Ədəbiyyat
Gözlənən ölümün melodiyası
“Cəhənnəmdən keçmiş mələk” avtobioqrafik romanına əlavələr silsiləsindən Müəllif: BİRCƏ Hərdən çox göynəyirəm, deyirəm Allah nənəmə lənət eləməsin, qoyaydı həkim bıçağı məni anamın bətnindən qaşıyıb küllüyə tullayaydı, yoldan ötən sümsük it qan pıtığının içində cücərməyə başlayan dölümü, mayamı yey...
Allahı öldürən filosof
Dionis elçisinin dörd ünsürü Fəxri Uğurlu Yeni Avropa fəlsəfəsində irrasional xəttin banisi Artur Şopenhauer təbiətin, insanın, bütövlükdə varlığın kor bir iradənin əlində oyuncaq olduğunu deyəndə vahid dünya iradəsini nəzərdə tuturdu, elə bir qüdrətli iradəni ki, onun dalğaları kainatın bütün nöqt...
Qənimət Zahid 60-ı haqladı
Jurnalist, nasir Qənimət Zahidin 60 yaşı tamam olur. Novator.az bildirir ki, 1963-cü il fevralın 10-u Şamaxıda doğulan Qənimət Zahid Bakı Dövlət Universitetini bitirib. Milli azadlıq hərəkatının öncül şəxslərindəndir. 1990-cı ildən “Azadlıq” qəzetində çalışıb, 1991-1994-cü illərdə redaktor postunu t...
Allahı qoruyan şair
Ramiz Rövşənin “Çərpələng uçuran bir uşaq kimi” şeiri ətrafında gəzişmə Fəxri Uğurlu Bu şeir azadlıq haqqında, daha doğrusu, azadlıqla Allahın vəhdəti haqqındadır. Allah dediyimiz insan idealının zirvəsi, azadlığın pik nöqtəsi, ruhun ən uca məqamıdır. Şair o məqama can atır. Əslində, Ramiz Rövşənin...
Yeni dünyanın astanasında
Fəxri Uğurlu Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin əməkdaşı Ey süxəndanan, bu günlər bir hidayət vəqtidir, Ülfətü ünsiyyətə dair xitabət vəqtidir! Mirzə Ələkbər Sabir Müharibənin ömrü uzandıqca tərəflər arasında uçurum da dərinləşir. Artıq hər kəsə bəllidir ki, “tərəflər” Moskva...
Milyon illik tənhalıq
Qabriel Qarsia Markesin “Gözlənilən bir qətlin tarixçəsi” povesti haqqında Fəxri Uğurlu Doğrudanmı bizim taleyimiz əlimizdə deyil? Doğrudanmı insan oğlunun həyatı fələyin lotereya oyununda çıxan rəqəmlərin təsadüfi ardıcıllığından asılıdır? Doğrudanmı ömrümüz nə əvvəli, nə də sonu görünən səbəb-nəti...
Gedək biz olmayan yerə – Mahir N. Qarayevin şeiri
Novator.az saytı Mahir N. Qarayevin 2022-ci ilin sonunda qələmə aldığı “Gedək biz olmayan yerə” şeirini oxucuların diqqətinə çatdırır. GEDƏK BİZ OLMAYAN YERƏ Gedirik, İlahi, bu dünyanı biz Allahsız, şairsiz qoyub gedirik… Ramiz Rövşən Yüz illərin...
İnsan ovu, ölüm xofu, heçlik arzusu
Uilyam Folknerin “Qırmızı yarpaqlar” hekayəsi haqqında Fəxri Uğurlu Hindu qəbiləsinin başçısı ölüb. Qəbilənin adətinə görə, onun atı, iti, nökəri, daha doğrusu, qulu da yanında dəfn olunmalıdır. Qara qul isə qaçıb. İndi hinduların müqəddəs borcu onu tutub canını almaq, sonra başçını ədəb-ərkanla tor...
Günəşin yandırdığı şam
17 dekabr Mövlana Cəlaləddin Ruminin anım günüdür Mövlana Cəlaləddin Rumi 30 sentyabr 1207-ci ildə indiki Əfqanıstan sərhədləri içərisində olan Bəlx şəhərində doğulub. Atası Bəhaəddin Vələd dövrünün məşhur alimi, gözəl natiqlərdən biri, Quranın, hədislərin bilicisi olub. Onun moizələri Cəlaləddinin ...
Nifrət üçbucağı
Ernest Heminqueyin ən güclü hekayəsi haqqında Fəxri Uğurlu Varlı-hallı amerikalı, rindanə ömür sürən, həyatın həzzlərini dibinəcən dadmağa çalışan Frensis Makomber arvadını da götürüb Afrikada ova çıxır. Fəqət bahalı əyləncə növü sayılan ov mərasimini sifariş verməkdə Makomberin başlıca niyyəti heç ...
