Xəbər
Direktor müavininin jurnalistə qarşı iddiası: hazırlıq iclası olub
Mayın 27-si Binəqədi Rayon Məhkəməsində jurnalist Sevinc Vaqifqızına qarşı mülki iddia üzrə hazırlıq iclası keçirilib. İddianı Bakıdakı 251 saylı orta məktəbin direktor müavini Elmira Alandarova irəli sürüb. Direktor müavini iddia edir ki, 2018-ci il aprelin 11-də keçirilən prezident seçkisi zamanı ...
Vərəsələrə ödəmə: yeni statistika açıqlanıb
Mayın 27-də rəsmi bilgi yayan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi daha 1088 şəhid üzrə 1787 vərəsəyə birdəfəlik ödəmə verilməsi barədə qərar çıxarıldığını bəyan edib. Prezident İlham Əliyevin 2018-ci il aprelin 19-da və 2019-cu il yanvarın 28-də imzaladığı fərmanlarla 1997-ci il avqust ayını...
Avropa Parlamentinə seçkinin ilkin nəticələri
Avropa İttifaqının qanunverici orqanına seçkinin ilkin nəticələri bəlli olub. 1957-ci ildə yaradılmış Avropa İttifaqının 28 üzvü var: Almaniya, Avstriya, Belçika, Bolqarıstan, Böyük Britaniya, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Xorvatiya, İrlandiya, İspaniya, İsveç, İtaliya, Kipr, Latv...
İnternet cənnətləri
Ekspertlər internetin sürəti, nağdsız ödəniş və ödəmə kartı almaq imkanları meyarlarına əsaslanan reytinq açıqlayıb. Novator.az bildirir ki, “The Local” saytında dərc olunan reytinqə əsasən, rəqəmli xidmət keyfiyyəti sarıdan öncül ölkələr Estoniya, Finlandiya, Norveç və Danimarkadır. Siyahının sonun...
Fəxri adlar: son statistika, sonuncu sərəncam
Novator.az Dövlət Statistika Komitəsinə istinadla bildirir ki, 2019-cu il aprelin 1-nə Azərbaycanda 248 nəfər “Xalq” fəxri adına görə, 2924 nəfər “Əməkdar” fəxri adına görə təqaüd alıb. Prezident İlham Əliyevin 25 may sərəncamı ilə Vahid Əziz, Ramiz Rövşən, Musa Yaqub xalq şairi, Kamal Abdulla, Nati...
Cümhuriyyət ziyarəti
Mayın 27-də prezident İlham Əliyev paytaxtın İstiqlaliyyət küçəsində Azərbaycan Xalq Cümhuriyyəti abidəsini ziyarət edib. AZƏRTAC xəbər verir ki, abidənin ətrafında fəxri qarovul dəstəsi düzülüb. Dövlət başçısı abidənin önünə əklil qoyub, Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Mayın ...
“Futbol+”: məsələ Prezident Administrasiyasında müzakirə olundu
“Futbol+” qəzetinin baş redaktoru Mahir Rüstəmli mayın 24-də Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Vüqar Əliyevlə görüşüb. Görüşdə qəzetin dövlət yardımından kənarda qalması müzakirə olunub. Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu 2...
Məzənnə dəyişmələri
Mərkəzi Bank mayın 27-də valyutaların çoxunu bahalaşdırıb. Novator.az-ın məlumatına görə, məzənnələri yüksələn avro banklara 1,9052, Çin yuanı 0,2466, İngiltərə funt sterlinqi 2,1644, Rusiya rublu 0,0264, Türkiyə lirəsi 0,2794 manata təklif olunur. Gürcüstan larisinin rəsmi kursu 0,6115 manata düşüb...
Litvada yeni prezident
Litvada prezident seçkisinin – ikinci turun nəticələri açıqlanıb. Novator.az-ın məlumatına görə, mayın 26-da keçirilmiş səsvermədən iqtisadçı Gitanas Nauseda qalib çıxıb – 65,9%. Parlamentin deputatı İnqrida Şimonitenin 32,8% səs yığdığı bildirilir. Gitanas Nauseda 1964-cü ildə Klaypeda şəhərində do...
“Ərazi bütövlüyü danışıqlar mövzusu olmayacaq”
AZƏRTAC prezident İlham Əliyevin mayın 23-ü Qafqaz Müsəlmanları İdarəsinin iqamətgahında açılan iftar süfrəsindəki çıxışının mətnini yayıb. İlham Əliyev deyib ki, dövlət-din münasibətləri hər bir ölkə üçün xüsusi əhəmiyyətə malikdir və Azərbaycanda bu münasibətlər nümunəvi xarakter daşıyır: “Ölkəmiz...
