Hüquq
Müharibə veteranlarına 210 manat
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisin 28 iyun iclasında müharibə veteranlarına verilən 80 manatlıq prezident təqaüdünün artırılması üzərində iş getdiyini deyib. Novator.az-ın məlumatına görə, nazirin açıqlamasına münasibət bildirən iqtisadçı alim, müxalif ADR Partiyas...
Zülmün nümayişi
Müsavat Partiyasının başqanı Arif Hacılı Azərbaycanın quru sərhədlərinin bağlı qalmasından yazıb. Novator.az-ın məlumatına görə, siyasətçi qeyd edir ki, quru sərhədlərin açılmaması xalqın iradəsini heçə saymağın, xalqa qarşı əndazəni aşan zülmün, azğınlığın nümayişidir: “Quru sərhədlərin bağlı qalma...
Vergidən azadlıq qərarı
Nazirlər Kabinet heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə edilən, satışı əlavə dəyər vergisindən azad olunan yem və yem əlavələrinin siyahısını təsdiqləyib. Qərar 2022-ci il yanvarın 1-dən tətbiq edilir və 2024-cü il yanvarın 1-dək qüvvədədir. Siyahı
Nazirliyin yarım ili
Ədliyyə Nazirliyi Kollegiyasının 30 iyun iclasından məlumat yayılıb. Xəbərə görə, nazir Fikrət Məmmədovun sədrlik etdiyi iclasda qeyd olunub ki, 2022-ci ilin ilk yarısında 2000-dən çox hüquqi akt layihəsi hazırlanıb və ya ekspertizadan keçirilib. 2,2 milyona yaxın notariat hərəkətlərinin rəsmiləşdir...
Efir qovğasının cəzası
İyunun 29-da ARB TV-nin verilişlərindən birinin aparıcısı müğənnini canlı efirdən sərt şəkildə qovub. Media hüquqçusu Ələsgər Məmmədli yazır ki, aparıcının hərəkəti həm hüquqi, həm də etik baxımdan ciddi pozuntudur: “Media qanununun 14-cü maddəsinin 1.7-ci bəndi yayımçıların, o cümlədən audiovizual ...
İsa Qəmbərin şikayətinə baxılacaq
Bakı İnzibati Məhkəməsi siyasətçi İsa Qəmbərin şikayətinə hakim Orxan Həsənovun sədrliyi ilə baxacaq. Novator.az-a açıqlama verən vəkil Nemət Kərimli deyib ki, ilkin proses iyulun 18-i saat 15:30 təyin olunub. Şikayət ərizəsində siyasətçinin əmək pensiyası hüququnun pozulduğu qeyd edilir. Nemət Kəri...
Ermənistanda uşaq pulu artır
“2023-cü il yanvarın 1-dən Ermənistanda minimum əməkhaqqı 68 min dramdan 75 min drama qaldırılacaq”. Novator.az-ın məlumatına görə, hökumətin 30 iyun iclasında belə deyən baş nazir Nikol Paşinyan həmçinin uşaq pulunda artım anonsu verib. 2020-ci ildən kəndlərdə işləyən analar 2 yaşadək uşaq üçün ayd...
Laçını tam qaytaran yol
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Qarabağ bölgəsindən Ermənistana gedən, Laçın şəhərindən yan keçən yeni yolun 2022-ci ildə istifadəyə veriləcəyini bəyan edib. Novator.az-a danışan məlumatlı şəxs yeni yolun Laçın şəhəri ilə yanaşı rayonun kəndlərindən də yan keçdiyini deyib: “32 kilometr...
Avropadan təzminat qərarları
Avropa İnsan Hüquqları Məhkəməsi iyunun 30-u Azərbaycandan şikayətlər üzrə yeni qərarlar elan edib. Aihmaz.org xəbər verir ki, “Azadlıq” qəzeti və Qənimət Zahidin şikayəti Azərbaycan prezidentinin köməkçisi olmuş Tariyel Ağayev barədə məqaləyə görə cərimələrlə bağlı olub. Milli məhkəmələr Tariyel Ağ...
İsrail növbədənkənar seçkiyə gedir
İyunun 30-da İsrail parlamenti özünü buraxmaq və noyabrın 1-də növbədənkənar seçki keçirilməsi barədə qərar qəbul edib. Novator.az-ın məlumatına görə, hökumət koalisiyası dağıldığı üçün Naftali Bennet baş nazir postundan ayrılır, onu Yair Lapid əvəzləyir. 2019-2021-ci illərdə İsrail davamlı hökumət ...
