Hüquq
Valyutanın tənzimlənməsi qaydasını pozduğuna görə 11 nəfər cərimə olunub
Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakinləri Zirəddin Ələsgərov, Bəhruz Bilalov, Samir Məsimov, İbiş Nuriyev, Məmmədəli İsmayılov, Sumqayıt şəhər sakini Nicat İsmayılov, Hacıqabul rayon sakini Zaur Əliyev, Oğuz rayon sakini Vahid Çələbi...
“Yahoo” itirir
“Yahoo” şirkəti 2015-ci ildə işçilərinin üçdə birindən çoxunu itirib. Novator.az xəbər verir ki, buna “Yahoo”ya 2012-ci ildən rəhbərlik edən Marissa Mayerin apardığı siyasətin səbəb olduğu bildirilir. Şirkət ötən il ən yaxşı “beyin”lərini itirib. Ekspertlərin fikrincə, hazırda “Yahoo” əməkdaşlarının...
Ümid Partiyası 15 nazirlikdən ibarət hökumət təklif edir
Sabiq deputat İqbal Ağazadənin sədrlik etdiyi Ümid Partiyası böhrana qarşı proqram açıqlayıb. Transparency.az-ın məlumatına görə, müxalif partiya hakimiyyəti siyasi və iqtisadi böhranın birləşməsinə imkan verməmək üçün Qərb dairələri ilə danışıqlar apara bilən etimad qrupu yaratmağa, siyasi məhbusla...
Rəsmi: əmək qanunvericiliyinin pozulması faktları 27,6 faiz azalıb
Dövlət Əmək Müfəttişliyi Xidməti ötən il vətəndaş müraciətlərinin araşdırılması zamanı iş yerlərində 14 min 769 halda əmək qanunvericiliyinin pozulması faktı aşkar edib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaydığı məlumata görə, aşkar edilən hüquq pozuntuları daha çox əmək müqavilələrinin...
Suraxanıda yanğınla bağlı cinayət işi başlanıb
Paytaxtın Suraxanı rayonunda iki nəfərin ölümünə səbəb olan yanğın hadisəsi ilə bağlı cinayət işi başlanıb. Yanvarın 8-də Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində çoxmənzilli yaşayış binasındakı mənzillərdən birində 1951-ci il təvəllüdlü Mikayıl Abbasov və onun həyat yoldaşı, 1951-ci il təvəllüdlü ...
ABŞ əhalisinin üçdə ikisi Obamanın silahlara məhdudiyyət təklifini bəyənir
Amerika əhalisinin üçdə ikisi prezident Barak Obamanın silah dövriyyəsinə məhdudiyyət qoyulması təklifini dəstəkləyir. Novator.az xəbər verir ki, CNN telekanalının və ORC sosioloji sorğu şirkətinin apardığı ictimai rəy sorğusu bunu göstərib. Rəy sorğusunun nəticələri yanvarın 7-də açıqlanıb. Obama b...
Əməliyyat müşavirəsində cəza rəqəmləri açıqlanıb
Yanvarın 7-si Baş Prokurorluqda mərkəzi aparatın rəhbər heyətinin iştirakı ilə əməliyyat müşavirəsi keçirilib. Rəsmi məlumata görə, müşavirədə qeyd olunub ki, ötən il prokurorluq orqanları bir çox ağır, mürəkkəb və çox epizodlu cinayət işlərinin istintaqını tamamlayıb, qəsdən adam öldürmə və qəsdən ...
Natiq Kərimova dövlətə xəyanət ittihamı irəli sürülüb
Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov yanvarın 7-də həbs edilib. Səbail Rayon Məhkəməsi onun barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçib. Natiq Kərimov Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində aparılan cinayət işi üzrə şübhəli şəxs qismində tutulub, Cinayət Məcə...
Ekspert valyuta mübadiləsində 500 dollarlıq limiti səhv qərar sayır
“Mərkəzi Bankın “yalnız 500 dollar” qaydası böyük növbələr, qara bazar təhlükəsi yarada bilər”. Transparency.az-ın məlumatına görə, iqtisadçı ekspert Vüqar Bayramov Mərkəzi Bankın xarici valyuta alğı-satqısı ilə bağlı son qərarını şərh edərkən belə proqnoz verib. Mərkəzi Bankın İdarə Heyəti 28 iyun ...
