Hüquq
İstintaq Fuad Qəhrəmanlının “Facebook” statuslarını bəyənmiş adamları dindirib
“Fuad Qəhrəmanlının “Facebook” statuslarını bəyənmiş adamları istintaqa çağırıb şahid qismində dindirərək ifadələri sübut kimi təqdim ediblər”. Vəkil Yalçın İmanov “Azadlıq” radiosuna belə deyib. AXCP sədrinin müavini olan Fuad Qəhrəmanlı 2015-ci il dekabrın 8-də hakimiyyətin zorla ələ keçirilməsinə...
QHT-lərin vəziyyəti: hökumət və beynəlxalq təşkilatlar tənqid olundu
İyunun 28-də Sivil Toplum Platforması (STP) “Azərbaycanda QHT-lərin hazırkı vəziyyəti və problemlərdən çıxış yolları” mövzulu forum təşkil edib. Bakıdakı Beynəlxalq Mətbuat Mərkəzində keçirilən ictimai müzakirələrə QHT, media, siyasi partiya təmsilçiləri, diplomatik korpus nümayəndələri qatılıblar. ...
Qənimət Zahidin qohumlarına hökm oxundu
İyunun 28-də Bakı Ağır Cinayətlər Məhkəməsində Rüfət Zahidov və Rövşən Zahidovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. “Report”un məlumatına görə, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosedə hökm oxunub. Rüfət Zahidov və Rövşən Zahidovun hər biri 6 il müddətinə azadlıqdan məhrum e...
Məhkəmə erməni biznesmenin cəzasını qüvvədə saxlayıb
İyunun 28-də Moskva Şəhər Məhkəməsi Rusiyada çalışan erməni biznesmen Levon Ayrapetyana kəsilmiş cəzanı qüvvədə saxlayıb. Ayrapetyan 2014-cü il iyulun 15-də tutulub, sonradan sərbəst buraxılıb. 2016-cı il aprelin 14-də Moskvanın Zamoskvoretski Rayon Məhkəməsində biznesmenə 4 il azadlıqdan məhrumetmə...
İntiqam Əliyev: “Hökumətin qarşısında heç bir öhdəliyim yoxdur”
Hüquq müdafiəçisi İntiqam Əliyev üç aydır həbsdən buraxılıb, amma rəhbərlik etdiyi Hüquq Maarifçiliyi Cəmiyyətinin yerləşdiyi ofis hələ də açılmayıb. Ofis 2014-cü ildə İntiqam Əliyev həbs olunarkən möhürlənib. İntiqam Əliyev 2014-cü il avqustun 8-də tutulmuş, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ...
Ən sabit və qeyri-sabit ölkələrin reytinqi
Mərkəzi qərargahı ABŞ-da olan Sülh Fondu Kövrək Dövlət İndeksi adlı hesabat yayıb. “Azadlıq” radiosunun məlumatına görə, 178 ölkəyə dair hesabat 12 ictimai, iqtisadi və siyasi indikator əsasında hazırlanıb, müharibələrin, təbii fəlakətlərin, siyasi hərəkatların ölkələrin taleyində rolunu təhlil edir...
ABŞ: silah gəzdirməyə yeni qadağa
ABŞ Ali Məhkəməsi məişət zəminində odlu silahla törədilən cinayətlərə görə cəzaların sayını artırıb. Novator.az xəbər verir ki, məhkəmənin yeni qərarına əsasən, məişət zorakılığı zamanı odlu silahdan istifadə silah gəzdirmək hüququndan məhrum edilməyə gətirib çıxara bilər. Qərarda silah gəzdirmək qa...
Pensiyada cins fərqini aradan qaldırmaq lazımdırmı?
Azərbaycanda kişi və qadının əmək pensiyasına çıxmaq yaşını bərabərləşdirmək olarmı? Transparency.az bu sualla müzakirə aparıb. “Əmək pensiyaları haqqında” qanuna görə, Azərbaycanda kişilər əmək pensiyasına 63, qadınlar 60 yaşda çıxır. Rəsmi statistikaya əsasən, 2015-ci ildə ölkədə gözlənilən ömür u...
Vətəndaşlığın itirilməsi qanunu imzalanıb
Prezident İlham Əliyev Mülki Prosessual Məcəlləyə dəyişiklikləri imzalayıb. Yenilik şəxsin Azərbaycan Respublikası vətəndaşlığını itirməsi haqqında işlər üzrə icraatı tənzimləyir. Dəyişikliyə görə, Dövlət Miqrasiya Xidməti “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanunda nəzərdə tutulmuş h...
