İdman
İlk addımlar, 30 itki
2022-2023 mövsümündə UEFA-nın klub turnirlərinə 233 komanda buraxılıb. Novator.az bildirir ki, Çempionlar Liqasında iki, Konfrans Liqasında bir mərhələ oynanıb, 30 komanda mübarizəni dayandırıb. İndi Çempionlar Liqasında 60, Konfrans Liqasında 122 komanda yer alır, 21 komanda Avropa Liqasında starta...
“Lex”ə “Qarabağ” dərsi
UEFA Çempionlar Liqasının 2022-2023 mövsümündə birinci mərhələnin cavab oyunları start götürüb. Novator.az-ın məlumatına görə, Azərbaycan təmsilçisi “Qarabağ” iyulun 12-si Bakıda Polşanın “Lex” komandasını 5:1 hesabı ilə udaraq ikinci raunda adlayıb. Polşadakı oyunda “Lex” üstün gəlmişdi – 1:0. İkin...
“Nyu-York Tayms”: Rusiyada həbslərin dairəsi genişlənir, sürəti artır
ABŞ-ın “Nyu-York Tayms” qəzetində Rusiyada həyata keçirilən yeni repressiyalar haqda məqalə dərc olunub. “Putin Rusiyasında həbslərin dairəsi genişlənir, sürəti artır” başlıqlı məqalənin müəllifi qəzetin Moskva bürosunun rəhbəri Anton Troyanovskidir. Novator.az-ın məlumatına görə, məqalədə qeyd olun...
Bəraət hökmü
İyulun 8-də İsveçrənin Federal Cinayət Məhkəməsi FİFA və UEFA-nın sabiq prezidentləri Jozef Blatterlə Mişel Platiniyə bəraət hökmü çıxarıb. Prokurorluq hər iki şəxsə 1 il 8 aylıq şərti həbs cəzası verilməsini istəmişdi. İttihama görə, Mişel Platini 2011-ci ildə FİFA-dan 2 milyon İsveçrə frankı məblə...
Sıfırlı siftə
UEFA Çempionlar Liqasının 2022-2023 mövsümündə birinci mərhələ start götürüb. Novator.az-ın məlumatına görə, Azərbaycan təmsilçisi “Qarabağ” iyulun 5-i Polşada “Lex” komandasına məğlub olub – 0:1. Cavab oyunu iyulun 12-si Bakıda keçiriləcək. Birinci mərhələdə ələnəcəyi halda “Qarabağ” Konfrans Liqas...
İlə 3,5 milyon avro
Erməni futbolçu Henrix Mxitaryan İtaliyanın “İnter” komandası ilə 2 illik müqavilə imzalayır. Yarımmüdafiəçinin illik maaşının 3,5 milyon avro olacağı vurğulanır. Novator.az bildirir ki, 1989-cu il təvəllüdlü Henrix Mxitaryan Yerevanın “Pünik” komandasının yetirməsidir. Donetskin “Metallurq” və “Şax...
FİFA-nın yeni reytinqi
İyunun 23-də FİFA milli futbol komandalarının yeni reytinqini açıqlayıb. Novator.az bildirir ki, oyunların əhəmiyyəti, rəqiblərin çəkisi nəzərə alınmaqla əldə edilən nəticələrə əsaslanan reytinqdə Azərbaycan 211 yığma arasında 128-ci yerdə göstərilir. İran 23-cü, Ukrayna 27-ci, Rusiya 35-ci, Türkiyə...
“Neftçi”də oynamış erməni futbolçu ilə “söhbət”
Onun “Neftçi”dən “Ararat”a keçidi gözlənilməz olmuşdu. Sonrakı olaylar – Yohan Kroyffun “Ayaks”dan “Feyenoord”a, Dieqo Maradonanın “Barselona”dan “Napoli”yə, Luiş Fiqunun “Barselona”dan “Real”a transferi kimi. 1970-ci ilin dekabrında 29 yaşın içində olan Eduard Markarovun Bakıdan gedişi qalmaq...
UEFA-nın klub reytinqi
UEFA-nın klub reytinqi açıqlanıb. Reytinq klub turnirlərində son beş mövsümdə qazanılan əmsala əsaslanır. Təsnifat mərhələlərində qələbə 1 xal, heç-heçə yarım xal, qrup mərhələsində və sonrakı mərhələlərdə qələbə 2 xal, heç-heçə 1 xaldır. Qrup raundundan başlayaraq minimum 1, maksimum 5 bonus xalı d...
Prokurorluq Blatter və Platiniyə cəza istədi
İsveçrənin Federal Cinayət Məhkəməsi FİFA və UEFA-nın sabiq prezidentləri Jozef Blatterlə Mişel Platiniyə iyulun 8-də hökm oxuyacaq. Novator.az-ın məlumatına görə, iyunun 15-də prokurorluğun hər iki şəxsə 1 il 8 aylıq şərti həbs cəzası (2 il sınaq müddəti tətbiq etməklə) istədiyi açıqlanıb. İttihamı...
