Anım
Şəhid əsgər torpağa tapşırıldı
Azərbaycan-Ermənistan sərhədinin Naxçıvan Muxtar Respublikası sahəsində düşmən təxribatının qarşısını alarkən həlak olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Adil Əli oğlu Tatarov mayın 21-i Ağstafa rayonunda dəfn edilib. APA-nın məlumatına görə, şəhid əsgərlə vida mərasimi Qıraq Kəsəmən kəndindəki...
Əliyev ziyarəti
Mayın 10-u Azərbaycanın üçüncü prezidenti Heydər Əliyevin anadan olmasının 95-ci ildönümüdür. AZƏRTAC xəbər verir ki, prezident İlham Əliyev bu münasibətlə Heydər Əliyevin Bakının Fəxri xiyabanındakı məzarını ziyarət edib. Mərasimə birinci vitse-prezident Mehriban Əliyeva, baş nazir Novruz Məmmədov,...
Keçmiş SSRİ-də bir gün
1939-cu ildə başlanan İkinci Dünya müharibəsində Sovet İttifaqının və onun müttəfiqlərinin Almaniya üzərində qələbəsi 1945-ci il mayın 9-da rəsmiləşib. Azərbaycanda mayın 9-u Faşizm Üzərində Qələbə Günü kimi qeyd edilir. Həmin gün istirahət günü olan dövlət bayramları sırasındadır. Gürcüstanda da ma...
Rauf Talışinski vəfat edib
Əməkdar jurnalist Rauf Talışinski vəfat edib. Rauf Talışinski 1956-cı il noyabrın 16-da anadan olub. 1978-ci ildə Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. “Molodyoj Azerbaydjana”, “Vışka” qəzetlərində çalışıb, “İzvestiya” qəzetinin Azərbaycanda xüsusi müxbiri olub. 1990-cı ild...
MSK üzvü vəfat edib
Mərkəzi Seçki Komissiyasının üzvü Azər Tağıyev vəfat edib. Novator.az bildirir ki, Azər Tağıyev Mərkəzi Seçki Komissiyasında bitərəf deputatları təmsil edirdi. İxtisasca hüquqşünas olan Azər Tağıyev 20 ildən artıq müddətdə Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri olub. O, sədr postunu 2017-ci il...
99-la 100 arası
(Çabua Amirecibinin xatirəsinə) İBRAHİMXƏLİL Bu yerdə arazbarı sözün təkrarına bir də qayıtmaq lazım gəlir: deyilənə görə, Stendalın cənazəsinin dalınca beş-altıca nəfər gedirmiş; amma… o “beş-altıca”nın biri böyük Balzak imiş! Və XIX əsrdən bu günə qədər davam edən bu “Parissayağı dəfn” məsə...
13 il ötdü. Elmar Hüseynovun xatirəsi anılıb
Jurnalist Elmar Hüseynovun qətlindən 13 il ötür. Bununla əlaqədar martın 2-də bir qrup media nümayəndəsi mərhum jurnalistin məzarını ziyarət edib. 1967-ci ildə Bakıda anadan olan Elmar Hüseynov jurnalistikaya 1990-cı illərin əvvəllərində gəlib. Bir neçə rusdilli media quruluşunda çalışıb, daha sonra...
Prezident: “Bunu heç vaxt unutmayacağıq”
“Bu faciənin təkrarlanmaması üçün Azərbaycan daha güclü olmalıdır”. Prezident İlham Əliyev “Rossiya 24” telekanalına müsahibəsində belə deyib. Müsahibə fevralın 26-da telekanalın Xocalı soyqırımı ilə əlaqədar reportajında yer alıb. Bakıdakı Xocalı soyqırımı abidəsini ziyarət edən prezidentlə görüşən...
Sükut dəqiqəsi
Fevralın 26-sı saat 17:00-da Azərbaycanın bütün ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub. AZƏRTAC xəbər verir ki, həmin anda paytaxtın küçələrində nəqliyyat vasitələrinin hərəkəti dayandırılıb. Ölkənin şəhər və rayonlarında, kənd və qəsəbələrində Azərbaycan...
Xocalı ziyarəti
Prezident İlham Əliyev fevralın 26-da Bakının Xətai rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edib. Mərasimə birinci vitse-prezident Mehriban Əliyeva, baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiy...
Teyyub Qurban vəfat edib
Fevralın 22-də şair, dramaturq, publisist Teyyub Qurban vəfat edib. Bastainfo.com xəbər verir ki, Teyyub Qurban 1934-cü ilin dekabrında Bakının Bülbülə qəsəbəsində anadan olub. 1959-cu ildə indiki Bakı Dövlət Universitetini jurnalistika ixtisası üzrə bitirib. Bakı Pioner və Məktəblilər Sarayında ədə...
