Hüquq
“Sağlam olun, azad olun!”
Azadlığa çıxmış jurnalist Şəfəq Ağacan özünün “Facebook” səhifəsində açıqlama yayıb: “Əziz dostlar! Xeyli müddət sonra azadlığıma qovuşaraq sizin görüşünüzə gəldim. Bu müddət ərzində mənə dəstək olan, inancını itirməyən hər kəsə öz təşəkkürümü bildirirəm. Sağlam olun, azad olun!” Novator.az bildirir...
Məhkum və dustaq cəbhəçilər
Novator.az həbsdə olan AXCP üzvlərinin siyahısına nəzər salıb. Aqil Məhərrəmov 2018-ci il mayın 25-də tutulub. Xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıqda və mütəşəkkil dəstənin cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərinin leqallaşdırılmasında təqsirli bilinən...
4 cəbhəçi həbsdən çıxır
Novator.az bildirir ki, prezident İlham Əliyevin martın 18-də imzaladığı əfv sərəncamı ilə AXCP-nin siyasi məhbus sayılan 4 üzvü azadlığa çıxır: Elçin İsmayıllı, Orxan Baxışlı, Babək Həsənov, Məhəmməd İmanlı. Elçin İsmayıllı jurnalistdir. “Azadlıq” qəzetinin və xaricdən yayılan “Azərbaycan saatı” te...
Əfv sərəncamı
Martın 18-də prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Novator.az bildirir ki, azadlıqdan məhrumetməyə məhkum edilmiş 475 nəfər cəzanın çəkilməmiş hissəsindən azad olunur. Azadlıqdan məhrumetməyə məhkum edilmiş 98 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılır. Ömürlük azadlıqdan məh...
Şəhərsalma və Arxitektura Komitəsinin səlahiyyətləri artdı
Martın 18-də fərman imzalayan prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərdə şəhərsalma fəaliyyəti sahəsində idarəetmə qaydasını yeniləyib. Sənədə əsasən, işğaldan azad edilmiş ərazilərdə bu səlahiyyətlərin həyata keçirilməsi müvəqqəti olaraq Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə həva...
“Azərxalça”da yeni rəhbər
Emin Səlhab oğlu Məmmədov “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri təyin edilib. Prezident İlham Əliyev sərəncamı martın 18-də imzalayıb. “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin əvvəlki sədri Vidadi Aydın oğlu Muradov yanvarın 10-da postdan götürülüb. O, 2016-ci il i...
Növbədənkənar seçkinin şərtləri
Ermənistanda növbədənkənar parlament seçkisi keçirilə bilər. Novator.az bildirir ki, bunun üçün ilk şərt baş nazir Nikol Paşinyanın istefa verməsidir. Ölkə konstitusiyasına əsasən, baş nazir istefa verdikdən sonra parlament iki həftə ərzində hökumətin yeni başçısını seçməlidir. Əks halda qanunverici...
Məhbus general Rövşən Əkbərovun təltifləri
Novator.az məhbus general-leytenant Rövşən Əkbərovun dövlət təltiflərinin siyahısına nəzər salıb. 14 dekabr 1993-cü il. Polkovnik-leytenant Rövşən Əkbərov prezident Heydər Əliyevin fərmanı ilə “Azərbaycan Bayrağı” ordeni alır. Təltif Beyləqan istiqamətində erməni işğalçılara qarşı döyüşlərdə şəxsi i...
Yoxlamalar qanunu rəsmən yeniləndi
Prezident İlham Əliyev sahibkarlıq sahəsində yoxlamaları dayandıran qanuna dəyişiklikləri imzalayıb. 2015-ci il noyabrın 1-dən tətbiq olunan qanun yoxlamaları (Baş Prokurorluğun korrupsiya cinayətlərinin araşdırılması üzrə apardığı yoxlamalar istisna olmaqla) iki il müddətinə dayandırıb. 2017-ci ild...
Generalın nəyə görə tutulduğu açıqlandı
General-leytenant Rövşən Əkbərovun nəyə görə tutulduğu açıqlanıb. Baş Prokurorluğun 17 mart məlumatında bildirilir ki, 1971-ci il təvəllüdlü Azərbaycan vətəndaşı Əliyev Elçin Fəday oğlunun 1 iyun 2001-ci ildə Ukraynanın paytaxtı Kiyevdə soyuq silahla qəsdən öldürülməsi ilə bağlı cinayət işi başlanıb...