Sabir Rüstəmxanlının iki kitabının təqdimatı olub
Mayın 23-ü Yazıçılar Birliyinin “Natəvan” klubunda xalq şairi, yazıçı, publisist Sabir Rüstəmxanlının “Özümüzdən böyük Sözümüz” və “Xalqın söz silahı” kitablarının təqdimat mərasimi keçirilib. Müəllif Moderator.az-a açıqlamasında deyib ki, bu kitablarda toplananları cavanlıqda yazsa da, indi nəşr el...
Mey gedir
Böyük Britaniyanın baş naziri Tereza Mey Mühafizəkarlar Partiyasının lideri postundan istefa verəcəyini açıqlayıb. Novator.az-ın məlumatına görə, istefa günü iyunun 7-nə təyin olunub. Partiyanın sədri vəzifəsindən getmək avtomatik olaraq baş nazir kürsüsündən ayrılmaq deməkdir. İstefa Böyük Britani...
Hər şey qeyri-müəyyən olduğu üçün…
Məhbus jurnalist Seymur Həzinin xanımı Nigar Həzi mayın 24-də Novator.az-a danışıb. Seymur Həzi 2014-cü il avqustun 29-da tutulub. Bir nəfərə xəsarət yetirməkdə ittiham olunan jurnalist Abşeron Rayon Məhkəməsinin hökmü ilə 5 il müddətinə azadlıqdan məhrum edilib. Jurnalist ittihamı rədd edir və haki...
Gecə təlimi
Azərbaycan Ordusunun əməliyyat-taktiki təlimlərinin gecə vaxtı döyüş atışlı mərhələsi keçirilib. Müdafiə Nazirliyinin 23 may məlumatına görə, qoşunlar düşmənin gecə vaxtı hücumunun dəf edilməsi, müxtəlif istiqamətlərdə ona zərbələr endirilməsi və hücuma keçmə tapşırıqlarını icra edib. Mürəkkəb dağlı...
Köçəryan yenə həbs oluna bilər
Ermənistanın Baş Prokurorluğu sabiq prezident Robert Köçəryanın azadlığa buraxılması və mühakiməsinin dayandırılması qərarlarından apellyasiya şikayətləri verib. Novator.az-ın məlumatına görə, prokurorluq paytaxt Yerevanın Avan və Nor Nork rayonlarına aid ümumi məhkəmənin hər iki qərarını qanunsuz s...
“Son söz” kitabının təqdimatı keçirilib
Mayın 23-ü Bakıda “Son söz” adlı kitabın təqdimatı keçirilib. Təqdimat mərasimində vaxtilə həbsdə olmuş, bəzi hüquq müdafiəçilərinin siyasi məhbus kimi tanıdığı şəxslər, onların ailə üzvləri, hüquq müdafiəçiləri iştirak ediblər. D-18 Hərəkatının təqdim etdiyi kitabda 10 il ərzində siyasi məhbus sayı...
Şəfəq Ağacan aclıq aksiyasını dayandırıb
Bakupress.az saytının təsisçisi və baş redaktoru Şəfəq Ağacan aclıq aksiyasını dayandırıb. Şəfəq Ağacan qızı Ağabalayeva mayın 1-i Bakıda tutulub. Polisin onu paytaxtın Nərimanov rayonunda, 5 saylı xəstəxananın qarşısında narkotik satarkən tutduğu açıqlanıb. Məlumata görə, Şəfəq Ağacan çəkisi 311 qr...
Yüksəlmə, eniş, sabitlik
Mayın 24-də avronun rəsmi kursu yenidən 1 manat 90 qəpiyi keçib. Mərkəzi Bank bu valyutanı 1,9008 manata təklif edir. Türkiyə lirəsi də bahalaşıb: 0,2779 manat. Rusiya rublunun məzənnəsində düşmə qeydə alınıb (0,0262 manat), ABŞ dolları 1,7, Gürcüstan larisi 0,6128 manat həddində saxlanıb. Avro 2019...
Kəşfiyyatçıların pensiyası: yenilik qüvvəyə mindi
Prezident İlham Əliyev “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” və “Əmək pensiyaları haqqında” qanunlarda dəyişikliyi imzalayıb. Novator.az bildirir ki, yeniliyə görə, kəşfiyyat və əks-kəşfiyyat subyektlərinin hərbi qulluqçuları sərəncamdan tərxis olunarkən onların pensiyası sərəncama götürü...
İftar mərasimində deyilənlər
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə mayın 23-ü öz iqamətgahında iftar süfrəsi açıb. Ramazan ayı münasibətilə təşkil olunan mərasimə prezident İlham Əliyev də qatılıb. AZƏRTAC-ın məlumatına görə, İlham Əliyev çıxışında ənənə halı alan iftar mərasimlərinin dövlət-din m...