Hüquq
Borca faiz: yenilik imzalandı
Mülki Məcəlləyə dəyişikliklər martın 31-də prezident İlham Əliyevin imzası ilə dərc olunub. Qanun dərc edildiyi gündən 6 ay sonra qüvvəyə minir. Novator.az bildirir ki, əsas yeniliklərdən birinə görə, borclu pul məbləğinin ödənməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məblə...
Qoşa seçkinin ittifaqları
Mayın 14-ü Türkiyədə prezident və parlament seçkiləri keçiriləcək. Novator.az bildirir ki, bir çox siyasi qurum qoşa seçkiyə ittifaq yaradaraq qoşulub: Xalq ittifaqı Ədalət və İnkişaf Partiyası, Milliyyətçi Hərəkat Partiyası, Böyük Birlik Partiyası, Yenidən Rifah Partiyasını birləşdirir. Hür Dava Pa...
Qarabağa Qayıdış Vətəndaş Platforması yaradılır
Əhalisi köçkün düşmüş rayonların bir qrup ziyalısı Qarabağa Qayıdış Vətəndaş Platformasının təşəbbüs qrupunu yaradıb. Qrupun martın 30-da yaydığı bəyannamədə narahatlıqlar qeyd olunur: – İşğaldan azad ərazilərdə torpağı və digər daşınmaz əmlakı olan məcburi köçkünlərin mülkiyyət hüquqları pozu...
Türkiyə: dördlüyün yolu açıldı
Martın 31-i Türkiyədə prezidentliyə namizədlərin təşviqat kampaniyası start götürür. Novator.az bildirir ki, Ali Seçki Qurumunda dörd iddiaçı rəsmiləşib: prezident, Ədalət və İnkişaf Partiyasının lideri Rəcəb Teyyub Ərdoğan – Xalq ittifaqında birləşən Ədalət və İnkişaf; Milliyyətçi Hərəkat; Bö...
Avropa Məhkəməsindən cərimə seli
Aihmaz.org-un 30 mart məlumatına görə, Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycandan şikayətlər qərardadlar qəbul edib. Qərardadlar Avropa İnsan Hüquqları Konvensiyası ilə verilmiş hüquqlarının pozuntusu tanınan şəxslərə təzminat ödənməsini nəzərdə tutur: Rövşən Məmmədli və Azər Kazımzadə – h...
Zamin Salayev həbsdə qaldı
Martın 30-da Qaradağ Rayon Məhkəməsi Bakı İstintaq Təcridxanasında saxlanan AXCP Salyan şöbəsinin sədri Zamin Salayevin ev dustaqlığına buraxılması üçün verilmiş vəsatətə baxıb. Vəsatət təmin olunmayıb, cəbhəçi həbsdə saxlanıb. Vəkil Nemət Kərimli Novator.az-a qərardan apellyasiya şikayəti veriləcəy...
Dövlət Su Ehtiyatları Agentliyi yaradıldı
Martın 30-da prezident İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin əsasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin yaradılmasına fərman verib. Sənəd “Azərsu” və “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” açıq səhmdar cəmiyyətlərinin əmlakları ilə birlikdə age...
Gömrük Komitəsindən maşın arayışı
Nazirlər Kabinetinin 29 mart 2023-cü il qərarı zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olan minik avtomobillərinin (raritet (nadir) minik avtomobilləri və gömrük ərazisinə müvəqqəti gətirilən minik avtomobilləri istisna olmaqla) Azərbaycana gətirilməsini məhdudlaşdırır. Qərar dərc edildiyi g...
Qazaxıstanın baş naziri postda qaldı
Martın 30-da Qazaxıstan prezidenti Qasım-Comərd Tokayev Əlixan Smailovu yenidən baş nazir təyin edib. Novator.az bildirir ki, qərar parlamentin aşağı palatasının – Məclisin razılığı ilə qəbul olunub. Qazaxıstanda hökumət prezident və parlament qarşısında cavabdehlik daşıyır. Yeni seçilmiş Məcl...
Vəsatət yolda qalıbmış…
Bakı İstintaq Təcridxanasında saxlanan AXCP Salyan şöbəsinin sədri Zamin Salayevin ev dustaqlığına buraxılması üçün yeni vəsatət verilib. Vəkil Nemət Kərimli “Turan”a deyib ki, martın 13-də poçtla göndərdiyi vəsatətin Qaradağ Rayon Məhkəməsinə çatmadığı məlum olub, martın 29-da vəsatəti şəxsən təqdi...
