Hüquq
Türkiyə parlamenti kimə tapşırılır?
İyunun 7-si Türkiyənin yeni parlamentində sədr seçkisi başlayır. Ədalət və İnkişaf Partiyası ilə Milliyyətçi Hərəkat Partiyası sədr postuna Numan Kurtulmuşu namizəd göstərib. Novator.az bildirir ki, 1959-cu il təvəllüdlü Numan Kurtulmuş 1998-ci ildən Fəzilət Partiyasının üzvü olub, 2001-ci ildə Səad...
Avropa futbolunda nəyin gizli müşahidəsi aparılır?
Avropa stadionlarında mühüm futbol oyunları zamanı gizli müşahidə aparılır. Novator.az-ın məlumatına görə, ABŞ-ın “Associated Press” agentliyi bildirir ki, tribunlardakı müşahidəçilərin işi azarkeşlərin irqçi şüarlar səsləndirib-səsləndirmədiyini, ekstremist simvollardan istifadə edib-etmədiyini izl...
Bütün dünyanın gözü Ukraynadadır – “Nyu-York Tayms”
6 iyun İkinci Dünya müharibəsində müttəfiq qüvvələrin (Britaniya, ABŞ və Kanada) Normandiya (Fransa) sahillərinə qoşun çıxarmağa başladığı gündür. 1944-cü ildə keçirilmiş o əməliyyat Avropada faşist Almaniyasına qarşı ikinci cəbhəni açıb və müharibədə dönüş yaradıb. Almaniya Normandiya əməliyyatında...
Naxçıvan proqramı təsdiqlənib
İyunun 5-də sərəncam imzalayan prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair dövlət proqramını təsdiqləyib. 2023-2027-ci illəri əhatə edən proqramda nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsini əlaqələndirmək Nazirlər Kabinetinə, tədbirlərin icrasının mo...
İlkin Süleymanova hökm oxundu
Gəncə Ağır Cinayətlər Məhkəməsi qətldə təqsirli bilinən İlkin Süleymanova 18 il müddətinə azadlıqdan məhrumetmə cəzası kəsib. Hökm iyunun 5-də oxunub. 2019-ci il noyabrın 21-də 10 yaşlı Nərmin Quliyeva yaşadığı Tovuz rayonunun Dondar Quşçu kəndində itkin düşüb. 2020-ci il yanvarın 6-sı kənddə onun y...
Pensiya statistikası niyə dolaşıqdır?
İyunun 2-də jurnalistlərə danışan əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov deyib ki, pensiya yaşına çatanların 70-75 faizi pensiya hüququ qazanır. Ancaq həmin rəqəmin 30-40 faiz həndəvərində olduğunu iddia edənlər də var. Novator.az-ın məlumatına görə, iqtisadçı, vətəndaş cəm...
Avropa Məhkəməsindən yeni cərimələr
Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycandan şikayətlər üzrə yeni qərarlar elan edib. Aihmaz.org xəbər verir ki, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun şikayətində qurumun ofisində axtarış aparılmasının, sənədlərin, kompüterlərin, başqa texniki avadanlıqların, möhür və ştampın götürü...
Həmin qiyam
AXCP sədri Əli Kərimli ikinci prezident Əbülfəz Elçibəyin devrilməsi ilə nəticələnən 4 iyun qiyamından yazıb. Novator.az bildirir ki, 1938-ci ildə Ordubadın Kələki kəndində doğulan Əbülfəz Elçibəy şərqşünas təhsili alıb, Misirdə çalışıb, Bakıda elmi-pedaqoji fəaliyyətlə məşğul olub. 1975-ci ildə ant...
Türkiyənin vitse-prezidenti
Novator.az iyunun 3-də Türkiyənin vitse-prezidenti təyin olunmuş Cevdət Yılmazın ömür yoluna nəzər salıb. Hakim Ədalət və İnkişaf Partiyasının sədri Rəcəb Teyyub Ərdoğan mayın 28-də yenidən prezident seçilib, iyunun 3-də and içərək səlahiyyətlərinin icrasına başlayıb və yeni hökumət qurub. Vitse-pre...
Yeni dönəm, yeni komanda
Üçüncü dəfə Türkiyə prezidenti seçilmiş Rəcəb Teyyub Ərdoğan iyunun 3-də and içərək səlahiyyətlərinin icrasına başlayıb və kabinet üzvlərini təyin edib. Novator.az-ın məlumatına görə, vitse-prezident postuna Cevdət Yılmaz gətirilib, Hakan Fidan xarici işlər naziri, Yaşar Gülər milli müdafiə naziri, ...
Çin rəhbərliyində qadın qalmayıb
“Çin Xalq Respublikasının idarəçilik sistemində qadınların sayının az olması narahatlıq doğurur”. Novator.az-ın məlumatına görə, BMT-nin Çinlə bağlı yeni hesabatında belə deyilir. Bildirilir ki, Çin parlamentində (Xalq Nümayəndələri Yığıncağı) deputatların yalnız 26,54 faizi qadındır: “Ölkənin idarə...
Daxili İşlər Nazirliyi böyüdüldü
İyunun 2-də fərman imzalayan prezident İlham Əliyev Daxili İşlər Nazirliyinin strukturunu yeniləyib. Sənəd nazirlikdə Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin yaradılmasını nəzərdə tutur. Həmin gün verilən sərəncamla daxili işlər orqanları əməkdaşlarının və nazirlik sisteminə işə götürülən mülki...
İlkin Süleymanov bəraət istəyir
Gəncə Ağır Cinayətlər Məhkəməsi qətldə təqsirli bilinən İlkin Süleymanovun işi üzrə prosesi bitirmək üzrədir. İyunun 2-də keçirilən iclasda son sözlə çıxış edən İlkin Süleymanov heç bir cinayət törətmədiyini vurğulayıb, bəraət istəyib. 3 may iclasında dövlət ittihamçısı İlkin Süleymanova 20 il müddə...
Rusiya vətəndaşlığına keçid reytinqi
2023-cü ilin ilk üç ayında Azərbaycanın 3700 sakini Rusiya vətəndaşlığı alıb. Novator.az-ın məlumatına görə, Rusiyanın Daxili İşlər Nazirliyi belə hesabat yayıb. Rəsmi statistikaya əsasən, yanvar-mart aylarında Tacikistanın 44900, Ukraynanın 22000 sakininə Rusiya pasportu verilib. Rusiya vətəndaşlığ...
Türkiyənin seçimi (2002-2023)
Türkiyədə prezident seçkisinin nəticələri dərc olunub. Novator.az bildirir ki, rəsmi hesabata görə, mayın 28-də keçirilmiş ikinci turda dövlət başçısı, Ədalət və İnkişaf Partiyasının lideri Rəcəb Teyyub Ərdoğan 27,8 milyon səslə (etibarlı səslərin 52,18 faizi) qalib gəlib. Mayın 14-ü parlament seçki...
Rus qvardiyasının cinayətləri – “Nyu-York Tayms”
ABŞ-ın “Nyu-York Tayms” qəzeti Ukraynanın Xerson vilayətinin azad edilmiş ərazilərində Rusiya qüvvələrinin işğal zamanı törətdiyi vəhşiliklərdən yazıb. Xerson vilayətinin böyük hissəsi hələ də işğal altındadır. Ukrayna ordusu vilayətin mərkəzini (Xerson şəhəri) səkkiz aylıq işğaldan sonra 2022-ci il...
Kişinyov görüşləri
Moldovanın paytaxtı Kişinyovda Avropa Siyasi Birliyinin zirvə toplantısına qatılan prezident İlham Əliyev iyunun 1-i Ermənistanın baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının sədri Şarl Mişellə qeyri-rəsmi görüş keçirib. AZƏRTAC xəbər verir ki, ardınca onlar Almaniya kansleri Olaf Şolts və...
Türkiyənin yeni parlamentində qüvvələr nisbəti
Novator.az Türkiyədə mayın 14-də seçilmiş parlamentin tərkibinə nəzər salıb. 600 nəfərlik Türkiyə Böyük Millət Məclisində hakim Ədalət və İnkişaf Partiyası 263 mandata sahibdir. Ona dəstək verən Milliyyətçi Hərəkat Partiyasının 50, Yenidən Rifah Partiyasının 5, Hür Dava Partiyasının 4, Demokratik So...
Sərhəd pozuntuları, tədbirlər
Dövlət Sərhəd Xidmətinin məlumatına görə, 2023-cü ilin mayında dövlət sərhədini pozan 48 nəfər tutulub: “Onların 21-i Azərbaycan, 8-i Nepal, 7-si Hindistan, 4-ü Pakistan, 2-si Ermənistan, 2-si Türkiyə, 1-i Özbəkistan, 1-i Əfqanıstan, 1-i Əlcəzair, 1-i Qana vətəndaşıdır”. 24 nəfərin dövlət sərhədini ...
Ərdoğanın qələbəsi rəsmiləşdi
Türkiyənin Ali Seçki Qurumu prezident seçkisinin nəticələrini təsdiqləyib. Novator.az bildirir ki, rəsmi hesabata görə, mayın 28-də keçirilmiş ikinci turda dövlət başçısı, Ədalət və İnkişaf Partiyasının lideri Rəcəb Teyyub Ərdoğan 52,18 faiz səslə qalib gəlib, Millət ittifaqının namizədi, parlament ...