Hüquq
Valeh Ələsgərova yeni vəzifə tapşırıldı
Ələt azad iqtisadi zonasının (Azad Zona) inkişafı ilə məşğul olacaq işçi qrup yaradılıb. Prezident İlham Əliyevin 17 sentyabr sərəncamı ilə işçi qrupun rəhbərliyi Milli Məclis sədrinin müavini Valeh Ələsgərova həvalə olunub. Qrupa Samir Nuriyev (Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri), K...
Tikintiyə icazə qaydaları necə dəyişdi?
Prezident İlham Əliyev şəhərsalma fəaliyyətinin tənzimlənməsi ilə bağlı fərman imzalayıb. Fərmana əsasən, yerli icra hakimiyyəti orqanları tikintiyə layihənin şəhərsalma sənədlərinə uyğunluğu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəyi olduqda icazə verə bilər. Yerli icra hakimiyyəti or...
Bloklanmış saytların məsələsinə baxılıb
Sentyabrın 17-də Bakı Apellyasiya Məhkəməsində Xural.com və Az24saat.org saytlarının təsisçilərinin şikayətlərinə baxılıb. Hər iki sayta giriş bu ilin avqustunda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzinin iddiası əsasında məhdudlaşdırılıb. Saytları...
Müsavatçı həbs olunub
Müsavat Partiyasının üzvü Əziz Şahinoğlu (Qəhrəmanov) 10 sutkalığa həbs olunub. İnzibati həbs qərarı sentyabrın 17-si Yasamal Rayon Məhkəməsində çıxarılıb. Müsavat fəalının nədə təqsirli bilindiyi haqda rəsmi məlumat yayılmayıb. Qeyri-rəsmi xəbərlərdə onun polisə müqavimətdə təqsirli bilindiyi vurğu...
İcazəsiz ov edənlərin tüfəngləri əlindən alınıb
Ekologiya və Təbii Sərvətlər Nazirliyi əməkdaşlarının bu ilin son üç ayında keçirdiyi reydlər zamanı ölkə ərazisində icazəsiz ov edən 35 nəfər saxlanılıb. Onlardan 29 ov tüfəngi, patron və müxtəlif ov alətləri götürülüb. Nazirliyin mətbuat xidmətindən Novator.az-a bildiriblər ki, “Ovçuluq haqqında” ...
11 qrup, 151 məhbus
Novator.az Siyasi Məhbusları Müdafiə Mərkəzinin tərtib etdiyi siyahıya nəzər salıb. Hüquq müdafiəçiləri Leyla Yunus, Oqtay Gülalıyev, Elşən Həsənovun yaratdığı mərkəz siyasi məhbus saydığı 151 nəfəri 11 qrupa bölüb. Jurnalist və bloqçular bölümündə bu şəxslər var: Seymur Həzi, Əfqan Muxtarlı, Mehman...
Gənc fəalın məhkəməsi: 7 il həbs təklifi verilib
Bakı Ağır Cinayətlər Məhkəməsi Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Orxan Baxışlının işi üzrə prosesi sentyabrın 18-də davam etdirəcək. AXCP Gənclər Komitəsinin üzvü Orxan Baxışlı mayın 6-sı Bakıda tutulub. Mayın 8-də Yasamal Rayon Məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçilib. Gənc f...
Qorunan əmanətlərdə yenilik
Konstitusiya Məhkəməsinin Plenumu Nazirlər Kabinetinin sorğusu əsasında “Əmanətlərin sığortalanması haqqında” qanunun 2.1.2.6-cı maddəsini şərh edib. Novator.az bildirir ki, həmin maddəyə əsasən, müəyyən edilmiş həddən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər qorunan əmanətlərə – Əmanə...
Fərman: elektron hökumət gücləndirilir
Prezident İlham Əliyev elektron hökumətlə bağlı yeni tədbirlərə fərman verib. Sentyabrın 12-də imzalanan fərmanla dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi qaydaları təsdiqlənib. Sənədə əsasən, Elektron Hökumət İnformasiya Siste...
Dövlət Miqrasiya Xidməti avqust statistikası açıqlayıb
Dövlət Miqrasiya Xidməti avqust ayına olan statistik məlumatları açıqlayıb. Hesabata görə, avqust ayında əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatı ilə bağlı 91 min 626 müraciət qeydə alınıb. Ay ərzində əcnəbilər və vətəndaşlığı olmayan şəxslərdən ölkədə müvəqqəti olma ...
İlham Əliyev Paşinyanı ittiham etdi
Prezident İlham Əliyev sentyabrın 12-si Bakıda ATƏT-in baş katibi Tomas Qremingerlə görüşüb. Dağlıq Qarabağ münaqişəsindən söz açan İlham Əliyev qeyd edib ki, Ermənistanın yeni baş nazirinin fəaliyyətə başladığı ilk günlərdən münaqişənin həlli ilə əlaqədar verdiyi ziddiyyətli bəyanatlar təəccüb doğu...