109-cu gün
AZƏRTAC-ın 30 mart məlumatına görə, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz edən azərbaycanlı fəalların Laçın yolunun Şuşa şəhəri yaxınlığındakı aksiyası davam edir. Aksiyaçıların 109-cu günü də dövlət himni ilə açdığı, Şuşada günəşli havanın müşahidə olunduğu bildirilir. ...
Yaşı 10-dan artıq maşınlara qadağa
Martın 29-da Nazirlər Kabineti zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olan minik avtomobillərinin (raritet (nadir) minik avtomobilləri və gömrük ərazisinə müvəqqəti gətirilən minik avtomobilləri istisna olmaqla) Azərbaycana gətirilməsini məhdudlaşdırmağa qərar verib. Dərc edildiyi gündən 30...
Vergi yeniliyi
Prezident İlham Əliyev Vergi Məcəlləsinə dəyişiklikləri imzalayıb. Qanun 2023-cü il martın 1-dən qüvvədə sayılır. Novator.az bildirir ki, yeniliyə görə, Azərbaycan ərazisindən tranzit keçən, xarici dövlətlərdə qeydiyyatda olan avtonəqliyyat vasitələrinin sahibləri və ya həmin nəqliyyat vasitəsini id...
Prezidentin köməkçisi Fazil Mustafaya baş çəkib
Prezidentin mətbuat xidmətinin məlumatına görə, dövlət başçısı İlham Əliyevin köməkçisi Anar Ələkbərov martın 29-da Milli Məclisin deputatı Fazil Mustafanı müalicə olunduğu xəstəxanada ziyarət edib, onun ailə üzvləri ilə görüşüb. Deputata dövlət başçısının və birinci xanım Mehriban Əliyevanın şəfa d...
Qazaxıstan yeni hökumət astasında
Martın 29-da Qazaxıstan Məclisinin yeni tərkibdə ilk iclası keçirilib və hökumət istefaya gedib. Hakim Amanat Partiyasının baş nazir vəzifəsinə namizədi yaxın günlərdə irəli sürməsi gözlənir. Novator.az bildirir ki, Məclis Qazaxıstan parlamentinin aşağı palatasıdır. Hökumət prezident və parlament qa...
31 mart və 19 aprel hədləri
Mayın 14-ü Türkiyədə prezident seçkisi ilə yanaşı parlament seçkisi də keçiriləcək. Novator.az bildirir ki, Ali Seçki Qurumu 600 nəfərlik parlament – Türkiyə Böyük Millət Məclisi uğrunda yarışa 36 partiyanı buraxıb: Ana Vətən Partiyası, Böyük Birlik Partiyası, Böyük Türkiyə Partiyası, Cümhuriy...
Qəsd şərhləri
Müxalif siyasətçilər Milli Məclisin deputatı Fazil Mustafaya qəsdə münasibət bildirib. Novator.az-ın məlumatına görə, Müsavat Partiyasının başqanı Arif Hacılı yazır ki, Fazil Mustafanın dini məsələlərə aid fərqli fikirlərini açıq ifadə etməkdən çəkinməyən siyasətçi olduğu hər kəsə bəllidir: “Bu fakt...
Britaniya etnik azlıqları necə irəli çəkir? – “Financial Times”
Böyük Britaniyada özəl şirkətlərin etnik azlıq nümayəndələrini rəhbər postlara təyin etməsi istiqamətində irəliləyiş var. Novator.az saytı “Financial Times” qəzetinə istinadla xəbər verir ki, hazırda London Fond Birjasında qeydə alınmış ən yaxşı 100 şirkətin 96-da direktorlar şurası üzvlərinin azı b...
Zamin Salayev yeriyə bilmir
AXCP funksioneri Zamin Salayev aclıq aksiyası boyu 37 kiloqram arıqlayıb. Martın 28-i Bakı İstintaq Təcridxanasında Zamin Salayevə baş çəkən vəkil Nemət Kərimli “Turan”a belə deyib. Onun sözlərinə görə, cəbhəçinin durumu kəskin pisləşib: “Zamin sərbəst yeriyə bilmir, mənimlə görüşə qolundan tutub gə...
İstintaqı DTX aparır
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) siyasətçi Fazil Mustafaya qəsdlə bağlı məlumat yayıb. Qeyd olunur ki, martın 28-i saat 21:51-də Milli Məclisin deputatı Fazil Mustafaya yaşadığı evin qarşısında – Bakının Zabrat-1 qəsəbəsi, Babək küçəsi, ev 2 “Z” ünvanında “Kalaşnikov” konstruksiyalı avtomat...