Xəbər
9 aylıq ixrac
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin ilkin hesabatına görə, 2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycandan 26,5 milyard ABŞ dolları dəyərində məhsul ixrac olunub, bunun 2,4 milyard dolları qeyri-neft sektorunun payına düşüb. Qeyri-neft ixracının 2022-ci ilin doqquz ayı ilə...
İlk dövrənin iki lideri
Azərbaycanın milli futbol çempionatının yüksək dəstəsində (premyer liqa) 2023-2024 mövsümünün ilk dövrəsi bitib. 9 turdan sonra “Zirə” və “Qarabağ” 19, “Səbail” 17, “Araz-Naxçıvan” 14, “Neftçi” 12, “Turan Tovuz” və “Sumqayıt” 11, “Sabah” və “Qəbələ” 7, “Kəpəz” 5 xal yığıb. Dörd dövrəlik yarış 2024-c...
AZƏRTAC-dan ərazi arayışı
AZƏRTAC Azərbaycanın və Ermənistanın ərazi sahələri ilə bağlı arayış yayıb. Xüsusi müxbir Vüqar Seyidovun imzası ilə yayılan arayışda qeyd olunur ki, çox vaxt ərazilərin sahəsi qeyri-dəqiqliklə təqdim edilir: “Ermənistan ərazisinin sahəsi olduğu kimi – 29743 kvadrat kilometr deyil, 29800 kvadr...
Böyük beşlikdə
Avropanın aparıcı milli futbol çempionatlarında qısa fasilə yaranıb. Novator.az bildirir ki, 8 turu oynanmış İngiltərə çempionatında “Tottenhem” və “Arsenal” 20 xalla liderliyi bölüşürlər. “Mançester Siti” 18, “Liverpul” 17, “Aston Villa” və “Brayton” 16 xal toplayıb. 9 turu geridə qalan İspaniya çe...
Rusiya hərbçiləri Qarabağdan çıxır?
Azərbaycan ərazisindəki Rusiya hərbçiləri vaxtından əvvəl çıxarılır. Diplomatik mənbələr xəbəri oktyabrın 6-da yayıb. Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycanın altıda birini işğal edib, Dağ Qarabağda separatçı rejim qurub. 2020-ci il sentyabrın 27-dən Azərbaycanın keçirdiyi hərbi əməl...
Nə qədər ərazi işğalda qalır?
Azərbaycanın 86600 kvadrat kilometr ərazisi var. Novator.az bildirir ki, qeyri-rəsmi hesablama 124,1 kvadrat kilometr ərazinin işğalda qaldığını göstərir. Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycanın cənub-qərb bölgəsini və Qazax rayonunun 7, Sədərək rayonunun 1 kəndini ələ keçirib. 2020...
Nobel sülh mükafatı Nərgizə verildi
2023-cü ilin Nobel sülh mükafatı iranlı hüquq müdafiəçisi Nərgiz Məhəmmədiyə verilib. Qərarı oktyabrın 6-sı Osloda Norveç Nobel Komitəsi açıqlayıb. Nərgiz Məhəmmədi qadınların zülmə məruz qalmasına qarşı apardığı mübarizəyə, insan hüquq və azadlıqlarının təşviqinə verdiyi töhfəyə görə bu mükafata la...
Qanunların qəbulu: yenilik var
Milli Məclis daxili nizamnaməsini qismən yeniləyir. 6 oktyabr iclasında qəbul edilən layihədə bir oxunuşda baxılmalı qanun layihələrinin dairəsi belə müəyyən olunur: prezidentin təqdimatı ilə diplomatik nümayəndəliklərin təsis edilməsi, inzibati ərazi bölgüsü, dövlət təltifləri, dövlətlərarası və Az...
Lirə yenə enir
Oktyabrın 6-da Azərbaycan Mərkəzi Bankı 100 Türkiyə lirəsini 6 manat 14 qəpiyə satır. Bu, ayın start kursundan 6 qəpik aşağı qiymətdir. 2021-2022-ci illərdə 100 lirənin rəsmi məzənnəsi 22 manat 91 qəpikdən 9 manat 9 qəpiyə düşüb. 2023-cü il də devalvasiya ilə keçir: yanvar 9 manat 7 qəpik, fevral 9 ...
İki turdan sonra
UEFA Avropa Liqasının H qrupunda yarışan Azərbaycan təmsilçisi “Qarabağ” oktyabrın 5-də ikinci oyununu keçirib. İsveçdə “Haken”in qonağı olan komanda 1 cavabsız topla üstün gəlib. “Molde”(Norveç) – “Bayer” (Almaniya) görüşü 1:2 hesabı ilə başa çatıb. İki turdan sonra “Bayer” və “Qarabağ”ın 6 xalı va...
