• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Məhkəmə

Media hüququ › Bölmə: Açıq sual › Məhkəmə
0 Vote Up Vote Down
Lamiye soruşdu 8 il əvvəl

Məh­kə­mə ic­las­la­rın­da iş­ti­rak məsələsində tez-tez problem olur. Jurnalisti biləndə ki, jurnalistdir, zaldan çıxarırlar. Jurnalist nə etməlidir belə hallarda?

1 Cavab
0 Vote Up Vote Down
Hüquqşünas Staff cavab veridi 8 il əvvəl

Azərbaycan Kons­ti­tu­si­yasına görə, bü­tün məh­kə­mə­lər­də iş­lə­rin ic­ra­a­tı açıq apa­rı­lır. İşə qa­pa­lı ic­las­da ba­xıl­ma­sı­na yal­nız o hal­da ica­zə ve­ri­lir ki, məh­kə­mə açıq ic­ra­a­tın döv­lət, pe­şə və kom­mer­si­ya sir­ri­nin ya­yıl­ma­sı­na sə­bəb ola­ca­ğı­nı gü­man edir, ya da şəx­si və ya ai­lə hə­ya­tı­nın məx­fi­li­yi­ni qo­ru­maq gə­rək ol­du­ğu­nu mü­əy­yən edir.
İşlə­rə qa­pa­lı məh­kə­mə ic­la­sın­da ba­xıl­dı­ğı hal­lar­dan baş­qa jur­na­list bü­tün məh­kə­mə ic­las­la­rın­da iş­ti­rak edə bi­lər. Mül­ki Pro­ses­su­al Mə­cəl­lə­nin 10-cu mad­də­si­nə gö­rə məh­kə­mə­lər­də iş­lə­rə aş­kar ba­xı­lır. Ci­na­yət Pro­ses­su­al Mə­cəl­lə­­nin 27-ci mad­də­si­nə gö­rə iş­lə­rin qa­pa­lı apa­rıl­ma­sı üçün əsas olan hal­la­rı çıx­maq­la ci­na­yət iş­lə­ri və ci­na­yət tə­qi­bi ilə bağ­lı di­gər ma­te­ri­al­lar üz­rə əda­lət mü­ha­ki­mə­si bü­tün məh­kə­mə­lər­də açıq apa­rı­lır.
Hət­ta qa­pa­lı ke­çi­ri­lən iş­lər­də be­lə qə­bul olun­muş qə­rar açıq elan olun­ma­lı­dır. Aşkar­lıq prin­si­pi­nə gö­rə məh­kə­mə pro­se­si­nin ge­di­şi­ni mü­şa­hi­də et­mək ar­zu­sun­da olan hər kəs məh­kə­mə­nin açıq ic­la­sı­na bu­ra­xıl­ma­lı­dır. Qa­nun­da yol ve­ri­lən hal­lar is­tis­na ol­maq­la məh­kə­mə ic­la­sı­nın aş­kar ke­çi­ril­mə­mə­si, baş­qa şəxs­lə­rin, o cüm­lə­dən jur­na­lis­tin məh­kə­mə­nin ke­çi­ril­di­yi ic­las za­lı­na bu­ra­xıl­ma­ma­sı və­tən­daş­la­rın Kons­ti­tu­si­ya ilə ve­ri­lən əda­lət­li mü­ha­ki­mə olun­maq və mə­lu­mat al­maq hü­quq­la­rı­nın cid­di po­zun­tu­su sa­yı­lır.
Məh­kə­mə pro­se­si qa­pa­lı ke­çi­ril­dik­də, pro­se­sin iş­ti­rak­çı­sı ol­ma­yan kə­nar şəxs­lə­rin, o cüm­lə­dən jur­na­lis­tin qa­pa­lı ic­las za­lı­na bu­ra­xıl­ma­sı­na qa­da­ğa qo­yu­lur.

Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda