Hüquq
Avtomobilə vergi güzəşti: ekspertin təklifi var
2022-ci il yanvarın 1-dən Azərbaycanda hibrid (həm benzin, həm də elektriklə işləyən) avtomobillərə vergi güzəşti tətbiq olunur. İstehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və ölkədə satışı 4 il müddətinə əlavə dəyər vergisindən (ƏDV) a...
Ermənistana nələr qol-qanad verir?
İlqar Məmmədov Respublikaçı Alternativ Partiyasının sədri Ermənistan Azərbaycanla sülh danışıqlarını niyə uzadır? Çox səbəbin üçü qabarıq görünür. Azərbaycanda sosial vəziyyətin pisləşməsi. Ermənilər bu sarıdan təcrübəlidir: Birinci Qarabağ müharibəsindəki uğurdan sonra sosial-iqtisadi vəziyyətin dü...
Əli Əliyev: dördüncü cəza qüvvədə qaldı
Yanvarın 25-də Bakı Apellyasiya Məhkəməsi Vətəndaş və İnkişaf Partiyasının sədri, məhbus Əli Əliyevin şikayəti üzrə qərar verib. Novator.az bildirir ki, şikayət təmin olunmayıb, Sabunçu Rayon Məhkəməsinin 22 noyabr 2022-ci il hökmü qüvvədə qalıb. Həmin hökmlə Əli Əliyev qəsdən sağlamlığa az ağır zər...
Həbslərə etiraz
AXCP sədri Əli Kərimli son günlərin inzibati həbslərindən yazıb. Novator.az-ın məlumatına görə, siyasətçi qeyd edir ki, yanvarın 24-də partiya fəalı Rövşən Səfərova heç kimin xəbəri olmadan 30 sutka inzibati həbs cəzası verildiyi bilinib: “Rövşən Səfərov şəhid oğludur. Atası Yavər Səfərov 1994-cü il...
45-ci gün
AZƏRTAC-ın 25 yanvar məlumatına görə, azərbaycanlı fəalların Laçın yolunun Şuşa şəhəri yaxınlığındakı hissəsində aksiyası 45-ci günə qədəm qoyub. Fəalların “Azərbaycan milləti qoruyacaq sərvəti!”, “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!” kimi şüarlar səsl...
CNN: İran daha bərk silkələnər
“Etiraz aksiyaları İrandakı dini rejimi heç vaxt olmamış qədər silkələdi, onun ən dərin qatlarına işlədi, nəticədə mühafizəkarlar arasında da itaətsizlik baş qaldırdı, hətta aksiyaları yatırmağa cəhd göstərənlərə zorakı müqavimət göstərənləri də oldu”. Novator.az-ın məlumatına görə, ABŞ-ın CNN kanal...
Bolqarıstan parlamenti buraxılır
Bolqarıstan növbədənkənar parlament seçkisinə gedir. Novator.az-ın məlumatına görə, yanvarın 24-də milli televiziya ilə xalqa müraciət edən prezident Rumen Radev fevralın 3-də parlamenti buraxacağını, aprelin 2-nə parlament seçkisinin təyin olunacağını deyib. 2022-ci il oktyabrın 2-də seçilmiş parla...
Əvəz Zeynallının yoldaşı aksiya keçirib
Məhbus jurnalist Əvəz Zeynallının həyat yoldaşı Məlahət Zeynallı yanvarın 24-ü Bakıda, Baş Prokurorluğun İstintaq İdarəsinin binası qarşısında aksiya keçirib. O yazır ki, Əvəzin ailə ilə görüşməsinə və telefonla danışmasına qadağaya etiraz bildirib: “Baş Prokurorluğun İstintaq İdarəsinin rəis müavin...
Prezidentə Bəxtiyar və Əvəz müraciəti
Vətəndaş cəmiyyətinin bir qrup nümayəndəsi (Sabit Bağırov, Mehriban Vəzir, Hafiz Həsənov, Azər Mehtiyev, Mirəli Hüseynov, Nəsimi Məmmədli, Samir Əliyev, İlqar Hüseynli, Mehriban Zeynalova, Arzu Abdullayeva, Novella Cəfəroğlu, Səidə Qocamanlı, Mirvari Qəhrəmanlı, Rəsul Cəfərov və başqaları) prezident...
Tofiq Yaqublu Ali Məhkəməyə şikayət verir
Ölkədən çıxışı yasaqlanan siyasətçi Tofiq Yaqublu Ali Məhkəməyə üz tutur. 2022-ci il noyabrın 16-da Suraxanı Rayon Məhkəməsi azadlıqdan şərti məhkum olunmuş Tofiq Yaqublunun ölkədən çıxışına icazə verilməsi barədə müraciətini təmin etməyib. Qərar Bakı Şəhər Probasiya İdarəsi və prokurorluq nümayəndə...
