Xəbər
Birdəfəlik ödəmə statistikası
Prezident İlham Əliyevin 19 aprel 2018-ci il fərmanını icra edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi dekabrın 13-də yeni açıqlama yayıb. Məlumata görə, daha 1115 şəhid hərbi qulluqçunun 1519 vərəsəsinə birdəfəlik ödəmənin verilməsi qərarı qəbul edilib. Prezident İlham Əliyevin aprelin 19-da ...
Sabitlik və dəyişmələr
Mərkəzi Bank dekabrın 13-də ABŞ dollarını 1,7 manat, Rusiya rublunu 0,0256 manat məzənnəsində saxlayıb. Novator.az-ın məlumatına görə, bahalaşan avro banklara 1,9322, İngiltərə funt sterlinqi 2,1445, Türkiyə lirəsi 0,3173 manata təklif olunur. Gürcüstan larisinin rəsmi kursu isə 0,6397 manata düşüb ...
Tereza Mey gedir, amma indi yox
Böyük Britaniyanın baş naziri Tereza Mey lideri olduğu hakim Mühafizəkarlar Partiyasının parlament fraksiyasındakı etimad səsverməsini udub. Novator.az-ın məlumatına görə, dekabrın 12-si axşam keçirilən səsvermədə İcmalar Palatasındakı 200 mühafizəkar Tereza Meyi dəstəkləyib, 117 deputat onun partiy...
16-lıq tamamlandı
UEFA-nın əsas klub turniri olan Çempionlar Liqasında 2018-2019 mövsümünün qrup mərhələsi bitib. Novator.az-ın məlumatına görə, 12 dekabr oyunlarından sonra F qrupundan Fransa “Lion”u 1/8 finala çıxıb, Ukrayna “Şaxtyor”u isə Avropa Liqasına yuvarlanıb. G qrupundakı Çexiya təmsilçisi “Viktoriya” da Av...
Cəbhəçilərin istintaqı başa çatıb
Azərbaycan Xalq Cəbhəsi Partiyasının bir neçə üzvünün də adı keçən cinayət işinin istintaqı başa çatıb. Söhbət Ali Məclisin Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmliyə, partiyanın Nərimanov rayon şöbəsinin sədri Babək Həsənova, Gənclər Komitəsi Məclisinin sədri Ruslan Nəsirliyə, Gədəbəy Rayon İcra Haki...
Müsavatın qurultay hazırlıqları
Novator.az Müsavat Partiyasının 9-cu qurultayına hazırlığın gedişi ilə maraqlanıb. Qurultay komitəsinin üzvü, başqan müavini Gülağa Aslanlı dekabrın 12-də sayta bildirib ki, rayon təşkilatlarının ümumi yığıncaq və konfransları davam edir: “İyirmidən çox rayon təşkilatında ümumi yığıncaq və konfrans ...
Moskvanın turizm gəlirləri açıqlanıb
Rusiya paytaxtı Moskvanın turizmdən əldə etdiyi gəlirlər açıqlanıb. Novator.az-ın məlumatına görə, son illər Moskvada 50 mehmanxana kompleksinin tikildiyini və işə düşdüyünü deyən şəhər meri Sergey Sobyanin 2010-cu ildən bəri turistlərin sayının iki dəfə artdığını vurğulayıb. Moskva meriyasının məlu...
Mərkəzi Bankdan 500 avro açıqlaması
Dekabrın 12-də Mərkəzi Bank 500 avroluq pul nişanı ilə bağlı açıqlama yayıb. Açıqlamada deyilir: “Avropa Mərkəzi Bankı 4 may 2016-cı ildə 500 avroluq əsginazın istehsalını dayandırmaq və 2018-ci ilin sonundan təkrar tədavülə buraxmamaq qərarı qəbul edib. Almaniya və Avstriya mərkəzi bankları 26 apre...
12 dekabr qiymətləri
AZƏRTAC-ın 12 dekabr məlumatına görə, London birjasında brent markalı neftin bir barreli 60,86 dollara, Nyu-York birjasında layt markalı neftin bir barreli 52,23 dollara satılır. Azərbaycan nefti “AzəriLayt”ın bir barrelinin 62,52 dollara təklif olunduğu vurğulanır. “AzəriLayt” 2018-ci ilə 69,89 dol...
Rusiyanın ekoloji xəritəsi
Rusiyanın “Yaşıl patrul” ictimai təşkilatı regionların ekoloji reytinqini açıqlayıb. Novator.az bildirir ki, 2018-ci ilin payız fəslini əhatə edən hesabatda ekoloji baxımdan ən yaxşı region kimi Tambov vilayəti göstərilir. Ekoloji durumuna görə qabaqcıl bölgələrin ilk onluğunda Altay mahalı, Altay R...
