Xəbər
“Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun dərc olunub
“Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun prezidentin imzası ilə rəsmiləşib. Novator.az bildirir ki, iyulun 19-da dərc olunmuş qanun Azərbaycan vətəndaşlarına, Azərbaycan ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə şamil edilir. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi v...
ATƏT bürosunun 11 aprel seçkisi ilə bağlı yekun hesabatı
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu aprelin 11-də Azərbaycanda keçirilmiş növbədənkənar prezident seçkisinin nəticələri ilə bağlı yekun hesabatını dərc edib. “Amerikanın səsi” xəbər verir ki, hesabatda Azərbaycana seçki qanunvericiliyinə yenidən baxmaq və bunu növbəti seçkilərə qəd...
Dövlət fondunun gəlirləri 4,7 faiz artıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hesabatına görə, bu ilin birinci yarısında Dövlət Sosial Müdafiə Fondunun gəlirləri ötən ilin yanvar-iyul aylarına nisbətən 4,7 faiz artaraq 1 milyard 907,9 milyon manata çatıb. Dövlət sosial sığorta haqları üzrə daxilolmalar proqnozuna 103,6 faiz əməl ...
Bir həftədə Azərbaycan nefti 7 dollardan çox ucuzlaşıb
Dünya birjalarında neftin qiyməti düşüb. AZƏRTAC-ın 19 iyul məlumatına görə, “AzəriLayt” markalı neftin bir barreli 0,20 dollar ucuzlaşaraq 73,14 dollar olub. London birjasında brent markalı neftin bir barrelinin 72,77 dollara, Nyu-York birjasında layt markalı neftin bir barrelinin 68,73 dollara end...
Avroda yüksəliş
İyulun 19-da avronun rəsmi məzənnəsi 1,9801 manata yüksəlib. Bir çox valyuta isə dəyər itirib. Novator.az-ın məlumatına görə, ucuzlaşan gürcü larisi banklara 0,6924, ingilis funt sterlinqi 2,2228, Rusiya rublu 0,027, türk lirəsi 0,3533 manata təklif olunur. Mərkəzi Bank ABŞ dollarının kursunu 1,7 ma...
21-ci orden
Prezident İlham Əliyev italiyalı həmkarı Serco Mattarellanı Azərbaycanın ali dövlət mükafatı olan “Heydər Əliyev” ordeni ilə təltif edib. Orden Azərbaycana rəsmi səfər edən dövlət başçısına iyulun 18-i Bakıda təqdim olunub. Novator.az bildirir ki, Serco Mattarella 2005-ci ildə təsis olunmuş “Heydər ...
Maliyyə Monitorinqi Xidmətinin nə səlahiyyətləri var?
Dövlət başçısı İlham Əliyev Maliyyə Monitorinqi Xidmətinin fəaliyyətini təmin etməyə fərman verib. Maliyyə Monitorinqi Xidməti mayın 25-də yaradılıb, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısını almaq sahəs...
Sərhəd mühafizəsində yenilik rəsmiləşdi
Prezident İlham Əliyev “Sərhəd qoşunları haqqında” qanunda dəyişiklikləri təsdiqləyib. Novator.az-ın məlumatına görə, yeniliklə sənədin adı “Sərhəd mühafizə orqanları haqqında” qanun olub. Azərbaycanın sərhəd mühafizə orqanları Sərhəd Qoşunlarından, çevik hərəkət qüvvələrindən, sahil mühafizəsindən,...
Bir mərhələ keçildi
Azərbaycanın UEFA Çempionlar Liqasındakı təmsilçisi “Qarabağ” iyulun 18-də 1-ci mərhələnin cavab oyununu keçirib. Novator.az-ın məlumatına görə, Ağdam klubunun Bakıdakı Tofiq Bəhramov stadionunda Sloveniyanın “Olimpiya” komandası ilə görüşü qolsuz bitib. İlk oyunda 1:0 hesabı ilə üstün olmuş “Qaraba...
“Avroviziya”ya ilkin razılıq verən ölkələr
2019-cu ilin mayında İsraildə keçiriləcək “Avroviziya” mahnı müsabiqəsinə iştiraka ilkin razılıq verən ölkələrin yeni siyahısı açıqlanıb. Novator.az bildirir ki, iyulun 18-dək Almaniya, Belçika, Bolqarıstan, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Xorvatiya, İsveç, İsveçrə, Kipr, Malta, Nor...
