Xəbər
Prezidentlə futbol müzakirəsi
“Azərbaycan sözün əsl mənasında futbol ölkəsidir”. FİFA prezidenti Canni İnfantino dövlət başçısı İlham Əliyevlə görüşündə belə deyib. Prezident Canni İnfantinonu və FİFA-nın baş katibi Fatma Samouranı noyabrın 20-si Bakıda qəbul edib. AZƏRTAC xəbər verir ki, Canni İnfantino Bakının FİFA İcraedici F...
Cəbhədə qoşunların praktiki fəaliyyəti yoxlanıb
Komanda-qərargah hərb oyunları çərçivəsində cəbhəboyu zonada yerləşən müxtəlif təlim poliqonlarında qoşunların praktiki fəaliyyəti yoxlanılaraq döyüş atışları icra edilib. Ssenariyə əsasən bir neçə hissədə yerinə yetirilən təlimlərin əsas mərhələsində hücum əməliyyatları zamanı qoşunların qarşılıqlı...
Əfqan Muxtarlının məhkəməsinin vaxtı məlum olub
Həbsdə olan jurnalist Əfqan Muxtarlının işi üzrə məhkəmə iclasının vaxtı məlum olub. Vəkil Elçin Sadıqov “Report”a deyib ki, Balakən Rayon Məhkəməsinin sədri Hümbət Səlimovun sədrliyi ilə keçiriləcək proses noyabrın 30-na təyin edilib. Bununla əlaqədar olaraq yaxın vaxtda Əfqan Muxtarlı Bakı İstinta...
Əli Həsənov: “Bu, dünya nizamı üçün böyük təhdid deməkdir”
Noyabrın 20-də Belçikanın paytaxtı Brüsseldə Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin və Avropa Azərbaycanlıları Konqresinin təşkilati dəstəyi ilə “Avropa Azərbaycanlılarının Qarabağ Forumu” keçirilir. Beynəlxalq forumda Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli H...
Sosial ödənişlər hesabatı
Novator.az bildirir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun hesabatına əsasən, bu ilin yanvar-sentyabr aylarında pensiya və müavinətlərə 2 milyard 524,5 milyon manat vəsait yönəldilib. Vəsaitin 97,3 faizini pensiya xərcləri təşkil edib. 2017-ci ilin doq...
Təcili tibbi yardım statistikası
Bakı Şəhər Təcili Tibbi Yardım Stansiyası bu ilin 10 ayı ərzində 567,7 min müraciət alıb. Səhiyyə Nazirliyinin yaydığı məlumatda bildirilir ki, çağırışlar nəticəsində 52 min 965-dən çox şəxs xəstəxanalara yerləşdirilib. Hesabata görə, müraciətlərin 123,4 mini ürək-qan damar xəstəlikləri, 697-i mioka...
Rusiyalıların 57%-i banka borcludur
Ümumrusiya İctimai Rəyi Öyrənmə Mərkəzi kredit sorğusu keçirib. Novator.az xəbər verir ki, noyabrın 20-də açıqlanan nəticələrə görə, Rusiya əhalisinin 57%-nin bağlanmamış krediti var. Bu, 2009-cu illə müqayisədə iki dəfədən çoxdur. O vaxt əhalinin 26%-nin bağlanmamış krediti olub. Sorğunun nəticələr...
Məmmədyarov-Lavrov görüşündə
Xarici işlər naziri Elmar Məmmədyarov noyabrın 20-si Bakıda rusiyalı həmkarı Sergey Lavrovla görüşüb. Görüşdə Azərbaycanla Rusiya arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi münasibətilə zərf imzalanıb. Sənədin iki ölkə arasında diplomatik münasibətlərin inkişafının əlaməti olacağı bəyan e...
Avtobuslar yeni yanacaq növünə keçib
Londonun məşhur qırmızı avtobusları qismən yeni yanacaq növünə keçib. Novator.az-ın məlumatına görə, prosesə noyabrın 20-dən start verilib. Yeni yanacaq dəmlənmiş qəhvənin xıltından hazırlanır. “Royal Dutch Shell”in dəstəyi ilə “Bio-bean” şirkətinin hazırladığı bu yanacaq qəhvə tullantısından alınan...
Rusiyalı nazirin Bakı bəyanatları
Azərbaycana səfər edən Rusiyanın xarici işlər naziri Sergey Lavrov noyabrın 20-də “ADA” Universitetində tələbələrlə görüşüb. Çıxışında Azərbaycanla Rusiya arasında diplomatik əlaqələrin 25 ilinin tamam olduğunu söyləyən nazir iki ölkəni strateji tərəfdaş adlandırıb. Nazir qeyd edib ki, Azərbaycan və...