Anım ziyarəti
Azərbaycanın üçüncü prezidenti Heydər Əliyevin vəfatından 15 il keçir. Dekabrın 12-də prezident İlham Əliyev və ailə üzvləri Bakının Fəxri xiyabanında Heydər Əliyevin məzarını ziyarət ediblər. AZƏRTAC-ın məlumatına görə, mərasimə baş nazir Novruz Məmmədov, Milli Məclisin sədri Oqtay Əsədov, Preziden...
11 ayda 50,2 min nəfəri işlə təmin olunub
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi hesabatına görə, Dövlət Məşğulluq Xidməti 2018-ci ilin 11 ayında 50 min 211 işsiz və işaxtaran şəxsi işlə təmin edib. Özünüməşğulluq proqramına 7,3 minədək şəxsin cəlb olunduğu, 2,7 min şəxsin mal və materiallar alaraq kiçik ailə təsərrüfatları ya...
Neft Fondunun saytı yenilənib
Dövlət Neft Fondunun (DNF) www.oilfund.az internet ünvanında 2001-ci ildən fəaliyyət göstərən internet səhifəsi tərtibatını dəyişib. Saytın ana səhifəsində DNF və onun fəaliyyəti barədə informasiyanı əhatə edən 4 əsas bölmə yerləşir: “Fond”, “Hesabat və statistika”, “İnvestisiya” və “Layihələr”. İct...
Ən çox qazanan yazıçı
ABŞ-ın “Forbes” jurnalı 2018-ci ilin ən çox qazanan yazıçılarının adlarını açıqlayıb. Novator.az-ın məlumatına görə, reytinq sıralamasına 86 milyon dollar gəlirlə amerikalı yazıçı Ceyms Patterson başçılıq edir. Britaniyalı xanım yazıçı Coan Roulinq 2018-ci ildə 54 milyon dollar, amerikalı yazıçı Sti...
Valyutaların yönü
Dekabrın 12-də Rusiya rublunun rəsmi məzənnəsi 0,0256, Çin yuanı 0,2469 manata qalxıb. Ucuzlaşan avro banklara 1,9254, İngiltərə funt sterlinqi 2,1261, Türkiyə lirəsi 0,3170 manata satılır. Bir çox valyutanın kursu isə dəyişməz qalıb. Novator.az-ın məlumatına görə, 1 ABŞ dolları 1,7 manata, 1 BƏƏ di...
Miqrasiya pozuntuları, cəzalar
Dövlət Miqrasiya Xidməti aylıq hesabat yayıb. İctimaiyyətlə əlaqələr idarəsinin rəsmi məlumatına görə, noyabr ayında Dövlət Miqrasiya Xidməti əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatı ilə bağlı 49 min 663 müraciət qeydə alıb. Ölkədə müvəqqəti olma müddətinin uzadılması...
Məğlubiyyət türklərin yolunu kəsmədi
UEFA Çempionlar Liqasının qrup mərhələsində sonuncu tur start götürüb. Novator.az-ın məlumatına görə, D qrupunda Türkiyəni təmsil edən “Qalatasaray” dekabrın 11-i İstanbulda Portuqaliyanın “Portu” klubuna 2:3 hesabı ilə uduzsa da, üçüncü yerdə qalaraq Avropa Liqasına köçə bilib. 11 dekabr oyunlarınd...
“Gözlənməz adamların xain və ya qızılbaş çıxacağı səhnələr olacaq”
Sahib Qurbanov 1991-ci ildə Gəncədə doğulub. 2013-cü ildə Gəncə Dövlət Universitetinin biologiya-kimya fakültəsini ekoloq ixtisası üzrə bitirib. 2013-2014-cü illərdə hərbi xidmətdə olub. Hazırda Gəncədə yaşayır və ixtisası üzrə çalışır. Tarixi filmləri, əsərləri çox sevdiyini deyən, rəssamlıq qabili...
Ukraynada yeni seçki sorğusu
Kiyev Beynəlxalq Sosiologiya İnstitutu Ukraynada 2019-cu il martın 31-nə təyin olunmuş prezident seçkisi ilə bağlı yeni sorğu keçirib. Novator.az-ın məlumatına görə, noyabrın 23-dən dekabrın 3-nə qədər 110 yaşayış məntəqəsində, 2000 respondent arasında aparılmış sorğuya qatılanların 21,2%-i Ali Rada...
Yaxın ölkələrdə orta maaş nə qədərdir?
2018-ci il noyabrın 1-nə Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 540 manat göstərilib. Novator.az bildirir ki, Ermənistanda iyulun 1-nə orta aylıq maaş 170 min dram (595 manat), Gürcüstanda 1150 lari (736 manat) olub. Rusiyada ilin ilk yarısına orta aylıq əməkhaqqı 42 min ...