviziya 2023” beynəlxalq mahnı müsabiqəsində iştiraka ilkin razılıq verib. Novator.az siyahını təqdim edir: Albaniya, Almaniya, Avstriya, Belçika, Böyük Britaniya, Danimarka, Finlandiya, Fransa, İspaniya, İsrail, İsveç, İtaliya, Kipr, Niderland, Norveç, Po...
İki dünya arasında…
…Varmı azadlıq? Fəxri Uğurlu Böyük sufi şair, mütəfəkkir Mövlana Cəlaləddin Rumi deyirdi: “Allah insanı hər nəfəsdə yenidən yaradır”. Yəni ilahi iradənin təbiətə müdaxiləsi hüdudsuz, fasiləsizdir, Tanrının istəyi olmasa, bir yarpaq belə budağından qopmaz. Buradan da belə çıxır ki, insan o müt...
Şuşa qanunu rəsmən yeniləndi
Prezident İlham Əliyev “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” qanuna dəyişiklikləri imzalayıb. Novator.az bildirir ki, əsas yeniliyə görə, Şuşa Şəhəri Dövlət Qoruğu rəsmi “Şuşa” adından istifadədə müstəsna hüquq alır, bu hallarda “Şuşa” sözündən (“Şuşa” sözü olan söz birləşməsində...
“Xosrov və Şirin” yeni libasda
Bəs Nizaminin romanlarını nə vaxt oxuyacağıq? Fəxri Uğurlu 1981-ci ildə Nizami Gəncəvinin anadan olmasının 840 illiyi münasibətilə şairin əsərlərinin bədii tərcümələriylə yanaşı filoloji tərcümələri də nəfis tərtibatla nəşr olundu. Söhbət Nizaminin “Xəmsə” adı altında birləşdirdiyi beş poemasından,...
“Avroviziya 2023”: ev sahibi dəyişir
“Avroviziya 2023” beynəlxalq mahnı müsabiqəsinin ev sahibi dəyişir. Novator.az-ın məlumatına görə, iyunun 17-də Avropa Yayım Birliyi Rusiyanın hərbi işğalına məruz qaldığı üçün Ukraynada yarışın keçirilməsinin mümkün olmadığını bəyan edib. Yeni ünvan kimi Böyük Britaniya göstərilir. İctimai teleradi...
“Avroviziya 2023”ə razılıq verənlər
Novator.az “Avroviziya 2023” beynəlxalq mahnı müsabiqəsində iştiraka razılıq vermiş ölkələrin yeni siyahısına nəzər salıb. İyunun 14-nə olan məlumata görə, yarışa qatılmaq niyyətini Albaniya, Almaniya, Avstriya, Böyük Britaniya, Danimarka, Finlandiya, İspaniya, İsrail, İsveç, İtaliya, Kipr, Monteneq...
Hekayəmi İstanbulda xatırladım…
Fəxri Uğurlu 1986-cı ilin qızmar yay günlərində o vaxtkı Azərbaycan, indiki Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin türk bölümünə imtahan verməyə hazırlaşanda fakültənin fars şöbəsini seçmək imkanım da vardı. Ancaq seçmədim. Sovet imperiyasında yaşayan türklərdən dəmir pərdəylə aralanm...
“Gör nə günlərə qaldın”ın sözlərinin həmmüəllifi kimdir?
Əlirza Balayev, Əməkdar jurnalist Fikrət Əmirov zamanın bir daha yetirməyəcəyi dahi sənətkarlardandır. Heç şübhəsiz, bəstəkarın “Sevil” operası, “Min bir gecə” baleti, simfonik muğamları Azərbaycan musiqi sənətinin zirvəsində qərarlaşmış və dünyada tanınan möhtəşəm əsərlərdir. Sənətşünasların yekdil...
“Ah, bu sevgi əsdi-keçdi meh kimi!” (Lorkanın şeirləri)
5 iyun – 38 yaşında faşistərin qətlə yetirdiyi görkəmli ispan şairi Federiko Qarsia Lorkanın doğum günüdür. Azərbaycan Dövlət Tərcümə Mərkəzi Mahir N. Qarayevin tərcüməsi və Ramiz Rövşənin redaktorluğu ilə Lorka yaradıcılığının mükəmməl cildini çapa hazırlayıb. Cildə əndəlüslü şairin məşhur “Kante x...
“Avroviziya 2023”: ilkin razılıqlar
“Avroviziya 2023” mahnı müsabiqəsində iştiraka ilkin razılıq vermiş ölkələrin siyahısı yenilənib. Novator.az-ın məlumatına görə, yarışa qatılmaq niyyətini Almaniya, Avstriya, Danimarka, Finlandiya, İspaniya, İsrail, Kipr, Monteneqro, Niderland, Polşa, San Marino, Serbiya, Ukrayna təsdiqləyib. Müsabi...
