Xəbər
Rəsmi məzənnələr
Mərkəzi Bank aprelin 16-da ABŞ dollarının (1,7 manat) və Rusiya rublunun (0,0264 manat) məzənnələrini sabit saxlayıb. Novator.az-ın məlumatına görə, dəyər itirən avro banklara 1,9219, Türkiyə lirəsi 0,2927 manata təklif olunur. Gürcüstan larisinin rəsmi kursu isə 0,6323 manata yüksəlib (Tam siyahı)....
“İndidən bu təklifləri açıqlamaq istəmirəm”
Azərbaycanın Xarici İşlər Nazirliyi 15 aprel görüşü barədə rəsmi məlumat yayıb. Həmin gün Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarovla Zöhrab Mnasakanyan rusiyalı həmkarları Sergey Lavrov, ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT sədrinin şəxsi nümayəndəsinin iştirakı il...
Yeni əsasnamələr
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemi və “E-sosial” internet portalı haqqında əsasnamələr təsdiqlənib. Fərmanı aprelin 15-də prezident İlham Əliyev imzalayıb. Novator.az-ın məlumatına görə, mərkəzləşdirilmiş elektron informasiya sisteminin (MEİ...
Himn və gerb qanunlarında nələr var?
Prezident İlham Əliyev dövlət himnindən və gerbindən istifadə qaydaları qanunlarını imzalayıb. Novator.az bildirir ki, birinci qanuna görə, dövlət himni bu hallarda mütləq ifa edilir: prezident seçilmiş şəxsin andiçmə mərasimində (and içdikdən sonra); prezident Milli Məclisin iclaslarına gəldiyi zam...
Moskva görüşü
Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarovla Zöhrab Mnasakanyan aprelin 15-i Moskvada bir araya gəliblər. Dağlıq Qarabağ münaqişəsinin müzakirə olunduğu görüş ATƏT-in Minsk qrupunun həmsədri Rusiyanın xarici işlər naziri Sergey Lavrovun iştirakı ilə keçirilib. Üçlükdə başl...
Qarabağ Komitəsi mitinq gününü dəyişdi
Qarabağ Komitəsi aprelin 20-nə planlaşdırdığı mitinqdən imtina edib. Novator.az-ın məlumatına görə, komitənin aprelin 15-də keçirilən növbədənkənar toplantısında aksiya mayın 4-nə keçirilib. Bakı Şəhər İcra Hakimiyyətinə müraciətdə mitinqi Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionunda...
Vəkillik qanununda yeniliklər
Prezident İlham Əliyev “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna dəyişiklikləri imzalayıb. Novator.az bildirir ki, yeniliyə görə, Vəkillər Kollegiyasının Rəyasət Heyəti ixtisas imtahanının qaydalarını və onun keçirilməsinin dövriliyini (ildə bir dəfədən az olmayaraq) müəyyən edir. Başqa bir ...
Daşınmaz əmlak: ən bahalı 10 şəhərin adı açıqlanıb
Əmlak sahəsində ixtisaslaşmış CBRE şirkəti (ABŞ) illik hesabat açıqlayıb. Novator.az xəbər verir ki, hesabat çərçivəsində daşınmaz əmlak sarıdan bahalı şəhərlərin reytinqi tərtib olunub. Reytinq cədvəlinə Honkonq liderlik edir. Bu şəhərin daşınmaz əmlak bazarında orta qiymət 1 milyon 235,2 min ABŞ d...
Finişə doğru
Avropanın milli futbol çempionatları finiş xəttinə yaxınlaşır. Novator.az-ın məlumatına görə, 34 oyundan sonra İngiltərə çempionatında “Liverpul” 85 xalla öndədir. Bir oyun az keçirən “Mançester Siti” 83, “Tottenhem” 67 xal yığıb. “Çelsi”nin 34 oyundan 66, “Mançester Yunayted”in 33 oyundan 64, “Arse...
Aprel yarılandı
Aprelin 15-də avronun rəsmi məzənnəsi 1,9225 manata yüksəlib. Novator.az-ın məlumatına görə, Gürcüstan larisi də bahalaşıb: 0,6309 manat. ABŞ dollarının kursu 1,7 manat, Rusiya rublu 0,0264 manat həddində saxlanıb. Dəyər itirən Türkiyə lirəsi banklara 0,2940 manata təklif olunur (Tam siyahı). Avro 2...