Xarici valyutanın alış və satış qaydalarında yeniliklər
Transparency.az Mərkəzi Bankın 29 dekabr 2015-ci ildə qəbul etdiyi, 6 yanvar 2016-cı ildə qüvvəyə minmiş “Mübadilə şöbələrinin təşkili və mübadilə əməliyyatlarının aparılması qaydaları”nı oxucuların diqqətinə çatdırır (Mübadilə şöbələrinin təşkili və mübadilə əməliyyatlarının aparılması qaydaları). ...
Ekoloji pozuntulara görə cəzalar tətbiq olunub
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ötən ayın son 15 günündə ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparıb. Rəsmi məlumatda deyilir ki, araşdırma zamanı hüquqi və fiziki şəxslərin atmosfer havasının, su və torpaq ehtiyatlarının, yerin tə...
Akademik Milli Dram Teatrının rəhbəri dəyişdi
Yanvarın 6-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında qurumun bədii rəhbəri və direktoru vəzifəsinə yeni təyinatla bağlı tədbir keçirilib. AZƏRTAC Mədəniyyət və Turizm Nazirliyinə istinadla bildirir ki, nazirliyin kollegiyasının qərarına əsasən nazir Əbülfəs Qarayevin müvafiq əmrinə uyğun ol...
Əlilliyin müəyyən olunması meyarları təsdiqlənib
Nazirlər Kabineti “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair əsasnamə”ni təsdiqləyib (Nazirlər Kabinetinin qərarı). Transparency.az bildirir ki, sənədə görə, birinci dərəcə əlillik və tibbi göstəriş olan xüsusi hallarda ikinci və üçüncü dərəcə əlillik müddət...
Rasim Əliyevin ölüm işi üzrə proses başladı
Yanvarın 5-i Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Rasim Əliyevin ölümündə təqsirləndirilən şəxslərin cinayət işi üzrə proses başlayıb. APA-nın məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən hazırlıq iclasında zərərçəkmiş tərəfin vəkili Fariz Namazlı cinayət işinin ibtidai ist...
Maşallah Əhmədovu buraxdılar
Futbolçu Maşallah Əhmədov ev dustaqlığına buraxılıb. Report.az-ın məlumatına görə, Maşallah Əhmədov barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması qərarı dekabrın 30-da Binəqədi Rayon Məhkəməsində çıxarılıb. Dekabrın 17-də Binəqədi məhkəməsi Maşallah Əhmədov barəsində 3 ...
Baş nazirin müavini iki sosial istiqamətdə planlardan danışıb
Baş nazirin müavini, hakim Yeni Azərbaycan Partiyasının icra katibi Əli Əhmədov “Azərbaycan” qəzetinə müsahibəsində sığorta-pensiya sistemindəki islahatlar mövzusuna toxunub: “Bütün dünyada sığorta-pensiya sistemi öz həssaslığı və əhəmiyyəti ilə fərqlənən fəaliyyət sahələrindən sayılır. Bu gün Azərb...
2016-cı ilin iş vaxtı norması və istehsalat təqvimi təsdiqlənib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 29 dekabr qərarı ilə 2016-cı ilin iş vaxtı norması və istehsalat təqvimi təsdiq olunub. Transparency.az-a verilən məlumatda deyilir ki, 2016-cı ildə 1-2 yanvar (Yeni il), 20 yanvar (Ümumxalq Hüzn Günü), 8 mart (Qadınlar Günü), 20, 21, 22, 23...
Gürcüstanda yeni hökumət quruldu
Gürcüstan parlamentinin sədri David Usupaşvili Georgi Kvirikaşvilini baş nazir postuna təsdiqləyib. Qanunverici orqanda yeni kabinet də müəyyənləşib. Novator.az xəbər verir ki, 12 saatlıq müzakirələrdən sonra 86 deputat yeni hökuməti dəstəkləyib, 28 deputat əleyhinə çıxıb. Yenilənmiş hökumətdə iki d...
Nazirlik 24 min sahibkarın vergi borcunu silib
Vergilər Nazirliyinin analitik-informasiya şöbəsi açıqlama yayıb. Transparency.az-ın məlumatına görə, açıqlamada qeyd olunur ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” 20 oktyabr 2015-ci il qanunundan irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədilə ciddi tədbirl...
Ədliyyə Nazirliyində bələdiyyə hesabatı
Ədliyyə Nazirliyində kollegiya iclası keçirilib. Transparency.az bildirir ki, rəsmi məlumata görə, kollegiyada bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətlə bağlı hazırlanmış illik məruzəyə də baxılıb. Qeyd olunub ki, 2015-ci ildə inzibati nəzarət qaydasında yoxlanılmış bələdiyyə aktlarının sayı 59...