Hüquq
Ali Məhkəmə məhbus jurnalistin cəzasını azaltdı
İyulun 2-də Ali Məhkəmə Azel.tv saytının baş redaktoru Əfqan Sadıqovun şikayəti üzrə qərar çıxarıb. “Turan”ın məlumatına görə, jurnalistin azadlıqdan məhrumetmə cəzası 4 ilə düşürülüb. Əfqan Sadıqovu 2020-ci il mayın 13-də Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tutub. Həmin il ...
Pensiya yenilikləri son oxunuşdan keçdi
Milli Məclisin 2 iyul iclasında “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanunda dəyişiklik son oxunuşdan keçib. Novator.az bildirir ki, yeniliyə görə, əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə şəxs ötür...
Avropa Məhkəməsində Azərbaycan işləri
Avropa İnsan Hüquqları Məhkəməsi iyulun 8-də Azərbaycandan şikayətlər üzrə yeni qərarlar elan edəcək. Novator.az hüquqşünas Xalid Ağalıyevə istinadla bildirir ki, Elnur Məmmədov və İdrak Abbasovun şikayəti 2009-cu ilin olayı ilə bağlıdır. Hər iki ərizəçi Reportyorların Azadlıq və Təhlükəsizlik İnsti...
Qiymətə bir də baxmaq
İqtisadçı alim Qubad İbadoğlunun sədrlik etdiyi Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatı əhaliyə satılan təbii qazın qiymətində artıma etiraz bəyanatı yayıb. Dövlətin tənzimlədiyi qiymətlərə məsul olan Tarif Şurasının 28 noyabr 2016-cı il qərarı ilə əhalinin ildə 1500 kubmetrədək təbii qaz işl...
General poqonları, təltiflər
İyulun 2-si daxili işlər orqanı əməkdaşlarının peşə bayramıdır. Azərbaycanda daxili işlər orqanı 103 il əvvəl, 1918-ci il iyulun 2-də yaradılıb. Prezident İlham Əliyevin 2 iyul sərəncamı ilə Daxili İşlər Nazirliyinin dörd polkovnikinə polis general-mayoru ali xüsusi rütbəsi verilib: Əlaslan Qaçay oğ...
Daxili Qoşunlarda maaş artımı
Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında bir qrup hərbi qulluqçunun maaşı artır. Dövlət başçısı İlham Əliyevin iyulun 2-də imzaladığı sərəncam işğaldan azad olunmuş ərazilərdə həqiqi hərbi xidmət edən hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) aylıq və...
Təqvimdə dəyişiklik
Nazirlər Kabineti şənbəyə düşən 17 iyulu iş günü elan edib. Həmin qərara görə, 19 iyul – bazar ertəsi qeyri-iş günü olur. Novator.az bildirir ki, 20-21 iyulda (çərşənbə axşamı, çərşənbə) Qurban bayramı qeyd olunacaq. 19 iyul iş günü ilə 17 iyul istirahət gününün yerləri iş və istirahət günlərinin ar...
Deyilmir fondun nəyi var…
2021-ci ilin fevral ayından bəri Azərbaycan Ordusuna Yardım Fondunun vəsaiti barədə məlumat yayılmır. 2002-ci il avqustun 17-dən Silahlı Qüvvələrə Yardım Fondu fəaliyyət göstərib. Prezident fərmanı ilə yaradılmış qurumun əsas maliyyə mənbəyi hüquqi və fiziki şəxslərin könüllü verdiyi vəsait olub, Mü...
Qiymətlərin şurası
Novator.az Tarif (qiymət) Şurası barədə arayışı təqdim edir. Əsasnaməsi prezidentin 26 dekabr 2005-ci il fərmanı ilə təsdiqlənən Tarif Şurası dövlət tənzimlənməsi tətbiq edilən qiymətlərə (tariflərə), xidmət haqlarına, yığımlara məsul kollegial icra hakimiyyəti orqanıdır. İqtisadiyyat nazirinin sədr...
Bahalaşmaya reaksiyalar
Dövlətin tənzimlədiyi qiymətlərə məsul olan Tarif Şurasının 28 noyabr 2016-cı il qərarı ilə əhalinin ildə 1500 kubmetrədək təbii qaz işlədən hissəsi üçün kubmetrə 10 qəpik, 1500 kubmetr həddini keçən hissəsi üçün kubmetrə 20 qəpik ödəniş müəyyən olunmuş, həmin qiymətlər 2016-cı il dekabrın 1-də qüvv...