Hərənin öz siyahısı
Ələsgər Məmmədli Mərkəzi Seçki Komissiyasının 27 may 2022-ci il hesabatına görə, Azərbaycanda 6,4 milyon seçici var. Ölkədəki son seçkidə – 9 fevral 2020-ci ilin parlament seçkisində 5,3 milyon seçici qeydə alınmışdı. İki il ərzində 1 milyondan çox seçici artıb. Halbuki Dövlət Statistika Komit...
Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiya
Novator.az Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın üzvlərini təqdim edir. 3 mart 2004-ci ildə yaradılmış 15 nəfərlik qurumun 5 üzvünün təyinatı prezidentin, 5 üzvünün təyinatı Milli Məclisin, 5 üzvünün təyinatı Konstitusiya Məhkəməsinin səlahiyyətindədir. Prezidentin təyin etdiyi üzvlər: Samir...
Dörd cəbhəçinin şikayəti, iki qərar
İyunun 29-da Ali Məhkəmə azadlıqdan şərti məhkum olunmuş AXCP üzvləri Telman Seyfullayev, İsmayıl Həsənov, Ceyhun Novruzov və Gündüz Mirzəyevin şikayətləri üzrə qərar çıxarıb. Novator.az-ın məlumatına görə, Telman Seyfullayevin işi yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılıb, qalan...
İlqar Məmmədov prezidentə üz tutub
Respublikaçı Alternativ (REAL) Partiyasının sədri İlqar Məmmədov prezident İlham Əliyevə müraciət edib. Novator.az-ın məlumatına görə, müraciətdə parlamentdə təmsilçisi olmayan seçki dairələrinin məsələsi qaldırılır. 125 nəfərlik Azərbaycan parlamentində 7 yer boşdur. Milli Məclisə son seçki 2020-ci...
Tofiq Yaqublu Avropa Məhkəməsinə müraciət edib
Siyasətçi Tofiq Yaqublu Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edib. İyunun 29-da Novator.az-a danışan siyasətçi deyib ki, şikayətində işgəncəyə məruz qaldığı halda cinayət işi başlanmaması məsələsini qaldırıb. Fransanın Strasburq şəhərində yerləşən, hakimləri Avropa Şurasına üzv ölkələrdən seç...
Rəsmilərin maaşı yenilənir
İyunun 29-da parlament deputatının statusu, Konstitusiya Məhkəməsi, məhkəmələr və hakimlər, Hesablama Palatası, insan hüquqları üzrə müvəkkil (ombudsman) qanunlarında yenilik layihələrini son oxunuşda qəbul edib. Novator.az bildirir ki, Milli Məclis sədrinin, Konstitusiya Məhkəməsi sədrinin və Ali M...
Türkiyənin razılığı Putinə zərbədir – “Nyu-York Tayms”
ABŞ-ın “Nyu-York Tayms” qəzeti Türkiyənin İsveç və Finlandiyanın NATO-ya qoşulmasına razılıq verməsini Rusiya prezidenti Vladimir Putinə zərbə kimi qiymətləndirir. İsveç və Finlandiyanın hərbi-siyasi ittifaq olan NATO-ya qoşulmaq niyyəti Rusiyanın 2022-ci il fevralın 24-dən Ukraynada apardığı total ...
Büdcə yeniliyi son oxunuşdan keçdi
Milli Məclisin 29 iyun iclasında 2022-ci ilin dövlət büdcəsinə dəyişikliklər son oxunuşdan keçib. Layihədə gəlirlər 29 milyard 197,8 milyon manat, xərclər 32 milyard 303,8 milyon manat göstərilir. Gəlirlərin 11 milyard 740 milyon manatı Dövlət Vergi Xidmətindən daxilolmaların, 11 milyard 517,5 milyo...
ADR Partiyasının sənədləri yenə geri qayıtdı
Qubad İbadoğlunun sədrlik etdiyi Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyası dövlət qeydiyyatı ilə bağlı müraciətinə yenə mənfi cavab alıb. ADR Partiyası 2021-ci il oktyabrın 17-də keçirilən qurultayda təsis olunub. 2015-ci ildən fəaliyyət göstərmiş Azərbaycan Demokratiya və Rifah Hərəkatının ba...
NATO 32 yolunda
İsveç və Finlandiyanın hərbi-siyasi ittifaq olan Şimali Atlantika Müqaviləsi Təşkilatına (NATO) qoşulması üçün maneə aradan qalxıb. Hər iki ölkənin NATO-ya qoşulmaq niyyəti Rusiyanın 2022-ci il fevralın 24-dən Ukraynada apardığı total işğalçı müharibə fonunda ortaya çıxıb, onlar mayın 12-də alyansa ...