Hüquq
Avropa Azərbaycandakı siyasi məhbuslara azadlıq istədi
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 30 yanvar iclasında Azərbaycandakı siyasi məhbuslarla bağlı qətnamə qəbul edilib. “Turan”ın məlumatına görə, sənədi 82 deputat dəstəkləyib, 28 nəfər onun əleyhinə səs verib. AŞPA-nın Azərbaycanda siyasi məhbuslar üzrə islandiyalı məruzəçisi Torhildur Su...
Səfər Mehdiyev general-polkovnik oldu
Prezident İlham Əliyevin 30 yanvar sərəncamı ilə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevə gömrük xidməti general-polkovniki ali xüsusi rütbəsi verilib. Novator.az bildirir ki, Səfər Mehdiyev 1973-cü il martın 17-də doğulub. Türkiyənin Egey Universitetini, Azərbaycan Dövlət İqtisad Universitet...
Ünvanlı yardım qaydalarında yenilik anonsu
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Ünvanlı dövlət sosial yardımı haqqında” qanunda və “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydaları”nda yenilik layihələri hazırlayıb. Yanvarın 30-da yayılan rəsmi m...
Seçki yarışında 1345 nəfər qalır
Fevralın 9-na təyin edilmiş parlament seçkisində mübarizə aparan namizədlərin sayı 1345-ə düşüb. Mərkəzi Seçki Komissiyasının yeni hesabatına görə, yanvarın 29-dək 292 namizəd marafonda iştirakını dayandırıb. 125 dairədə keçiriləcək 9 fevral seçkisinə 20 partiya qoşularaq Mərkəzi Seçki Komissiyasına...
Hansı dairədə neçə namizəd var?
Novator.az deputatlığa rəsmi namizədlərin siyahısına nəzər salıb. Fevralın 9-da keçiriləcək parlament seçkisi 125 dairəni əhatə edəcək. Milli Məclisə düşmək üçün nisbi səs çoxluğu tələb olunur: 1 saylı Şərur-Sədərək dairəsi – 3 namizəd 2 saylı Şərur dairəsi – 3 namizəd 3 saylı Babək-Kəngərli-Naxçıva...
Sərkisyanın işi məhkəməyə getdi
Ermənistanın Baş Prokurorluğu sabiq prezident Serj Sərkisyan, keçmiş kənd təsərrüfatı naziri Serqo Karapetyan və daha 3 şəxsin cinayət işi üzrə ittihamı təsdiqləyib. Novator.az bildirir ki, yanvarın 29-da yayılan rəsmi məlumata görə, iş məhkəməyə göndərilib. Xüsusi İstintaq Xidmətinin irəli sürdüyü ...
Partiyalılıq qadağası işləyirmi?
“Siyasi partiyalar haqqında” qanuna görə, dövlət mətbuatı orqanlarının işçiləri siyasi partiyaların üzvü ola bilməz. Söhbət hansı media quruluşlarından gedir? Məsələn, “Azərbaycan” qəzeti Milli Məclisin orqanıdır. “Xalq qəzeti”nin, “Respublika” və “Bakinski raboçi” qəzetlərinin təsisçilərindən biri ...
Epidemiya: Nazirlər Kabineti qərarlar verdi
Yanvarın 28-i Nazirlər Kabinetində Çində yayılmış və dünyanın başqa regionlarında da qeydə alınmış koronavirus epidemiyasına qarşı qabaqlayıcı tədbirlər müşavirəsi keçirilib. Rəsmi məlumata görə, baş nazir Əli Əsədovun sədrlik etdiyi müşavirəyə aidiyyəti dövlət qurumlarının rəhbərləri qatılıb. Yekun...
Qabil Məmmədov Yadigar Sadıqlıya dəstək verdi
Fevralın 9-da keçiriləcək parlament seçkisinə 73 saylı Lənkəran şəhər dairəsindən qatılan, ancaq namizəd ola bilməyən general-mayor Qabil Məmmədov yeni müraciət yayıb. 73 saylı Lənkəran Şəhər Dairə Seçki Komissiyası Azərbaycan Ordusunun birləşmə komandanı olmuş Qabil Məmmədovun namizədliyini qeydə a...
Pasport işində yeni mərhələ
AXCP sədri Əli Kərimli ona ümumvətəndaş pasportu (xarici pasport) verməkdən imtina edən Daxili İşlər Nazirliyi ilə yeni məhkəmə çəkişməsi aparacaq. “Turan”ın məlumatına görə, Əli Kərimli bu dəfə Bakı İnzibati Məhkəməsinə üz tutub. Siyasətçi məhkəməyə müraciətində Daxili İşlər Nazirliyinin üzərinə on...
