Hüquq
Generalın oğlu da məsuliyyətə cəlb olundu
Ermənistanın Xüsusi İstintaq Xidməti general-leytenant Manvel Qriqoryanın oğlu Karen Qriqoryana ittiham irəli sürüb. Azərbaycan torpaqlarının işğalında öncül şəxslərdən olmuş Manvel Qriqoryanı iyunun 16-da Milli Təhlükəsizlik Xidməti tutub. O, qanunsuz silah-sursat saxlamaqda, özgə əmlakını talamaqd...
13 seçkilik zəfər
2001-ci il avqustun 14-də yaradılmış Ədalət və İnkişaf Partiyası indiyədək Türkiyədə 13 səsvermədən qalib çıxıb. Novator.az bildirir ki, partiya 3 noyabr 2002-ci ilin parlament seçkisində 34,3% səslə qalib gələrək təkbaşına hökumət qurub. 28 mart 2004-cü ilin bələdiyyə seçkilərində Ədalət və İnkişaf...
Pambıqçıların zəhərlənməsi: 5 nəfər həbs olundu
Saatlı və İmişli rayonlarında pambıqçıların zəhərlənməsinə görə 5 nəfər həbs olunub. Novator.az bildirir ki, bununla bağlı iyunun 22-də Baş Prokurorluğun, Kənd Təsərrüfatı və Səhiyyə nazirliklərinin, Qida Təhlükəsizliyi Agentliyinin mətbuat xidmətləri birgə məlumat yayıb. Həbs olunan şəxslər bunlard...
Cəlilabadda “Kütləvi çıxarış”
Əmlak Məsələləri Dövlət Komitəsi iyunun 22-si Cəlilabad rayonunda “Kütləvi çıxarış” kampaniyası keçirib. Rəsmi məlumata görə, Cəlilabad və Göytəpə şəhərlərinin, Muğan, Qarazəncir, Maşlıq kəndlərinin sakinlərinə qeydiyyat xidmətləri göstərilib. Kampaniyada 150-yə yaxın sakin əmlak qeydiyyatı ilə bağl...
AXCP üzvü həbsdə aclıq edir
AXCP üzvü Füzuli Hüseynov həbsdə aclıq edir. Bunu “Amerikanın səsi”nə vəkil Cavad Cavadov deyib. Füzuli Hüseynov iyunun 14-də REAL Partiyanın həbsdə olan sədri İlqar Məmmədovun doğum günü münasibətilə paytaxtda təkbaşına aksiya keçirib. O, əlində İlqar Məmmədovun şəkli olan plakat tutaraq məhbus siy...
Dövlət qulluqçularının orta yaş həddi 44 ildir
23 iyun dövlət qulluqçularının peşə bayramı günüdür. Prezident Administrasiyasının sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri, Dövlət Qulluğunu İdarəetmə Şurasının üzvü Süleyman İsmayılovun bu münasibətlə AZƏRTAC-da yayılan məqaləsində deyilir ki, 2000-ci il iyulun 21-də Azərba...
Polisin ekoloji cəzaları
Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi iyun ayında paytaxtın Sabunçu, Xətai, Səbail, Binəqədi, Xəzər, Abşeron rayonlarında və Sumqayıt şəhərində sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi, məişət tull...
Gömrük pozuntularının yeni statistikası
Dövlət Gömrük Komitəsi 2018-ci ilin yanvar-may ayları üzrə hüquqpozmaların statistikasını yayıb. Novator.az bildirir ki, hesabata görə, beş ayda gömrük orqanları 186 qaçaqmalçılıq faktı, 76 narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi faktı, 17 aksiz markası olmadan mal idxal etm...
Köçkün probleminin yeganə həlli
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev 20 iyun Dünya Qaçqınlar Günü ilə əlaqədar açıqlama yayıb. Açıqlamada BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının məlumatına istinadla qeyd olunur ki, dünyada məcburi köçkünlərin sayı 41 milyon nəfərə çatıb: “Hərbi təcavüz və işğal nə...
Əli Əhmədov hesabat verib
“Qeyri-rəsmi məşğulluğun qarşısının alınması istiqamətində irəliləyişlər əldə edilib”. AZƏRTAC-ın məlumatına görə, iyunun 20-si Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının beşinci iclasında çıxış edən baş nazirin müavini, komissiyanın sədri Əli Əhmədov belə deyib. Nazirlər K...
Qarabağlı qatil necə azadlığa çıxıb?
