• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Çəkiliş və icazə

Media hüququ › Bölmə: Açıq sual › Çəkiliş və icazə
0 Vote Up Vote Down
Samirə soruşdu 8 il əvvəl

Son illərdə çəkiliş aparmaq lap çətinləşib. Küçədə, məhkəmə qarşısında çəkiliş aparnada, mitinqlərdən, başqa etiraz aksiyalarından reportaj hazırlayanda tez-tez çətinliklə üzləşirik. Adətən kütləvi aksiyalara, məhkəmələrə aidiyyatı olmayan şəxslər, elə bəzən olaya aidiyyatı olan şəxslər deyirlər ki, icazə almısan, çəkirsən? İctimai yerdə çəkiliş üçün icazı almaq lazımdırmı?

1 Cavab
0 Vote Up Vote Down
Hüquqşünas Staff cavab veridi 8 il əvvəl

İcti­ma­i yer­lər­də, yə­ni ha­mı­nın gə­lə bil­di­yi və ya mü­şa­hi­də edə bil­di­yi yer­lər­də çə­ki­liş apa­ran jur­na­lis­tin kad­ra dü­şən adam­lar­dan ica­zə al­ma­sı­na gərək yox­dur. İcti­ma­i yer­lər­də jur­na­lis­tin pe­şə fə­a­liy­yə­ti­ni ye­ri­nə ye­tir­mə­si­nə hər han­sı bir məh­du­dluq qo­yul­ma­yıb.

Belə çə­ki­liş açıq apa­rı­lır. Kad­ra dü­şən­lər gö­rün­tü­lə­ri­nin alın­ma­sı­na açıq ola­raq eti­raz et­mir­lər­sə çə­ki­liş apa­rı­la bi­lər. Hət­ta eti­raz et­sə­lər be­lə on­lar ictimai yer­də jur­na­lis­tin çə­ki­liş apar­ma­sı­na ma­ne ola bil­məz­lər. Ancaq on­la­rın gö­rün­tü­lə­ri­nin ya­yım­lan­ma­sı­na eti­raz et­mək hü­quq­la­rı var­dır. Bu hal­da çə­ki­liş apa­ran jur­na­list gö­rün­tü­sü­nün ya­yım­lan­ma­sı­nı is­tə­mə­yən şəx­sin gö­rün­tü­sü­nü çı­xa­ra­raq ma­te­ri­al­la­rı efi­rə ver­məyi etikdir. Bu qayda olaya aidiyyatı olmayanlara münasibətdə keçərlidir.
Əgər bu gö­rün­tü­nün çı­xa­rıl­ma­sı du­ru­mun­da jur­na­lis­tin çat­dır­maq is­tə­di­yi mə­lu­mat və ya gö­rün­tü ma­hiy­yə­ti­ni iti­rə­cək­sə, bu hal­da jur­na­list o şəx­sin ta­nın­ma­ma­sı üçün təd­bir­lər gö­rə­rək bu ma­te­ri­al­la­rın efi­rə ve­ril­mə­si­ni tə­min edə bi­lər.

Mi­tinq, nü­ma­yiş və digər kütləvi etiraz aksiyalarından xəbər toplamağa, çəkiliş aparmağa gəlincə, nəzərə almaq lazımdır ki, bu tədbirlər ictimai xa­rak­ter­li təd­bir­lər­dir. Bu cür təd­bir­lər­də iş­ti­rak edən­lər mü­əy­yən məq­səd­lə­ri­nin ictimaiy­yət tə­rə­fin­dən bi­lin­mə­si və dəs­tək­lən­mə­si, ya­xud hə­ya­ta ke­çi­ril­mə­si­nə tə­sir edil­mə­si üçün kü­çə­lə­rə çı­xır. Jur­na­lis­tin bu cür bilginin top­lan­ma­sı və ya­yıl­ma­sı üçün kad­ra dü­şən­lər­dən ica­zə al­ma­sı tə­ləb olun­mur. Açıq küt­lə­vi təd­bir­lə­rin iş­ti­rak­çı­la­rı öz­lə­ri bu ak­si­ya­la­rın ke­çi­ril­mə­si və məq­səd­lə­ri haq­qın­da bilgilərin küt­lə­vi bilgi va­si­tə­lə­rin­də get­mə­sin­də ma­raq­lı ol­ma­lı­dır. Bu ak­si­ya­lar mü­əy­yən mə­kan­da ke­çi­ril­di­yi üçün yal­nız bu ak­si­ya iş­ti­rak­çı­la­rı və o ak­si­ya­nı gö­rən­lər onun ma­hiy­yə­ti haq­qın­da bilgi əl­də edir­lər. Küt­lə­vi bilgi va­si­tə­lə­ri bu ak­si­ya­lar­da iş­ti­rak edər­sə və son­ra top­la­dı­ğı bilgini ictimaiy­yə­tə çat­dı­rar­sa o za­man çox­la­rı­nın bun­dan xə­bə­ri ola­caq və ak­si­ya­nı ke­çi­rən­lər və iş­ti­rak­çı­lar öz məq­səd­lə­ri­nə ça­ta­caq. Bu­na gö­rə də açıq küt­lə­vi təd­bir­lər­də iş­ti­rak edən şəxs id­di­a edə bil­məz ki, ak­si­ya onun şəx­si hə­ya­tı­nın tər­kib his­sə­si­dir və onun şəx­si hə­yat sir­ri­nə aid­dir. Bu­na gö­rə də çə­ki­liş apar­maq üçün açıq küt­lə­vi təd­bir­lə­rin iş­ti­rak­çı­la­rın­dan ica­zə al­maq tə­ləb olun­mur.

Açıq küt­lə­vi təd­bir­lər­də İctimai asa­yi­şi qo­ru­yan po­lis iş­çi­lə­ri­nin də kad­ra düş­mə­si müm­kün­dür. Xü­su­si­lə təd­bi­rə po­lis mü­da­xi­lə­si ol­du­ğu hal­lar­da po­lis iş­çi­lə­ri­nin len­tə alın­ma­sı qa­çıl­maz­dır. Be­lə hal­lar­da po­li­sin çə­ki­li­şi qa­da­ğan et­mə­si əsas­sız­dır.

Çə­ki­liş za­ma­nı açıq küt­lə­vi təd­bir­lər­də iş­ti­rak et­mə­yən, tə­sa­dü­fən ora­da olan şəxs­lər kad­ra dü­şər­lər­sə, hə­min şəxs­lə­rin efir­də on­la­rı gös­tər­mə­mək ba­rə­də xü­su­si tə­ləb­lə­ri olar­sa bu tə­ləb ye­ri­nə ye­ti­ril­mə­li­dir.

Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda