Ədəbiyyat
Eşq və xəyanət (28)
Aynur MƏSİMOVA (TƏMKİN) Rauf hər yerdə Kamiləni axtarsa da onu tapa bilmədi. İstəməsə də məcburən yataq otağının qapısını aralayıb otağa boylandı. Çarpayının üstü yığılmamış, pal-paltarları ətrafa səpələnmişdi. Rauf təəccüblə ətrafı süzüb içəri girdi. Qadını bir-iki ağız səslədi, hamam otağının qapı...
Cəhənnəmdən keçmiş mələk (74)
Avtobioqrafik roman İkinci bölüm Müəllif: BİRCƏ Eminin qırxı çıxana qədər bibim məni tək qoymadı. Hamı çəkilib getdi, zavallı qadın evini-eşiyini atıb kəsdirdi dizimin dibini. Arada Səməndər gəlib onu evinə aparırdı, başını-gözünü yuyub, paltarını dəyişib yenə qayıdırdı mənim yanıma, bu suyu soğulm...
Atılmış (Düşüncələr)
Mətanət Natiq Atılmış Bir insanı atmaq olarmı? Dünyaya yeni göz açmış, günahsız və məsum bir insanı. Televiziyada yeni doğulmuş bir körpənin küçənin ortasına atıldığını dedilər. Hətta soyundurulmuş halda atıblar. Körpə, təbii ki, ölüb. Onu atana nə ana, nə qadın, nə də insan demək olar. Mən ona məxl...
Həsrətindəyəm (24)
Firuzə DAVUDQIZI *** İki gün keçmişdi, amma Elşad hələ də evə gəlməmişdi. Növbəti gün döyülən qapı səsinə yataqdan qalxıb güclə addım ata-ata qapıya yaxınlaşdım. Hələ özümə gələ bilməmişdim. Ayağa qalxanda otaq başıma fırlanırdı. Buna görə Sona xala məni tək qoymurdu. Tez-tez gəlib baş çəkirdi. O, b...
Həsrətindəyəm (23)
Firuzə DAVUDQIZI 8-ci bölüm Bir qədər sonra qapının kandarında duyulan addım səslərinə çevrildim. Elşad idi. Daxilən keçirdiyi iztirablar üzünə yansımış bir halda gözucu məni süzdü. Gözümün yaşını əsəbi bir əda ilə silib, səbrimə hakim ola bilmədim, kinayəli-kinayəli dedim: – Təbrik edirəm sən...
Eşq və xəyanət (27)
Aynur MƏSİMOVA (TƏMKİN) Ev Rauf üçün hər gün daha da cəhənnəmə çevrilirdi. Kamiləylə davaları tez-tez düşür, aralarındakı uçurum dərinləşirdi. Qadının hikkəsi gündən-günə artır, evdə davasız gün olmurdu. Gülpəri artıq sağ cana möhtac qalmışdı. Bir yandan oğlunun evindən didərgin düşməsi, bir yandan ...
Cəhənnəmdən keçmiş mələk (73)
Avtobioqrafik roman İkinci bölüm Müəllif: BİRCƏ Xoruzun ilk banı səhərin yaxınlaşdığından xəbər verirdi. Zöhrə xalanın səsi o gecə Allahı da yatmağa qoymamışdı: Dolayda bulaq ollam, Bulağa yolaq ollam. Bilsəm hardan gəlirsən, Ora göz-qulaq ollam… Səhərə qədər Eminin meyidinə keşik çəkdilər. G...
Cəbhəçi şair faciəli şəkildə həlak olub
AXCP üzvü, şair Araz Səməd faciəli şəkildə həlak olub. APA-nın məlumatına görə, Araz Səmədi aprelin 18-i saat 23 radələrində Abşeron rayonunun Digah qəsəbəsində yolu keçərkən avtomobil vurub. “İsuzu” markalı sərnişin avtobusunu Mehdiabad qəsəbə sakini Aydın Kərimov idarə edirmiş. Araz Səməd hadisə y...
Həsrətindəyəm (22)
Firuzə DAVUDQIZI *** Mən Elşada olan güvəncimi sarsıtmaq istəmədiyim üçün ona inanmağa çalışırdım. Daxilən talan olsam da gördüklərimi sükutla qarşılayıb udur, səsimi çıxarmırdım. İstəmirdim bu mövzuda Elşadla üz-üzə gələm. Çünki ona qarşı qəlbimdə güclü bir hiss baş qaldırmışdı. Özünə bildirməsəm d...
Həsrətindəyəm (21)
Firuzə DAVUDQIZI 7-ci bölüm 5 AY SONRA. Aradan keçən bu müddətdə bura artıq öyrəşməyə başlamışdım. Bu beş ayda evdən kənara çıxmasam da, demək olar darıxmırdım. Elşad da məni incitmir, xətrimə dəymir, əksinə, məhəbbətlə yanaşırdı. Nə desəm, gözüm üstə deyib yerinə yetirirdi. Amma bu qədər vaxtda o, ...