Nazirlikdən yarım il hesabatı
Ədliyyə Nazirliyi bildirir ki, 2021-ci ilin birinci yarısında 1500-dən artıq hüquqi akt layihəsi hazırlanıb, 1400-dən çox akt ekspertizadan keçirilib, 128 minə yaxın vətəndaşlıq vəziyyəti aktı, 53400-dən çox doğum, 22 minə yaxın nikah dövlət qeydiyyatına alınıb. Hesabata görə, 6 ayda 345 mindən çox ...
Yeni qiymətlər
İyunun 30-da Tarif (qiymət) Şurasının iclası keçirilib, əhaliyə satılan təbii qazın qiymətlərində dəyişiklik edilib. Dəyişiklik iyulun 1-dən qüvvəyə minir. Novator.az saytı bildirir ki, indiyədək əhalinin bir ildə 2200 kubmetrədək təbii qaz işlədən hissəsi hər kubmetrə görə 10 qəpik, ildə 2200 kubme...
Bizim nəzarətdən kənarda neçə yaşayış məntəqəmiz var?
Xankəndi şəhəri; Şuşa rayonunun 1 qəsəbəsi (Turşsu qəsəbəsi) və 36 kəndi; Xocavənd şəhəri, rayonun 1 qəsəbəsi (Qırmızı Bazar qəsəbəsi) və 45 kəndi; Xocalı şəhəri, rayonun 1 qəsəbəsi (Əsgəran qəsəbəsi) və 44 kəndi; Ağdərə şəhəri və keçmiş Ağdərə rayonunun 35 kəndi; Laçın şəhəri və rayonun 6 kəndi. Üm...
“Delta variantı qara buludları geri qaytarır” – “Vaşinqton Post”
İyunun 30-u ABŞ-ın “Vaşinqton Post” qəzetində “Delta variantı keçmişin qara buludlarını geri qaytarır” başlıqlı redaksiya məqaləsi dərc olunub. Novator.az-ın məlumatına görə, məqalədə deyilir ki, hamımızın peyvəndlərə arxalanıb koronavirus üzərində qələbəni, normal həyata qayıdışı qeyd etmək istədiy...
“Adamlarımızı asanlıqla xərcləməyək!” (Eldar Həsənov barədə)
Xalq şairi, Milli Məclisin deputatı, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı məhbus hüquqşünas, dövlət xadimi Eldar Həsənovdan yazıb. O qeyd edir ki, iyunun 27-si İstanbulda, “İlin adamı” mükafatlarının təqdimetmə mərasimində Rumıniyadan olan türk iş adamı, Rumıniya-Türkiyə Ticarət ...
Uçan qiymətin sualı
İqtisadçı Natiq Cəfərli Gürcüstandan və Azərbaycandan Avropaya uçuş qiymətləri arasında böyük fərqə diqqət çəkib. Novator.az-ın məlumatına görə, ekspert yazır ki, Macarıstanın “Wizz Air” şirkəti 1 iyul 2021-ci ildən Gürcüstanın Kutaisi hava limanından uçuşlarını bərpa edir: “Şirkət aeroportdan Avrop...
Yenilənmiş karantin
Nazirlər Kabineti koronavirus infeksiyasını cilovlamaq üçün tətbiq olunan xüsusi karantin rejimini yeniləyib. Novator.az bildirir ki, 2021-ci il avqustun 1-dək ölkə üzrə bu qadağalar var: – yük daşımaları istisna olmaqla ölkə ərazisinə giriş-çıxış; – “ASAN xidmət” və “DOST” mərkəzləri is...
Şərti məhkumluğun şərtləri
Novator.az Cinayət Məcəlləsində şərti məhkum etmə qaydalarına nəzər salıb. Məcəllənin 70-ci maddəsinə görə, müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin edən məhkəmənin həmin cəzanın şərti tətbiqi haqqında qərar çıxarmaq hüququ var. Şərti məhkum etmə təyin edilərkən altı aydan beş ilədək...
Valideynlərin onlayn təhsilə münasibəti – Yeni sorğunun nəticələri
Kanadanın “Global News” kanalının internet səhifəsində mərkəzi ofisi Fransa paytaxtında yerləşən “İpsos” beynəlxalq tədqiqat şirkətinin keçirdiyi yeni sorğunun nəticələri dərc olunub. Novator.az-ın məlumatına görə, sorğuda koronavirus pandemiyası dövründə valideynlərin onlayn təhsilə münasibəti öyrə...
Cərimələrə əfv
İqtisadçı alim Qubad İbadoğlu 2020-ci ilin dövlət büdcəsinin icrası haqqında qanunun bir məqamına diqqət çəkib. Novator.az-ın məlumatına görə, ekspert yazır ki, 2020-ci ildə büdcədənkənar gəlirlərin məbləği 596,1 milyon manat məbləğində olub, bu da 2019-cu illə müqayisədə 17,2 milyon manat çoxdur: “...