Cəmiyyət
Acizlik, cılızlıq
Arif Hacılı Müsavat Partiyasının başqanı 1990-1995-ci illərin parlamenti Azərbaycanın dövlət müstəqilliyinin bərpası, ordunun, sərhəd qoşunlarının, gömrük, vergi sisteminin yaradılması, üçrəngli bayrağın, himnin, gerbin dönüşü, milli valyutanın təsisi, siyasi partiyalar, mətbuat, sərbəst toplaşmaq a...
Yoluxma, itki, peyvənd
Rəsmi hesabata görə, Azərbaycanda 52 koronavirus xəstəsi var, infeksiyaya yoluxmuş 792673 nəfərin 9709-u vəfat edib, qalanları müalicə olunaraq sağalıb. 2019-cu ilin dekabrında Çində üzə çıxıb dünyanı bürüyən koronavirus infeksiyasına Azərbaycanda ilk yoluxma 2020-ci il fevralın 28-də qeydə alınıb, ...
Bakıda aksiya
Mayın 14-də bir qrup fəal Bakının Fəvvarələr meydanında toplaşaraq Daxili İşlər Nazirliyinin binasına yürüş keçirməyə cəhd göstərib. Polis əməkdaşları aksiyaya müdaxilə edərək onun böyüməsinə imkan verməyib. Aksiya tanınmış ictimai-siyasi şəxslərə qarşı zorakılığa (siyasətçi Tofiq Yaqublunun döyülmə...
Yaradanı yaradanlar
Ədəbiyyatda dini-mistik duyğunun ifadəsi haqqında Fəxri Uğurlu Həzrət Əlinin belə bir kəlamı var: “Mən doğulduğum gün öldüm”. Yəni əbədi, baqi aləmdən ölümlü, fani dünyaya gəldim. Buddanın ötən yazıda misal gətirdiyim kəlamını tərsinə çevirsək, Həzrət Əli məntiqiylə belə deyə bilərik: “Bizim həyatım...
“Vaşinqton Post” uyğur soyqırımında əli olan şirkətə cəza tələb edir
ABŞ-ın “Vaşinqton Post” qəzeti “Çinin izləmə ilə məşğul olan şirkətinə sanksiya qoyulması real təhlükəyə layiqli cavab olardı” başlıqlı redaksiya məqaləsi dərc edib. Novator.az saytı məqaləni ingiliscədən çevirərək oxucuların diqqətinə çatdırır. Amerikalıların bir çoxu ev oğrularını qorxutmaq üçün A...
Pensiya qanunu necə dəyişir?
Mayın 13-də Milli Məclis “Əmək pensiyaları haqqında” qanuna dəyişikliklər layihəsinə son oxunuşda səs verib. Novator.az bildirir ki, əsas yeniliklərdən birinə görə, beş və daha çox uşaq doğub, övladlığa və (və ya) qəyyumluğa götürüb onları səkkiz yaşınadək tərbiyə etmiş və böyütmüş qadınların pensiy...
İllər üzrə pensiyaçı sayı
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi pensiyaçıların sayı üzrə statistika yayıb. Novator.az bildirir ki, rəsmi hesabata görə, 2005-ci ilin sonuna Azərbaycanda 1 milyon 181,6 min nəfər pensiya alıb. Sonrakı illərdə pensiyaçıların sayı belə dəyişib: 2006 – 1 milyon 188 min nəfər 2007 – 1 milyon ...
İsa Qəmbər çağırışı
AXCP sədri Əli Kərimli əmək pensiyası yaşına çatmış siyasi xadim İsa Qəmbərə 180 manat aylıq müavinət təyin olunmasına münasibət bildirib: “İsa Qəmbərə dövlət adından 180 manat müavinət verilməsi heç bir bəraəti olmayan hərəkətdir. Dövlət adına utanmalı faktdır. İsa bəy Azərbaycanın müstəqilliyi uğr...
Mif və gerçəklik
Natiq Cəfərli Azərbaycanda geniş yayılmış mif var: ölkədə maşın çoxdur deyə Bakıda tıxaclar yaranır, basabasdan tərpənmək olmur. Yanlış təsəvvürdür: problem maşın sayında deyil, qeyri-effektiv idarəetmə sistemində, paytaxtın infrastrukturunun zəlil günə qoyulmasındadır. 2020-ci ilin məlumatlarına əs...
Sabiq dövlət başçısına 180 manat…
Azərbaycan hökuməti sabiq dövlət başçısı İsa Qəmbərə yaşa görə müavinət kəsib: 180 manat… Ölkədə əmək pensiyasının minimum məbləği 240 manatdır. Kişilər 65 yaşda pensiyaya çıxır. Pensiya almaq üçün ya 25 il sığorta stajı, ya da minimum pensiya kapitalı (hazırda 34560 manatdır) tələb olunur. Ək...
