Hüquq
Neft Fondu ilə bağlı yeni fərmanda nələr var?
Dövlət Neft Fondunun vəsaitindən istifadənin əsas istiqamətləri (proqramı) və investisiya siyasəti təsdiqlənib. Novator.az-ın məlumatına görə, prezident İlham Əliyevin fərmanı ilə rəsmiləşən sənəddə 2017-ci ildə Dövlət Neft Fondunun vəsaitinin xərc istiqamətləri belə göstərilir: qaçqınların və məcbu...
Məhkəmə qərar verdi: saytlar bloklansın!
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzinin bəzi saytlara girişin bloklanması iddiası ilə başlanmış məhkəmə prosesi yekunlaşıb. Novator.az-ın məlumatına görə, mayın 12-də Səbail Rayon Məhkəməsinin hakimi Nurəddin Bağırov iddianın təmin edilməsi barə...
Sərhədçilər yarım milyon manatlıq qaçaqmal saxlayıb
Dövlət Sərhəd Xidməti bildirir ki, 2017-ci ilin aprel ayında dövlət sərhədini pozan 40 nəfər saxlanıb. Onların 13 nəfəri Azərbaycan, 5 nəfəri İraq, 4 nəfəri Özbəkistan, 4 nəfəri Tacikistan, 3 nəfəri Pakistan, 3 nəfəri İran, 2 nəfəri Gürcüstan, 2 nəfəri Nigeriya, 2 nəfəri Qana, qalan 2-si Türkiyə və ...
Vergi orqanlarına müraciət statistikası
Vergi orqanlarına 2017-ci ilin apreldə daxil olmuş vətəndaş müraciətlərinin hesabatı açıqlanıb. Novator.az-ın məlumatına görə, hesabatda bildirilir ki, ay ərzində vergi orqanlarına 10711 müraciət daxil olub, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 27% çoxdur. Müraciətlərin 5,5%-i şikayət xarakt...
Azərbaycan alması Ermənistanda baş yeyir
Ermənistanda vergi və gömrük qurumlarını idarə edən Dövlət Gəlirləri Komitəsinin məmurları rüşvət almaq ittihamı ilə tutulublar. Novator.az-ın məlumatına görə, bu, Azərbaycanda yetişdirilmiş almaların ölkədə satılması işi ilə bağlıdır. İş üzrə Baqrataşen gömrük məntəqəsinin inspektoru və növbə rəisi...
İlkin Rüstəmzadənin xəstəxanaya köçürülməsi məqsədəuyğun sayılmayıb
Ədliyyə Nazirliyinin Penitensiar Xidməti NİDA Vətəndaş Hərəkatının həbsdə olan üzvü İlkin Rüstəmzadənin xəstəxanaya köçürülməsini məqsədəuyğun saymayıb. İlkin Rüstəmzadənin saxlandığı 13 saylı Cəzaçəkmə Müəssisəsinin həkimi gənc məhbusun Penitensiar Xidmətin müalicə müəssisəsinə köçürülməsi və zərur...
Konstitusiya Məhkəməsi parlamentə nə tövsiyə edir?
Konstitusiya Məhkəməsinin Plenumu Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında İnzibati Prosessual Məcəllənin 81.2-ci maddəsinin şərh edilməsinə dair konstitusiya işinə baxıb. Novator.az-ın məlumatına görə, Bakı Apellyasiya Məhkəməsi Konstitusiya Məhkəməsinə müraciət edərək apellyasiya şikayəti ...
1143 keçmiş məhbus birdəfəlik müavinət alıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu ilin birinci rübündə penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilən 1143 nəfərə birdəfəlik müavinət verib. Rəsmi hesabata görə, həmin şəxslərin hər birinə minimum əməkhaqqının 4 misli qədər (464 manat) birdəfəlik müavinət ödənilib. Qeyd olunur ki,...
Nazir mandata görə postdan getdi
Ermənistanın ədliyyə naziri Arpine Ovannisyan mayın 11-də istefaya göndərilib. Novator.az-ın məlumatına görə, hökumətin iclasında bu qərarı açıqlayan baş nazir Karen Karapetyan Arpine Ovannisyana təşəkkür edib, deputat fəaliyyətində uğurlar arzulayıb. Arpine Ovannisyanın istefaya göndərilməsi deputa...
Gömrükdə pozuntuların yeni hesabatı
2017-ci ilin dörd ayı üzrə gömrük hüquqpozmalarının statistikası yayılıb. Novator.az-ın məlumatına görə, Dövlət Gömrük Komitəsi bildirir ki, yanvar-aprel ayları ərzində gömrük orqanları cinayət xarakterli 278 fakt aşkarlayıb. Gömrükçülər 171 qaçaqmalçılıq faktı, narkotik vasitələrin və psixotrop mad...
