Xəbər
Neftdə yeni ucuzlaşma
Dünya birjalarında neftin qiyməti düşüb. Nyu-York birjasında “Layt” markalı neftin barreli 14 sent ucuzlaşaraq 50,44 dollar, London birjasında “Brent” markalı neftin barrelinin qiyməti 21 sent azalaraq 55,91 dollar olub. AZƏRTAC-ın 3 oktyabr məlumatına görə, 1,11 dollar ucuzlaşan “AzəriLayt” markalı...
Məzənnə yenilikləri
Oktyabrın 3-də xarici valyutaların bir çoxu ucuzlaşıb. Novator.az-ın məlumatına görə, avronun rəsmi məzənnəsi 1,9904 manata düşüb. Dəyər itirən Rusiya rublu banklara 0,0293 manata, türk lirəsi 0,4751 manata satılır. Gürcü larisi isə bahalaşaraq 0,6875 manata təklif olunur. Mərkəzi Bank ABŞ dollarını...
Dağlara qar düşüb
Ekologiya və Təbii Sərvətlər Nazirliyi xəbər verir ki, oktyabrın 2-si gündüzdən 3-ü səhərədək ölkədə kəskin hava şəraiti davam edib, arabir yağış yağıb, bəzi yerlərdə leysan xarakterli intensiv olub, yüksək dağlıq ərazilərə (Xınalıq, Qırız, Şahdağ) qar düşüb. Şimal-qərb küləyi əsib, bəzi rayonlarda ...
Terrorçunun 42 silahı varmış
Son bilgilərə görə, ABŞ-ın Las-Veqas şəhərində oktyabrın 1-i gecə törədilmiş terror aktında ölənlərin sayı 59 nəfərə çatıb. 527 nəfər yaralının olduğu xəbər verilir. Novator.az xatırladır ki, 64 yaşlı amerikalı Stiven Peddok “Mandalay Bay” hotelinin 32-ci mərtəbəsindən musiqi festivalına toplaşanlar...
Prezident kənddə yeni vəd verdi
Oktyabrın 2-də Şamaxı rayonunun Dəmirçi kəndində görülən işlərlə tanış olan prezident İlham Əliyev yeni vəd verib. AZƏRTAC bildirir ki, Dəmirçi Şamaxının ən qədim kəndlərindən biridir, tarixi XV əsrə gedib çıxır. Qədimdə adı Güneyçay olan kənddə dəmirçilik sənəti geniş yayıldığından sonralar buraya ...
Şamaxıda safari parkı
Prezident İlham Əliyev oktyabrın 2-də yeni yaradılan Şamaxı Safari Parkı ilə tanış olub. Parkda dövlət başçısına məlumat verilib ki, 2014-cü ildə qurulan “Azər Ekov” MMC Azərbaycanda elmi əsaslarla ov ekologiyasının yaranması, vəhşi populyasiyada olan heyvan növlərinin Azərbaycan təbiətinə adaptasiy...
İlqar Məmmədov iki vəkilindən imtina etdi
Oktyabrın 2-də vəkil Fuad Ağayev Bakıdakı 2 saylı Cəzaçəkmə Müəssisəsində REAL Hərəkatının lideri İlqar Məmmədovla görüşüb. “Turan”a açıqlamasında vəkil deyib ki, görüşdə müdafiə taktikası müzakirə olunub. Fuad Ağayevin sözlərinə görə, İlqar Məmmədov digər vəkilləri Cavad Cavadov və Şəhla Hümbətovan...
Şamaxı səfərində deyilənlər
Prezident İlham Əliyev oktyabrın 2-də Şamaxı-Çöl Göylər-Padar avtomobil yolunun açılışı zamanı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Dövlət başçısı deyib ki, Şamaxı rayonunda işlər yaxşı gedir, böyük layihələr icra edilir: “Onlardan biri də Şamaxı-Padar yoludur. Bu, çox böyük layihədir, b...
Şamaxıda açılışlar
Prezident İlham Əliyev oktyabrın 2-də Şamaxı şəhərinin içməli su təchizatı layihəsinin açılışında iştirak edib. Layihə 2035-ci ilə perspektiv inkişaf nəzərə alınmaqla Şamaxı şəhərində 41 min nəfərin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. Biri...
ABŞ-da terror: ölənlərin sayı 50 nəfəri ötüb
ABŞ-ın Las-Veqas şəhərində törədilən terror aktında ölənlərin sayı 50 nəfəri ötüb. 200-ə yaxın yaralının olduğu bildirilir. Novator.az xəbər verir ki, oktyabrın 1-i gecə şəhərdə keçirilən musiqi festivalı zamanı “Mandalay Bay” hotelinin 32-ci mərtəbəsindən, eyvandan festivala toplaşanları atəşə tutm...
