Salam
Biz tez-tez belə durumlarla qarşılaşırıq. Daha doğrusu təcrübə belədir də. Hər hansı ictimai diqqətdə olan bir cinayət işinin materiallarından biz ancaq məhkəmə başlayanda xəbər tuta bilrik. Onu da versələr. Məhkəməyədək vəkillər də istintaq sirridir bütün məlumatlar, deyirlər və lap detallı məlumatı bizə vermirlər. Bu qanunidirmi, ümumiyyətlə istintaqın gedişində jurnalistin iş materialları ilə tanış olmaq haqqı varmı? Varsa, nə etməliyik?
Cinayət-Prosessual Məcəllənin 284-cü maddəsinə uyğun olaraq müstəntiq ittiham aktını tərtib etməzdən əvvəl cinayət prosesi iştirakçılarının cinayət işinin materialları ilə tanış olmaları üçün imkan yaradır. Müstəntiq təqsirləndirilən şəxsə, onun müdafiəçisinə onların xahişindən asılı olmayaraq, zərər çəkmiş şəxsə, mülki iddiaçıya, mülki cavabdehə və ya onların qanuni nümayəndələrinə isə həmin şəxslərin xahişi olduqda cinayət işinin materialları ilə tanış olmalarına şərait yaratmalıdır.
Göründüyü kimi jurnalistin ibtibai istintaq gedişində və başa çatdıqdan sonra iş materiallarının tanışlıq üçün verilməsini tələb etmək hüququ qanunda nəzərdə tutulmayıb. Lakin jurnalist prokurorun, müstəntiqin və ya təhqiqat orqanının razılığı ilə və yalnız onların icazə verdiyi həcmdə ibtidai istintaq və təhqiqat materialları ilə tanış ola bilər. Bunun üçün gərəklidir ki, jurnalist əsaslandırılmış müraciətlə istintaq qurumuna müraciət etsin.