Hüquq
Generala 11 il həbs cəzası təklif olundu
Bakı Hərbi Məhkəməsində general-leytenant Rövşən Əkbərovun mühakiməsi başa çatmaq üzrədir. APA-nın məlumatına görə, oktyabrın 13-də keçirilən məhkəmə iclasında dövlət ittihamçısı Rövşən Əkbərovun xuliqanlıq niyyəti ilə adam öldürmədə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum edilməsini is...
Putin əleyhinə hərəkatın yeni siması
ABŞ-ın “The Daily Beast” internet nəşrində “Qarşılayın: Putin əleyhinə hərəkatın yeni siması!” başlıqlı məqalə dərc olunub. Məqalənin müəllifi siyasi icmalçı Anna Nemtsovadır. Novator.az-ın məlumatına görə, müəllif yazır ki, Yevgeni Royzman Rusiyada kökü kəsilməkdə olan canlı kimidir: “Rusiyada tanı...
Cəbhəçinin işi məhkəməyə getdi
Xəzər Rayon Polis İdarəsi AXCP fəalı Aqil Hümmətovun ibtidai istintaqını başa çatdırıb. “Turan”ın 12 oktyabr məlumatına görə, iş Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Mühakimə prosesinə hakim Samir Əliyevin sədrlik edəcəyi bildirilir. Aqil Hümmətov bu il avqustun 11-i paytaxtda tutulub, Şüvəl...
ADR Partiyası yaradılır
Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatı partiyaya çevrilmək yönündə son addıma hazırlaşır. 2015-ci ildə yaradılmış Azərbaycan Demokratiya və Rifah Hərəkatına Qubad İbadoğlu sədrlik edir. 1971-ci il təvəllüdlü Qubad İbadoğlu iqtisadçı alimdir. Uzun illər Müsavat Partiyasının öncül şəxslərindən...
Sərkisyana kazino ittihamı
Ermənistanın Xüsusi İstintaq Xidməti sabiq prezident Serj Sərkisyanla bağlı cinayət işi açıb. Rəsmi xəbər oktyabrın 12-də yayılıb. Novator.az bildirir ki, cinayət işi prezident təyyarəsinin 2008-2017-ci illərdə xidməti ehtiyac olmadan Almaniyaya dəfələrlə uçuş etməsi motivlərinə əsaslanır. Rəsmi idd...
Yenə Volodin
Rusiya parlamentinin aşağı palatası – Dövlət Duması oktyabrın 12-də yeni tərkibdə ilk iclasını keçirib. Novator.az bildirir ki, Dövlət Dumasının yeni tərkibi sentyabrın 17-19-da keçirilmiş ümumxalq seçkisində müəyyənləşib. 450 nəfərlik Dumada hakim Vahid Rusiya Partiyası 324, Kommunist Partiyası 57,...
9 ayın miqrasiya pozuntuları
Dövlət Miqrasiya Xidməti doqquz aylıq hesabat yayıb. Novator.az bildirir ki, statistikaya görə, 2021-ci ilin yanvar-sentyabr aylarında miqrasiya sahəsində qanunvericiliyin tələblərinin pozulması üzrə çıxarılan qərarların 1453-ü cərimə ödəməklə ölkə ərazisini tərk etmək tələbini, 2187-si ölkə ərazisi...
Qaldı bir oxunuş
Oktyabrın 12-də Milli Məclis “Müstəqillik Günü haqqında” qanun layihəsini ikinci oxunuşda qəbul edib. Üçüncü – yekun oxunuşda müzakirə oktyabrın 15-nə təyin olunub. Novator.az bildirir ki, layihə dövlət bayramı günləri olan mayın 28-ni Müstəqillik Günü, oktyabrın 18-ni Müstəqilliyin Bərpası Günü ela...
Nazirin istəyi, zəruri qeydlər
Natiq Cəfərli Təhsil naziri Emin Əmrullayev kişi müəllimlərin çox olması istəyini ifadə edib. Çox vacib məsələyə toxunub, amma bu, istəklə olmur, sistemli addımlara, maddi stimullara ehtiyac var. Yaponiya tarixən çox konservativ ölkə və cəmiyyət kimi tanınıb. İkinci Dünya müharibəsindən sonra Yaponi...
“Facebook” əsirliyi baş çatdı
Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlunun “Facebook” səhifəsi bərpa olunub. Novator.az-ın məlumatına görə, o, oktyabrın 11-i axşamı səhifəsində bunları yazıb: “Azərbaycan hakimiyyətinin 1 ay əvvəl girov götürüb əsirlikdə saxladığı “Facebook” səhifəmi geri qaytardıq. Bir ayd...
