Xəbər
103 əcnəbi ölkədən çıxarılıb
Dövlət Miqrasiya Xidmətinin rəsmi məlumatına görə, 2019-cu ilin yanvar ayında əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatı üzrə 48 min 755 müraciət qeydə alınıb. Ay ərzində ölkədə müvəqqəti olma müddətinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin alınması, v...
Ermənistanın əsas ticarət tərəfdaşları
Ermənistanın əsas ticarət tərəfdaşlarının siyahısı açıqlanıb. Novator.az-ın məlumatına görə, həm ixrac, həm də idxalda ilk yeri Rusiya tutur. 2018-ci ildə Ermənistandan Rusiyaya 667 milyon ABŞ dolları dəyərində məhsul ixrac olunub, Rusiyadan 1 milyard 394 milyon dollar dəyərində mal alınıb. Ermənist...
Hərrac məlumatı
mlak Məsələləri Dövlət Komitəsinin 12 fevral hərracında 30 dövlət əmlakına ümumilikdə 36 sifariş qəbul edilib. Rəsmi məlumata görə, Tərtər şəhərində yerləşən “Tərtər İxtisaslaşdırılmış Nəqliyyat” səhmdar cəmiyyətinin 44%-lik səhm paketini investor 6 min 251 manata özəlləşdirib. Bakının Şüvəlan qəsəb...
Məmməd İbrahim azadlığa çıxdı
Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müşaviri Məmməd İbrahim fevralın 13-də azadlığa buraxılıb. Vəkil Cavad Cavadovun yaydığı məlumata görə, bu gün Bakı Apellyasiya Məhkəməsi Məmməd İbrahim barəsində Suraxanı Rayon Məhkəməsinin 10 yanvar 2019-cu il hökmündən verilən şikayətə baxıb: “Bizim tələ...
Sənayedə artım
Dövlət Statistika Komitəsi sənaye istehsalı haqqında hesabat yayıb. Novator.az bildirir ki, rəsmi açıqlamaya görə, sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar 2019-cu ilin yanvarında 3,8 milyard manatlıq və ya 2018-ci ilin ilk ayı ilə müqayisədə 3,4 faiz çox sənaye məhsulu ...
Köçəryanın cinayət işi böyüyür
Ermənistanın Xüsusi İstintaq Xidməti sabiq prezident Robert Köçəryana yeni ittiham irəli sürüb. Novator.az-ın məlumatına görə, Robert Köçəryan xüsusilə külli miqdarda rüşvət almaqda günahlandırılır. Yeni ittiham iş adamı Silva Ambarsumyanın ərizəsi əsasında verilib. Silva Ambarsumyan iddia edir ki, ...
Liqalar qışdan çıxdı
UEFA-nın klub turnirlərində növbəti mərhələlər start götürüb. Novator.az-ın məlumatına görə, Avropa Liqasının 1/16 finalında mübarizə aparan Türkiyənin “Fənərbaxça” komandası fevralın 12-si İstanbulda Rusiya “Zenit”ini 1:0 hesabı ilə məğlub edib. Cavab görüşü fevralın 21-də keçiriləcək. Dünən həmçin...
Azərbaycan nefti 65 dollara yaxınlaşıb
Fevralın 13-də “AzəriLayt” markalı Azərbaycan neftinin bir barrelinin qiyməti 64,74 dollara qalxıb. AZƏRTAC xəbər verir ki, London birjasında brent markalı neftin bir barreli 63,05 dollara, Nyu-York birjasında layt markalı neftin bir barreli 53,63 dollara təklif olunur. Azərbaycanın 2019-cu il büdcə...
Rəsmi məzənnələr
Fevralın 13-də bir çox valyuta bahalaşıb. Novator.az-ın məlumatına görə, avro 1,9271, Çin yuanı 0,2516, Gürcüstan larisi 0,6433, İngiltərə funt sterlinqi 2,1935, Türkiyə lirəsi 0,3241 manata yüksəlib. Mərkəzi Bank ABŞ dollarının (1,7 manat) və Rusiya rublunun (0,0258 manat) məzənnələrini sabit saxla...
Yerevana cavab
Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev AZƏRTAC-a müsahibəsində deyib ki, Dağlıq Qarabağ münaqişəsinin intensiv və nəticə yönümlü danışıqlar yolu ilə həlli üçün Azərbaycanın beynəlxalq ictimaiyyətlə birlikdə atdığı konstruktiv addımlara baxmayaraq Ermə...