Ərdoğan: “Onlar görməz, duymaz, hiss etməzlər”
Türkiyə prezidenti Rəcəb Teyyub Ərdoğan fevralın 20-si Ankarada, hakim Ədalət və İnkişaf Partiyasının parlament qrupunun toplantısında Xocalı soyqırımından danışıb. AZƏRTAC-ın məlumatına görə, prezident deyib: “Xocalı faciəsi zamanı şəhid olan azərbaycanlı qardaşlarımızı rəhmətlə anırıq. Dünyada vəh...
Rəsulzadə ziyarəti
Azərbaycan Xalq Cümhuriyyətinin qurucu lideri Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 134 il ötür. Milli Şuranın, Müsavat Partiyasının və digər demokratik qüvvələrin təmsilçiləri yanvarın 31-də Bakının Novxanı kəndində Rəsulzadəni anıblar. Mərasimlər Rəsulzadənin abidəsi önündə keçirilib. Azadl...
Jurnalist Nicat Səmədoğlu vəfat edib
Jurnalist, “APA Holdinq”ə daxil olan Vesti.az saytının müxbiri Nicat Səmədoğlu (Məlikov) 39 yaşında dünyasını dəyişib. Onun qəfil ürək tutmasından vəfat etdiyi bildirilir. Nicat Səmədoğlu jurnalist fəaliyyətinə “Zerkalo” qəzetində müxbir kimi başlayıb, həmin nəşrin siyasət şöbəsinin müdiri olub. All...
Soyqırımı: anım sərəncamı verilib
Prezident İlham Əliyev azərbaycanlıların soyqırımının 100 illiyi haqqında sərəncam imzalayıb. Sənəddə qeyd olunur ki, erməni millətçiləri tarixin müxtəlif mərhələlərində mifik “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə azərbaycanlılara qarşı etnik təmizləmə, deportasiya və soyqırımları h...
Düşünürük, bizdən yan ötəcək…
İsmayıl RAFİQOĞLU Elçinlə adətən qohum-əqrəbanın xeyir-şərində, daha çox ad günlərində görüşərdik. Təbiətcə çox sakit adam idi, az danışardı, gözə girməyi sevməzdi. Elə bir tərəfdə oturub danışanları dinlərdi. Heç domino, nərd və ya başqa oyunlarla da başını qatmazdı. Yanaqlarında daima bir təbii qı...
“İnterfaks-Azərbaycan”ın baş direktoru vəfat edib
“İnterfaks-Azərbaycan” informasiya agentliyinin baş direktoru Aleksandr İvanov dekabrın 21-də Rusiya paytaxtı Moskvada qəflətən vəfat edib. Onun beyninə qan sızdığı bildirilir. Novator.az bildirir ki, Aleksandr İvanov 1950-ci il iyulun 12-si Bakıda anadan olub. Uzun illər Dövlət Təhlükəsizlik Komitə...
Atama məktub (Esse)
Ülkər İLQAR Qarlı bir qış günü dünyaya gəlmişəm. Yarımçıq ayda və yarımçıq – yeddiaylıq ikən. Əslində bəlkə də bu bir işarət idi ki, mən yarımçıq ailədə böyüyəcəm… Xəbərim var mən dünyaya gələndə nə qədər sevindiyindən, qarlı bir qış günü xəstəxananın həyətində o yan-bu yana həyəcanla gəzişib ...
Rafiq Tağının ölümündən 6 il keçir
Yazıçı-publisist Rafiq Tağının ölümündən 6 il keçir. Novator.az xatırladır ki, Rafiq Tağı 2011-ci ilin noyabr ayının 19-da Bakıda evlərinin yaxınlığında bıçaqlanıb, 4 gün sonra isə müalicə aldığı xəstəxanada vəfat edib. İndiyədək bu cinayətə görə məsuliyyətə cəlb edilən olmayıb, Rafiq Tağını bıçaqla...
Jurnalist Natiq Qədimov vəfat edib
APA TV-nin əməkdaşı, tanınmış jurnalist Natiq Qədimov 41 yaşında vəfat edib. Natiq Qədimov 1976-cı il iyulun 2-də Bakıda doğulub. “Ayna” qəzetində, ANS televiziyasında işləyib. O, idman jurnalisti kimi nüfuz qazanmışdı. Son dövrlər Natiq Qədimov jurnalist fəaliyyətini “APA Holdinq”ə daxil olan APA T...