Finlandiya: müxalifət seçkini uddu
Finlandiyada aprelin 14-də keçirilmiş parlament seçkisinin ilkin nəticələri açıqlanıb. Novator.az-ın məlumatına görə, müxalif Sosial Demokrat Partiyası səslərin 17,7%-ni toplayaraq 200 yerlik parlamentdə 40 mandata sahib çıxıb. Mühacirlərə qarşı sərt mövqeyi ilə tanınan ifrat sağ mövqeli Əsl Finlər ...
Konstitusiya Məhkəməsi prokurorluğun sorğusuna nə cavab verdi?
Konstitusiya Məhkəməsinin Plenumu Cinayət-Prosessual Məcəlləsinin 92.10.1, 92.10.3 və 244.2-ci maddələrini əlaqəli şəkildə şərh edərək qərar çıxarıb. Respublika Prokurorluğu Konstitusiya Məhkəməsinə sorğu ilə müraciətində Cinayət-Prosessual Məcəlləsinin özbaşına müdafiədən və müdafiə etdiyi şəxsin i...
Naxçıvanın ümumi daxili məhsulu
Naxçıvan Muxtar Respublikasının Dövlət Statistika Komitəsinin hesabatına görə, 2019-cu ilin yanvar-fevral aylarında bölgədə ümumi daxili məhsul istehsalı 352,6 milyon manat təşkil edib. Ümumi daxili məhsulun 51,8 faizinin məhsul istehsalından, 45,4 faizinin göstərilən xidmətlərin dəyərindən, 2,8 fai...
Sosial Tədqiqatlar Mərkəzinin nizamnaməsi
Aprelin 12-də fərman imzalayan prezident İlham Əliyev Sosial Tədqiqatlar Mərkəzinin nizamnaməsini təsdiqləyib. Qurumun ilkin nizamnamə fondu 100 min manat müəyyən olunub. Novator.az bildirir ki, nizamnaməyə əsasən, Sosial Tədqiqatlar Mərkəzi ictimai münasibətlərin inkişaf dinamikasını sistemli təhli...
Partiyaların 2018-ci il gəlirləri
Aprelin 12-də Novator.az Mərkəzi Seçki Komissiyasına 2018-ci il üzrə maliyyə hesabatı vermiş siyasi partiyaların siyahısına nəzər salıb. Qanunvericiliyə görə, hesabatlar aprelin 1-dən gec olmayaraq təqdim edilməlidir. Son bilgiyə görə, 55 rəsmi siyasi partiyadan 40-ı illik hesabat verib: Yeni Azərba...
Yubiley təltifi
Prezident İlham Əliyev aprelin 12-də Rusiya parlamentinin yuxarı palatasının – Federasiya Şurasının sədri Valentina Matviyenkonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. AZƏRTAC-ın məlumatına görə, görüşdə Valentina Matviyenkoya Azərbaycanın “Dostluq” ordeni təqdim olunub. Prezident sərəncamın...
Sudanın yeni rəhbəri
Sudan ordusu aprelin 11-də prezident Ömər əl-Bəşiri devirərək istefaya göndərəndən sonra idarəçiliyi müdafiə naziri, birinci vitse-prezident Əhməd Avad ibn Auf öz üzərinə götürüb. Novator.az bildirir ki, Ali Təhlükəsizlik Komitəsinin başçısı olan general Avad ibn Auf konstitusiyanın qüvvədən düşdüyü...
Neft bazarında
AZƏRTAC-ın 12 aprel məlumatına görə, London birjasında brent markalı neftin bir barreli 71,11 dollara, Nyu-York birjasında layt markalı neftin bir barreli 63,84 dollara satılır. Azərbaycan nefti “AzəriLayt”a 73,73 dollar qiymət qoyulub. 2019-cu ilin büdcəsində neftin qiyməti 60 dollardan götürülüb. ...
Birdəfəlik ödəmə statistikası
Aprelin 12-də rəsmi məlumat yayan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi daha 147 şəhidin 222 vərəsəsinə birdəfəlik ödəmə verilməsi barədə qərar qəbul edildiyini açıqlayıb. Prezident İlham Əliyevin 2018-ci il aprelin 19-da və 2019-cu il yanvarın 28-də imzaladığı fərmanlarla 1997-ci ilin avqust ...
Məhkəmə Assanjla bağlı nə qərar verdi?
Böyük Britaniyanın paytaxtı Londonda ilkin məhkəmə “Vikiliks” saytının yaradıcısı Culian Assanjı həbsdə saxlayıb. Qərar aprelin 11-də çıxarılıb. Jurnalist girovla azadlığa buraxılmaq şərtlərini pozmaqda təqsirli bilinir. Novator.az bildirir ki, Avstraliya vətəndaşı olan 1971-ci il təvəllüdlü Culian ...