Malayziya: xristian nəşrlərində “Allah” sözünü yazmağa icazə verilib
Malayziyanın Ali Məhkəməsi 35 ildir ölkədə “Allah” sözünün və daha üç ərəb sözünün xristian nəşrlərində istifadəsinə qoyulmuş qadağanı konstitusiyaya zidd sayıb. Söhbət 1986-cı ildən tətbiq edilən qadağadan gedir. Həmin qadağaya görə, xrisitan nəşrlərində “Allah”, “Kəbə”, “Beytullah” və “namaz” sözl...
Hesablama Palatasına təyinatlar
Nəsir Sadıqov Hesablama Palatası sədrinin müavini, Cavid Bayramov, Hilal Hüseynov və Vəfa Mütəllimova palatanın auditorları təyin olunublar. Qərar parlamentin 16 mart iclasında verilib. Hesablama Palatası Milli Məclisin yaratdığı, kənar dövlət maliyyə nəzarətini həyata keçirən ali audit orqanıdır. Q...
Kabinet hesabat verib
Milli Məclisin 16 mart iclasında Nazirlər Kabinetinin 2020-ci ildəki fəaliyyəti haqqında hesabat verilib. Məruzə ilə baş nazir Əli Əsədov çıxış edib. Konstitusiyada Nazirlər Kabinetinin statusu prezidentin yuxarı icra orqanı kimi müəyyən olunub. Ana qanuna görə, ölkə prezidenti icra səlahiyyətlərini...
Psixoloji peyvənd – 1960-cı illərin nəzəriyyəsi aktuallaşıb
Avstraliyanın ABC ictimai yayım şirkətinin (Australian Broadcasting Corporation) internet səhifəsində insanların koronavirus peyvəndlərinə inamsızlığı, bu inamsızlığı yaradanların işlətdiyi fəndlər və onlara qarşı psixoloji mübarizə yolları barədə yazı dərc olunub. Novator.az saytı yazını ingiliscəd...
Putin jurnalistlərdən casus kimi istifadə edir – “Bild”
Almaniyanın “Bild” qəzetində Rusiyadan Almaniyaya göndərilən jurnalistlərdən casus kimi istifadə olunduğu haqda yazı dərc edilib. “Putin Almaniyada “jurnalistlər”dən casus kimi necə istifadə edir?” başlıqlı yazının müəllifi “Bild”in əməkdaşı Yulian Röpkedir. Novator.az-ın məlumatına görə, yazıda qey...
Əli Kərimli məhbus cəbhəçidən yazıb
AXCP sədri Əli Kərimli özünün “Facebook” səhifəsində məhbus Elçin İsmayıllıdan yazıb. Elçin İsmayıllı AXCP Ali Məclisinin üzvü, jurnalistdir. “Azadlıq” qəzetinin və xaricdən yayılan “Azərbaycan saatı” televiziya proqramının əməkdaşı olub. 2017-ci il fevralın 17-dən həbsdədir. Hədə-qorxu ilə tələb et...
Bizi nə əzir?
Fuad Qəhrəmanlı Azərbaycan Xalq Cəbhəsi Partiyası Cəmiyyət olaraq bizi ayaqda tutan dəyərlərin aşınması dövrünü yaşayırıq. Milli dəyərlərin deqradasiyası ilə bərabər bütövlükdə bəşəri, mədəni dünyaya xas dəyərlərin aşınması, mənasızlaşması probleminin doğurduğu mənəvi böhran içindəyik. Milli kimliyi...
General-leytenant Rövşən Əkbərov həbs edilib
General-leytenant Rövşən Əkbərov həbs edilib. Martın 16-da Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Rövşən Əkbərov İstintaq İdarəsinin apardığı cinayət işi üzrə tutulub, ictimaiyyətə ətraflı məlumat daha sonra veriləcək. Novator.az bildirir ki, 1965-ci il təvəllüdlü Rövşən Əkb...
Qırğızıstan prezident idarə üsuluna keçir
Qırğızıstanda yeni konstitusiya layihəsi ümumxalq səsverməsinə çıxarılıb. Referendum aprelin 11-də keçiriləcək. Layihə ölkədə prezident idarə üsulunun tətbiqini nəzərdə tutur. Hazırda Qırğızıstan parlament respublikasıdır. Ali icraedici orqan statusu daşıyan hökuməti proporsional üsulla seçilən 120 ...
Hamı pul ödəyir ki, “Google” və “Facebook” pulsuz olsun
Nə üçün internetdə hər şey get-gedə bu qədər bahalaşır? ABŞ-ın məşhur “Bloomberg” agentliyinin saytında bununla bağlı maraqlı məqalə dərc olunub. “Bütün internet ödənişləri ondan ötrüdür ki, “Google” və “Facebook” pulsuz olsun” başlıqlı məqalənin müəll...