“Azərbaycanda heç bir zaman şəriət dövləti qurula bilməz”
Novator.az şəriət dövlətinin nə demək olduğu, Azərbaycanda tarixən şəriət-cəmiyyət, dövlət-din münasibətlərinin necə qurulduğu mövzusunda ekspertlərlə söhbətləri davam etdirir. “Şəriət dövləti” mövzusu hazırda dünyada aktualdır. Bəzi radikal dini meyllər mövzunu Azərbaycanda da aktuallaşdırıb. Ölkəd...
11 sentyabr hərracında
Sentyabrın 11-də Əmlak Məsələləri Dövlət Komitəsi özəlləşdirmə hərracı keçirib. Rəsmi məlumata görə, Bakının Nizami rayonundakı 446,8 kvadratmetrlik qeyri-yaşayış sahəsi 90 min manata satılıb. “VAZ” markalı avtomobil 1000 manata, “Mersedes Benz” markalı nəqliyyat vasitəsi 15 min 300 manata özəlləşdi...
Fəxrəddin Abbasov Rusiyada tutulub
Azərbaycanın beynəlxalq axtarışa verdiyi Fəxrəddin Abbasov sentyabrın 6-da Rusiyanın Moskva vilayətində tutulub. Sentyabrın 7-də Lübertsi Şəhər Məhkəməsi onun haqqında 1 aylıq həbs qətimkan tədbiri seçib. Fəxrəddin Abbasovun Azərbaycana təhvil verilməsi məsələsinə baxılacağı açıqlanıb. Virtualaz.org...
İlqar Məmmədov baş prokurora müraciət edib
Respublikaçı Alternativ Partiyasının (REAL Partiya) sədri İlqar Məmmədov baş prokuror Zakir Qaralova müraciət edib. İlqar Məmmədov 2013-cü il fevralın 4-də, İsmayıllıda hökumət əleyhinə iğtişaşlar (23-24 yanvar 2013-cü il) təşkil etmək ittihamı ilə tutulub, 7 il azadlıqdan məhrumetmə cəzası alıb. Uz...
Yalçın İmanovun şikayətinə bu ay baxılacaq
Ali Məhkəmə hüquqşünas Yalçın İmanovun şikayətinə sentyabrın 26-da baxacaq. Novator.az-ın məlumatına görə, iş İnzibati-İqtisadi Kollegiyanın hakimi Nigar Rəsulbəyovanın icraatındadır. Vəkillik fəaliyyəti dayandırılmış Yalçın İmanov Ali Məhkəməyə Gəncə Apellyasiya Məhkəməsinin qərardadlarından şikayə...
Xəzərin sahilində: monitorinqlərin hesabatı yayılıb
Əmlak Məsələləri Dövlət Komitəsi Xəzər dənizinin sahilboyu 20-50 metrlik mühafizə zolağına düşən torpaq sahələrində apardığı monitorinqlərin hesabatını yayıb. 10 sentyabr məlumatına görə, komitənin məhkəmələrə göndərdiyi işlərdən 5-i haqqında qərarların icrasına başlanıb: “Dövlətin müstəsna mülkiyyə...
Moskvadan Yerevana növbəti təzyiq
Rusiya dövləti paytaxt Moskvada yaşayan general-polkovnik, Ermənistanın sabiq müdafiə naziri Mikael Arutunyanın ölkə ərazisində axtarışına xitam verib. Novator.az-ın məlumatına görə, sentyabrın 7-də Ermənistan Polisinin mətbuat xidməti Moskvadan bu barədə rəsmi bilgi alındığını açıqlayıb. Ermənistan...
4 vəkilin fəaliyyəti dayandırıldı
Vəkillər Kollegiyası Rəyasət Heyətinin iclası keçirilib. Sentyabrın 7-də yayılan rəsmi məlumata görə, iclasda vəkillər barəsində 24 intizam icraatı üzrə İntizam Komissiyasının rəylərinə baxılıb. 7 vəkil barəsində intizam tənbeh tədbiri seçilib. Vəkil etikasına riayət etmədiyinə görə 1 vəkilə irad tu...
Ekoloji yoxlamaların nəticələri
Ekologiya və Təbii Sərvətlər Nazirliyi yeni hesabat yayıb. Rəsmi məlumata əsasən, Ətraf Mühitin Mühafizəsi Departamentinin 16-31 avqust arası apardığı yoxlamalarda atmosfer havasının, su və torpaq ehtiyatlarının, yerin təkinin, fauna və floranın mühafizəsi, ətraf mühitə məişət və istehsalat tullantı...