Gənclər
Gənclər Fondunun yeni statusu
Prezident yanında Gənclər Fondunun əsasında Gənclər Fondu publik hüquqi şəxs yaradılıb. Dövlət başçısı İlham Əliyevin fərmanı ilə fondun nizamnaməsi təsdiq edilib. Fondun nizamnamə fondu 115 min manatdır və dövlət büdcəsi vəsaiti hesabına formalaşdırılır. Qurumun 9 nəfər üzvdən ibarət Müşahidə Şuras...
İş Avropaya gedir
Ali Məhkəmə martın 6-da AXCP üzvü Fuad Əhmədlinin şikayətinə baxıb. Fuad Əhmədli 2016-cı il avqustun 18-də tutulub. O, operator işlədiyi “Azerfon” şirkətində abonentin şəxsi məlumatlarını başqasına ötürməkdə ittiham olunub. Bakı Ağır Cinayətlər Məhkəməsi Fuad Əhmədlini əməliyyat-axtarış fəaliyyəti q...
AXCP Gənclər Komitəsinə yeni sədr təyin edilib
Emil Səlimov AXCP Gənclər Komitəsinə sədr təyin edilib. Novator.az xəbər verir ki, bunu AXCP sədri Əli Kərimli sosial şəbəkədə açıqlayıb. Əli Kərimli Emil Səlimovu istedadlı, bacarıqlı gənc, yaxşı təşkilatçı və gözəl natiq kimi xarakterizə edib. Bu təyinata qədər AXCP Gənclər Komitəsinin sədri İlham...
Əyani dərs vəsaiti problemi: öz ilan-qurbağamıza nə gəlib?
Haqqında danışacağım kombinatın hazırladığı əyani vəsaitlərin sizin həyatınızda, ətraf mühiti qavramağınızda çox böyük rolu olub. Biz o vəsaitləri coğrafiya, botanika, təbiətşünaslıq, kimya dərslərində görmüşük. Söhbət Moskvadakı “Təbiətşünaslıq və məktəb” kombinatından gedir. Bu kombinat sovet dövr...
Yeddidən biri
İsmayıl RAFİQOĞLU Sosial şəbəkənin gündəmini bir mövzu tam mənada ələ keçirib. Gənc yazar Kəramət Böyükçöl öz Facebook profilində xalq şairi Xəlil Rza Ulutürk haqda təhqiramiz ifadələr işlədib. Bununla da Kəraməti tanımayanların hər biri qeyri-ixtiyari olaraq bu posta reaksiya verməli olub. Əlbəttə,...
Cəbhəçi gəncə 30 sutka həbs verildi
AXCP Gənclər Komitəsinin üzvü Natiq Kazımov yanvarın 5-i səhər öz evindən Abşeron Rayon Polis İdarəsinə aparılıb. Həmin gün Abşeron Rayon Məhkəməsi ona 30 sutka inzibati həbs cəzası kəsib. Azadliq.info xəbər verir ki, Natiq Kazımov yaşadığı Qobu qəsəbəsində qaz təminatı probleminə görə sakinləri qaz...
Məhbus bloqçu “Nərgiz” mükafatına layiq görülüb
Məhbus bloqçu Mehman Hüseynov “Nərgiz” mükafatına layiq görülüb. “Nərgiz” mükafatı dünyadan vaxtsız köçmüş gənc müsavatçı Nərgiz Yaqublunın xatirəsini əbədiləşdirmək məqsədilə, onun vəfat etdiyi il təsis olunub. Müsavat başqanının müavini Tofiq Yaqublunun qızı Nərgiz Yaqublu 2015-ci ilin aprelində v...
Yeni hökumət və onun başçısı and içdi
Avstriyada yeni hökumət dekabrın 18-də prezident Aleksandr Van der Bellenin hüzurunda and içərək fəaliyyətə başlayıb. Xalq Partiyası və Azadlıq Partiyasının üzvlərindən ibarət hökumətin 14 üzvü var. 8 portfel Xalq Partiyasına, 6 portfel Azadlıq Partiyasına qismət olub. Avstriya Azadlıq Partiyası mil...
Universitetlərdə 3 minə yaxın iş yeri təqdim olunub
Bu il 10 universitetdə keçirilmiş aktiv məşğulluq tədbirlərində 570 müəssisə üzrə 2,9 mindən çox vakant iş yeri təqdim edilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində, “Karyerada ilk addım” tədbirində belə deyilib. 16 dekabr tə...
Qiyas və Həsən İbrahimovların işi: prokuror cəza təklifini açıqlayıb
Dekabrın 15-də Yasamal Rayon Məhkəməsində Qiyas İbrahimov və atası Həsən İbrahimovun işi üzrə növbəti proses keçirilib. “Report”un məlumatına görə, prosesdə dövlət ittihamçısı təqsirləndirilən şəxslərin hər birinə 6 ay həbs verilməsini təklif edib. İstintaq Qiyas və Həsən İbrahimovları Cinayət Məcəl...