Məratibül-vücud, yaxud Beşmərtəbə varlıq evinin altıncı mərtəbəsi
Fəxri Uğurlu Homo-sapiensin yer üzündə yaşadığı həyat insan düşüncəsinin mərtəbələrinə uyğun mərhələlərə bölünür. Yəni təfəkkür ictimai həyatımızın mənbəyidir. Bəs təfəkkürün özünün qaynağı nədir – bu, artıq başqa söhbətin mövzusudur. Bu gün bizə şər kimi, şeytani düşüncə kimi görsənən fikir, ...
11-i bəlli
Ukraynada keçirilməli olan “Avroviziya 2023” beynəlxalq mahnı müsabiqəsində iştiraka ilkin razılıq vermiş ölkələrin sayı 11-ə çatıb: Avstraliya, Avstriya, Danimarka, Finlandiya, İspaniya, İsrail, Kipr, Niderland, Polşa, San Marino, Ukrayna. Novator.az bildirir ki, ictimai teleradioları bir araya gət...
Şeytan söz meydanında
Ədəbiyyatda demonizmin keçdiyi yola ötəri baxış Fəxri Uğurlu Mövlana Cəlaləddin Rumi deyirdi ki, Allah xeyiri də, şəri də özü yaradıb, fəqət yalnız xeyirə razı olur. O, fikrini belə xırdalayır: xeyiri buyurmaq, şəri yasaqlamaq üçün şər törətmək istəyən bir kimsənin olması şərtdir. Belə bir varlığın ...
Londonda Putinin hədiyyəsini oğurlamaq istəyiblər
Rusiyanın ilk imperatoru Birinci Pyotrun Böyük Britaniya paytaxtı Londondakı heykəli basqına məruz qalıb. Nəticədə abidə kompleksi zədələnib. Novator.az saytı Böyük Britaniyanın “The Guardian” qəzetinə istinadla bildirir ki, Londonun cənubundakı Deptford rayonunda, Temza çayının sahilində ucaldılmış...
“Onda öz-özümə dedim ki, nə yaxşı atam ölüb”
“Cəhənnəmdən keçmiş mələk” romanının müəllifi Bircənin suallarına oğlu Cavid cavab verir. – Sən kimsən? – Bu sualı görəndə istədim ad-soyadımı yazıb keçəm növbəti suala, amma sonra fikirləşdim ki, belə yazsam mənə güləcəksən. Mən sənin fədakarlığın sayəsində bütün arzularına, xəyallarına...
Bərpaya start
Mayın 20-də sərəncam imzalayan prezident İlham Əliyev Şuşa Real Məktəbinin binasının layihələndirilməsi və bərpası məqsədilə Təhsil Nazirliyinə ilkin olaraq 1 milyon manat ayrılmasını tapşırıb. 1881-ci il sentyabrın 20-də Şuşada 6 sinifli Realnı Məktəbin əsası qoyulub. Şuşanın qədim tikililərindən s...
İnsan işğalı
Fəxri Uğurlu Rusiya sərhədlərindən qıraqda yaşayan bütün rusdillilərə vətəndaşlıq təklif eləyir. Bununla bağlı qanun layihəsi artıq Dumada ilk oxunuşdan keçib. Görəsən, bu canıyananlığın arxasında hansı məqsəd, hansı məram durur? Belə bir qanunun qəbul olunması işğala yeni rəng, yeni bəzək vurmaq cə...
“Avroviziya 2023”ə girişənlər var
Mayın 10-14-ü İtaliyanın Turin şəhərində keçirilmiş “Avroviziya 2022” beynəlxalq mahnı müsabiqəsində Ukraynanın “Kaluş” qrupu qalib oldu. Qaydalara görə, növbəti yarışa – “Avroviziya 2023”ə Ukrayna ev sahibliyi etməlidir. Ancaq Ukrayna 2022-ci il fevralın 24-dən Rusiyanın total hərbi işğalına ...
Konstitusiyadakı dilimiz
Dil normalarının pozulması Azərbaycanda tez-tez gündəmə gəlir. Novator.az bunu nəzərə alaraq ölkənin əsas qanununda – Azərbaycan Konstitusiyasında olan yanlışlara diqqət yönəldib. Azərbaycan dilinin orfoqrafiya normalarına görə, ilə qoşması aid olduğu sözdən ayrı yazılmalıdır. Dörd söz istisnadır: e...
Azərbaycan “Avroviziya” dolaşığında
İtaliyanın Turin şəhərinin ev sahibliyi etdiyi “Avroviziya 2022” beynəlxalq mahnı müsabiqəsi mayın 14-ü final yarışması ilə başa çatıb. 40 iştirakçı ölkədən münsiflərin və tamaşaçıların ümumi səsverməsində Ukraynanın “Kaluş” qrupu qalib gəlib. Novator.az bildirir ki, rəsmi rəqəmlərə görə, Azərbaycan...