Bir qiymətin 5 il 7 ayı
Mərkəzi Bank oktyabrın 6-da ABŞ dollarının kursunu 1,7 manat həddində saxlayıb. Bu məzənnə oktyabrın 9-dək qüvvədə olacaq və qiymət sabitliyinin 5 il 7 ayı tamamlanacaq. Novator.az bildirir ki, 2015-ci ilin devalvasiyalarında dolların rəsmi məzənnəsi 0,7844 manatdan 1,5594 manata yüksəlib. 2016-cı i...
Qukasyan, Saakyan və İşxanyana ittihamlar
Dövlət Təhlükəsizliyi Xidməti Azərbaycan ərazisində işğalçı rejimə başçılıq etmiş, oktyabrın 3-də tutulmuş Arkadi Qukasyan, Bako Saakyan, David İşxanyana ittihamları açıqlayıb. 1957-ci il təvəllüdlü Arkadi Qukasyan 1992-ci ildə separatçı Qarabağ rejiminin “parlamentinə” seçilib, həmin ildən “Dövlət ...
Ədəbiyyat üzrə Nobelin qalibi bəlli oldu
2023-cü ilin ədəbiyyat üzrə Nobel mükafatı norveçli Yun Fosseye verilib. Qalibin adını oktyabrın 5-də İsveçin paytaxtı Stokholmda Nobel Fondu açıqlayıb. Təltif Yun Fossenin dərin mətləblərə işıq salan novator ruhlu pyesləri və nəsr əsərləri ilə əsaslandırılıb. 1959-cu il təvəllüdlü Yun Fosse nasir, ...
Telman Seyfullayev: bəraət qüvvədə qaldı
Oktyabrın 5-də Ali Məhkəmə AXCP üzvü Telman Seyfullayevə bəraət verilməsindən protestə baxıb. Novator.az-ın məlumatına görə, Baş Prokurorluğun protesti təmin olunmayıb, bəraət qüvvədə qalıb. 2020-ci il iyulun 12-dən 16-dək Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu sahəsində döyüşlər gedib, Azərb...
“AzəriLayt” neçəyədir?
Energetika Nazirliyinin 5 oktyabr məlumatına görə, “AzəriLayt” markalı Azərbaycan neftinin barreli 94,79 dollara satılır. 2023-cü ilin dövlət büdcəsində bir barrel neft 60 dollardan götürülüb, “AzəriLayt” yanvara 87,99, fevrala 87,53, marta 85,01, aprelə 81,88, maya 79,04, iyuna 75,05, iyula 78,85, ...
Araikə ittihamlar
İşğalçı Qarabağ rejiminin başçısı olmuş Araik Arutunyana ittihamlar açıqlanıb. 1973-cü ildə Xankəndidə doğulan Araik Arutunyan 2007-2017-ci illərdə rejimin “baş naziri”, 2017-2018-ci illərdə “dövlət naziri”, 21 may 2020-ci ildən 1 sentyabr 2023-cü ilədək “prezidenti” olub. O, oktyabrın 3-ü Xankəndid...
Gürcüstan və Ermənistanda qiymətlər
Gürcüstanın Milli Statistika Xidməti bildirir ki, sentyabrda istehlak 2022-ci ilin eyni ayına nəzərən 0,7 faiz bahalaşıb. Spirtsiz içkilər və ərzaqda qiymət artımı 0,4 faiz, kommunal xidmətlərdə 5,1 faiz, spirtli içkilər və tütün məmulatlarında 5,6 faiz, mehmanxana və ictimai iaşə xidmətlərində 7 fa...
İlham Əliyev Qranadaya getmir
İspaniyanın Qranada şəhəri oktyabrın 5-də Avropa Siyasi Birliyinin zirvə toplantısına ev sahibliyi edəcək. Bu formatda Avropa İttifaqı ölkələri və tərəfdaşları, o cümlədən Azərbaycan təmsil olunur. Oktyabrın 4-də yayılan məlumata görə, prezident İlham Əliyev Qranadaya getməmək qərarı verib. Qranadad...
Yeni nümayəndəliklər yaradıla bilər
Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bir hissəsində prezidentin xüsusi nümayəndəlikləri fəaliyyət göstərir. 19 yanvar 2021-ci ildə yaradılan bu təsisat Prezident Administrasiyasının struktur bölməsi sayılır. Xüsusi nümayəndəni prezident təyin edir. Novator.az bildirir ki, hazırda 4 xüsusi...
Zurabişvili sınağı
Oktyabrın 3-dən Gürcüstanın Konstitusiya Məhkəməsi prezident Salome Zurabişvilinin impiçmenti barədə müraciətə baxır. Hakim Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyasının 80 deputatının müraciətində prezidentin 31 avqust 2023-cü ildə hökumətin razılığı olmadan Avropaya səfərə getdiyi bildirilir, b...