Azərbaycan komandalarının rəqibləri
UEFA Konfrans Liqasının 2022-2023 mövsümünə Azərbaycan “Neftçi”, “Zirə” və “Qəbələ” komandaları ilə çıxır. Birinci mərhələ 7-14 iyula, ikinci mərhələ 21-28 iyula, üçüncü mərhələ 4-11 avqusta, dördüncü mərhələ 18-25 avqusta, qrup mərhələsi 8 sentyabr-3 noyabra təyin olunub. Novator.az bildirir ki, Az...
Millətlər Liqasında durum
UEFA Millətlər Liqasının 2022-2023 mövsümündə qrup mərhələsinin dörd turu geridə qalıb. Reqlamentə görə, A, B, C divizionlarında qrup zəifləri aşağı diviziona enəcək, B, C, D divizionlarında qrup qalibləri yuxarı diviziona yüksələcək, A, B, C divizionlarının ümumilikdə 3 güclü komandası 2024-cü ilin...
Qətərli 32-lər
2022-ci il noyabrın 21-dən dekabrın 18-dək Qətərdə keçiriləcək dünya futbol çempionatının bütün iştirakçıları bəllidir. Novator.az yarışa vəsiqə almış 32 milli komandanın dünya çempionatlarındakı ən yüksək nəticələrini diqqətə çatdırır: Braziliya – 5 dəfə çempion olub; Almaniya – 4 dəfə çempion olub...
Yığmanın yaxın tarixi
Novator.az Azərbaycan milli futbol komandasının 2020-2022-ci illərdəki oyunlarının siyahısına nəzər salıb. 2020-ci il iyulun 10-dan milliyə italyan Canni De Byazi baş məşqçilik edir. Yığma onun dövründə 3 qələbə əldə edib, 16 məğlubiyyət alıb, 7 oyunu heç-heçə bitirib. 2020-ci ildə UEFA Millətlər Li...
“Qarabağ”ın ilk rəqibi bilindi
İyunun 14-ü UEFA Çempionlar Liqasının 2022-2023 mövsümündə birinci mərhələnin (5-13 iyul) püşkü atılıb. Novator.az-ın məlumatına görə, Azərbaycan təmsilçisi “Qarabağ”a Polşanın “Lex” komandası qismət olub. 1922-ci ildə yaradılan “Lex” 8 dəfə Polşa çempionu olub, 5 dəfə ölkə kubokunu qazanıb. İlkin t...
Bir vəsiqə qaldı
2022-ci ilin dünya futbol çempionatının seçmə mərhələsi finiş xəttindədir. Novator.az-ın məlumatına görə, iyunun 13-də Avstraliya final vəsiqəsi əldə edib. Son vəsiqənin taleyinə iyunun 14-ü Kosta Rika – Yeni Zelandiya oyununda aydınlıq gələcək. Noyabrın 21-dən dekabrın 18-dək Qətərdə keçiriləcək fi...
Bədlikdən çıxış
İyunun 13-ü UEFA Millətlər Liqasının C divizionunun 3-cü qrupunda dördüncü tur oynanıb: Azərbaycan – Belarus 2:0 Qazaxıstan – Slovakiya 2:1. Novator.az-ın məlumatına görə, dörd turdan sonra Qazaxıstanın 10, Slovakiyanın 6, Azərbaycanın 4, Belarusun 2 xalı var. Qalan oyunlar: 22 sentyabr Slovakiya – ...
Üç turdan sonra…
UEFA Millətlər Liqasının C divizionunun 3-cü qrupunda üçüncü tur oynanıb. Novator.az-ın məlumatına görə, 10 iyun matçlarında bu hesablar qeydə alınıb: Azərbaycan – Slovakiya 0:1 Belarus – Qazaxıstan 1:1. Üç turdan sonra Qazaxıstanın 7, Slovakiyanın 6, Belarusun 2, Azərbaycanın 1 xalı var. Qalan oyun...
FİFA-dan Ekvador qərarı
İyunun 10-da FİFA-nın İntizam Komitəsi 2022-ci ilin dünya futbol çempionatına vəsiqə almış Ekvador milli komandasından şikayət üzrə qərarını açıqlayıb. Şikayətin əsaslı sayılmadığı bəyan olunub. Novator.az bildirir ki, Ekvador yığması noyabrın 21-dən dekabrın 18-dək Qətərdə keçiriləcək dünya çempion...
FİFA Ekvadoru dünya çempionatından qovur?
2022-ci ilin dünya futbol çempionatına vəsiqə almış Ekvador milli komandası turnirdən çıxarıla bilər. Novator.az bildirir ki, Ekvador yığması noyabrın 21-dən dekabrın 18-dək Qətərdə keçiriləcək final mərhələsinə Cənubi Amerikadakı seçmə raunddan bilet alıb. Komanda 10 yığmanın yer aldığı seçmə mərhə...