İyunun 15-də Ermənistan Kassasiya Məhkəməsi Dağlıq Qarabağ separatçılarının sabiq komandanı Samvel Babayanı parlamentin 11 deputatının qoyduğu girov müqabilində zaminə buraxıb. Novator.az-ın məlumatına görə, zamin duran deputatların hər birindən 500 min dram (1035 dollara yaxın) girov alınıb. 1965-c...
İnternetdə informasiya: qanunda yenilik təklif olunur
İyunun 13-də Milli Məclisin insan hüquqları komitəsinin iclası keçirilib. AZƏRTAC xəbər verir ki, iclasda “İnformasiya əldə etmək haqqında” qanuna dəyişiklik layihəsi müzakirə edilib. Qanunun 30.1-ci maddəsinə təklif edilən dəyişikliyə görə, büdcə təşkilatının, dövlət adından yaradılan publik hüquqi...
İradəsiz kollegiya?
İyunun 11-də Vəkillər Kollegiyası Rəyasət Heyətinin qərarına əsasən fəaliyyəti dayandırılmış vəkilin İradə Cavadova olduğu təsdiqlənib. Vəkillər Kollegiyası bəyan edib ki, İradə Cavadova haqqında qərar şikayətçi xanım K.M.-in kollegiyaya müraciəti əsasında çıxarılıb: “Şikayətçi teleqramda göstərib k...
Ötən ay 452 nəfər ölkədən çıxarılıb
Dövlət Miqrasiya Xidməti may ayının hesabatını yayıb. Rəsmi məlumata görə, ay ərzində qanunvericiliyin tələblərinin pozulması ilə əlaqədar 1696 qərar qəbul edilib. 1126 qərarla ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmamaqla cərimə tətbiq olunub. 452 qərarda ölkə hüdudlarından kənara inzib...
Dövlət sirri: məlumatların məxfilik müddəti dəyişir
İyunun 12-də parlament “Dövlət sirri haqqında” qanunda dəyişikliklərə səs verib. Novator.az bildirir ki, məlumatların məxfiliyinin açılması qaydası yenilənib. İndi qüvvədə olan qayda ilə dövlət sirri təşkil edən məlumatların məxfilik müddəti 30 ildən artıq olmamalıdır. Bu müddət müvafiq icra hakimiy...
Parlament sərhəd mühafizəsində yeniliyə səs verdi
Milli Məclisin 12 iyun iclasında “Sərhəd qoşunları haqqında” qanunda dəyişikliklər edilib. Novator.az-ın məlumatına görə, yeniliklə sənədin adı “Sərhəd mühafizə orqanları haqqında” qanun olur. Azərbaycanın sərhəd mühafizə orqanları Sərhəd Qoşunlarından, çevik hərəkət qüvvələrindən, sahil mühafizəsin...
Azərbaycanda müvəqqəti olma qaydası
Dövlət Miqrasiya Xidməti əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda müvəqqəti olma qaydasına dair arayış yayıb. Novator.az-ın məlumatına görə, arayışda bildirilir ki, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər ölkəyə gəlişin bəyan edilmiş məqsədlərinə riayət etməli və müəyyən olunmuş ...
Büdcənin icrası: qanun imzalandı
Dövlət başçısı İlham Əliyev Azərbaycanın 2017-ci il büdcəsinin icrası haqqında qanunu imzalayıb. Novator.az bildirir ki, sənədə görə, dövlət büdcəsinin gəlirləri 16 milyard 516,7 milyon manat, xərcləri 17 milyard 594,5 milyon manat olub. Sənaye, tikinti və faydalı qazıntılara 2 milyard 707,4 milyon ...
Torpaq icarəsində yenilik rəsmiləşdi
Prezident İlham Əliyev “Torpaq icarəsi haqqında” qanuna dəyişikliyi imzalayaraq onun tətbiqinə fərman verib. Novator.az bildirir ki, yeniliyə görə, dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsini icarəyə götürmək istəyən şəxs yerli icra hakimiyyəti orqanına ərizə ilə müraciət ed...
Antikorrupsiya Məhkəməsi: qanun imzalandı
İyunun 11-də Ukrayna prezidenti Pyotr Poroşenko Ali Antikorrupsiya Məhkəməsi ilə bağlı qanunu imzalayıb. Novator.az xəbər verir ki, Ukrayna parlamentindən iyunun 7-də keçən qanuna görə, Ali Antikorrupsiya Məhkəməsi vəzifəli şəxslərin törətdiyi korrupsiya cinayətləri üzrə işlərə (vurulan ziyanın həcm...