Koronavirus itkiləri
Mayın 12-nə olan beynəlxalq statistikaya görə, koronavirus infeksiyası 220 ölkə, ərazi və məkanda 6,2 milyondan çox adamın ölümünə gətirib. Novator.az bildirir ki, yaxın ölkələr arasında ən çox Rusiya itki verib: 377248 nəfər. İranda 141198, Ukraynada 108449, Türkiyədə 98870 ölüm qeydə alınıb. Qalan...
Ermənistan əhli nədən ölür?
2022-ci ilin yanvar-mart aylarında Ermənistanda 8707 ölüm rəsmiləşib. Yerevan Dövlət Tibb Universitetinin apardığı araşdırma ölüm hallarının ötən ilin ilk rübünə nəzərən 5% artdığını göstərir. Novator.az-ın məlumatına görə, hesabatda qeyd olunur ki, ölüm hallarının 55%-i qan dövranı sistemi xəstəlik...
Müharibə başlanandan rusiyalıların televiziyalara inamı azalıb
Ukraynada müharibə başlanandan sonra rusiyalıların televiziyalara inamı azalıb. Novator.az-ın məlumatına görə, bunu ABŞ-da yerləşən “GroupM” beynəlxalq reklam qrupunun təşkilatçılığı ilə mart-aprel aylarında keçirilmiş sorğunun nəticələri göstərib. Sorğu Rusiyanın 18-60 yaşlı 1700 nəfər sakini arası...
Kiyev metrosu köhnə adları arxivə verir
Ukraynanın paytaxtı Kiyevdə beş metro stansiyasının adı dəyişdirilir. Novator.az xəbər verir ki, siyahıda “Minsk”, “Dnepr qəhrəmanları”, “Beresteysk”, “Xalqlar dostluğu” və “Lev Tolstoy meydanı” stansiyaları yer alır. Kiyev Metropoliteni vətəndaşların stansiyalara yeni ad təkliflərini öyrənmək üçün ...
Orta pensiya statistikası (2005-2021)
Əmək və Əhalinin Sosial Müdafiəsi pensiyanın orta aylıq məbləği barədə statistika yayıb. Novator.az bildirir ki, hesabata görə, 2005-ci ilin sonuna Azərbaycanda orta pensiya 29,7 manat olub. Qalan illərin yekun göstəriciləri belədir: 2006 – 41,09 manat 2007 – 58,9 manat 2008 – 95,8...
Yoluxma, ölüm, peyvənd
Son rəsmi hesabata görə, Azərbaycanda 60 koronavirus xəstəsi var, infeksiyaya yoluxmuş 792638 nəfərin 9709-u vəfat edib, qalanları sağalıb. 2019-cu ilin dekabrında Çində üzə çıxıb dünyanı bürüyən koronavirus infeksiyasına Azərbaycanda ilk yoluxma 2020-ci il fevralın 28-də qeydə alınıb, həmin il 2187...
Günəşin qatilliyi
Ədəbiyyatın panteistik gedişlərindən fraqmentlər Fəxri Uğurlu Budda fəlsəfəsinin mahiyyətini ifadə eləyən belə bir kəlam var: “Bizim varlığımız əbədi yoxluğumuz arasında qısa fasilədir”. XVII əsrin böyük yapon şairi, buddizmin ən yaxşı ifadəçilərindən biri Basönün məşhur hokkusu da elə bu kəlama il...
Rusiyada VPN bumu. Səbəb nədir? – “Vaşinqton Post”
Ukraynada müharibə başlanandan bəri Rusiyada VPN-lərdən istifadə edənlərin sayı dəfələrlə artıb. Novator.az saytı xəbər verir ki, bu haqda ABŞ-ın “Vaşinqton Post” qəzetində yazı dərc olunub. VPN (Virtual Private Network) virtual xüsusi şəbəkə deməkdir. Hökumət internetə senzura tətbiq edəndə bir çox...
Hansı millətçilik?
Natiq Cəfərli REAL Partiyası İkinci Dünya müharibəsindən sonra SSRİ təbliğatı faşizm, nasizm, nasionalizm kimi terminləri öz səhv, dağıdıcı ideologiyasına uyğunlaşdırdı. “Alman faşizmi” deyimini o qədər geniş yaydılar ki, sovet insanı faşizmi yalnız almanlara aid edirdi. Əslində faşizm 1920-ci illər...
Jurnalisti qorumaq
Xalid Ağalıyev Cəmiyyəti dürüst məlumatlandırdığına görə jurnalisti təhdid etməklə, basqıya məruz qoymaqla polisi cinayətkarı həbs etməməyə, prokuroru günahsızı günahkar çıxarmağa, məhkəməni təqsiri olmayanı cəzalandırmağa məcbur etməyin heç bir fərqi yoxdur. Polis, prokuror, hakimin peşə fəaliyyətl...