Fiziologiya və tibb: Nobel mükafatını amerikalılar aldı
2017-ci ilin fiziologiya və tibb üzrə Nobel mükafatına amerikalı professorlar Ceffri Holl, Maykl Rozbaş və Maykl Yanq layiq görülüblər. Novator.az xəbər verir ki, qərarı oktyabrın 2-də Stokholmdakı Kral Tibb İnstitutunun Nobel komitəsi açıqlayıb. Alimlər Nobel mükafatına orqanizmdə bioloji ritmləri ...
“Gələn il sürətli iqtisadi inkişaf ili olacaq”
Oktyabrın 2-si Qobustanda şəhərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin yekunlaşması ilə bağlı təşkil olunan mərasimdə iştirak edən prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. O deyib ki, Qobustan şəhərinin içməli su probleminin h...
Silahlı Qüvvələrə Yardım Fondunun hesabatı açıqlanıb
Silahlı Qüvvələrə Yardım Fondunun vəsaiti açıqlanıb. Müdafiə Nazirliyinin rəsmi hesabatına görə, oktyabrın 1-nə fonda 85,2 milyon manat, 212,9 min ABŞ dolları, 8,6 min avro və 5 min rubl vəsait daxil olub. Novator.az bildirir ki, Silahlı Qüvvələrə Yardım Fondu 2002-ci ildə yaradılıb. Fondun maliyyə ...
Prezident Şamaxıya baş çəkib
Oktyabrın 2-də prezident İlham Əliyev Qobustan rayonunun əsaslı təmir edilən Təklə-Sündü-Xilmilli avtomobil yolunun açılışında iştirak edib. Avtomobil yolu 15 min nəfərin yaşadığı 6 kəndi birləşdirir. Ümumi uzunluğu 17,2 kilometr olan yolun eni 6 metrdir. Dördüncü dərəcəyə aid Təklə-Sündü-Xilmilli a...
Terrorda azı 20 nəfər həlak olub
ABŞ-ın Las-Veqas şəhərində keçirilən musiqi festivalına silahlı hücumla bağlı yeni xəbər var. Oktyabrın 1-i gecə silahlı şəxs “Mandalay Bay” hotelinin 32-ci mərtəbəsindən, eyvandan festivala toplaşanları atəşə tutub. Novator.az bildirir ki, son məlumata görə, azı 20 nəfər həlak olub, 100-dən çox yar...
Qırğızlar finişə 12 nəfərlə gedir
Qırğızıstanda oktyabrın 15-nə təyin olunmuş prezident seçkisi ilə bağlı əsas yenilik namizəd siyahısında azalmadır. İndi dövlət başçısı postu uğrunda 12 namizəd mübarizə aparır. Onların 3-ü əvvəllər baş nazir olub: Temir Sariyev, Omurbek Babanov, Sooronbay Jeenbekov. Novator.az-ın məlumatına görə, ö...
Neft Fondu üç rübdə nə qədər valyuta satıb?
Dövlət Neft Fondu sentyabr ayında keçirilən hərraclarda 252,2 milyon ABŞ dolları dəyərində valyuta satıb. Bununla üç rüb ərzində satılan valyutanın həcmi 2 milyard 485,7 milyon ABŞ dollarına çatıb. Novator.az bildirir ki, sentyabr ayına qədər hərraclarda Dövlət Neft Fondundan 2 milyard 233,5 milyon ...
Prezident Qobustanda: yeni su layihəsi təqdim olunub
Prezident İlham Əliyev oktyabrın 2-də Qobustan rayonuna səfər edib. O, Qobustanda yeni tikilmiş 100 yerlik uşaq bağçasının açılışına qatılıb. Ümumi sahəsi 826 kvadratmetr olan uşaq bağçasının binası 2 mərtəbəlidir. Burada 4 tədris və 4 yataq otağı var. Otaqların hamısı zəruri avadanlıq, o cümlədən y...
İspaniyanı bölən səsvermənin ilkin nəticələri
İspaniyanın Kataloniya vilayətində oktyabrın 1-də keçirilmiş qanunsuz referendumun ilkin nəticələri bəlli olub. Referendumda muxtar vilayəti müstəqil dövlət elan etmək niyyətinə münasibət öyrənilib. İspaniya hökuməti referendumu qanunsuz sayaraq əngəlləməyə çalışıb. Separatçılarla polisin toqquşmala...
Oktyabrın ilk məzənnələri
Mərkəzi Bank oktyabrın 2-də ABŞ dollarının kursunu 1,7002 manat saxlayıb. Bu məzənnə sentyabrın 27-dən qüvvədədir. Bəzi valyutalarda isə yenilik var. Novator.az-ın məlumatına görə, avro 2,0027 manatdan 2,0023 manata düşüb, Rusiya rublu 0,0293 manatdan 0,0295 manata qalxıb. Gürcü larisi 0,6863 manata...