Hadisə
6217 tikili uçub
Fevralın 7-nə olan məlumata görə, zəlzələ Türkiyədə 2921 nəfərin həyatına son qoyub. Xəsarət alanların sayı 15834 nəfər göstərilir. Fevralın 6-da əsas mərkəzi Qəhrəmanmaraş bölgəsinə düşən iki güclü zəlzələ ölkənin 10 vilayətini silkələyib. Ümumilikdə 6217 tikilinin uçduğu bildirilir. Ölkədə 7 günlü...
İlham Əliyev Ərdoğana zəng edib
Prezidentin mətbuat xidmətinin məlumatına görə, dövlət başçısı İlham Əliyev fevralın 6-da türkiyəli həmkarı Rəcəb Teyyub Ərdoğana zəng edib, Türkiyədəki zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılarla bağlı xəbərin Azərbaycanı çox sarsıtdığını və kədərləndirdiyini deyib, həlak olanlarla ...
Türkiyə: ölənlərin sayı 900 nəfəri keçib
Türkiyədəki zəlzələdən yeni məlumat yayılıb. Episentri Qəhrəmanmaraş bölgəsinin Bazarcıq rayonuna düşən zəlzələ fevralın 6-sı səhər saat 5-ə 17 dəqiqə işləmiş baş verib. 7,7 bal gücündə zəlzələnin 30 saniyə çəkdiyi, başqa bölgələri də vurduğu, ümumilikdə 912 nəfərin həlak olduğu, 5385 nəfərin xəsarə...
İctimai birlikdə yardım hazırlığı
Vətən Fədailəri İctimai Birliyinin təsisçiləri Yavər Hüseyn, Fəxrəddin Səfərov, Ələmşah Rəhimov baş nazir Əli Əsədova müraciət edib. Surəti Türkiyənin Azərbaycandakı səfirliyinə ünvanlanan müraciətdə qeyd olunur ki, fevralın 6-sı Türkiyədə baş vermiş zəlzələ bütün türk dünyasını və ona səmimi ehtira...
Türkiyədə zəlzələ
Fevralın 6-sı sübh çağı Türkiyənin Qəhrəmanmaraş bölgəsinin Bazarcıq rayonunda 7,4 bal gücündə zəlzələ baş verib. Ardınca Qaziantep bölgəsinin Nurdağ rayonu 6,4 bal gücündə silkələnib. Yeraltı təkanlar Hatay, Osmaniyə, Malatya, Adıyaman, Adana, Diyarbəkir, Kilis, Şanlıurfa və başqa bölgələrdə də his...
Fövqəladə olaylar hesabatı
Fövqəladə Hallar Nazirliyinin hesabatına görə, 2022-ci ildə Azərbaycanda 16714 fövqəladə hadisə baş verib, 67 nəfər həlak olub, 296 nəfər xəsarət alıb. 51 nəfərin yanğınlarda, 15 nəfərin ev, bina və obyektlərdə partlayışlarda, 1 nəfərin binanın uçması nəticəsində həyatını itirdiyi bildirilir.
Prezident Tehran terroruna münasibət bildirdi
Prezident İlham Əliyev özünün “Tvitter” səhifəsində Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumdan yazıb: “Tehrandakı səfirliyimizə qarşı terror aktını şiddətlə qınayıram. Səfirliyin və səfirlik əməkdaşlarının mühafizəsini təmin edərkən həlak olan baş leytenant Əsgərov Orxan Rizvan oğlunun ailəs...
Tehranda Azərbaycan dövlətinə silahlı basqın
Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Xarici İşlər Nazirliyinin məlumatına görə, yanvarın 27-si, Bakı vaxtı ilə saat 8:30 radələrində Tehrandakı səfirliyə hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yarıb, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyi...
Ermənistanda faciə istefa dalğasına gətirdi
Ermənistanın Qeqarkunik vilayətinin Azat kəndində yerləşən hərbi hissədə yanvarın 19-na keçən gecə baş vermiş yanğının ilkin səbəbi açıqlanıb. Novator.az-ın məlumatına görə, müdafiə naziri Suren Papikyan bəyan edib ki, hərbi hissənin mühəndis-istehkam rotasındakı yanğın səhlənkarlığın nəticəsidir. Y...
Ukrayna: savaş içində qəza
Ukraynanın Fövqəladə Hallar Dövlət Xidmətinə məxsus vertolyot yanvarın 18-i Kiyev vilayətinin Brovarı şəhərində qəzaya uğrayıb. Vertolyotun uşaq bağçasının üstünə düşdüyü bildirilir. Son məlumata görə, 16 nəfər, o cümlədən ölkənin daxili işlər naziri Denis Monastırski, onun müavini Yevgeni Yenin və ...
