Milli Məclisdən reportaj
Bizi Milli Məclisin iclasına buraxmırlar. Müxtəlif bəhanələr gətirirlər. Qanunla necə olmalıdı bu məsələ?
Jurnalistlər bir qayda olaraq, Milli Məclisin iclaslarında iştirak etmək üçün akkreditasiya olunurlar.
Kütləvi informasiya vasitələri haqqında Qanuna görə, kütləvi informasiya vasitələri dövlət orqanlarının, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin razılığı ilə və müəyyən etdikləri akkreditə qaydalarına əməl etməklə onların nəzdində öz jurnalistlərini akkreditə etdirə bilərlər.
Akkreditasiya akkreditə olunmuş jurnalistə müəyyən əlavə hüquqlar verir. Qanuna əsasən həmin orqanlar akkreditə olunmuş jurnalistə, qapalı tədbirlər istisna olmaqla, iclas, müşavirə və başqa tədbirlər barədə qabaqcadan məlumat verir, onun stenoqramlarla, protokollarla və başqa sənədlərlə tanış olması üçün şərait yaradırlar.
Kütləvi informasiya vasitələri redaksiyalarının xüsusi müxbirlərinin akkreditəsi də bu qaydada həyata keçirilir.