Xəbər
Avropada ölümü tezləşdirən əsas səbəb açıqlanıb
Atmosferin çirklənməsi ildə 428 min avropalının erkən ölümünə səbəb olur. Novator.az xəbər verir ki, bu statistikanı Avropa Ətraf Mühit Agentliyi yayıb. Agentlik vurğulayır ki, Avropa qitəsində ekoloji vəziyyət əvvəlki dövrlərə nisbətən yaxşı olsa da, havanın azot dioksidi və ozon ucbatından çirklən...
Ukrayna efirində xarici dilə 25% həddi qoyuldu
Oktyabrın 13-ü Ukraynada televiziya kanalları üçün dil kvotası qanunu qüvvəyə minib. Qanun ümummilli televiziya kanallarının üzərinə yayımların azı 75%-nin Ukrayna dilində aparılması öhdəliyi qoyur. Novator.az xəbər verir ki, sənədə əsasən, gün ərzində Ukrayna dilində yayımlanan veriliş, film və xəb...
Azərbaycan və Bolqarıstan prezidentləri bir araya gəliblər
Azərbaycana rəsmi səfərə gələn Bolqarıstan prezidenti Rumen Radev oktyabrın 13-ü Bakıda rəsmən qarşılanıb. Mərasimin ardınca prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva Rumen Radev və xanımı Desislava Radeva ilə bir araya gəliblər. AZƏRTAC xəbər verir ki, sonra İlham Əliyev və Rumen Radev...
Əhali hesabatı: doğulanların 53 faizi oğlandır
Dövlət Statistika Komitəsi demoqrafik vəziyyətlə bağlı hesabat yayıb. Novator.az-ın məlumatına görə, hesabatda qeyd olunur ki, Azərbaycan əhalisinin sayı bu ilin əvvəlindən 57269 nəfər artaraq sentyabr ayının 1-nə 9 milyon 867 min 250 nəfərə çatıb. Əhalinin 53 faizi şəhər, 47 faizi kənd sakini, 49,9...
Neftin qiyməti: günün və ilin göstəriciləri
Oktyabrın 13-ü Nyu-York birjasında “Layt” markalı neftin barreli 50,93 dollara, London birjasında “Brent” markalı neftin barreli 56,54 dollara qalxıb. AZƏRTAC -ın məlumatına görə, , barreli 28 sent ucuzlaşan “AzəriLayt” markalı neft 57,33 dollara satılır. Azərbaycanın 2017-ci il büdcəsində neftin q...
Rublda yüksəliş
Mərkəzi Bank oktyabrın 13-də Rusiya rublunun kursunu 0,0294 manatdan 0,0295 manata qaldırıb. Avronun rəsmi məzənnəsində enmə var. Novator.az-ın məlumatına görə, oktyabrın 12-də banklara 2,0194 manata təklif olunmuş avro bu gün 2,0141 manata satılır. ABŞ dollarının rəsmi məzənnəsi isə dəyişməyib: 1,7...
22-ci görüşün yeri bilindi
Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyevlə Serj Sərkisyanın 2017-ci ildə ilk görüşü gələn həftə İsveçrənin Cenevrə şəhərində olacaq. Novator.az-ın məlumatına görə, bunu hakim Ermənistan Respublika Partiyası sədrinin müavini, parlamentin xarici əlaqələr komissiyasının başçısı Armen Aşotyan...
Azərbaycanın raket və artilleriya birləşmələri döyüş təlimi keçib
Azərbaycan Silahlı Qüvvələrinin raket və artilleriya birləşmələrinin döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə təlimlər keçirilib. Novator.az Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, döyüş şəraitinə uyğun vəziyyətdə keçirilən təlimlərdə artilleriya bölmələrinin marşı i...
Azərbaycanın yeni energetika naziri
Oktyabrın 12-də prezident İlham Əliyev Pərviz Oqtay oğlu Şahbazovu energetika naziri təyin edib. Əvvəlki energetika naziri Natiq Əliyev 2017-ci il iyunun 9-da dünyasını dəyişib. Novator.az bildirir ki, Pərviz Şahbazov 1969-cu il noyabrın 24-də Bakı şəhərində anadan olub. İndiki Neft və Sənaye Univer...
Sərhəddə sentyabr pozuntuları
Dövlət Sərhəd Xidməti sentyabr ayının hesabatını yayıb. Rəsmi məlumatda bildirilir ki, ötən ay dövlət sərhədini pozan 53 nəfər (19 Azərbaycan vətəndaşı, 9 Özbəkistan, 2 Rusiya, 16 İran, 2 Tacikistan, 1 Əfqanıstan, 1 Cənubi Afrika, 1 Suriya, 1 Misir, 1 Konqo vətəndaşı) saxlanıb. Sərhəd rejim qaydalar...
Almaniya parlamentinə mandatlar bölündü
Almaniyada sentyabrın 24-də keçirilmiş parlament seçkisinin nəticələri təsdiqlənib. Novator.az-ın məlumatına görə, kansler Angela Merkelin Xristian Demokrat və Xristian Sosial ittifaqlarından ibarət alyansı Bundestaqda 246 mandatla təmsil olunacaq. Sosial Demokrat Partiyasına yekunda 153 mandat, Alm...
Futbolçu prezident seçildi
Veteran futbolçu Corc Vea Liberiya prezidenti seçilib. Novator.az-ın məlumatına görə, oktyabrın 10-da keçirilmiş seçkinin ilkin nəticələrinə əsasən, Corc Vea əsas rəqibi olan vitse-prezident Cozef Bokayanı qabaqlayıb. O, dövlət başçısı postunda Elen Conson-Serlifi əvəzləyəcək. Corc Vea 1966-cı il ok...
Əfqan Muxtarlının ailəsi Gürcüstanı tərk etdi
Azərbaycanda həbsdə olan jurnalist Əfqan Muxtarlının həyat yoldaşı Leyla Mustafayeva oktyabrın 11-də 4 yaşlı qızı Nurayla birgə Gürcüstanı tərk edib. Bunu oktyabrın 12-də “Azadlıq” radiosuna Leyla Mustafayeva deyib. Məlumatı onun Gürcüstandakı vəkili Arçil Çopikaşvili də təsdiqləyib. Leyla Mustafaye...
Seçkilərə ən çox hansı ölkə təsir edir?
Sputniknews.com hansı ölkənin dünyada seçkilərə daha çox təsir etdiyini araşdırıb. Novator.az-ın məlumatına görə, sorğuya cəlb olunan Fransa, Böyük Britaniya, Polşa və Almaniya sakinləri digər ölkələrdəki seçkilərə ABŞ-ın daha çox təsir etdiyi qənaətindədir. Fransa və Polşada respondentlərin 43%-i, ...
İlham Əliyevin MDB iclasındakı çıxışı
AZƏRTAC prezident İlham Əliyevin MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasındakı çıxışının mətnini yayıb. İclas oktyabrın 11-i Rusiyanın Soçi şəhərində keçirilib: – Yenidən Rusiyada, Soçidə olmağıma şadam. Əvvəlcə demək istərdim ki, Azərbaycan ənənəvi olaraq MDB-nin işində iştirak e...
Gənc və yeniyetmələr üçün müsabiqə
ABŞ-ın Azərbaycandakı səfirliyinin dəstəklədiyi “Regional internet mediasının inkişafı” layihəsi çərçivəsində gənc və yeniyetmələr üçün sosial media sahəsində yeni müsabiqə başlanıb. Müsabiqəyə sosial media haqqında (multimedia) material (məqalə, reportaj, araşdırma; reportaj, araşdırma istər yazı, ...
Xarici turistlərin sayı 20,9 faiz artıb
Turizm Şurasının sədri, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bəyan edib ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycana gələn xarici turistlərin sayı ötən ilin 9 ayı ilə müqayisədə 20,9 faiz artıb. Nazir Turizm Şurasının 11 oktyabr iclasında 9 ayda Azərbaycana 2 milyon 71 min 918 nəfər xari...
Yeni rus pulu gəlir
Rusiyada yeni kağız pullar – 200 və 2000 rublluqlar dövriyyəyə buraxılır. Novator.az-ın məlumatına görə, bunu Mərkəzi Bankın sədri Elvira Nabiullina oktyabrın 12-də açıqlayıb. Bank sədri bildirib ki, yeni kağız pullara Uzaq Şərq, Krım bölgələrinin (Ukrayna torpağı olan Krımı Rusiya 2014-cü ildə işğa...
Nazirlik 70,6 min nəfəri kurs və tədbirlərə cəlb edib
Bu ilin yanvar-sentyabr aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 70,6 min nəfəri peşə hazırlığı və əlavə təhsil kurslarına, peşəyönümü tədbirlərinə cəlb edib. 9 ayda 2698 nəfər şəxs üçün peşə hazırlığı və əlavə təhsil kursları təşkil olunub. Sağlamlıq imkanları məhdud 215 nəfər gəncin p...
Rəsmi sərmayə hesabatı
Oktyabrın 12-də Dövlət Statistika Komitəsi sərmayə hesabatı yayıb. Novator.az-ın məlumatına görə, arayışda qeyd olunur ki, 2017-ci ilin yanvar-sentyabr aylarında əsas kapitala yönəldilmiş 11 milyard 90,8 milyon manat vəsaitin 41,7 faizi qeyri-neft sektoruna sərf edilib və bu sektorda investisiyaları...