15 günün yoxlamaları, cəzalar
1-15 noyabr arası ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlayan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamenti hesabat yayıb. Rəsmi məlumatda qeyd olunur ki, atmosfer havasının, su və torpaq ehtiyatlarının, yerin təkinin, fauna və floranın mühafizəs...
Mənəvi Dəyərlərin Təbliği Fondu ilə bağlı yeni qərarlar
Nazirlər Kabineti Mənəvi Dəyərlərin Təbliği Fondunun işçilərinin say həddini və aylıq vəzifə maaşlarını təsdiqləyib. Novator.az-ın məlumatına görə, qurumun 15 işçisi olacaq. Aylıq vəzifə maaşları belədir: İcraçı direktor – 1150 manat İcraçı direktorun müavini – 895 manat Şöbə müdiri, baş mühasib – 5...
Həm yuxarı, həm aşağı
Noyabrın 20-də Rusiya rublunun rəsmi məzənnəsi 0,0285 manatdan 0,0287 manata yüksəlib. Ötən həftənin son iş günü 0,6239 manata təklif olunmuş gürcü larisi də bahalaşıb: 0,628 manat. Novator.az-ın məlumatına görə, Mərkəzi Bank avronu və türk lirəsini ucuzlaşdırıb, ABŞ dollarının kursunu isə sabit sax...
Bu il nə qədər hərbi sursat və mina zərərsizləşdirilib?
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) yeni hesabat yayıb. Qeyd olunur ki, yanvarın 1-dən noyabrın 19-dək Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Hacıqabul, Tovuz, Qazax, Qəbələ, Yevlax, Goranboy, Gədəbəy, Qaradağ, Daşkəsən,...
Prezident seçkisi ikinci tura qaldı
Çilidə noyabrın 19-da keçirilmiş prezident seçkisinin ilkin nəticələri açıqlanıb. Novator.az-ın məlumatına görə, sağ qüvvələrin namizədi, sabiq prezident Sebastyan Pinyera 36,6% səslə önə çıxıb. Mərkəzçi solları təmsil edən senator Alexandro Gilyer 22,7% səslə ikincidir. Solçu koalisiyadan Beatris S...
Komanda-qərargah hərb oyunları başa çatır
Noyabrın 20-də qoşunların komanda-qərargah hərb oyunları başa çatır. Hərb oyunları qoşun növlərinin və qisimlərinin strateji, əməliyyat, əməliyyat-taktiki və taktiki idarəetmə orqanlarının və xüsusi təyinatlı qüvvələrin cəlb edilməsini, eləcə də müxtəlif mərhələlərdə qüvvə və vasitələrin istifadəsin...
Lavrovla Qarabağ müzakirəsi
Prezident İlham Əliyev noyabrın 19-da Bakıya səfər edən Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşüb. AZƏRTAC-ın məlumatına görə, prezident deyib ki, səfər iki ölkənin münasibətlərinin gələcək inkişafı ilə bağlı məsələlərin müzakirəsi üçün yaxşı fürsətdir: “Biz ölkələrimizin dövlətlərarası ...
Müxalif qəzetdə baş redaktor seçkisi
Rusiyanın əsas müxalif nəşri olan “Novaya qazeta”ya yeni baş redaktor seçilib. Novator.az-ın məlumatına görə, redaksiyada noyabrın 17-də keçirilən səsvermədə Sergey Kojeurov qalib gəlib. Redaksiya nizamnaməsinə əsasən, baş redaktor iki ildən bir seçilir. 17 noyabr seçkisində baş redaktor postuna dah...
İt saxlamaq insana necə təsir göstərir?
İt saxlayanlar digərləri ilə müqayisədə bir neçə ay uzun ömür sürürlər. Novator.az-ın məlumatına görə, İsveçin Upsala Universitetinin bir qrup alimi bu qənaətə gəlib. Alimlər bununla bağlı “Scientific Reports” jurnalında məqalə dərc etdiriblər. 2001-ci ildən aparılan araşdırmanı İsveç hökuməti maliy...
“Kütləvi çıxarış” 11 mindən çox vətəndaşa xidmət edib
Əmlak Məsələləri Dövlət Komitəsi noyabrın 17-si Yevlax rayonunda “Kütləvi çıxarış” kampaniyası keçirib. Kampaniya rayonun bir neçə kəndini əhatə edib, 50 rayon sakininə birbaşa yaşadıqları ərazilərdə əmlaklarına dair çıxarışlar təqdim olunub. Çıxarışlar əsasən fərdi yaşayış evləri, pay torpağı, həyə...