Avropa Britaniyanı tez üzülüşməyə çağırdı
Avropa İttifaqı Şurasının sədri Donald Tusk, Avropa Parlamentinin sədri Martin Şults və Avropa Komissiyasının başçısı Jan-Klod Yunker Böyük Britaniyada keçirilmiş referendumun nəticələri ilə bağlı birgə bəyanat yayıb. Novator.az-ın məlumatına görə, bəyanatda deyilir: “Azad və demokratik proses nətic...
Əcnəbilərin Azərbaycanda alış-verişi asanlaşdırıldı
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan ərazisində aldığı, istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödədiyi əlavə dəyər vergisinin (ƏDV) qaytarılması qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edəcək. APA-nın məlumatına görə, bu, iyunun 24-də...
İngilis bayrağı Avropadan yan əsdi
Böyük Britaniyada ölkənin Avropa İttifaqında qalıb-qalmamasını müəyyənləşdirən referendumun nəticələri açıqlanıb. Transparency.az bildirir ki, iyunun 23-də keçirilən referenduma qatılanların 52%-i ölkənin Avropa İttifaqından çıxmasına səs verib. Avropa İttifaqı əleyhdarları 17,41 milyon səs toplayıb...
Vətəndaşların müraciətləri ilə bağlı yeni qayda təsdiqlənib
“Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılmasına nəzarətin həyata keçirilməsi qaydası” təsdiq edilib. Fərmanı prezident İlham Əliyev ...
Roma papası: “Öldürmə” ehkamı cinayətkara da aiddir”
Roma papası I Fransisk beynəlxalq ictimaiyyəti ölüm hökmünün qadağasına yeni stimul verməyə çağırıb. Novator.az xəbər verir ki, papa Norveçin paytaxtı Osloda keçirilən ölüm hökmünə qarşı 6-cı ümumdünya konqresinə video müraciət göndərib. Müraciətdə qeyd olunur ki, dünyanın 140 ölkəsi faktiki və ya q...
Rəsmi açıqlama: Beynəlxalq Banka 211 milyon manatdan çox ziyan vurulub
Beynəlxalq Banka külli miqdarda ziyan vurulması faktı ilə əlaqədar Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində aparılan cinayət işinin istintaqı bəzi epizodlar üzrə başa çatıb. İyunun 23-də Daxili İşlər Nazirliyi mətbuat xidmətinin bununla bağlı yaydığı məlumatda dey...
Vahid Ələkbərov yenidən “Lukoyl”un prezidenti seçilib
İyunun 23-də Rusiyanın “Lukoyl” şirkəti səhmdarlarının illik iclası keçirilib. Novator.az bildirir ki, iclasda Vahid Ələkbərov yenidən şirkətin prezidenti seçilib. “Lukoyl”un nizamnaməsinə görə, səhmdarlar şirkətin prezidentini 5 illiyə seçirlər. Vahid Ələkbərov 1993-cü ildən “Lukoyl”un prezidentidi...
Dövlət qulluqçuları ilə bağlı statistika açıqlanıb
23 iyun Azərbaycanda dövlət qulluqçularının peşə bayramı kimi qeyd olunur. Transparency.az xəbər verir ki, Dövlət Statistika Komitəsi dövlət qulluqçuları ilə bağlı bilgilər yayıb. Açıqlamaya görə, 2016-cı il yanvarın 1-nə ölkədə dövlət qulluqçularının sayı 30,1 min nəfər olub, onların 29,2 faizini q...
Sankt-Peterburq: azərbaycanlının qətlinə görə tutulan da azərbaycanlıdır
İyunun 22-də Rusiyanın Sankt-Peterburq şəhərinin Oktyabr Rayon Məhkəməsi Sofiya meyvə-tərəvəz bazarında öldürülmüş 43 yaşlı azərbaycanlı Maarif İsmayılovun qətlində şübhəli bilinən şəxsin həbsinə sanksiya verib. Maarif İsmayılov Sofiya bazarında iyunun 20-də odlu silahla öldürülüb. Novator.az xəbər ...
Cəbhəçi gəncin həbs müddəti azaldıldı
İyunun 22-də Ali Məhkəmədə AXCP Gənclər Komitəsinin həbsdə olan üzvü Elvin Abdullayevin kasasasiya şikayətinə baxılıb. İmran Hacıqayıbovun sədrliyi ilə keçirilən prosesdə Elvin Abdullayevin cəzası 6 ildən 2 il 6 aya endirilib. Elvin Abdullayev 2015-ci ilin əvvəlindən həbsdədir. Ötən ilin iyununda Ba...
Uşağa ad necə qoyulmalıdır? Hökumət yeni qayda hazırlayıb
Azərbaycanda şəxs adlarının tələffüz forması ilə yazılmasına icazə verilməyəcək. Bunu Trend-ə Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova deyib. Onun sözlərinə görə, Azərbaycanda eyni adların müxtəlif formalarda yazılması hallarının aradan qaldırılması üçün bü...