Prezidentlərin Qarabağ bəyanatları
Bakıya səfər edən İtaliya prezidenti Serco Mattarella iyulun 18-də azərbaycanlı həmkarı İlham Əliyevlə birgə brifinq keçirib. AZƏRTAC-ın məlumatına görə, İlham Əliyev brifinqdə deyib ki, Azərbaycan-İtaliya əlaqələri çoxşaxəlidir, bir çox sahələri əhatə edir: “Bu gün apardığımız danışıqlarda, keçirdi...
Ev tikintisində 13 faizə yaxın artım var
Dövlət Statistika Komitəsi yaşayış evlərinin tikintisi haqqında hesabat yayıb. Novator.az bildirir ki, hesabata görə, 2018-ci ilin birinci yarısında 946,4 min kvadratmetr və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,9 faiz çox yeni yaşayış evləri tikilib istifadəyə verilib. Yanvar-iyun aylarında ...
Birləşmiş müxalifət seçkiyə kiminlə gedir?
Gürcüstanda birləşmiş müxalifət prezident postuna sabiq xarici işlər naziri, Vahid Milli Hərəkat Partiyasının üzvü Qriqol Vaşadzenin namizədliyini irəli sürüb. Prezident seçkisi 2018-ci ilin oktyabr ayında keçiriləcək. Novator.az-ın məlumatına görə, Qriqol Vaşadzenin namizədliyini ana müxalifət quru...
Fərdi uçot sisteminin hesabatı
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, bu ilin yanvar-iyun aylarında Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində 82892 nəfərə fərdi şəxsi hesab açılıb. İyulun 1-nə fondun fərdi uçot sistemində qeydiyyata alınan sığortaolunanların sayının ötən ilin müvafiq dövrü ilə ...
Sahil reydləri, cəzalar
İyulun 18-də rəsmi məlumat yayan Əmlak Məsələləri Dövlət Komitəsi Xəzər dənizinin 20-50 metrlik mühafizə zolağına düşən torpaq sahələrinin istifadəsi ilə bağlı monitorinq və reydlər keçirdiyini bəyan edib. Açıqlamada qeyd olunur ki, paytaxtın Sabunçu, Xəzər, Suraxanı, Xətai və Qaradağ rayonlarının, ...
Kurslar necə yenilənib?
Mərkəzi Bank iyulun 18-də üç valyutanın kursunu qaldırıb. Novator.az-ın məlumatına görə, bahalaşan Braziliya rialı 0,4429, Moldova leyi 0,102, türk lirəsi 0,3539 manata satılır. ABŞ dollarının rəsmi qiyməti 1,7 manat səviyyəsində qalıb. Bir çox valyuta isə ucuzlaşıb. Avro 1,9794, gürcü larisi 0,6928...
Azərbaycan və İtaliya prezidentləri görüşüb
İtaliya prezidenti Serco Mattarella iyulun 17-də Azərbaycana rəsmi səfərə gəlib. Bakının hava limanında ali qonağı baş nazirin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşılayıb. AZƏRTAC xəbər verir ki, iyulun 18-də rəsmi qarşılanma mərasimi...
“Yanardağ”a vəsait
Prezident İlham Əliyev iyulun 17-də “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu ilə bağlı sərəncam imzalayıb. Sənəd qoruğun müasir standartlara uyğunlaşdırılması və abidənin ərazisində müasir turizm infrastrukturunun yaradılması məqsədilə 2018-ci ilin dövlət büdcəsindən, prezidentin ehtiyat ...
Gəlirlər proqnozu 12,2% ötüb
Dövlət Neft Fondunun 2017-ci il büdcəsinin icrası ilə bağlı prezident sərəncamı imzalanıb. Sənəddə gəlirlər üzrə icra 12 milyard 137 milyon 503,3 min manat, xərclər üzrə icra 11 milyard 15 milyon 537,9 min manat göstərilir. Gəlirlər nəzərdə tutulana nisbətən 12,2% çox, xərclər 27,7% azdır. Ötən il x...
Azərbaycan dili sərəncamı, hökumətə tapşırıqlar
Prezident İlham Əliyev Azərbaycan dilinin elektron məkanda geniş istifadəsi tədbirlərinə sərəncam verib. Sənəddə qeyd olunur ki, Azərbaycan dilinin istifadəsi və əsaslı tədqiqi, ölkədə dilçilik elmi sahəsində vəziyyətin yaxşılaşdırılması üçün əlverişli zəmin var, eyni zamanda elm və texnikanın sürət...