Xəbər
Oqtay Gülalıyev başqa xəstəxanaya köçürüldü
Türkiyədə, İstanbulun Avrasiya Hospitalında müalicə alan hüquq müdafiəçisi Oqtay Gülalıyev noyabrın 19-da həmin şəhərdəki Amerika Xəstəxanasına köçürülüb. Xəbəri onun oğlu Təbriz Gülalıyev yayıb. Oqtay Gülalıyev Repressiya və İşgəncələr Əleyhinə Komitənin koordinatoru, Demokratik Qüvvələrin Milli Şu...
Sabiq baş nazirə yeni vəzifə verildi
Sabiq baş nazir Novruz Məmmədov Azərbaycan Dillər Universitetinin elmi işlər üzrə prorektoru vəzifəsinə təyin edilib. Rəsmi xəbər noyabrın 19-da yayılıb. Novator.az bildirir ki, Novruz Məmmədov 1947-ci ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunda doğulub. Azərbaycan Pedaqoji Dillər İnstitutu...
Məhkəmə sisteminə yeniliklər gəlir
Milli Məclisin 19 noyabr iclasında “Məhkəmələr və hakimlər haqqında”, “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında”, “İnzibati icraat haqqında”, “Vəkillər və vəkillik fəaliyyəti haqqında”, “Məhkəmə-Hüquq Şurası haqqında”, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” qanunlara, Mülki Prosessual M...
İbrahim Məmmədov kabinetin mətbuat xidmətinə getdi
Jurnalist İbrahim Məmmədov Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri təyin edilib. O, noyabrın 19-da bu postdan getmiş Ayaz Mirzəyevi əvəzləyib. Ayaz Mirzəyev Nazirlər Kabinetinin mətbuat xidmətinə 2019-cu ilin aprel ayından rəhbərlik edirdi. Novator.az bildirir ki, 1964-ci il təvəllüdlü İbrah...
Pirşağı stansiyasında
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Abşeron dairəvi dəmir yolu xəttində aparılmış yenidənqurma işlərindən sonra Pirşağı stansiyası açılıb. Noyabrın 19-da keçirilən mərasimə prezident İlham Əliyev də qatılıb. Xəbəri AZƏRTAC yayıb.
Ermənistanda minimum maaş nə qədər olur?
Noyabrın 19-da Ermənistan parlamenti minimum əməkhaqqının 68 min drama (241 manat) qaldırılmasını nəzərdə qanun layihəsini son oxunuşda qəbul edib. Novator.az xəbər verir ki, artım 2020-ci il yanvarın 1-dən tətbiq olunacaq. Minimum əməkhaqqı 2015-ci ildən 55 min dramdır. Azərbaycanda minimum əməkhaq...
Hökumət sözçüsü vəzifədən getdi
Ayaz Mirzəyev Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri postundan azad edilib. Noyabrın 19-da özünün “Facebook” səhifəsində açıqlama yayan Ayaz Mirzəyev çalışdığı müddət ərzində fəaliyyətinə dəstək göstərən keçmiş və indiki rəhbərliyə təşəkkür edib: “Eyni zamanda bu müddət ərzində mətbuat xidm...
İş məhkəməyə getdi
Bakupress.az saytının təsisçisi və baş redaktoru Şəfəq Ağacanın (Ağabalayeva) cinayət işi üzrə ibtidai istintaq başa çatıb. İş Nərimanov Rayon Məhkəməsinə göndərilib. Xəbəri Report.az yayıb. Novator.az bildirir ki, 1976-cı il təvəllüdlü Şəfəq Ağacan Bakı Slavyan Universitetini filoloq ixtisası ilə b...
Valyutaların istiqaməti
Mərkəzi Bank noyabrın 19-da avronun məzənnəsini 1,8828 manata qaldırıb. Novator.az-ın məlumatına görə, Türkiyə lirəsi də bahalaşıb: 0,2962 manat. ABŞ dollarının rəsmi kursu 1,7 səviyyəsində saxlanıb. Dəyər itirən Gürcüstan larisi banklara 0,5723, Rusiya rublu 0,0266 manata təklif olunur (Valyutalar)...
Aksiya dağıdıldı, aksiya davam edir
Gürcüstan Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı qüvvələri noyabrın 18-i axşam müxalif fəallara qarşı əməliyyat keçirib. Noyabrın 14-də ölkə parlamenti konstitusiyaya dəyişiklik layihəsini qəbul edə bilməyib. Layihə 2020-ci ildən parlamentin tam proporsional əsasda – partiya siyahıları üzrə seçi...