Bir məhkəmə də jurnalistə yox dedi
Bakı Apellyasiya Məhkəməsi Müsavat Divanının üzvü, “Basta” saytının baş redaktoru Mustafa Hacıbəylinin şikayəti üzrə prosesi başa çatdırıb. Novator.az-ın məlumatına görə, yanvarın 27-də keçirilən məhkəmə iclasında şikayətin təmin olunmamasına qərar verilib, Binəqədi Rayon Məhkəməsinin 24 dekabr 2019...
Vergi pozuntuları, tədbirlər
2019-cu ildə Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində 320 cinayət işi başlanıb. Vergiler.az-ın məlumatına görə, əvvəlki ildən qalmış işlər də nəzərə alınmaqla 293 cinayət işi üzrə ibtidai istintaq tamamlanıb: “Onların 167-nin icraatına xitam verilib, 149 n...
Seçki bülletenləri çap olunur
Mərkəzi Seçki Komissiyası fevralın 9-da keçiriləcək parlament seçkisinin bülletenlərinin çapına başlayıb. Rəsmi xəbərdə bildirilir ki, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov yanvarın 27-də Milli Məclisin mətbəəsinə baxış keçirərək çap prosesinin gedişi ilə tanış olub. 5 milyon 387 min 60...
Yasaq və cəza
Dövlət Statistika Komitəsi ətraf mühit hesabatı yayıb. Novator.az bildirir ki, rəsmi məlumata görə, 2020-ci ilin əvvəlinə Azərbaycanda ümumi sahəsi 120,7 min hektar olan 10 dövlət təbiət qoruğu, sahəsi 421,4 min hektar olan 10 milli park və sahəsi 350,8 min hektar olan 24 dövlət təbiət yasaqlığı olu...
Generalın namizədliyinə razılıq verməyənlərin siyahısı genişləndi
Dairə seçki komissiyası, Mərkəzi Seçki Komissiyası, Bakı Apellyasiya Məhkəməsi və nəhayət, Ali Məhkəmə. Bu instansiyaların heç biri general-mayor Qabil Məmmədovun deputatlığa namizəd olmasına razılıq verməyib. Novator.az bildirir ki, Azərbaycan Ordusunun birləşmə komandanı olmuş Qabil Məmmədov öz tə...
Seçki yarışında 1400 nəfər qalır
Fevralın 9-na təyin edilmiş parlament seçkisində namizədliyi qeydə alınmış 1637 nəfərdən 237-si marafonda iştirakını dayandırıb. APA-nın 24 yanvar məlumatına görə, hazırda deputatlığa 1400 nəfər namizəd var. “Report” isə bildirir ki, deputat Hacı Salayev 44 saylı Sumqayıt-Xızı seçki dairəsindən nami...
Rusiya: ana qanuna nələr təklif olunur?
Rusiya parlamentinin aşağı palatası – Dövlət Duması ölkə konstitusiyasına dəyişikliklər layihəsini ikinci oxunuşda fevralın 11-də müzakirə edəcək. Prezident Vladimir Putinin təklifi olan layihə ilk oxunuşdan yanvarın 23-də keçib. Novator.az-ın məlumatına görə, layihə ölkədə azı 25 il daimi yaşamamış...
Arif Hacılıdan debat təklifi
Müsavat Partiyasının başqanı Arif Hacılı hakim Yeni Azərbaycan Partiyasının rəhbərliyini seçki debatına çağırır. Novator.az-ın məlumatına görə, Arif Hacılı yanvarın 23-də özünün “Facebook” səhifəsində yazıb ki, fevralın 9-da keçiriləcək parlament seçkisinin iştirakçıları pulsuz efir vaxtından məhrum...
Nazirliyin hesabatı
Daxili İşlər Nazirliyinin rəsmi hesabatına görə, 2019-cu ildə əməliyyat-axtarış və istintaq fəaliyyətini həyata keçirən bütün dövlət orqanları 26 min 672 cinayət qeydə alıb: “Onların 92 faizi daxili işlər və prokurorluq orqanlarının səlahiyyətləri çərçivəsində istintaqı və təhqiqatı aparılan hüquqaz...
Milli Şura cəza tələb edir
Demokratik Qüvvələrin Milli Şurası bəyanat yayıb. Qeyd olunur ki, AXCP Salyan şöbəsinin fəalı Əlizamin Salayev Səbail Rayon Polis İdarəsində və həmin idarənin 8-ci bölməsində ağır işgəncələrə məruz qalıb: “Yanvarın 13-də Bakının Səbail rayonunda dostları ilə birgə nahar edərkən tutulan və Səbail Ray...