• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

dovlet-sirri

Media hüququ › Bölmə: Açıq sual › dovlet-sirri
0 Vote Up Vote Down
Hidayet soruşdu 8 il əvvəl

Jurnalist təsadüfən döv­lət sir­ri hesab olan informasiyanı əldə edib yaysa, onu tutarlar?

1 Cavab
0 Vote Up Vote Down
Hüquqşünas Staff cavab veridi 8 il əvvəl

Döv­lət sir­ri haq­qın­da qa­nu­na gö­rə, döv­lət sir­ri haq­qın­da qa­nun­ve­ri­ci­li­yi po­zan və­zi­fə­li şəxs­lər və və­tən­daş­lar ci­na­yət, mül­ki və ya in­ti­zam mə­su­liy­yə­ti da­şı­yır­lar.
Ci­na­yət Mə­cəl­lə­si­nə gö­rə, şəxs tə­rə­fin­dən ona e­ti­bar edil­miş və ya xid­mə­ti və­zi­fə­si­nə və ya­xud işi­nə gö­rə ona mə­lum olan döv­lət sir­ri­ni təş­kil edən mə­lu­mat­la­rın ya­yıl­ma­sı ci­na­yət­dir. Azər­bay­can Res­pub­li­ka­sı­nın və­tən­da­şı döv­lə­tin su­ve­ren­li­yi, əra­zi bü­töv­lü­yü, döv­lət təh­lü­kə­siz­li­yi və mü­da­fi­ə qa­bi­liy­yə­ti zə­rə­ri­nə ola­raq döv­lət sir­ri­ni təş­kil edən mə­lu­ma­tı qəs­dən xa­ri­ci döv­lə­tə ve­rər­sə, bu əməl döv­lə­tə xə­ya­nət sa­yı­lır.
Ci­na­yət Mə­cəl­lə­si­nə əsa­sən, aşa­ğı­da­kı şəxs­lər mə­su­liy­yət da­şı­yır­lar:

  • döv­lət sir­ri eti­bar edil­miş və­zi­fə­li şəxs­lər və döv­lət qul­luq­çu­la­rı;
  • Döv­lət sir­ri haq­qın­da Qa­nu­nun 20-ci mad­də­si­nə əsa­sən döv­lət sir­ri ilə iş­lə­mə­yə bu­ra­xıl­mış şəxs­lər (Qa­nu­na gö­rə bu şəxs­lər döv­lət sir­ri­nin ya­yıl­ma­sı­nın yol­ve­ril­məz­li­yi ba­rə­də xə­bər­dar edi­lir­lər);
  • xid­mə­ti və­zi­fə­si­nə və ya işi­nə gö­rə döv­lət sir­ri olan mə­lu­mat­la­rı bi­lən şəxs­lər.

Xid­mə­ti və­zi­fə­si­nə və ya işi­nə gö­rə döv­lət sir­ri olan mə­lu­mat­la­rı bi­lən­lər elə şəxs­lər­dir ki, on­la­ra döv­lət sir­ri eti­bar edil­mə­miş­dir, la­kin öz xid­mə­ti və­zi­fə­si­nə və işi­nə gö­rə be­lə mə­lu­mat­la­rı al­maq im­kan­la­rı ol­muş­dur. Be­lə şəxs­lər yal­nız o hal­da döv­lət sir­ri­ni yay­ma­ğa gö­rə mə­su­liy­yət da­şı­yır­lar ki, yay­dıq­la­rı mə­lu­mat­la­rın döv­lət sir­ri ol­ma­sı on­la­ra mə­lum ol­sun. Bu­ra­ya bi­rin­ci növ­bə­də döv­lət sir­ri olan mə­lu­mat­lar­la iş­lə­yən döv­lət or­qan­la­rın­da və mü­əs­si­sə­lər­də ça­lı­şan şəxs­lər da­xil­dir. Tər­ki­bin­də döv­lət sir­ri sa­yıl­mış mə­lu­mat­lar olan iş­lə­ri araş­dı­ran əmə­liy­yat iş­çi­lə­ri, təh­qi­qat və is­tin­taq apa­ran şəxs­lər, ci­na­yət, in­zi­ba­ti və ya mül­ki iş­lə­rə qa­pa­lı məh­kə­mə ic­la­sın­da ba­xıl­ma­sın­da iş­ti­rak et­miş şəxs­lər (ha­kim­lər, məh­kə­mə iş­çi­lə­ri, pro­ku­ror­luq iş­çi­lə­ri, və­kil­lər, iş­də iş­ti­rak et­miş di­gər şəxs­lər) də bu sı­ra­ya aid edi­lə bi­lər­lər.
Gös­tə­ri­lən şəxs­lər döv­lət sir­ri­ni təş­kil edən mə­lu­mat­la­rın ya­yıl­ma­sı­na gö­rə Mül­ki Mə­cəl­lə­nin 21-ci mad­də­si­nə əsa­sən mül­ki hü­qu­qi mə­su­liy­yət də da­şı­yır­lar.
Döv­lət qul­lu­ğu haq­qın­da Qa­nu­nun 18.0.7-ci mad­də­sin­də döv­lət qul­luq­çu­la­rı­nın döv­lət sir­ri­ni və qa­nun­la mü­ha­fi­zə edi­lən di­gər sir­lə­ri hə­mi­şə, o cüm­lə­dən iş­dən çıx­dıq­dan, is­te­fa­ya və ya pen­si­ya­ya get­dik­dən son­ra da sax­la­ma­ğa borc­lu ol­duq­la­rı gös­tə­ri­lib.
Hə­min Qa­nu­nun 25-ci mad­də­sin­də isə qa­nu­nun tə­ləb­lə­ri­ni po­zan döv­lət qul­luq­çu­la­rı­nın in­ti­zam mə­su­liy­yə­ti nə­zər­də tu­tu­lub.
Burdan çıxan nəticə odur ki, jurnalist dövlət sirrini yaymaq, ötürmək üçün qanunsuz yolla əldə edər, yayarsa, məsuliyyət daşıya bilər.  

Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda