Hüquq
“Erməni soyqırımı” – 103 yaşlı siyasi oyun aləti
Vahid Qazi Erməni məsələsi Rusiya, ABŞ, Fransa, İran kimi bir-birinə rəqib, hətta düşmən dövlətləri birləşdirən maraq nöqtəsidir. 1915-ci il olaylarına “soyqırımı” deməklə Co Bayden təzə bir iş görmür, sələfi Vudro Vilsonun 100 il qabaq başlatdığı siyasəti davam etdirir. “Qəsb olunmuş Ermənistan” (...
Yüksəklik qərarında yenilik
Nazirlər Kabinetinin 22 avqust 2002-ci il qərarı dəniz səviyyəsindən hündürlükdə yerləşən müəssisə, idarə, təşkilatlarda və ya iş yerlərində çalışan işçilərin maaşına artımları nəzərdə tutur. Hündürlük 1200 metrdən 1500 metrədək olduqda əməkhaqqına artımın (əmsalın) minimum miqdarı 1,1; 1500 metrdən...
Türkiyə prezidenti: “Heç bir yerdə erməni kütləvi məzarlığı yoxdur”
Türkiyə prezidenti Rəcəb Teyyub Ərdoğan ABŞ prezidenti Cozef Baydenin XX əsrin birinci yarısında, Osmanlı İmperiyasının son çağlarında baş verənləri “erməni soyqırımı” kimi tanımasına münasibət bildirib. Rəcəb Teyyub Ərdoğan aprelin 26-da Türkiyə hökumətinin növbəti iclasından sonra ictimaiyyətə mür...
Baş nazirin partiyası seçkini udur
Albaniyada aprelin 25-də keçirilmiş parlament seçkisinin ilkin nəticələri bəlli olub. Novator.az-ın məlumatına görə, baş nazir Edi Ramanın sədrlik etdiyi hakim Sosialist Partiyası 140 yerlik qanunverici orqana 74 mandat qazanaraq önə çıxıb. Müxalif Demokrat Partiyasının 46 mandat, onun müttəfiqi ola...
Ağ ev Ərdoğanı niyə qaralayıb? – “NBC News”
ABŞ-ın “NBC News” kanalının internet səhifəsində ABŞ-Türkiyə münasibətlərindəki problemlər, Baydenin “erməni soyqırımı”nı tanımasının səbəbləri haqda məqalə dərc olunub. Məqalənin müəllifi Vaşinqtondakı Yaxın Şərq Siyasəti İnstitutunun böyük elmi işçisi Soner Çaqaptaydır. Novator.az-ın məlumatına gö...
Prezident çağırışı
Aprelin 26-da BMT-nin Asiya və Sakit Okean Üçün İqtisadi və Sosial Komissiyasının (qərargahı Tailandda yerləşir) “Asiya və Sakit okean hövzəsində regional əməkdaşlıq vasitəsilə böhranlardan sonra daha güclü inkişafın təmin olunması” mövzulu sessiyası işə başlayıb. AZƏRTAC xəbər verir ki, sessiyada p...
Vəkildən Hüseyn Abdullayev açıqlaması
Məhbus Hüseyn Abdullayev Bakıdakı 10 saylı Cəzaçəkmə Müəssisəsindən Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülüb. Novator.az-ın məlumatına görə, vəkil Elçin Sadıqov yazır ki, Hüseyn Abdullayev cəzaçəkmə müəssisəsindən aprelin 22-si axşam təcili tibbi yardım maşını ilə aparılıb, aprelin 24-də ...
ADR Hərəkatından etiraz, sədrdən təklif
ABŞ-ın Ratqers Universitetinin professoru olan iqtisadçı alim Qubad İbadoğlunun sədrlik etdiyi Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatı bəyanat yayıb. Novator.az-ın məlumatına görə, bəyanatda ABŞ prezidenti Cozef Baydenin 24 aprel açıqlamasına etiraz bildirilir. Aprelin 24-də ABŞ prezidenti Co...
Pensiyaçılar: say nələri nişan verir?
İqtisadçı Rövşən Ağayev pensiyaçılarla bağlı statistikaya diqqət çəkib. Novator.az-ın məlumatına görə, ekspert yazır ki, 2011-2020-ci illərdə Azərbaycanda pensiyaçıların sayı 1,7% azalıb: “Amma bölgələr üzrə statistika çox fərqlidir. Abşeron rayonu üzrə 24%, Bakı şəhəri üzrə 11%, Naftalan şəhəri üzr...
Dəli oynatmaq
İsa Qəmbər Milli Strateji Düşüncə Mərkəzinin sədri “Məşğuliyyətlərin ən birincisi dəli оynatmaqdır. Şəhərin hər il gərək bir dəlisi оlsun ki, оnu оynatmaqla camaat vaxtını keçirsin”. Əbdürrəhim bəy Haqverdiyev, “Uca dağ başında”. ABŞ prezidenti Bayden elmə, tarixə, məntiqə zidd bir addım ataraq 1915...
Paşinyan istefa verdi
Ermənistanın baş naziri Nikol Paşinyan aprelin 25-də istefa verib. Bu addım parlamentin buraxılması, qanunverici orqana növbədənkənar seçkinin təyin olunması üçün atılıb. Parlament seçkisinin iyunun 20-də keçirilməsi gözlənir. Ermənistan Konstitusiyasına əsasən, baş nazir istefa verdikdən sonra parl...
“Erməni məsələsi” Ağ evə necə ayaq açıb? – “Habertürk”
Cozef Bayden ABŞ-ın 46-cı prezidenti kimi fəaliyyətə başlayandan üç ay sonra – 2021-ci il aprelin 24-də ermənilərin saxta soyqırımı iddialarına tarixi həqiqət donu geydirərək XX əsrin ikinci onilliyində, Osmanlı İmperiyasının son çağlarında ermənilərin üzləşdiyi hadisələri “soyqırımı” adlandırıb. No...
“Bayden erməni diasporunun “4T” hədəfinə yaşıl işıq yandırdı”
Cozef Baydenin 1915-ci il hadisələrini “soyqırımı” adlandırması erməni diasporunun “4T” hədəfinə yaşıl işıq yandırması deməkdir. Türkiyənin “Sözçü” qəzetinin məşhur yazarı Uğur Dündar bu fikirdədir. Bəs nədir “4T”? Novator.az-ın məlumatına görə, Uğur Dindar özünün “Twitter” hesabında “4T”nin mənasın...
Azərbaycanın ABŞ-a rəsmi etirazı
Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsi ABŞ prezidentinin erməni anım günü münasibətilə çıxışına dair şərh yayıb. Aprelin 24-də ABŞ prezidenti Cozef Bayden XX əsrdə, Osmanlı İmperiyasının son çağlarında baş verən toqquşmalar zamanı ermənilərin üzləşdiyi hadisələri “soyqırımı” ki...
Bayden “soyqırımı” dedi
Aprelin 24-də ABŞ prezidenti Cozef Bayden XX əsrdə, Osmanlı İmperiyasının son çağlarında baş verən toqquşmalar zamanı ermənilərin üzləşdiyi hadisələri “soyqırımı” kimi qiymətləndirib. Baydenə qədər həmin hadisələr barədə açıqlama yayan ABŞ prezidentləri “soyqırımı” yox, başqa ifadələr, məsələn, “böy...
“Vaşinqton Post” Rusiyaya qarşı konkret addımlara çağırır
Rusiyada həbsdə olan müxalif lider Aleksey Navalnı dörd həftəyə yaxın aclıq aksiyası keçirdi. Bu ərəfədə onun azadlığa buraxılması tələbi ilə ölkədə növbəti kütləvi aksiyalar təşkil olundu. “Vaşinqton Post” qəzetinin yazdığına görə, ABŞ prezidenti Cozef Bayden administrasiyasının yüksək rütbəli nüma...
Professor Braun: “Putinin ən çox qorxduğu demokratiyaya yoluxmalardır”
“Rusiya prezidenti Vladimir Putinin evdə vəziyyəti üzdən göründüyü qədər möhkəm deyil. Ola bilsin, Rusiyanın COVİD-19 infeksiyası əleyhinə peyvəndi – “Sputnik V” kifayət qədər uğurlu alınıb, ancaq eyni vaxtda bir məsələ də üzə çıxıb, məlum olub ki, Rusiyada nəhəng elmi potensialı və total korrupsiya...
Oqtay Şirəliyev səhiyyə naziri vəzifəsindən çıxarıldı
Aprelin 23-də sərəncam imzalayan prezident İlham Əliyev Oqtay Şirəliyevi səhiyyə naziri vəzifəsindən azad edib. Novator.az bildirir ki, 1950-ci il avqustun 2-də doğulan Oqtay Şirəliyev indiki Azərbaycan Tibb İnstitutunu bitirib, Moskvada ordinatura və aspirantura təhsilləri alıb. Tibb elmləri doktor...
Navalnının adamlarına qarşı hücum hazırlanır – “The Guardian”
Böyük Britaniyanın “The Guardian” qəzetində “Kreml yaşamaq uğrunda mübarizə aparan Navalnının müttəfiqlərinə qarşı böyük hücuma hazırlaşır” başlıqlı məqalə dərc olunub. Novator.az saytı məqaləni ingiliscədən çevirərək təqdim edir. Məqalənin müəllifi Endryu Rotdur. Kreml 2011-ci ildən bəri müxalif li...
Azərbaycan ABŞ-ı xəbərdar edir
ABŞ-ın qondarma erməni soyqırımının tanıdılması ilə əlaqədar addımlar atacağı barədə məlumatlar yayılır. Azərbaycan prezidentinin köməkçisi, administrasiyanın xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev AZƏRTAC-a şərhində deyib ki, ölkənin qondarma və saxta erməni soyqırımı ilə bağlı q...