Hümmətov vəfat etdi
Dekabrın 22-də siyasətçi Ələkrəm Hümmətovun Niderlandın Haaqa şəhərində vəfat etdiyi xəbəri yayılıb. Novator.az bildirir ki, 1948-ci il oktyabrın 28-i Lerikdə doğulan Ələkrəm Hümmətov indiki Azərbaycan Texniki Universitetində ali təhsil alıb. 1989-cu ildə Azərbaycan Xalq Cəbhəsinin qurulmasında işti...
Qəzalar 7,5 faiz artıb
2022-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda 1259 (ötən ilin eyni dövrü ilə müqayisədə 7,5 faiz çox) yol-nəqliyyat hadisəsi baş verib, 599 nəfər həlak olub, 1099 nəfər xəsarət alıb. Hesabatı Dövlət Statistika Komitəsi yayıb.
14544 hadisə, 56 ölüm
Rəsmi hesabata görə, 2022-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda 14544 fövqəladə hadisə baş verib, 56 nəfər həlak olub, 262 nəfər xəsarət alıb. Fövqəladə Hallar Nazirliyi qeyd edir ki, 42 nəfər yanğınlarda, 14 nəfər partlayışlarda həyatını itirib.
Nazir müavini tutulub?
Noyabrın 1-də Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Nazirliyində əməliyyat keçirdiyi xəbəri yayılıb. Məlumata görə, saxlananlar var. Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyevin də tutulduğu iddia olunur. Novator.az bildirir ki, Elnur Əli oğlu Əliyev 1979-cu ildə Bakıda doğulub. Azərbay...
24 oktyabr aksiyası
Oktyabrın 24-də bir qrup AXCP üzvü və başqa fəallar paytaxtın İstiqlaliyyət küçəsində, Bakı Şəhər İcra Hakimiyyətinin binası qarşısında aksiya keçirməyə cəhd göstərib. Polis əməkdaşları toplaşmağa imkan verməyib, bir çox aksiyaçını saxlayıb. AXCP fəallarının bir hissəsi saat 16-ya təyin olunmuş aksi...
Şəfa diləyi
Türkiyə prezidenti Rəcəb Teyyub Ərdoğanın Azərbaycana 20 oktyabr səfərində yer almış nümayəndə heyətinin üç üzvü – hakim Ədalət və İnkişaf Partiyası sədrinin müavini Binəli Yıldırım, millət vəkili Şamil Ayrım və mühafizəçi Oğuzxan Dəmirçi Cəbrayıldan Zəngilana gedərkən avtomobil qəzasına düşüb...
7753 hadisə, 48 ölüm
Rəsmi hesabata görə, 2022-ci ilin ilk yarısında Azərbaycanda 7753 fövqəladə hadisə baş verib, 48 nəfər həlak olub, 200 nəfər xəsarət alıb. Fövqəladə Hallar Nazirliyi qeyd edir ki, 37 nəfər yanğınlarda, 11 nəfər partlayışlarda həyatını itirib.
Yarım ilin qəzası
Dövlət Statistika Komitəsi bildirir ki, 2022-ci ilin yanvar-iyun aylarında Azərbaycanda 817 yol-nəqliyyat hadisəsi baş verib, qəzalarda 336 nəfər həlak olub, 773-nəfər xəsarət alıb. Rəsmi hesabata görə, qəzalarda həlak olanların 79,2 faizi, xəsarət alanların 71 faizi kişilərdir.
Londonda Azərbaycana təcavüz
Xarici İşlər Nazirliyi bildirir ki, Azərbaycanın Böyük Britaniyadakı səfirliyi avqustun 4-də bir qrup radikal dini dəstənin hücumuna məruz qalıb. Londonda elçiliyin binasına soxulan həmin şəxslər binanın eyvanında dini bayraqlar qaldırıb, radikal dini şüarlar səsləndirib. Polisin müdaxiləsindən sonr...
Zorakı söküntü: vəkil cinayət işi istəyir
Bakıda Zəfər muzeyinin tikintisi ilə əlaqədar sökülməsi qərara alınan yaşayış binasında mənzilini icra hakimiyyətinin qoyduğu şərtlərlə satmaq istəməyən sakinlərin evləri dağıdılır. 11 mərtəbəli bina Xətai rayonunda, Yusif Səfərov küçəsində yerləşir. Zəfər muzeyinin tikintisi ölkə prezidentinin 2020...