Yeni təyinat
Prezident İlham Əliyev Rəvan Vaqif oğlu Həsənovu Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru təyin edib. Sərəncam fevralın 12-də imzalanıb. Rəvan Həsənov 2017-ci ildən icraçı direktorun səlahiyyətlərini icra edirdi. Novator.az bildirir ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi pr...
Qarabağ mitinqinə niyə yox deyilir?
Bakı Şəhər İcra Hakimiyyəti Qarabağ Komitəsinin fevralın 16-na təyin etdiyi mitinqin keçirilməsinə razılaşmayıb. Komitə icra hakimiyyətinə müraciətində aksiyanı paytaxtın Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionunda keçirmək istədiyini bəyan etmişdi. Mitinqdə “Qarabağa azadlıq!”, “Ya...
Yoxlamaları dayandıran qanunda dəyişiklik
Milli Məclisin 12 fevral iclasında sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması barədə qanuna dəyişiklik edilib. 2015-ci il noyabrın 1-dən qüvvədə olan qanun yoxlamaları 2021-ci il yanvarın 1-dək yasaqlayır (Baş Prokurorluğun korrupsiya cinayətlərinin araşdırılması üzrə apardığı yoxlam...
Bələdiyyələr üzrə illik məruzə
Ədliyyə nazirinin müavini Vilayət Zahirov Milli Məclisin 12 fevral iclasında bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət üzə illik məruzə ilə çıxış edib. AZƏRTAC-ın məlumatına görə, nazir müavini deyib ki, ötən il 72535 bələdiyyə aktı hüquqi ekspertizadan keçirilib: “Onların 69775-i qanunvericiliyə...
Paşinyan yenə danışıq formatını təftiş edir
Ermənistanın baş naziri Nikol Paşinyan parlamentin 12 fevral iclasında hökumətin proqramını təqdim edib. Novator.az-ın məlumatına görə, Dağlıq Qarabağ münaqişəsinə toxunan baş nazir yenə danışıqların formatı məsələsini qaldırıb. O deyib ki, Ermənistan Dağlıq Qarabağın sülh danışıqlarında birbaşa işt...
2018-in yanğın statistikası
2018-ci ildə Azərbaycanda 2210 yanğın hadisəsi qeydə alınıb, bu da 2017-ci ilin göstəricisindən 4 faiz çoxdur. Dövlət Statistika Komitəsi Fövqəladə Hallar Nazirliyinə istinadla bildirir ki, yanğınlar nəticəsində 65-i kişi, 18-i qadın olmaqla 83 nəfər (onların 13-ü uşaqdır) həyatını itirib, 484 tikil...
Yanvarın ticarət hesabatı
Dövlət Statistika Komitəsi ticarət hesabatı yayıb. Novator.az bildirir ki, rəsmi açıqlamaya görə, 2019-cu ilin yanvar ayında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni ayının səviyyəsini müqayisəli qiymətlərlə 2,7 faiz üstələyərək 2,9 milyard manata bərabər olub. Tic...
Neft: hasilat və qiymətlərlə bağlı yeni məlumat
Energetika Nazirliyinin hesabatına görə, 2019-cu ilin yanvarında Azərbaycanın gündəlik neft hasilatı 793 min barrel olub. Gündəlik 598 min barrel xam neft, 73 min barrel kondensat, 16 min barrel neft məhsulları ixrac edildiyi bildirilir. AZƏRTAC xəbər verir ki, fevralın 12-si London birjasında brent...
Ölkələrdə orta maaş
2018-ci ilə aid rəsmi statistikaya görə, 2019-cu il yanvarın 1-nə Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 544,1 manat olub. Novator.az yaxın ölkələrin orta aylıq maaş göstəricilərinə də nəzər salıb. Türkiyədə 2018-ci ilin sonuna orta maaş 1200 dollar göstərilib. Ermənistan...
Məhbus baş redaktorla bağlı yeni açıqlama
Dövlət Təhlükəsizliyi Xidmətinin ictimai əlaqələr şöbəsindən Realliq.info saytının həbsdə olan baş redaktoru İkram Rəhimovla bağlı yeni açıqlama verilib. İkram Rəhimov ötən il oktyabrın 26-da tutularaq Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxsin təkrarən hədə-qo...