Mühacirlər Berlində piket keçiriblər
Mayın 10-da bir qrup mühacir Azərbaycanın Berlindəki səfirliyi qarşısında etiraz aksiyası keçirib. Azadliq.org-un məlumatına görə, aksiya gənc fəallar Bayram Məmmədov və Qiyas İbrahimovun həbsinin ildönümünə həsr olunub. Bayram Məmmədov və Qiyas İbrahimov 2016-cı il mayın 10-da, mərhum prezident Hey...
Hökumət yarıbayarı ixtisar olunur
Moldova hökuməti nazirliklərin sayını 16-dan 9-a salmağa hazırlaşır. Novator.az-ın məlumatına görə, hakim Demokrat Partiyasının sədri Vladimir Plaxotnyuk mayın 10-da belə açıqlama verib. Hökumət islahatları çərçivəsində İqtisadiyyat və İnfrastruktur Nazirliyi yaratmaq təklif olunur. Bu nazirliyə İqt...
Poliklinika 212 min 500 manata satıldı
Əmlak Məsələləri Dövlət Komitəsi mayın 10-da hərrac keçirib. Novator.az-ın məlumatına görə, hərracda ən yüksək qiymət 577,8 kvadratmetr sahəsi olan Gəncə şəhərindəki 4 saylı poliklinikaya təklif edilib, əmlak 212 min 500 manata özəlləşdirilib. Hərracda müxtəlif dövlət qurumlarının balansında olan, l...
Tramp Obamanın kadrını işdən qovdu
ABŞ prezidenti Donald Tramp mayın 9-da Federal Təhqiqatlar Bürosunun direktoru Ceyms Komini tutduğu postdan azad edib. Novator.az-ın məlumatına görə, prezident bu addımı baş prokuror (ədliyyə naziri) Ceff Seşnsin məsləhəti ilə atıb. Ceyms Komi Federal Təhqiqatlar Bürosunun direktoru postuna Barak Ob...
Maliyyə Bazarlarına Nəzarət Palatası niyə susur?
Maliyyə Bazarlarına Nəzarət Palatası aprelin 17-də ona ünvanlanan sorğuya bu günə qədər cavab vermir. Aprel ayında Novator.az saytına şikayət daxil olub. Bildirilib ki, bankalarda, o cümlədən “Azərpoçt”un şöbələrində Rusiya rublunun milli valyutaya konvertasiyasında problem yaşanır, banklara və poçt...
Müəllimlərin daha bir imtahanı gəlir
11-16 may arası Qax Olimpiya İdman Kompleksində növbəti diaqnostik qiymətləndirmə keçiriləcək. Qiymətləndirmədə 12 mindən çox müəllim iştirak edəcək. 5 gün ərzində Qax, Qəbələ, Şəki, Zaqatala, Balakən, Oğuz məktəblərində, həmçinin bu rayonlarda yerləşən Ağdam, Laçın, Kəlbəcər və Xocalı rayonlarının ...
Qəza statistikası
Dövlət Statistika Komitəsi 2017-cı ilin yanvar-mart aylarında baş vermiş yol-nəqliyyat hadisələri haqqında hesabat yayıb. Novator.az-ın məlumatına görə, hesabatda qeyd olunur ki, yanvar-mart aylarında ölkənin avtomobil yollarında 407 (2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 2,9 faiz az) yol-nəqliy...
Dövlətə xəyanət ittihamı: hərbi qulluqçular və mülki şəxslər tutulub
Baş Prokurorluq, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti birgə bəyanat yayıb. Bəyanatda deyilir: “Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat və xüsusi xidmət orqanlarının Müdafiə Nazirliyinin Tərtər rayonu istiqamətində yerləşən bölmələrinə və yaşayış məntəqələrinə ...
“Kütləvi çıxarış” Sumqayıtda
Əmlak Məsələləri Dövlət Komitəsi növbəti “Kütləvi çıxarış” kampaniyası keçirib. Rəsmi məlumata görə, mayın 5-i Sumqayıtda, “Kristal Abşeron”a məxsus 5 çoxmərtəbəli binadan ibarət yaşayış kompleksində 60-a yaxın mənzil sahibinə hazır çıxarışlar təqdim edilib. Komitə bildirir ki, bu il çoxmərtəbəli bi...
AXCP fəalına 3 il həbs cəzası verilib
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Elnur Fərəcov Neftçala Rayon Məhkəməsinin hökmü ilə 3 il azadlıqdan məhrum edilib. Vəkil Nemət Kərimli “Azadlıq” radiosuna deyib ki, qərar mayın 3-də çıxarılıb. Qərardan şikayət veriləcək. Elnur Fərəcov Cinayət Məcəlləsinin 234.2-ci (narkotik vasitəl...