Nöqtə zamanı
Noyabrın 19-da Avropa futbol çempionatının seçmə mərhələsində qrup turniri yekunlaşır. Novator.az-ın məlumatına görə, son oyun gününədək final raunduna çıxan 19 milli komanda bəllidir: A qrupundan İngiltərə və Çexiya, B qrupundan Ukrayna və Portuqaliya, C qrupundan Almaniya və Hollandiya, D qrupunda...
Talıbovun hesabatı, tapşırıq
Noyabrın 18-də prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovu qəbul edib. AZƏRTAC xəbər verir ki, İlham Əliyev Naxçıvanın inkişafının daim diqqət mərkəzində olduğunu vurğulayıb: “Naxçıvan son illər ərzində böyük dərəcədə inkişaf edib, sosial sahədə, iqtisadi ...
Yeni kitablar
“Qanun” Nəşrlər Evinin çap etdiyi yeni kitabları oxucuların diqqətinə çatdırırıq. David Şvarts “Böyük düşüncənin sehri” Dünyada milyonlarla insan “Böyük düşüncənin sehri”ni oxuyaraq həyatını dəyişib. Motivasiya sahəsinin ən böyük bilicilərindən hesab olunan doktor David Şvarts sizə daha ya...
Tofiqin cəzası bitdi
Demokratik Qüvvələrin Milli Şurasının Koordinasiya Mərkəzinin üzvü, müsavatçı Tofiq Yaqublu noyabrın 18-də azadlığa buraxılıb. Novator.az bildirir ki, Tofiq Yaqublu Milli Şuranın oktyabrın 19-u Bakının mərkəzində keçirdiyi sanksiyasız aksiyada tutularaq 30 sutka inzibati həbs almışdı. O, paytaxtın B...
Mahnı terapiyası
Böyük Britaniyanın Səs Terapiyası Akademiyasının tədqiqatçıları musiqinin səhhətə təsirini araşdırmaq üçün sorğu keçiriblər. Novator.az-ın məlumatına görə, 7500 nəfərin qatıldığı sorğunun nəticələrinə əsaslanan mütəxəssislər yaxşı əhval və ruhi sağlamlığı qorumaq naminə gündə ən azı 78 dəqiqə musiqi...
Qarabağlı general postunu itirdi
Ermənistanın baş naziri Nikol Paşinyan noyabrın 18-də general-polkovnik Movses Akopyanı baş hərbi müfəttiş vəzifəsindən çıxarıb. Onun iki müavini də postdan götürülüb. Novator.az bildirir ki, 1965-ci ildə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində anadan olan Movses Akopyan 1988-ci ildən SSRİ Silahlı Qü...
Sərmayə hesabatı
Dövlət Statistika Komitəsi sərmayə hesabatı yayıb. Novator.az bildirir ki, rəsmi məlumata görə, 2019-cu ilin yanvar-oktyabr aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün əsas kapitala 11 milyard 407,4 milyon manat vəsait yönəldilib: “Ümumi sərmayənin 65,5 faizi məhsul istehsalı sahə...
Oturaq aksiyanın tələbləri
Gürcüstanda müxalif fəallar paytaxt Tbilisidə fasiləsiz aksiya keçirir. Novator.az-ın məlumatına görə, noyabrın 18-də parlamenti mühasirəyə alan aksiyaçılar deputatları içəri buraxmır. Noyabrın 14-də parlament konstitusiyaya dəyişiklik layihəsini qəbul edə bilməyib. Layihə 2020-ci ildən parlamentin ...
Seymur və başqaları
Demokratik Qüvvələrin Milli Şurasının oktyabrın 19-u Bakıda keçirdiyi sanksiyasız aksiyadan əvvəlki günlərdə tutulan AXCP sədrinin müavini Seymur Həzi və bu partiyanın fəalları Emil Səlimovla Abdulla Mahmudov 30 sutkalıq cəzanı başa vuraraq azadlığa çıxıblar. Seymur Həzi 2014-cü il avqustun 29-da bi...
Piket təxirə salınıb. Hərəkat məhkəməyə üz tutur
Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatı noyabrın 19-u Bakıda piket keçirmək niyyətində idi. Piketi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısında keçirmək, aksiyada 2020-ci ildən uşaq pulunun bərpası, pensiya yaşının aşağı salınması, pensiyaların, müavinətlərin artırılması tələblər...