Yeni təhsil proqramı
Prezident İlham Əliyev sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı proqramını təsdiqləyib. 2018-2024-cü illəri əhatə edən proqramın icrasını əlaqələndirmək dekabrın 14-də imzalanan sərəncamla Təhsil Nazirliyinə həvalə olunub. Novator.az-ın məlumatına görə, sənəddə qeyd olunur ...
Siqaretin dəhşətləri
Siqaretin insan orqanizminə zərəri haqqında çox yazılıb, çox deyilib. Amma onun yeniyetmə orqanizminə, uşaqlara, gənclərə mənfi təsirinə az toxunulur. Siqaretin zərəri uşaqlara, yeniyetmələrə, gənclərə ətraflı izah olunmalı, onlar siqaretdən uzaq salınmalıdır. Uşaqlarla, yeniyetmələrlə daha çox müəl...
Ali Məhkəmə də eyni cür qərar verdi
Noyabrın 30-u Ali Məhkəmədə gənc fəal Qiyas İbrahimov barəsində çıxarılmış hökmdən şikayətə baxılıb. Hakim İnqilab Nəsirovun sədrlik etdiyi prosesdə şikayət təmin edilməyib, aşağı instansiya məhkəməsinin çıxardığı hökm qüvvədə saxlanıb. Qiyas İbrahimov 2016-cı il mayın 10-da tutulub. Oktyabrın 25-də...
Telefon və internet asılılığı beyni necə dəyişir?
Cənubi Koreyanın bir qrup alimi asılılığın iki yeni formasını – telefon və internet aludəçiliyini araşdırıb. Novator.az-ın məlumatına görə, alimlərin bir neçə il ərzində apardığı tədqiqat göstərib ki, belə asılılığa düçar olanların bəzisinin davranışında narkomanlara xas dəyişiklər baş verir. Belə k...
Elgiz Qəhrəmanın cəzası yüngülləşdi
NİDA Vətəndaş Hərəkatının üzvü Elgiz Qəhrəmanın cəzası 5 il 6 aydan 3 ilə endirilib. Qərar noyabrın 29-u Elgiz Qəhrəmanın şikayəti əsasında Ali Məhkəmədə qəbul olunub. Elgiz Qəhrəmana 5 il 6 ay həbs cəzası bu il yanvarın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsində verilmişdi. Mayın 18-də apellyasiya ins...
Yağış suyundan enerji istehsal edən qurğu yaradılıb
Bakıda, Zərifə Əliyeva adına liseyin 9-cu sinfində təhsil alan 15 yaşlı Reyhan Camalova Hindistanda keçirilən Qlobal Sahibkarlıq Sammitinə öz ixtirası ilə qatılıb. Təhsil Nazirliyinin məlumatına görə, Reyhan məktəbli dostları və fizika müəllimləri ilə birlikdə yağış suyundan enerji istehsal edən Rey...
Suyu krandan içməyin xeyri nədir, ziyanı nə?
ABŞ-ın Şimali Karolina Universitetinin alimləri su kranından su içməyin xeyrini-ziyanını araşdırıblar. Novator.az-ın məlumatına görə, araşdırma göstərib ki, suyu birbaşa krandan içən uşaqlar və yeniyetmələr diş kariyesindən daha az əziyyət çəkir, amma onların bir qisminin qanında qurğuşunun miqdarı ...
NİDA-çı gəncin şikayətinə baxılıb
NİDA Vətəndaş Hərəkatının fəalı Ümman Səfərovun həbsindən verilmiş apellyasiya şikayətinə baxılıb. Ümman Səfərov noyabrın 14-də tutulub. Xətai Rayon Məhkəməsinin qərarı ilə ona 15 sutka inzibati həbs cəzası verib. Gənc fəal polisin qanuni tələbinə tabe olmamaqda təqsirli bilinib. “Turan”ın məlumatın...
Gənc və yeniyetmələr üçün elan olunmuş müsabiqəyə yekun vurulub
ABŞ-ın Azərbaycandakı səfirliyinin dəstəklədiyi “Regional internet mediasının inkişafı” layihəsi çərçivəsində gənc və yeniyetmələr üçün sosial media sahəsində elan edilmiş müsabiqəyə yekun vurulub. Müsabiqə oktyabrın 13-də elan olunmuşdu. Şərtlərə əsasən, müsabiqəyə sosial media haqqında (multimedia...
Gənclər karyerada ilk addım atdılar
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti Odlar Yurdu Universitetində “Karyerada ilk addım” devizli aktiv məşğulluq tədbiri keçirib. Noyabrın 6-da yayılan rəsmi məlumata görə, tədbirdə bildirilib ki, bu ilin 9 ayında Dövlət Məşğulluq Xidmətinin münasib işlərlə təmi...