Hüquq
Dünya mediasından
Rusiyalıların Yevgeni Priqojinə münasibəti necədir? “Nyu-York Tayms” qəzeti ictimai rəy sorğularına əsaslanaraq bu suala cavab axtarıb. Qəzet yazır ki, Moskvada yerləşən, qərəzsiz tədqiqatları ilə tanınan “Russian Field” şirkəti 2023-cü ilin fevralından “Vaqner” özəl hərbi qruplaşmasının rəhbəri Yev...
Yarım ilin cinayətləri
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası bildirir ki, 2023-cü ilin yanvar-iyun aylarında 5881 cinayət faktı aşkarlanıb, onların 2048-i narkotik vasitələrin satışı, 3638-i narkotik vasitələrin əldə edilib saxlanması, 166-sı narkotik xassəli bit...
Zamin Salayev yenə aclıq edir
Bakı İstintaq Təcridxanasında saxlanan AXCP üzvü Zamin Salayev iyulun 10-dan yenə aclıq aksiyası keçirir. İyulun 11-də “Turan”a danışan vəkil Nemət Kərimli deyib ki, Zamin Salayev azadlığa buraxılmaq tələbi qoyub. AXCP Salyan şöbəsinin sədri olan Zamin Salayev fevralın 7-si Bakıda tutulub. İttihama ...
Prezidentdən Söyüdlü şərhi, tapşırıqlar
İyulun 11-i sosial-iqtisadi müşavirədə çıxış edən prezident İlham Əliyev Gədəbəyin Söyüdlü kəndində baş vermiş hadisəyə də toxunub. Bir qrup Söyüdlü sakini iyunun 20-də aksiya keçirib, ərazidəki qızıl mədəninin tullantılarının ekologiyaya mənfi təsirinin aradan qaldırılması tələbi qoyub. Polis aksiy...
“Öz ləyaqətimizi qoruya bilmişik”
AZƏRTAC prezident İlham Əliyevin 2023-cü ilin ilk yarısının sosial-iqtisadi yekunlarına həsr olunmuş 11 iyul müşavirəsindəki çıxışının mətnini yayıb. Dövlət başçısı deyib ki, altı ay ərzində ölkə iqtisadiyyatı inkişaf edib: “Mütləq rəqəmlər o qədər də böyük deyil, ancaq qeyri-neft sektorumuz və qeyr...
Elşad Hacıyevə rəislik səlahiyyəti verildi
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi vəzifəsinin icrası polis polkovnik-leytenantı Elşad Hacıyevə həvalə olunub. Xəbər iyulun 11-də yayılıb. Elşad Hacıyev 2020-ci ildən mətbuat xidmətinin şöbə rəisidir. İyulun 10-da 2017-ci ildən mətbuat xidmətinə rəislik edən polis polkovniki Ehsan Za...
Türkiyə parlamentində yeni mandat bölgüsü
Türkiyə Böyük Millət Məclisi partiyaların mandat bölgüsünü yeniləyib. Novator.az bildirir ki, 600 nəfərlik parlamentdə Ədalət və İnkişaf Partiyası 263 mandatla göstərilir. Cümhuriyyət Xalq Partiyasının 130, Yaşıllar və Sol Gələcək Partiyasının 55, Milliyyətçi Hərəkat Partiyasının 50, Yaxşı Partiyanı...
Türkiyə İsveçə yol açır
İsveçin Şimali Atlantika Müqaviləsi Təşkilatına (NATO) yolu açılır. Novator.az-ın məlumatına görə, Türkiyə prezidenti Rəcəb Teyyub Ərdoğan, İsveçin baş naziri Ulf Kristersson və NATO-nun baş katibi Yens Stoltenberq iyulun 10-u Litvanın paytaxtı Vilnüsdə bu barədə müzakirə aparıblar. Görüşdə terrorla...
Laçın yolu bağlandı
İyulun 11-də Dövlət Sərhəd Xidmətinin məlumatı yayılıb. Qeyd olunur ki, Ermənistanla dövlət sərhədində, Laçından Qarabağa gedən yolun başlanğıcında buraxılış məntəqəsi qurulandan Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus nəqliyyat vasitələrinin hərəkətinə lazımi şərait yaradılıb: “Lakin Dövlət...
Nazim Bəydəmirli həbsdə saxlandı
İyulun 10-da Bakı Apellyasiya Məhkəməsi iqtisadçı, iş adamı, sabiq deputat Nazim Bəydəmirlinin həbsindən verilmiş şikayətə baxıb. “Turan”ın məlumatına görə, şikayət təmin olunmayıb, həbs qətimkan tədbiri qüvvədə saxlanıb. 1963-cü ildə Gədəbəyin Çay Rəsullu kəndində doğulan Nazim Bəydəmirli Voronej D...
Azad Demokratlar Partiyası tarixə qovuşur?
Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər iyulun 10-da Qaynarinfo.az-a danışıb. O deyib ki, “Siyasi partiyalar haqqında” yeni qanun dövlət qeydiyyatı üçün azı 5000 üzv tələbi qoyur: “Partiyamızın 1500 üzvü var. Qısa zamanda və mövcud şəraitdə 5 min həddinə çatmaq çətindir. Ona görə də Ədli...
O heç nə ummurdu (Aydın Səlimzadənin xatirəsinə)
Mahir N. Qarayev …O zaman biz hamımız Akademiyada işləyirdik: Aydın Məmmədov da, Əbülfəz Elçibəy də, Ziya Bünyadov da, Vilayət Quliyev də, İsa Qəmbər də, Pənah Hüseynov da, Zərdüşt Əlizadə də, Nəsib Nəsibzadə də, Aydın Balayev də, Ədalət Tahirzadə də, İsmayıl İsmayılov da, Bəxtiyar Sayılov d...
Daxili İşlər Nazirliyinin sözçüsü pensiyaya çıxdı
Polis polkovniki Ehsan Zahidov pensiyaya göndərilib. İyulun 10-da yayılan xəbərə görə, daxili işlər naziri Vilayət Eyvazov əmri Ehsan Zahidovun xidmətdə olmanın son yaş həddinə çatması ilə əsaslandırıb. 1963-cü il təvəllüdlü Ehsan Zahidov Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib,...
Azərbaycanda terror aktı törətmək istəyən əfqan tutulub
Dövlət Təhlükəsizliyi Xidmətinin 10 iyul məlumatına görə, Əfqanıstan vətəndaşı, 1990-cı il təvəllüdlü Favzan Musa Xanın başqa şəxslərlə qabaqcadan əlbir olaraq Azərbaycanda terror aktı törətməyi planlaşdırdığı müəyyən edilib: “O, cinayət əməllərini törətmək niyyəti ilə xarici ölkədən Azərbaycana gəl...
“Bloomberg”: Yenə nüvə təhlükəsi baş qaldırıb
“Rusiya-Ukrayna müharibəsində yenidən nüvə təhlükəsi baş qaldırıb”. Novator.az-ın məlumatına görə, ABŞ-ın “Bloomberg” agentliyinin yaydığı “Ukraynanın başı üstündə Putinin nüvə buludları dolaşır” adlı məqalədə belə deyilir. Bildirilir ki, Ukrayna rəsmiləri Rusiyanın Avropa məkanında ən böyük atom el...
Penitensiar Xidmətin rəisi dəyişdi
Ceyhun Əkbər oğlu Həsənov ədliyyə nazirinin müavini-Penitensiar Xidmətin rəisi vəzifəsindən azad edilib. Prezident İlham Əliyevin iyulun 9-da imzaladığı başqa sərəncamla həmin vəzifəyə Mirsaleh Miradil oğlu Seyidov təyinat alıb. Penitensiar Xidmət Ədliyyə Nazirliyinin baş idarə səlahiyyətli struktur...
AXCP yeni qeydiyyat yolunda
AXCP sədri Əli Kərimli iyulun 9-da məlumat yayaraq bildirib ki, 5 min nəfərdən çox partiya üzvünün reyestri hazırlanaraq Ədliyyə Nazirliyinə təqdim olunub: “Bununla da hakimiyyəti AXCP-ni hüquq müstəvisindən çıxarmaq üçün bəhanədən ən azı bu mərhələdə məhrum etdik. Təbii ki, hakimiyyət sonrakı mərhə...
Şövkət Mirziyayev üçüncü dəfə prezident seçilir
Özbəkistanda iyulun 9-da keçirilmiş növbədənkənar prezident seçkisinin ilkin nəticələri açıqlanıb. Novator.az bildirir ki, hesabata görə, dörd iddiaçının yer aldığı seçkidə dövlət başçısı, Liberal Demokrat Partiyasının namizədi Şövkət Mirziyayev 87,05 faiz səslə önə çıxıb. Seçki yarışına Xalq Demokr...
Partiyaların 180 günlük möhləti bitdi
Müsavat Partiyası iyulun 8-də üzvlərinin bir qisminin siyahısını Ədliyyə Nazirliyinə təqdim edib. Məlumatı partiya başqanının müavini, Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı yayıb. 1911-ci ildə yaradılan Müsavat Partiyası sovet hakimiyyəti illərində mühacirətdə fəaliyyət göstərib, 1992-ci il...
Diplomat günü
Xarici işlər naziri Ceyhun Bayramov, nazir müavinləri Elnur Məmmədov və Fariz Rzayevə fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi verilib. Diplomatik xidmət orqanlarının əməkdaşlarından Musayev Tofiq Fuad oğlu birinci dərəcəli fövqəladə və səlahiyyətli elçi, Səfərov Emil Firdovsi oğlu və Şəri...