Adı dəyişən nazirliyin təzə qurumları
Prezident İlham Əliyevin 11 oktyabr 2021-ci il fərmanları ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi adı alır, nazirlikdə İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi; İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi; Azərbaycan Yerüstü Nəqliyyat ...
Yeni fondun statusu
Novator.az İqtisadiyyat Nazirliyinin tabeliyində yaradılan Azərbaycan Biznesinin İnkişafı Fondu publik hüquqi şəxsin statusuna nəzər salıb. Fond prezident İlham Əliyevin 11 oktyabr 2021-ci il fərmanı ilə İqtisadiyyat Nazirliyinin tabeliyində olan Sahibkarlığın İnkişafı Fondu publik hüquqi şəxsin və ...
İdarəetmədə dəyişiklik fərmanları
Prezident İlham Əliyev rəqəmsallaşma, innovasiya, yüksək texnologiyalar və rabitə sahəsində idarəetmənin təkmilləşdirilməsi tədbirlərinə fərman verib. Oktyabrın 11-də imzalanan fərmana görə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi adlandırılır, qu...
Bayramları yeniləyən layihə ilk səddi keçdi
Oktyabrın 11-də Milli Məclis “Müstəqillik Günü haqqında” qanun layihəsini ilk oxunuşda qəbul edib. Novator.az bildirir ki, layihə dövlət bayramı günləri olan mayın 28-ni Müstəqillik Günü, oktyabrın 18-ni Müstəqilliyin Bərpası Günü elan edir. Hazırda mayın 28-i Respublika Günü, oktyabrın 18-i Dövlət ...
Nobel mükafatında öncül ölkələr
Novator.az Nobel mükafatı üzrə öncül ölkələrin siyahısına nəzər salıb. Nobel mükafatı 1901-ci ildə təsis olunub. 2021-ci ilin statistikasına əsasən, ABŞ mükafat sayında ilk sırada durur: 399 mükafat. Böyük Britaniyanın 137, Almaniyanın 111, Fransanın 71, İsveçin 32, Rusiyanın (1991-ci ildə dağılmış ...
“Google” şirkəti Navalnının platformasını tətbiqlər sisteminə qaytarıb
“Google” şirkəti “Ağıllı səsvermə” elektron platformasını öz tətbiqlər sisteminə qaytarıb. “Ağıllı səsvermə” – rusiyalı müxalif lider Aleksey Navalnının 2019-cu ildə Rusiyada bələdiyyə seçkiləri zamanı yaratdığı platformadır. Bu platforma insanlara seçkilər zamanı hakim Vahid Rusiya Partiyasının nam...
Belqrad toplantısında çıxış
Oktyabrın 11-i Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60 illiyinə həsr edilmiş toplantı start götürüb. Prezident, Qoşulmama Hərəkatının sədri İlham Əliyev tədbirə Bakıdan video ilə qatılaraq çıxış edib. Dövlət başçısı deyib ki, 1961-ci ildə Belqradda təsis edildiyi vaxtdan Qoşulmama Hər...
Müsavatın 110 yaşı
Müsavat Partiyasının 110 yaşı tamam olur. 1911-ci ildə yaradılan Müsavatın ilk başqanı Məhəmməd Əmin Rəsulzadə, ikinci başqanı Mirzə Bala Məmmədzadə, üçüncü başqanı Kərim Odər, dördüncü başqanı Məhəmməd Azər Aran olub. 1920-ci ildən mühacirətdə fəaliyyət göstərən partiya 1992-ci il noyabrın 8-də Bak...
20 ildə Rusiyadan 5 milyonadək adam mühacirət edib
İyirmi il ərzində – 2000-2020-ci illərdə Rusiyanın 5 milyon nəfərədək vətəndaşı ölkədən mühacirət edib. Novator.az saytının məlumatına görə, statistikanı Rusiyanın “Daha dəqiq desək” platforması açıqlayıb. Jurnalistləri, sahibkarları, vətəndaş cəmiyyəti nümayəndələrini birləşdirən platforma so...
Eldar Həsənovun qızı: “Atamla bərabər həbs yaşayırıq”
Məhbus dövlət xadimi Eldar Həsənovun qızı Səbinə Hüseynova prezident İlham Əliyevə müraciət edib. Novator.az-ın məlumatına görə, Səbinə Hüseynova oktyabrın 10-da özünün “Facebook” səhifəsində yaydığı müraciətdə bunları qeyd edib: “Bu gün atam Eldar Həsənovun doğum günüdür. Böyük təəssüf hissi ilə bi...