Dünya nəsrinin şah əsəri
Lev Tolstoyun “Hərb və sülh” roman-epopeyası haqqında Fəxri Uğurlu Böyük şairlərin, yazıçıların bir qismi öz şah əsərini yaradıcılığının erkən mərhələsində, bir qismi də ömrünün sonuna yaxın, tam yetkinləşmiş yaşlarında yazıb (Höte kimi bütün ömrü boyu yazan da var). Tolstoyu birincilərə aid eləmək...
Bilmədiyin dildə tamaşanın dili
İsmayıl Rafiqoğlu Teatr tamaşasını bilmədiyin dildə izləmək başqa bir aləmdir. Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Lev Tolstoyun povesti əsasında səhnələşdirilən “Kreyser sonatası”nı gürcü dilində izlədim. Əsl sənətin dili olmur və dili bilməyəndə də bir imkan qazanmış olur, tamaşanı emosi...
“Pəncərədən baxasan o qarışıq şəhərə…” (Şeirlər)
Şair, publisist, alim, pedaqoq Ağa Laçınlının vəfatından 15 il ötür. Ağa Laçınlı 1940-cı il mayın 5-də Laçının Oğuldərə kəndində doğulub. Moskva Ədəbiyyat İnstitutunun poeziya fakültəsində təhsil alıb. “Ədəbiyyat və incəsənət” qəzetinin şeir şöbəsində ədəbi işçi, Azərbaycan Yazıçılar İttifaqının “Na...
Qoqenin cavabsız sualları
Simran Qədim Məşhur fransız postimpressionist rəssamı Pol Qoqenin ilk baxışdan həddən artıq adi, primitiv görünən, əslində isə son dərəcə ağır, dərin, müəmmalı sualları insanın özünü dərk etməyə başladığı qədim zamanlardan bu yana önəmini qoruyub saxlayır: “Biz haradan gəlmişik?”, “...
Zəfər yağışı (“Düşüncələr” silsiləsindən)
Mətanət Natiq Zəfər yağışı 8 Noyabr ZƏFƏR günüdür. Bayırda bərk yağış yağır. Elə yağır ki, su sel kimi axır. Sonsuz səma belə şəhidlər üçün ağlayır, yas tutur. Şəhid oğulların qəbrini qucaqlayıb ağlayan bəmbəyaz saçlı anaların göz yaşlarına qarışır yağan yağış. Şəhidlərin məzarlarını yuyub təmizləyi...
Öymək, ya söymək?
Təbliğ – sevgi, tənqid – nifrət üstündə hərəkətə gəlir Fəxri Uğurlu Qədim yunan dramaturqu, komediyanın atası Aristofan “Qurbağalar” adlı əsərində özündən əvvəlki iki böyük həmkarının – Esxillə Evripidin dünyagörüşünü, üslubunu, metodunu üz-üzə gətirir, sonda üstünlüyü Esxilə verir...
Bic
“Cəhənnəmdən keçmiş mələk” avtobioqrafik romanına əlavələr silsiləsindən Müəllif: Bircə Nənəm taxta doqqazımızı şaqqıltıyla örtüb, özünü fərməşlərə mitil qabğaran anama çatdırdı. Onun qulağına nə dedisə, anam ətli əndamını dolu fərməşin üstünə yıxıb əllərini üzünə atdı: – Boooyy, Allah sən sax...
Şair Təbibin “Yusif zirvəsi”
Akademik Yusif Məmmədəliyevə (1905-1961) həsr olunan “Yusif zirvəsi” poeması işıq üzü görüb. Əsərin müəllifi Şair Təbibdir. Poemada alimin şəxsi həyatı və yaşadığı mühit vəhdət şəklində həssaslıqla qələmə alınıb. Qədim Ordubadın qarlı qış günü Bir körpə dünyaya açdı gözünü – ifadəsi ilə şair s...
İblisi utandıran şəxsiyyət
Hüseyn Cavidin anadan olmasının 140 illiyinə Fəxri Uğurlu Müsəlman şərqinin ilk sufilərindən biri (bəlkə də birincisi), o zamanacan asketik təlim olan sufizmi eşq fəlsəfəsi mərtəbəsinə qaldırmış (bu da təbiidir, çünki yalnız bir qadın Tanrıya kişiyə vurulan sayaq aşiq ola bilərdi) Rəbiyyə əl-Ədaviyy...
Bahəddin Həzinin kitabı təqdim olunacaq
Noyabrın 5-i, saat 14-də Bakıda, “Park Bulvar”da əməkdar jurnalist, siyasi publisist Bahəddin Həzinin “Ölümcül həqiqətlər” kitabının imza günü keçiriləcək. “Qanun” nəşriyyatının buraxdığı kitabda Bahəddin Həzinin publisistik yazıları, esseləri, xatirələri, bədii əsərləri toplanıb. “Həyatımın ölümcül...