Eşq və xəyanət (26)
Aynur MƏSİMOVA (TƏMKİN) Həftələr, aylar bir-birini qovur, kiçik Lalə bir gözü gülər, bir gözü ağlar ata həsrətiylə yana-yana böyüyürdü. Həftədə bir kərə görüşmək kiçik qızın ata həsrətli könlünü ovutmağa yetmirdi. Lalə hər bir uşaq kimi ata-anasını yanında görmək, onlarla səhəri açıb, axşamaı qarşıl...
Cəhənnəmdən keçmiş mələk (72)
Avtobioqrafik roman İkinci bölüm Müəllif: BİRCƏ Maşın kəndin arasıyla tozanaqlaya-tozanaqlaya şütüyürdü. Yolumuza çıxan, məni tanıyan kənd adamlarının üz-gözündən qəribə bir ifadə oxunurdu, elə bil qara xəbəri azdıra bilmədiklərinə görə məndən üzr istəyirdilər… Yol boyu gözümün qabağında evim...
Həsrətindəyəm (20)
Firuzə DAVUDQIZI Çox da böyük olmayan darısqal bir həyətə keçdik. Ev iki otaqdan ibarət idi. Mən içəri keçsəm də otağın ortasında sanki yerə mıxlanmışdım. Elə bil yuxu görürdüm. Yaşadıqlarıma hələ də inana bilmirdim. Çantaları yuxarı daşıyan Elşad arabir gözucu məni süzürdü. Heç nəylə maraqlanmamağı...
Həsrətindəyəm (19)
Firuzə DAVUDQIZI *** Elşad iki gün evə gəlmədi. Mən bu günlərdə nələr keçirdim, bunu bir Allah bilir. Evə gəlmədiyi üçün atası Elşadı xəbər alanda İlkin hər dəfə bir yalan uydururdu. Halbuki Elşad, İlkinin dediyinə görə, iki gün idi durmadan içir, maşında gecələyir, telefon zənglərinə belə cavab ver...
Vahid Qazinin romanı İsveçdə çap olunub
Yazıçı, publisist Vahid Qazinin “Çöl Qala“ romanı İsveçdə nəşr olunub. “Kirayənişinlər” (“Hyresgäster”) adı ilə “Diktonius Text” nəşriyyatında çapdan çıxan kitabı İsveç dilinə Umeo Universitetinin dosenti Səadət Kərimi çevirib. “Belə gözəl, təsirli hekayəti oxumağa imkan yaratdığınız üçün Sizə təşək...
Eşq və xəyanət (25)
Aynur MƏSİMOVA (TƏMKİN) Çoxdan bir araya gəlməyən əmi, bibi qızları qış sazağından büzüşmüş, yarpağı tökülmüş meynəli eyvanda oturub şirin-şirin söhbətləşirdilər. Nə qədər deyib-gülsə də Şahanənin gözlərindəki, qəlbindəki acılar getmirdi. Qızlar onun bu halına çox həssas yanaşır, söhbəti təzələməkdə...
“Mən yoxam” təqdim olundu
Aprelin 7-də Bakıdakı Atatürk Mərkəzində yazıçı, publisist Qurban Yaquboğlunun “Mən yoxam” kitabının təqdimatı keçirilib. Jurnalist Azər Qaraçənlinin apardığı tədbirdə şair, yazıçı Zahid Sarıtorpaq, professor Alxan Bayramoğlu, millət vəkili Fazil Mustafa, “Gündəlik Teleqraf” Media Holdinqinin rəhbər...
Vətənim (Düşüncələr)
Mətanət Natiq Müharibə və Şuşa Nə qədər ki, insan övladında tamah, hirs güclüdür, müharibələr olacaq. Bu tamahı, qəzəbi yox etmək üçün isə içimizdəki şərə qalib gəlməliyik. Allah bundan ötrü insana lazım olan beyni, idrak və əxlaq qüvvəsini verib. Müharibələrin çoxu dövlətin ərazisini böyütmək üçün ...
Cəhənnəmdən keçmiş mələk (71)
Avtobioqrafik roman İkinci bölüm Müəllif: BİRCƏ İyul bu yerlərdə görünməmiş istiylə gəldi. Gün meyvələri budağında qovurdu, bağ-bostanı şirnək vurdu. Kənddən axan iri arxların suyu öləziyib soğuldu. İstidən bağ-bağat, çöl-çəmən vaxtsız keçəllədi. Qaynanamgil Elgizin nişanını iyulun ikinci ongünlüyü...
Həsrətindəyəm (18)
Firuzə DAVUDQIZI Qayınanam hələ də İlkinlə söhbət etməkdə ikən birdən evin qapısı zərblə açıldı. Elşad ildırım sürətiylə birbaşa mətbəxə keçdi. Mətbəx şkafının siyirməsini hirslə özünə sarı çəkdi. Oradan bıçaqlardan birini götürərək tez-tələsik çıxdı. O qədər əsəbi və gərgin idi ki, qəzəbdən gözünü ...