Məntiq və hökumətin məntiqi
Prezident İlham Əliyevin 16 dekabr 2021-ci il fərmanına görə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sifarişi əsasında Bakının Ramana, Ümid, Хocasən qəsəbələrində, Abşeron, Lənkəran və Samux rayonlarında inşa edilmiş çoxmənzilli binalarda, həmçinin paytaxtın Kürdəxanı qəsə...
Xalq Partiyası əngəllə üzləşib
Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn qurumun son qurultayının nəticələrinin Ədliyyə Nazirliyində qeydə alınmasının uzadılmasından şikayətlənir. 1999-cu ildən dövlət qeydiyyatında olan Azərbaycan Xalq Partiyası 2022-ci il dekabrın 11-i Bakıda 5-ci qurultayını keçirib, nizamnamə və proqram ...
Bakıdan Avropa umacağı
Azərbaycanın Xarici İşlər Nazirliyi Avropa İttifaqı Şurasının Ermənistanda monitorinq missiyası yaratmaq qərarını şərh edib. Yanvarın 24-də yayılan şərhdə qeyd olunur ki, belə bir fəaliyyət sərhədlərin delimitasiyası prosesi də daxil olmaqla Azərbaycan və Ermənistan arasında normallaşma prosesinə xə...
ABŞ-dan yol zəngi, prezidentin cavabı
ABŞ-ın dövlət katibi Entoni Blinken yanvarın 23-də prezident İlham Əliyevə zəng edib. Prezidentin mətbuat xidmətinin məlumatına görə, dövlət katibi Laçın yolundakı vəziyyətdən narahatlığını çatdırıb. İlham Əliyev yolda hər hansı blokadanın olmadığını qeyd edib, 12 dekabr 2022-ci ildən etibarən 980-ə...
Yeni dövlət proqramı
Yanvarın 23-də sərəncam imzalayan prezident İlham Əliyev milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılması proqramını təsdiqləyib. 2023-2025-ci illəri əhatə edən dövlət proqramında nəzərdə tutulmuş tədbirlərin icrasını əlaqələndirmək İqtisadiyyat Nazirliyinə, monitorinq və qiy...
İran: siyasi dustaq qadınların tələbi var
İranda 30 siyasi dustaq qadın birgə bəyanat qəbul edib. Novator.az-ın məlumatına görə, bəyanatda son ayların etiraz hərəkatı iştirakçılarının edam prosesinin dayandırılması tələb olunur. Söhbət 2022-ci ilin sentyabrında gənc qadın Məhsa Əmininin hicab qaydalarını pozma ittihamı ilə tutulandan üç gün...
2022-ci ilin yekunu: 36494 cinayət
Yanvarın 23-ü Daxili İşlər Nazirliyində 2022-ci ildəki fəaliyyətin nəticələri və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib. Rəsmi məlumata görə, hesabat məruzəsi ilə çıxış edən nazir Vilayət Eyvazov deyib ki, 2022-ci ildə əməliyyat-axtarış və istintaq fəaliyyətinin subyekti ol...
Ermənistanın ombudsmanı istefaya gedir
Ermənistanın insan hüquqları müvəkkili – ombudsman Kristine Qriqoryan yanvarın 23-də istefa verib. O, qərarını başqa işə keçməsi ilə əsaslandırıb. 1981-ci il təvəllüdlü Kristine Qriqoryan ombudsman postunu 2022-ci il yanvarın 24-dən tutur. Novator.az bildirir ki, Ermənistan Konstitusiyasına görə, pa...
Büdcədə 1,4 milyard manat kəsir var
Maliyyə Nazirliyinin ilkin hesabatına görə, 2022-ci ildə dövlət büdcəsinə 30 milyard 660,5 milyon manat daxil olub. Vergi orqanlarının xətti ilə daxilolma 15 milyard 541,5 milyon manat, gömrük orqanlarının xətti ilə daxilolma 5 milyard 654,6 milyon manat göstərilir. Dövlət Neft Fondundan büdcəyə 7 m...
Pensiya yeniliyi haçan qüvvəyə minir?
Milli Məclisin əmək və sosial siyasət komitəsinin 23 yanvar iclasında “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik layihəsi müzakirə olunub. Plenar iclasa tövsiyə olunan layihə minimum pensiyanın fevralın 1-dən 280 manata yüksəlməsini nəzərdə tutur. 2022-ci il yanvarın 1-dən əmək pensiyasının minim...